Kitab 7

Azan kitabı

كِتَابُ الأَذَانِ

63

hədis

Fəsil 1

Azanın başlanması

بَدْءُ الأَذَانِ

خْبرنا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ وَإِبْرَاهِيمُ بْنُ الْحَسَنِ قَالاَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ ، أَخْبَرَنِي نَافِعٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ أَنَّهُ كَانَ يَقُولُ : كَانَ الْمُسْلِمُونَ حِينَ قَدِمُوا الْمَدِينَةَ يَجْتَمِعُونَ فَيَتَحَيَّنُونَ الصَّلاَةَ وَلَيْسَ يُنَادِي بِهَا أَحَدٌ ، فَتَكَلَّمُوا يَوْمًا فِي ذَلِكَ فَقَالَ بَعْضُهُمْ : اتَّخِذُوا نَاقُوسًا مِثْلَ نَاقُوسِ النَّصَارَى وَقَالَ بَعْضُهُمْ : بَلْ قَرْنًا مِثْلَ قَرْنِ الْيَهُودِ فَقَالَ : عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ : أَوَلاَ تَبْعَثُونَ رَجُلاً يُنادِي بِالصَّلاَةِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا بِلاَلُ قُمْ فَنَادِ بِالصَّلاَةِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Müsəlmanlar Mədinəyə gəldikdə yığışdılar və namazı gözləməyə başladılar. Onlardan namaza nida edən bir kəs yox idi. Bir gün bu haqda danışdılar. Bəziləri dedi: xristianların zınqırovu kimi bir şey götürək; digərləri dedi: əksinə, namaza yəhudilərin çağırdıqları kimi - buynuz kimi bir şeylə çağıraq. Ömər ﵁ dedi: “Məgər namaza çağırmaq üçün bir kişi göndərə bilmərikmi?” Allah Elçisi ﷺ dedi: “Ey Bilal, qalx! (İnsanları) namaza çağır!””

Abdullah ibn Ömər
SəhihNəsəi, 626 (Azan, 1)

Fəsil 2

Azanda sözləri iki dəfə təkrarlamaq

تَثْنِيَةُ الأَذَانِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَنَسٍ قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ بِلاَلاً أَنْ يَشْفَعَ الأَذَانَ ، وَأَنْ يُوتِرَ الإِقَامَةَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ Bilala azanın sözlərini cüt deməyi, iqamənin sözlərini isə tək deməyi əmr etmişdir”.”

Ənəs
SəhihNəsəi, 627 (Azan, 2)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : حَدَّثَنِي أَبُو جَعْفَرٍ ، عَنْ أَبِي الْمُثَنَّى ، عَنِ ابْنِ عُمَرَ قَالَ : كَانَ الأَذَانُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَثْنَى مَثْنَى ، وَالإِقَامَةُ مَرَّةً مَرَّةً إِلاَّ أَنَّكَ تَقُولُ : قَدْ قَامَتِ الصَّلاَةُ قَدْ قَامَتِ الصَّلاَةُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisinin ﷺ vaxtında azanın sözləri iki-iki, iqamənin sözləri bu sözlərdən başqa - “Qad qa:mətis-salə:tu, qad qa:mətis-salə:h! (Artıq, namaz başladı!)”- bir-bir deyilirdi”.”

İbn Ömər
HəsənNəsəi, 628 (Azan, 3)

Fəsil 3

Azanı təkrarlayarkən alçaq səslə demək

خَفْضُ الصَّوْتِ فِي التَّرْجِيعِ فِي الأَذَانِ

أَخْبَرَنَا بِشْرُ بْنُ مُعَاذٍ قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ وَهُوَ ابْنُ عَبْدِ الْعَزِيزِ بْنِ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي مَحْذُورَةَ قَالَ : حَدَّثَنِي أَبِي عَبْدُ الْعَزِيزِ ، وَجَدِّي عَبْدُ الْمَلِكِ ، عَنْ أَبِي مَحْذُورَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَقْعَدَهُ فَأَلْقَى عَلَيْهِ الأَذَانَ حَرْفًا حَرْفًا . قَالَ إِبْرَاهِيمُ هُوَ مِثْلُ أَذَانِنَا هَذَا قُلْتُ لَهُ : أَعِدْ عَلَيَّ ، قَالَ : اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مَرَّتَيْنِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ مَرَّتَيْنِ ، ثُمَّ قَالَ بِصَوْتٍ دُونَ ذَلِكَ الصَّوْتِ يُسْمِعُ مَنْ حَوْلَهُ : أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مَرَّتَيْنِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ مَرَّتَيْنِ ، حَيَّ عَلَى الصَّلاَةِ مَرَّتَيْنِ ، حَيَّ عَلَى الْفَلاَحِ مَرَّتَيْنِ ، اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ.

“Əbu Məhzura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ onu yanında oturdub azanın sözlərini bir-bir öyrətdi. Hədisin ravilərindən biri olan İbrahim deyir: “Bu, bizim azan kimidir. Ona dedim: “Azanın sözlərini mənə təkrar et”. O dedi: “Alla:hu Əkbər, Alla:hu Əkbər (Allah ən Böyükdür), Əşhədu əl-Lə: ilə:hə illəllah (Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur!), iki dəfə. Əşhədu ənnə Muhəmmədən Rasu:lullah (Şahidlik edirəm ki, Muhəmməd Allahın elçisidir!), iki dəfə”. Sonra onun yanındakıların eşidəcəyi, lakin bundan aşağı səslə dedi: “Əşhədu əl-Lə: ilə:hə illəllah, iki dəfə. Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, iki dəfə, Həyyə aləs-salə:h (Namaza tələsin!), iki dəfə. Həyyə aləl-fələ:h (Xilas olmağa tələsin!), iki dəfə. Alla:hu Əkbər, Alla:hu Əkbər. Lə: ilə:hə illəllah! (Allahdan başqa ibadətə layiq məbud yoxdur!)”.”

Əbu Məhzura
ZəifNəsəi, 629 (Azan, 4)

Fəsil 4

Azan neçə kəlmədir?

كَمِ الأَذَانُ مِنْ كَلِمَةٍ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ هَمَّامِ بْنِ يَحْيَى ، عَنْ عَامِرِ بْنِ عَبْدِ الْوَاحِدِ ، حَدَّثَنَا مَكْحُولٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَيْرِيزٍ ، عَنْ أَبِي مَحْذُورَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الأَذَانُ تِسْعَ عَشْرَةَ كَلِمَةً ، وَالإِقَامَةُ سَبْعَ عَشْرَةَ كَلِمَةً ثُمَّ عَدَّهَا أَبُو مَحْذُورَةَ تِسْعَ عَشْرَةَ كَلِمَةً وَسَبْعَ عَشْرَةَ.

“Əbu Məhzura ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Azan on doqquz, iqamə isə on yeddi kəlmədir”. Sonra Əbu Məhzura on doqquz və on yeddi kəlmə olduqlarını saydı.”

Əbu Məhzura
SəhihNəsəi, 630 (Azan, 5)

Fəsil 5

Azan necədir?

كَيْفَ الأَذَانُ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ عَامِرٍ الأَحْوَلِ ، عَنْ مَكْحُولٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَيْرِيزٍ ، عَنْ أَبِي مَحْذُورَةَ قَالَ : عَلَّمَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الأَذَانَ فَقَالَ : اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ . ثُمَّ يَعُودُ فَيَقُولُ : أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ . أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ . حَيَّ عَلَى الصَّلاَةِ . حَيَّ عَلَى الصَّلاَةِ . حَيَّ عَلَى الْفَلاَحِ . حَيَّ عَلَى الْفَلاَحِ . اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . لاَ إِلَهَ إِلاَّ اللَّهُ.

“Rəvayət edilir ki, Əbu Məhzura ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə azanı öyrədərək dedi: “Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər. (Allah ən Böyükdür). Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah. (Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur!) Əşhədu ənnə Muhəmmədən Rasu:lullah! (Şahidlik edirəm ki, Muhəmməd Allahın elçisidir!)”. Sonra təkrarən dedi: “Əşhədu əl-lə: ilə:hə illəllah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah! Həyyə aləs-salə:h, həyyə aləs-salə:h! (Namaza tələsin!) Həyyə aləl-fələ:h, həyyə aləl-fələ:h! (Xilas olmağa tələsin!) Alla:hu Əkbər, Alla:hu Əkbər (Allah ən Böyükdür)! Lə: ilə:hə illəllah! (Allahdan başqa ibadətə layiq məbud yoxdur!)”.”

Əbu Məhzura
SəhihNəsəi, 631 (Azan, 6)

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ وَيُوسُفُ بْنُ سَعِيدٍ وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنِ ابْنِ جُرَيْجٍ قَالَ : حَدَّثَنِي عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي مَحْذُورَةَ أَنَّ عَبْدَ اللهِ بْنَ مُحَيْرِيزٍ أَخْبَرَهُ وَكَانَ يَتِيمًا فِي حِجْرِ أَبِي مَحْذُورَةَ حَتَّى جَهَّزَهُ إِلَى الشَّامِ - قَالَ : يَالَ لأَبِي مَحْذُورَةَ إِنِّي خَارِجٌ إِلَى الشَّامِ وَأَخْشَى أَنْ أُسْأَلَ عَنْ تَأْذِينِكَ ، فَأَخْبَرَنِي أَنَّ أَبَا مَحْذُورَةَ قَالَ لَهُ : خَرَجْتُ فِي نَفَرٍ فَكُنَّا بِبَعْضِ طَرِيقِ حُنَيْنٍ مَقْفَلَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ حُنَيْنٍ ، فَلَقِيَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَعْضِ الطَّرِيقِ ، فَأَذَّنَ مُؤَذِّنُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالصَّلاَةِ عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَمِعْنَا صَوْتَ الْمُؤَذِّنِ وَنَحْنُ عَنْهُ مُتَنَكِّبُونَ ، فَظَلِلْنَا نَحْكِيهِ وَنَهْزَأُ بِهِ ، فَسَمِعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّوْتَ فَأَرْسَلَ إِلَيْنَا حَتَّى وَقَفْنَا بَيْنَ يَدَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَيُّكُمُ الَّذِي سَمِعْتُ صَوْتَهُ قَدِ ارْتَفَعَ ؟ فَأَشَارَ الْقَوْمُ إِلَيَّ وَصَدَقُوا ، فَأَرْسَلَهُمْ كُلَّهُمْ وَحَبَسَنِي فَقَالَ : قُمْ فَأَذِّنْ بِالصَّلاَةِ فَقُمْتُ فَأَلْقَى عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ التَّأْذِينَ هُوَ بِنَفْسِهِ قَالَ : قُلِ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، ثُمَّ قَالَ : ارْجِعْ فَامْدُدْ صَوْتَكَ ، ثُمَّ قَالَ : قُلْ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ حَيَّ عَلَى الصَّلاَةِ حَيَّ عَلَى الصَّلاَةِ حَيَّ عَلَى الْفَلاَحِ حَيَّ عَلَى الْفَلاَحِ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، ثُمَّ دَعَانِي حِينَ قَضَيْتُ التَّأْذِينَ فَأَعْطَانِي صُرَّةً فِيهَا شَيْءٌ مِنْ فِضَّةٍ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ مُرْنِي بِالتَّأْذِينِ بِمَكَّةَ فَقَالَ : أَمَرْتُكَ بِهِ ، فَقَدِمْتُ عَلَى عَتَّابِ بْنِ أَسِيدٍ عَامِلِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَكَّةَ فَأَذَّنْتُ مَعَهُ بِالصَّلاَةِ عَنْ أَمْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Abdul-Əziz ibn Abdul-Məlik ibn Əbu Məhzura ﵀ rəvayət edir ki, Abdullah ibn Muheyriz ona dedi ki, o, Əbu Məhzuranın yanında qalan yetim uşaq idi. Əbu Məhzura onu Şama getmək üçün hazırlaşdırdı, o da Əbu Məhzuraya dedi: “Mən Şama gedirəm və insanların məndən sənin azan verməyin haqqında soruşmalarından qorxuram”. Əbu Məhzura ona dedi: “Mən bir dəstə insanla Huneyn yolunda Allah Elçisi ﷺ ilə rastlaşdım. O, Huneyndən gəlirdi. Allah Elçisinin ﷺ müəzzini namaz üçün azan verdi. Biz bu səsi eşidib ona istehza edirdik. Allah Elçisi ﷺ bu səsi eşidib bizim yanımıza adam göndərdi. Biz onun yanına gəldik və Allah Elçisi ﷺ bizə dedi: “Mənim eşitdiyim səs hansınızın səsi idi?” Bizimkilər işarə ilə məni göstərdilər. Allah Elçisi ﷺ onları geriyə qaytardı, mənə isə dedi: “Qalx, namaz üçün azan ver!” Mən də qalxdım və Allah Elçisi ﷺ özü bu sözləri mənə öyrətdi: “Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər! Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah!” Sonra dedi: “Qayıt və səsini uzadaraq de: “Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah! Həyyə aləs-salə:h, həyyə aləs-salə:h! Həyyə aləl-fələ:h, həyyə aləl-fələ:h! Alla:hu Əkbər, Alla:hu Əkbər! Lə: ilə:hə illəllah!” Azanı bitirdikdən sonra məni çağırdı və mənə (kiçik) gümüş kisəsi verdi. Mən dedim: “Ey Allahın Elçisi, mənə Məkkədə azan verməyi əmr et (icazə ver)!” Allah Elçisi ﷺ dedi: “Mən bunu sənə əmr etdim (icazə verdim)”. Mən Məkkədə Allah Elçisinin ﷺ işlərini görən Attab ibn Əsid adlı adamın yanına gəldim və Allah Elçisinin ﷺ əmrinə tabe olaraq onunla birlikdə namaz üçün azan verdim”.”

Abdul-Əziz ibn Abdul-Məlik ibn Əbu Məhzura
SəhihNəsəi, 632 (Azan, 7)

Fəsil 6

Səfər zamanı azan vermək

الأَذَانُ فِي السَّفَرِ

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ عُثْمَانَ بْنِ السَّائِبِ قَالَ : أَخْبَرَنِي أَبِي وَأُمُّ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي مَحْذُورَةَ ، عَنْ أَبِي مَحْذُورَةَ قَالَ : لَمَّا خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ حُنَيْنٍ خَرَجْتُ عَاشِرَ عَشْرَةٍ مِنْ أَهْلِ مَكَّةَ نَطْلُبُهُمْ ، فَسَمِعْنَاهُمْ يُؤَذِّنُونَ بِالصَّلاَةِ فَقُمْنَا نُؤَذِّنُ نَسْتَهْزِئُ بِهِمْ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : قَدْ سَمِعْتُ فِي هَؤُلاَءِ تَأْذِينَ إِنْسَانٍ حَسَنِ الصَّوْتِ . فَأَرْسَلَ إِلَيْنَا ، فَأَذَّنَّا رَجُلٌ رَجُلٌ وَكُنْتُ آخِرَهُمْ ، فَقَالَ حِينَ أَذَّنْتُ : تَعَالَ . فَأَجْلَسَنِي بَيْنَ يَدَيْهِ ، فَمَسَحَ عَلَى نَاصِيَتِي وَبَرَّكَ عَلَيَّ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ قَالَ : اذْهَبْ فَأَذِّنْ عِنْدَ الْبَيْتِ الْحَرَامِ . قُلْتُ كَيْفَ يَا رَسُولَ اللهِ ؟ فَعَلَّمَنِي كَمَا تُؤَذِّنُونَ الآنَ بِهَا : اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ . أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ . أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ . حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الصَّلاَةِ . حَيَّ عَلَى الْفَلاَحِ . حَيَّ عَلَى الْفَلاَحِ . الصَّلاَةُ خَيْرٌ مِنَ النَّوْمِ فِي الأُولَى مِنَ الصُّبْحِ . قَالَ : وَعَلَّمَنِي الإِقَامَةَ مَرَّتَيْنِ : اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، قَدْ قَامَتِ الصَّلاَةُ ، قَدْ قَامَتِ الصَّلاَةُ ، اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ قَالَ ابْنُ جُرَيْجٍ ، أَخْبَرَنِي عُثْمَانُ هَذَا الْخَبَرَ كُلَّهُ ، عَنْ أَبِيهِ ، وَعَنْ أُمِّ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي مَحْذُورَةَ أَنَّهُمَا سَمِعَا ذَلِكَ مِنْ أَبِي مَحْذُورَةَ

“Rəvayət edilir ki, Əbu Məhzura ﵁ demişdir: “Allah Elçisi ﷺ Huneyndən çıxdıqda mən onu qarşılamaq üçün on nəfərlə yola düşdüm. Onların namaz üçün azan vermələrini eşitdik və onlarla zarafat etmək üçün azan verməyə başladıq. Allah Elçisi ﷺ dedi: “Mən sizin aranızda azan verən birisini eşitdim, onun gözəl səsi var idi”. Yanımıza adam göndərdi və biz də bir-bir azan verməyə başladıq. Mən də axırıncı idim. Mən azan verdikdə Allah Elçisi ﷺ məni dizinin üstündə oturtdu, başıma sığal çəkdi və mənim üçün üç dəfə bərəkət dilədi. Sonra dedi: “Get, Beytul-Haramda (Kəbədə) azan ver!” Mən dedim: “Mən bunu necə edim, ey Allahın Elçisi?” O, mənə indi sizin oxuduğunuz azanı öyrətdi. Alla:hu Əkbər, Alla:hu Əkbər. Alla:hu Əkbər, Alla:hu Əkbər. Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah. Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah. Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah. Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah. Həyyə aləs-salə:h, həyyə aləs-salə:h. Həyyə aləl-fələ:h, həyyə aləl-fələ:h. əs-Salə:tu xayrun minən-nəum, əs-Salə:tu xayrun minən-nəum. Bunu Sübh namazında dedi. İqaməni isə mənə iki-iki deməyi öyrətdi. Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər. Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah. Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah. Həyyə aləs-salə:h, həyyə aləs-salə:h. Həyyə aləl-fələ:h, həyyə aləl-fələ:h. Qad qa:mətis-salə:tu, qad qa:mətis-salə:h. Alla:hu Əkbər, Alla:hu Əkbər. Lə: ilə:hə illəllah”.”

Əbu Məhzura
SəhihNəsəi, 633 (Azan, 8)

Fəsil 7

İki nəfərin səfərdə azan verməsi

أَذَانُ الْمُنْفَرِدَيْنِ فِي السَّفَرِ

أَخْبَرَنَا حَاجِبُ بْنُ سُلَيْمَانَ ، عَنْ وَكِيعٍ ، عَنْ سُفْيَانَ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَا وَابْنُ عَمٍّ لِي - وَقَالَ مَرَّةً أُخْرَى : أَنَا وَصَاحِبٌ لِي - فَقَالَ : إِذَا سَافَرْتُمَا فَأَذِّنَا وَأَقِيمَا ، وَلْيَؤُمَّكُمَا أَكْبَرُكُمَا.

“Rəvayət edilir ki, Malik ibn əl-Huveyris ﵁ demişdir: “Mən əmim oğlu ilə birlikdə Peyğəmbərin ﷺ yanına gəldim”. Başqa vaxt isə belə dedi: “Mən və dostum”. Peyğəmbər ﷺ dedi: “Səfərdə olduqda azan və iqamə verin! Sizdən böyüyünüz isə namazda imam dayansın!””

Malik ibn əl-Huveyris
SəhihNəsəi, 634 (Azan, 9)

Fəsil 8

Səfərdə olmayan adamların bir nəfərin azanı ilə kifayətlənmələri

اجْتِزَاءُ الْمَرْءِ بِأَذَانِ غَيْرِهِ فِي الْحَضَرِ

أَخْبَرَنِي زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ قَالَ : أَتَيْنَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ شَبَبَةٌ مُتَقَارِبُونَ ، فَأَقَمْنَا عِنْدَهُ عِشْرِينَ لَيْلَةً ، وَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَحِيمًا رَفِيقًا ، فَظَنَّ أَنَّا قَدِ اشْتَقْنَا إِلَى أَهْلِنَا ، فَسَأَلَنَا عَمَّنْ تَرَكْنَاهُ مِنْ أَهْلِنَا ، فَأَخْبَرْنَاهُ فَقَالَ : ارْجِعُوا إِلَى أَهْلِيكُمْ ، فَأَقِيمُوا عِنْدَهُمْ وَعَلِّمُوهُمْ ، وَمُرُوهُمْ إِذَا حَضَرَتِ الصَّلاَةُ فَلْيُؤَذِّنْ لَكُمْ أَحَدُكُمْ وَلْيَؤُمَّكُمْ أَكْبَرُكُمْ.

“Rəvayət edilir ki, Malik ibn əl-Huveyris ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ yanına gəldik və hamımız cavan həmyaşıdlar idik. Onun yanında iyirmi gecə qaldıq. Allah Elçisi ﷺ çox rəhmli və çox mülayim insan idi. O, bizim ailəmiz üçün darıxdığımızı zənn etdi və bizdən ailəmizdən kimi tərk etdiyimiz haqda soruşdu. Biz də ona bu haqda məlumat verdik. O dedi: “Öz ailənizin yanına qayıdın, onların yanında namaz qılın və onları öyrədin! Namaz daxil olan zaman onlara namazı əmr edin! Namazın vaxtı gəldikdə sizdən biriniz azan versin və aranızda ən böyük olan isə namazda sizə imamlıq etsin!””

Malik ibn əl-Huveyris
SəhihNəsəi, 635 (Azan, 10)

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ عَمْرِو بْنِ سَلَمَةَ فَقَالَ لِي أَبُو قِلاَبَةَ : هُوَ حَيٌّ أَفَلاَ تَلْقَاهُ ؟ قَالَ أَيُّوبُ فَلَقِيتُهُ فَسَأَلْتُهُ فَقَالَ : لَمَّا كَانَ وَقْعَةُ الْفَتْحِ بَادَرَ كُلُّ قَوْمٍ بِإِسْلاَمِهِمْ ، فَذَهَبَ أَبِي بِإِسْلاَمِ أَهْلِ حِوَائِنَا ، فَلَمَّا قَدِمَ اسْتَقْبَلْنَاهُ فَقَالَ : جِئْتُكُمْ وَاللَّهِ مِنْ عِنْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَقًّا فَقَالَ : صَلُّوا صَلاَةَ كَذَا فِي حِينِ كَذَا ، وَصَلاَةَ كَذَا فِي حِينِ كَذَا ، فَإِذَا حَضَرَتِ الصَّلاَةُ فَلْيُؤَذِّنْ لَكُمْ أَحَدُكُمْ ، وَلْيَؤُمَّكُمْ أَكْثَرُكُمْ قُرْآنًا.

“Rəvayət edilir ki, Əyyub ﵀ demişdir: “Amr ibn Sələmə belə buyurdu: “Əbu Qilabə mənə dedi: “O, sağdır. Sən onunla qarşılaşmısanmı?” Əyyub dedi: “Mən onunla qarşılaşmışdım. O mənə dedi: “Məkkə fəth olunduqda hər bir tayfa İslama girmək üçün tələsirdi. Atam isə kəndimizin İslamı qəbul etməsi ilə gəldi. O gəldikdə biz onu qarşıladıq. O dedi: “Allaha and olsun ki, mən Allah Elçisinin ﷺ yanından haqq olaraq gəlmişəm. Allah Elçisi ﷺ belə buyurdu: “Namazı filan vaxtı filan cür qılın! Namazı filan vaxtı filan cür qılın! Namazın vaxtı gəldikdə biriniz azan versin! Qurandan çox biləniniz imam dursun!””

Əyyub
SəhihNəsəi, 636 (Azan, 11)

Fəsil 9

Bir məsciddə iki müəzzinin olması

الْمُؤَذِّنَانِ لِلْمَسْجِدِ الْوَاحِدِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ بِلاَلاً يُؤَذِّنُ بِلَيْلٍ ، فَكُلُوا وَاشْرَبُوا حَتَّى يُنَادِيَ ابْنُ أُمِّ مَكْتُومٍ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bilal gecə vaxtı azan verir. Siz İbn Ummu Məktumun səsini (azanını) eşidənə qədər yeyin, için!””

İbn Ömər
SəhihNəsəi, 637 (Azan, 12)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ بِلاَلاً يُؤَذِّنُ بِلَيْلٍ ، فَكُلُوا وَاشْرَبُوا حَتَّى تَسْمَعُوا تَأْذِينَ ابْنِ أُمِّ مَكْتُومٍ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bilal gecə vaxtı azan verir. Siz isə İbn Ummu Məktumun azanını eşidənə qədər yeyin, için!””

Səlim atasından
SəhihNəsəi, 638 (Azan, 13)

Fəsil 10

Müəzzinlər eyni vaxtda, yoxsa tək-tək azan verməlidirlər?

هَلْ يُؤَذِّنَانِ جَمِيعًا أَوْ فُرَادَى

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا حَفْصٌ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أَذَّنَ بِلاَلٌ فَكُلُوا وَاشْرَبُوا حَتَّى يُؤَذِّنَ ابْنُ أُمِّ مَكْتُومٍ قَالَتْ : وَلَمْ يَكُنْ بَيْنَهُمَا إِلاَّ أَنْ يَنْزِلَ هَذَا وَيَصْعَدَ هَذَا

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bilal azan verdikdə İbn Ummu Məktumun azanını eşidənə qədər yeyin, için!” Aişə dedi: “Onların ikisinin azanı arasında olan vaxt bir-birini əvəz etmələri qədər idi”.”

Aişə
SəhihNəsəi, 639 (Azan, 14)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ هُشَيْمٍ قَالَ : أَنْبَأَنَا مَنْصُورٌ ، عَنْ خُبَيْبِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَمَّتِهِ أُنَيْسَةَ قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أَذَّنَ ابْنُ أُمِّ مَكْتُومٍ فَكُلُوا وَاشْرَبُوا ، وَإِذَا أَذَّنَ بِلاَلٌ فَلاَ تَأْكُلُوا وَلاَ تَشْرَبُوا.

“Hubeyb ibn Abdur-Rahmən bibisinin ﵂ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İbn Ummu Məktum azan verdikdə yeyin, için. Bilal azan verdikdə yeməyin və içməyin!””

Hubeyb ibn Abdur-Rahmən bibisindən
SəhihNəsəi, 640 (Azan, 15)

Fəsil 11

Namazdan kənar vaxtlarda azan vermək

الأَذَانُ فِي غَيْرِ وَقْتِ الصَّلاَةِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي عُثْمَانَ ، عَنِ ابْنِ مَسْعُودٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ بِلاَلاً يُؤَذِّنُ بِلَيْلٍ لِيُوقِظَ نَائِمَكُمْ وَلِيَرْجِعَ قَائِمَكُمْ ، وَلَيْسَ أَنْ يَقُولَ هَكَذَا يَعْنِي : فِي الصُّبْحِ

“İbn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bilal gecə vaxtı sizdən yatanların oyanması, oyaq olanların (gecə namazı qılanların) da öz yataqlarına qayıdıb yatması üçün azan verir. Bu azan Sübh namazı üçün deyil”.”

İbn Məsud
SəhihNəsəi, 641 (Azan, 16)

Fəsil 12

Sübh namazının azanının vaxtı

وَقْتُ أَذَانِ الصُّبْحِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسٍ ، أَنَّ سَائِلاً سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ وَقْتِ الصُّبْحِ ، فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِلاَلاً فَأَذَّنَ حِينَ طَلَعَ الْفَجْرُ ، فَلَمَّا كَانَ مِنَ الْغَدِ أَخَّرَ الْفَجْرَ حَتَّى أَسْفَرَ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ فَصَلَّى ، ثُمَّ قَالَ : هَذَا وَقْتُ الصَّلاَةِ.

“Ənəs ﵁ rəvayət edir ki, bir nəfər Allah Elçisindən ﷺ Sübh namazının vaxtı haqda soruşdu. Allah Elçisi ﷺ Bilala fəcr başladıqda azan verməsini əmr etdi. Səhəri gün isə (günəş çıxmazdan öncə) hava açılana qədər namazı gecikdirdi, hətta hava saralmışdı. Sonra iqamə verilməsini əmr etdi, namaz qıldı və buyurdu: “Bu (iki vaxtın arası) namazın vaxtıdır”.”

Ənəs
SəhihNəsəi, 642 (Azan, 17)

Fəsil 13

Müəzzin azan verərkən nə edir?

كَيْفَ يَصْنَعُ الْمُؤَذِّنُ فِي أَذَانِهِ

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَوْنِ بْنِ أَبِي جُحَيْفَةَ ، عَنْ أَبِيهِ قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَرَجَ بِلاَلٌ فَأَذَّنَ فَجَعَلَ يَقُولُ فِي أَذَانِهِ هَكَذَا : يَنْحَرِفُ يَمِينًا وَشِمَالاً.

“Aun ibn Əbu Cuheyfə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ yanına gəldim. Bilal çıxıb azan verərək azanın sözlərini dedi. Bu sözləri deyərkən sağa və sola çevrilirdi”.”

Aun ibn Əbu Cuheyfə atasından
SəhihNəsəi, 643 (Azan, 18)

Fəsil 14

Azan verərkən səsi ucaltmaq

رَفْعُ الصَّوْتِ بِالأَذَانِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي صَعْصَعَةَ الأَنْصَارِيُّ الْمَازِنِيُّ ، عَنْ أَبِيهِ أَنَّهُ أَخْبَرَهُ ، أَنَّ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ قَالَ : لَهُ إِنِّي أَرَاكَ تُحِبُّ الْغَنَمَ وَالْبَادِيَةَ ، فَإِذَا كُنْتَ فِي غَنَمِكَ أَوْ بَادِيَتِكَ فَأَذَّنْتَ بِالصَّلاَةِ فَارْفَعْ صَوْتَكَ ؛ فَإِنَّهُ لاَ يَسْمَعُ مَدَى صَوْتِ الْمُؤَذِّنِ جِنٌّ وَلاَ إِنْسٌ وَلاَ شَيْءٌ إِلاَّ شَهِدَ لَهُ يَوْمَ الْقِيَامَةِ . قَالَ : أَبُو سَعِيدٍ : سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Abdur-Rahmən ibn Əbu Sasaə əl-Ənsari əl-Məzini atasının ﵀ belə dediyini rəvayət edir: “Əbu Səid əl-Xudri belə dedi: “Mən görürəm ki, sən mal-qaranı və çöllüyü sevirsən. Ona görə qoyun otararkən və ya çöllükdə olarkən namaz üçün azan verdikdə səsini ucalt. Həqiqətən, azan verənin səsinin çatdığı cinlər, insanlar və hər şey Qiyamət günü (eşitdiklərinə) şahidlik edəcəklər”. Əbu Səid dedi: “Mən bunu Allah Elçisindən ﷺ eşitmişəm”.”

Abdur-Rahmən ibn Abdullah ibn Abdur-Rahmən ibn Əbu Sasaə əl-Ənsari əl-Məzini atasından
SəhihNəsəi, 644 (Azan, 19)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى قَالاَ : حَدَّثَنَا يَزِيدُ ، يَعْنِي ابْنَ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُوسَى بْنِ أَبِي عُثْمَانَ ، عَنْ أَبِي يَحْيَى ، عَنْ أَبِي هُرَيْرَةَ سَمِعَهُ مِنْ فَمِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : الْمُؤَذِّنُ يُغْفَرُ لَهُ بِمَدِّ صَوْتِهِ وَيَشْهَدُ لَهُ كُلُّ رَطْبٍ وَيَابِسٍ.

“Əbu Hureyra ﵁ Allah Elçisinin ﷺ birbaşa özündən belə eşitdiyini dedi: “Müəzzinin səsinin çatdığı yer qədər günahları bağışlanır. Yaş və quru hər şey ona şahid olur”.”

Əbu Hureyra
SəhihNəsəi, 645 (Azan, 20)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي إِسْحَاقَ الْكُوفِيِّ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، أَنَّ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ وَمَلاَئِكَتَهُ يُصَلُّونَ عَلَى الصَّفِّ الْمُقَدَّمِ ، وَالْمُؤَذِّنُ يُغْفَرُ لَهُ بِمَدِّ صَوْتِهِ وَيُصَدِّقُهُ مَنْ سَمِعَهُ مِنْ رَطْبٍ وَيَابِسٍ ، وَلَهُ مِثْلُ أَجْرِ مَنْ صَلَّى مَعَهُ.

“əl-Bəra ibn Azib ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Allah və Onun mələkləri birinci cərgədə duranlara salavat edirlər. Müəzzinin səsinin çatdığı yer qədər günahları bağışlanır. Onun səsini eşidən yaş və quru nə varsa, onu təsdiq edir və ona onunla birlikdə namaz qılanların savabı qədər savab yazılır”.”

əl-Bəra ibn Azib
SəhihNəsəi, 646 (Azan, 21)

Fəsil 15

Sübh namazının azanında “əs-Salə:tu xayrun minən-nəum” demək

التَّثْوِيبُ فِي أَذَانِ الْفَجْرِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي جَعْفَرٍ ، عَنْ أَبِي سَلْمَانَ ، عَنْ أَبِي مَحْذُورَةَ قَالَ : كُنْتُ أُؤَذِّنُ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَكُنْتُ أَقُولُ فِي أَذَانِ الْفَجْرِ الأَوَّلِ : حَيَّ عَلَى الْفَلاَحِ . الصَّلاَةُ خَيْرٌ مِنَ النَّوْمِ . الصَّلاَةُ خَيْرٌ مِنَ النَّوْمِ . اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . لاَ إِلَهَ إِلاَّ اللَّهُ

“Rəvayət edilir ki, Əbu Məhzura ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ üçün müəzzinlik edirdim. Sübh namazının azanında deyirdim: “Həyyə aləl-fələ:h. əs-Salə:tu xayrun minən-nəum, əs-Salə:tu xayrun minən-nəum. Alla:hu Əkbər, Alla:hu Əkbər. Lə: ilə:hə illəllah”.”

Əbu Məhzura
SəhihNəsəi, 647 (Azan, 22)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى وَعَبْدُ الرَّحْمَنِ قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بِهَذَا الإِسْنَادِ نَحْوَهُ .. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : وَليْسَ بِأَبِي جَعْفَرٍ الْفَرَّاءِ

“Eyni hədisdir.”

Əbu Məhzura
ZəifNəsəi, 648 (Azan, 23)

Fəsil 16

Azanın son cümləsi

آخِرُ الأَذَانِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْدَانَ بْنِ عِيسَى ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ أَعْيَنَ ، قَالَ : حَدَّثَنَا زُهَيْرٌ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ بِلاَلٍ قَالَ : آخِرُ الأَذَانِ : اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . لاَ إِلَهَ إِلاَّ اللَّهُ.

“Rəvayət edilir ki, Bilal ﵁ demişdir: “Azanın son cümləsi: “Alla:hu Əkbər, Alla:hu Əkbər. Lə: ilə:hə illəllah”- kəlmələridir”.”

Bilal
SəhihNəsəi, 649 (Azan, 24)

أَخْبَرَنَا سُوَيْدٌ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ سُفْيَانَ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ قَالَ : كَانَ آخِرُ أَذَانِ بِلاَلٍ ، اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . لاَ إِلَهَ إِلاَّ اللَّهُ

“Rəvayət edilir ki, əl-Əsvəd ﵀ demişdir: “Bilalın azanının son cümləsi: “Alla:hu Əkbər, Alla:hu Əkbər. Lə: ilə:hə illəllah”- kəlmələridir”.”

əl-Əsvəd
SəhihNəsəi, 650 (Azan, 25)

أَخْبَرَنَا سُوَيْدٌ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ سُفْيَانَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ مِثْلَ ذَلِكَ

“Eyni hədisdir.”

əl-Əsvəd
ZəifNəsəi, 651 (Azan, 26)

أَخْبَرَنَا سُوَيْدٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ يُونُسَ بْنِ أَبِي إِسْحَاقَ ، عَنْ مُحَارِبِ بْنِ دِثَارٍ قَالَ : حَدَّثَنِي الأَسْوَدُ بْنُ يَزِيدَ ، عَنْ أَبِي مَحْذُورَةَ : أَنَّ آخِرَ الأَذَانِ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ.

“Əbu Məhzura ﵁ rəvayət edir ki, azanın sonu “Lə iləhə illəllah” kəlməsidir.”

Əbu Məhzura
SəhihNəsəi, 652 (Azan, 27)

Fəsil 17

Gecə güclü yağış yağdıqda camaat namazını qılmamağın azanla elan edilməsi

الأَذَانُ فِي التَّخَلُّفِ عَنْ شُهُودِ الْجَمَاعَةِ فِي اللَّيْلَةِ الْمَطِيرَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ عَمْرِو بْنِ أَوْسٍ يَقُولُ : أَنْبَأَنَا رَجُلٌ مِنْ ثَقِيفٍ ، أَنَّهُ سَمِعَ مُنَادِيَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - يَعْنِي فِي لَيْلَةٍ مَطِيرَةٍ فِي السَّفَرِ - يَقُولُ : حَيَّ عَلَى الصَّلاَةِ . حَيَّ عَلَى الْفَلاَحِ . صَلُّوا فِي رِحَالِكُمْ.

“Rəvayət edilir ki, Amr ibn Əus ﵀ demişdir: “Səqif tayfasından olan bir kişi Peyğəmbərin ﷺ carçısının səfərdə gecə vaxtı güclü yağış yağarkən belə dediyini eşitmişdir: “Həyyə aləs-salə:h, həyyə aləl-fələ:h! Hər kəs öz (əşyalarının və miniyinin qaldığı) yerdə namaz qılsın”.”

Amr ibn Əus
SəhihNəsəi, 653 (Azan, 28)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، أَنَّ ابْنَ عُمَرَ أَذَّنَ بِالصَّلاَةِ فِي لَيْلَةٍ ذَاتِ بَرْدٍ وَرِيحٍ فَقَالَ : أَلاَ صَلُّوا فِي الرِّحَالِ ؛ فَإِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَأْمُرُ الْمُؤَذِّنَ إِذَا كَانَتْ لَيْلَةٌ بَارِدَةٌ ذَاتُ مَطَرٍ يَقُولُ : أَلاَ صَلُّوا فِي الرِّحَالِ.

“İbn Ömər ﵄ soyuq və küləkli bir gecədə namaz üçün azan verdi və dedi: “Siz öz əşyalarınızın və miniklərinizin yanında namaz qılmırsınız?! Həqiqətən, Allah Elçisi ﷺ gecə soyuq olduqda və yağış yağdıqda müəzzinə belə deməsini əmr edərdi: “Siz öz miniklərinizin və əşyalarınızın yanında namaz qılın”.”

İbn Ömər
SəhihNəsəi, 654 (Azan, 29)

Fəsil 18

İki namazı birləşdirib birinci namazın vaxtında qılanın azan verməsi

الأَذَانُ لِمَنْ يَجْمَعُ بَيْنَ الصَّلاَتَيْنِ فِي وَقْتِ الأُولَى مِنْهُمَا

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ قَالَ : أَنْبَأَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللهِ قَالَ : سَارَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَتَى عَرَفَةَ ، فَوَجَدَ الْقُبَّةَ قَدْ ضُرِبَتْ لَهُ بِنَمِرَةَ ، فَنَزَلَ بِهَا حَتَّى إِذَا زَاغَتِ الشَّمْسُ أَمَرَ بِالْقَصْوَاءِ فَرُحِّلَتْ لَهُ ، حَتَّى إِذَا انْتَهَى إِلَى بَطْنِ الْوَادِي خَطَبَ النَّاسَ ، ثُمَّ أَذَّنَ بِلاَلٌ ، ثُمَّ أَقَامَ فَصَلَّى الظُّهْرَ ، ثُمَّ أَقَامَ فَصَلَّى الْعَصْرَ وَلَمْ يُصَلِّ بَيْنَهُمَا شَيْئًا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ səfərə çıxıb Arafaya çatdı. Onun üçün xurma lifindən qurulmuş bir çadırın yanında miniyindən düşdü. Günəş zeniti keçdikdə əmr etdi və onun üçün Qasvəni hazırladılar. Vadinin ortasına çatdıqda insanlara xitab etdi. Sonra Bilal azan və iqamə verdi. Sonra Zöhr namazını qıldı. Sonra iqamə verdi və Əsr namazını qıldı. Amma bu namazların arasında heç nə qılmadı”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 655 (Azan, 30)

Fəsil 19

İki namazı birləşdirdikdə bir azan vermək

الأَذَانُ لِمَنَ جَمَعَ بَيْنَ الصَّلاَتَيْنِ بَعْدَ ذَهَابِ وَقْتِ الأُولَى مِنْهُمَا

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللهِ قَالَ : دَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى انْتَهَى إِلَى الْمُزْدَلِفَةِ فَصَلَّى بِهَا الْمَغْرِبَ وَالْعِشَاء بِأَذَانٍ وَإِقَامَتَيْنِ ، وَلَمْ يُصَلِّ بَيْنَهُمَا شَيْئًا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ Müzdəlifəyə çatana qədər heç bir namaz qılmadı. Orda Məğriblə İşa namazlarını bir azan və iki iqamə ilə qıldı. Onların arasında heç bir namaz qılmadı”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 656 (Azan, 31)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا شَرِيكٌ ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : كُنَّا مَعَهُ بِجَمْعٍ فَأَذَّنَ ، ثُمَّ أَقَامَ فَصَلَّى بِنَا الْمَغْرِبَ ، ثُمَّ قَالَ : الصَّلاَةَ . فَصَلَّى بِنَا الْعِشَاء رَكْعَتَيْنِ فَقُلْتُ : مَا هَذِهِ الصَّلاَةُ ؟ قَالَ : هَكَذَا صَلَّيْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي هَذَا الْمَكَانِ.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Biz İbn Ömərlə birlikdə namazları cəm etmək üçün azan verdik. Sonra iqamə verərək Məğrib namazını qıldıq. Sonra o dedi: “Namaz!” Bizimlə İşa namazını iki rükət qıldı. Mən ona dedim: “Bu necə namazdır?” O dedi: “Bu məkanda Allah Elçisi ﷺ ilə birlikdə bu cür namaz qıldım”.”

Səid ibn Cubeyr
SəhihNəsəi, 657 (Azan, 32)

Fəsil 20

İki namazı birləşdirənin iqamə verməsi

الإِقَامَةُ لِمَنْ جَمَعَ بَيْنَ الصَّلاَتَيْنِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ وَسَلَمَةُ بْنُ كُهَيْلٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ أَنَّهُ صَلَّى الْمَغْرِبَ وَالْعِشَاء بِجَمْعٍ بِإِقَامَةٍ وَاحِدَةٍ ثُمَّ حَدَّثَ ، عَنْ ابْنِ عُمَرَ أَنَّهُ صَنَعَ مِثْلَ ذَلِكَ وَحَدَّثَ ابْنُ عُمَرَ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَنَعَ مِثْلَ ذَلِكَ

“əl-Həkəm və Sələmə ibn Kuheyl ﵀ rəvayət edirlər ki, Səid ibn Cubeyr Məğrib və İşa namazlarını cəm edərək bir iqamə ilə qıldı və dedi: “İbn Ömər belə etmişdi. İbn Ömər də Peyğəmbərin ﷺ belə etdiyini demişdi”.”

əl-Həkəm və Sələmə ibn Kuheyl
ZəifNəsəi, 658 (Azan, 33)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ وَهُوَ ابْنُ أَبِي خَالِدٍ ، قَالَ : حَدَّثَنِي أَبُو إِسْحَاقَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عُمَرَ أَنَّهُ صَلَّى مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِجَمْعٍ بِإِقَامَةٍ وَاحِدَةٍ.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “İbn Ömər Allah Elçisi ﷺ ilə birlikdə namaz qılmışdı. O, iki namazı birləşdirərək bir iqamə ilə qıldırmışdı”.”

Səid ibn Cubeyr
ZəifNəsəi, 659 (Azan, 34)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ وَكِيعٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمَعَ بَيْنَهُمَا بِالْمُزْدَلِفَةِ ، وَصَلَّى كُلَّ وَاحِدَةٍ مِنْهُمَا بِإِقَامَةٍ ، وَلَمْ يَتَطَوَّعْ قَبْلَ وَاحِدَةٍ مِنْهُمَا وَلاَ بَعْدُ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Müzdəlifədə namazları birləşdirərək hər birini iqamə verərək qıldı. Onlardan nə əvvəl, nə də sonra nafilə namazı qılmadı.”

Səlim atasından
SəhihNəsəi, 660 (Azan, 35)

Fəsil 21

Namazın vaxtını keçirənin azan verməsi

الأَذَانُ لِلْفَائِتِ مِنَ الصَّلَوَاتِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي سَعِيدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِيهِ قَالَ : شَغَلَنَا الْمُشْرِكُونَ يَوْمَ الْخَنْدَقِ عَنْ صَلاَةِ الظُّهْرِ حَتَّى غَرَبَتِ الشَّمْسُ ، وَذَلِكَ قَبْلَ أَنْ يَنْزِلَ فِي الْقِتَالِ مَا نَزَلَ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ} فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِلاَلاً فَأَقَامَ لِصَلاَةِ الظُّهْرِ فَصَلاَّهَا كَمَا كَانَ يُصَلِّيهَا لِوَقْتِهَا ، ثُمَّ أَقَامَ لِلْعَصْرِ فَصَلاَّهَا كَمَا كَانَ يُصَلِّيهَا فِي وَقْتِهَا ، ثُمَّ أَذَّنَ لِلْمَغْرِبِ فَصَلاَّهَا كَمَا كَانَ يُصَلِّيهَا فِي وَقْتِهَا.

“Abdur-Rahmən ibn Əbu Səid atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Xəndək günü müşriklər günəş batana qədər bizi Zöhr namazını qılmaqdan yayındırdılar. Bu hadisə döyüş ayəsi nazil olmamışdan qabaq idi. Allah ﷿ bu ayəni endirdi: “Döyüşdə Allah möminlərə kifayət etdi” (əl-Əhzab, 25). Allah Elçisi ﷺ Bilala əmr etdi ki, Zöhr namazı üçün iqamə versin. Bu namazı öz vaxtında olduğu kimi qıldı. Sonra Əsr namazı üçün iqamə verdi və Əsr namazını öz vaxtında olduğu kimi qıldı. Sonra Məğrib namazı üçün iqamə verdi və Məğrib namazını öz vaxtında olduğu kimi qıldı”.”

Abdur-Rahmən ibn Əbu Səid atasından
SəhihNəsəi, 661 (Azan, 36)

Fəsil 22

Bu namazların hamısını bir azanla qılmağın icazəli olması və onların hər biri üçün iqamə vermək

الاِجْتِزَاءُ لِذَلِكَ كُلِّهِ بِأَذَانٍ وَاحِدٍ , وَالإِقَامَةُ لِكُلِّ وَاحِدَةٍ مِنْهُمَا

أَخْبَرَنَا هَنَّادٌ ، عَنْ هُشَيْمٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، عَنْ أَبِي عُبَيْدَةَ قَالَ : قَالَ عَبْدُ اللهِ : إِنَّ الْمُشْرِكِينَ شَغَلُوا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَرْبَعِ صَلَوَاتٍ يَوْمَ الْخَنْدَقِ ، فَأَمَرَ بِلاَلاً فَأَذَّنَ ، ثُمَّ أَقَامَ فَصَلَّى الظُّهْرَ ، ثُمَّ أَقَامَ فَصَلَّى الْعَصْرَ ، ثُمَّ أَقَامَ فَصَلَّى الْمَغْرِبَ ، ثُمَّ أَقَامَ فَصَلَّى الْعِشَاء.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Müşriklər Xəndək günü Peyğəmbəri ﷺ dörd namazı qılmaqdan yayındırdılar. O, Bilala azan verməsini əmr etdi. Sonra iqamə verərək Zöhr namazını, sonra iqamə verərək Əsr namazını, sonra iqamə verərək Məğrib namazını, sonra da iqamə verərək İşa namazını qıldı”.”

Abdullah
SəhihNəsəi, 662 (Azan, 37)

Fəsil 23

Hər namaz üçün iqamə demək kifayət edir

الاِكْتِفَاءُ بِالإِقَامَةِ لِكُلِّ صَلاَةٍ

أَخْبَرَنَا الْقَاسِمُ بْنُ زَكَرِيَّا بْنِ دِينَارٍ ، قَالَ : حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، أَنَّ أَبَا الزُّبَيْرِ الْمَكِّيَّ حَدَّثَهُمْ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، أَنَّ أَبَا عُبَيْدَةَ بْنَ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ حَدَّثَهُمْ ، أَنَّ عَبْدَ اللهِ بْنَ مَسْعُودٍ قَالَ : كُنَّا فِي غَزْوَةٍ فَحَبَسَنَا الْمُشْرِكُونَ عَنْ صَلاَةِ الظُّهْرِ وَالْعَصْرِ وَالْمَغْرِبِ وَالْعِشَاء ، فَلَمَّا انْصَرَفَ الْمُشْرِكُونَ أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُنَادِيًا فَأَقَامَ لِصَلاَةِ الظُّهْرِ فَصَلَّيْنَا ، وَأَقَامَ لِصَلاَةِ الْعَصْرِ فَصَلَّيْنَا ، وَأَقَامَ لِصَلاَةِ الْمَغْرِبِ فَصَلَّيْنَا ، وَأَقَامَ لِصَلاَةِ الْعِشَاء فَصَلَّيْنَا ، ثُمَّ طَافَ عَلَيْنَا فَقَالَ : مَا عَلَى الأَرْضِ عِصَابَةٌ يَذْكُرُونَ اللَّهَ عَزَّ وَجَلَّ غَيْرُكُمْ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə bir döyüşdə idik. Müşriklər Zöhr, Əsr, Məğrib və İşa namazlarını qılmağa macal vermədilər. Müşriklər çıxıb getdikdə Allah Elçisi ﷺ bir carçıya Zöhr namazını qılmaq üçün iqamə verməsini əmr etdi, biz də namazı qıldıq. O, Əsr namazı üçün iqamə verdi, biz də namazı qıldıq. O, Məğrib namazı üçün iqamə verdi, biz də namazı qıldıq. O, İşa namazını qılmaq üçün iqamə verdi, biz də namazı qıldıq. Sonra bizə tərəf çevrilib dedi: “(Bu an) yer üzündə sizdən başqa Allahı yad edən bir toplum yoxdur”.”

Abdullah ibn Məsud
ZəifNəsəi, 663 (Azan, 38)

Fəsil 24

Namazdan bir rükət unudanın iqamə verməsi

الإِقَامَةُ لِمَنْ نَسِيَ رَكْعَةً مِنْ صَلاَةٍ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، أَنَّ سُوَيْدَ بْنَ قَيْسٍ حَدَّثَهُ ، عَنْ مُعَاوِيَةَ بْنِ حُدَيْجٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى يَوْمًا فَسَلَّمَ وَقَدْ بَقِيَتْ مِنَ الصَّلاَةِ رَكْعَةٌ ، فَأَدْرَكَهُ رَجُلٌ فَقَالَ : نَسِيتَ مِنَ الصَّلاَةِ رَكْعَةً فَدَخَلَ الْمَسْجِدَ وَأَمَرَ بِلاَلاً فَأَقَامَ الصَّلاَةَ , فَصَلَّى لِلنَّاسِ رَكْعَةً فَأَخْبَرْتُ بِذَلِكَ النَّاسَ , فَقَالُوا لِي : أَتَعْرِفُ الرَّجُلَ ؟ قُلْتُ : لاَ . إِلاَّ أَنْ أَرَاهُ ، فَمَرَّ بِي , فَقُلْتُ : هَذَا هُوَ . قَالُوا : هَذَا طَلْحَةُ بْنُ عُبَيْدِ اللَّهِ.

“Muaviyə ibn Hudeyc ﵁ rəvayət edir ki, bir gün Allah Elçisi ﷺ namaz qıldı və namazı bitirdikdə salam verdi. Namazdan bir rükət qalmışdı. Bir kişi ona çataraq dedi: “Sən namazdan bir rükət unutmusan”. Allah Elçisi ﷺ (qayıdaraq) məscidə daxil oldu və namaza iqamə verməsi üçün Bilala əmr etdi. İnsanlarla bir rükət qıldı və bunu insanlara bildirdi. Onlar mənə: “Bu kişini tanıyırdın?”- dedilər. Mən dedim: “Xeyr, sadəcə onu mənim yanımdan keçərkən görmüşdüm. Həmin kişi idi”. Onlar da: “Bu, Talha ibn Ubeydullahdır!”- dedilər.”

Muaviyə ibn Hudeyc
SəhihNəsəi, 664 (Azan, 39)

Fəsil 25

Çobanın azan verməsi

أَذَانُ الرَّاعِي

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، عَنِ ابْنِ أَبِي لَيْلَى عَنْ عَبْدِ اللهِ بْنِ رُبَيِّعَةَ أَنَّهُ كَانَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ فَسَمِعَ صَوْتَ رَجُلٍ يُؤَذِّنُ فَقَالَ مِثْلَ قَوْلِهِ ، ثُمَّ قَالَ إِنَّ هَذَا لَرَاعِي غَنَمٍ أَوْ عَازِبٌ عَنْ أَهْلِهِ فَنَظَرُوا فَإِذَا هُوَ رَاعِي غَنَمٍ

“Rəvayət edilir ki, Abdullah ibn Rubeyyia ﵁ Allah Elçisi ﷺ ilə səfərdə idi. Allah Elçisi ﷺ azan verən bir kişinin səsini eşitdi və onun dediklərini təkrar etdi. Sonra dedi: “Bu səs qoyun otaran çobanın və ya ailəsindən uzaq düşmüş adamın səsidir”. Sonra baxdılar ki, bu, qoyun otaran çobandır.”

Abdullah ibn Rubeyyia
SəhihNəsəi, 665 (Azan, 40)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، عَنِ ابْنِ أَبِي لَيْلَى ، عَنْ عَبْدِ اللهِ بْنِ رَبِيعَةَ : أَنَّهُ كَانَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ ، فَسَمِعَ صَوْتَ رَجُلٍ يُؤَذِّنُ حَتَّى إِذَا بَلَغَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ قَالَ الْحَكَمُ : لَمْ أَسْمَعْ هَذَا مِنْ ابْنِ أَبِي لَيْلَى قَالَ رَسُولُ اللهِ : إِنَّ هَذَا لَرَاعِى غَنَمٍ أَوْ رَجُلٍ عَازِبٌ عَنْ أَهْلِهِ . فَهَبَطَ الوَادِيَ ، فَإِذَا هُوَ بِرَاعى غَنَمٍ ، وَإِذَا هُوَ بِشَاةٍ مَيِّتَةٍ قَالَ : أَتَرُونَ هَذِهِ هَيِّنَةً عَلَى أَهْلِهَا ؟ قَالُوا : نَعَمْ . قَالَ : الدُّنْيَا أَهْوَنُ عَلَى اللهِ مِنْ هَذِهِ عَلَى أَهْلِهَا.

“Rəvayət edilir ki, Abdullah ibn Rubeyyia ﵁ Allah Elçisi ﷺ ilə birlikdə səfərdə idi. Allah Elçisi ﷺ bir kişinin azan verməsini eşitdi. O, “əşhədu ənnə Muhəmmədən Rasulullah” sözlərinə çatdıqda Allah Elçisi ﷺ dedi: “Bu ya qoyun otaran çoban, ya da ailəsindən uzaq düşmüş bir kişidir”. Vadidən aşağı endikdə gördülər ki, bu, qoyun otaran çobandır. Onun yanında ölü bir qoyun var idi. Allah Elçisi ﷺ dedi: “Bu, yiyəsi üçün dəyərsizdirmi?” Səhabələr: “Bəli”- dedilər. Allah Elçisi ﷺ buyurdu: “Bu, yiyəsi üçün dəyərsiz olduğu kimi, dünya da Allah üçün dəyərsizdir”.”

Abdullah ibn Rubeyyia
SəhihNəsəi, 665m (Azan, 40m)

Fəsil 26

Təklikdə namaz qılanın azan verməsi

الأَذَانُ لِمَنْ يُصَلِّي وَحْدَهُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، أَنَّ أَبَا عُشَّانَةَ الْمَعَافِرِيَّ حَدَّثَهُ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : يَعْجَبُ رَبُّكَ مِنْ رَاعِي غَنَمٍ فِي رَأْسِ شَظِيَّةِ الْجَبَلِ يُؤَذِّنُ بِالصَّلاَةِ وَيُصَلِّي ، فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : انْظُرُوا إِلَى عَبْدِي هَذَا يُؤَذِّنُ وَيُقِيمُ الصَّلاَةَ يَخَافُ مِنِّي ، قَدْ غَفَرْتُ لِعَبْدِي وَأَدْخَلْتُهُ الْجَنَّةَ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Sənin Rəbbin dağın başında qoyun otaran çobanın azan verib namaz qılmasına təəccüb edir. Allah ﷿ belə buyurur: “Bu quluma baxın! Məndən qorxduğuna görə azan verib namaz qılır. Artıq Mən qulumu bağışladım və Cənnətə daxil etdim”.”

Uqbə ibn Amir
SəhihNəsəi, 666 (Azan, 41)

Fəsil 27

Təklikdə namaz qılanın iqamə verməsi

الإِقَامَةُ لِمَنْ يُصَلِّي وَحْدَهُ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ عَلِيِّ بْنِ يَحْيَى بْنِ خَلاَّدِ بْنِ رَافِعٍ الزَّرْقِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، عَنْ رِفَاعَةَ بْنِ رَافِعٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَا هُوَ جَالِسٌ فِي صَفِّ الصَّلاَةِ الْحَدِيثَ.

“Rifəa ibn Rafi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bizim qabağımızda oturarkən... (hədis tam şəkildə irəlidə qeyd ediləcək).”

Rifəa ibn Rafi
SəhihNəsəi, 667 (Azan, 42)

Fəsil 28

İqamənin necəliyi

كَيْفَ الإِقَامَةُ

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ تَمِيمٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ شُعْبَةَ قَالَ : سَمِعْتُ أَبَا جَعْفَرٍ مُؤَذِّنَ مَسْجِدِ الْعُرْيَانِ ، عَنْ أَبِي الْمُثَنَّى ، مُؤَذِّنِ مَسْجِدِ الْجَامِعِ ، قَالَ : سَأَلْتُ ابْنَ عُمَرَ ، عَنِ الأَذَانِ فَقَالَ : كَانَ الأَذَانُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَثْنَى مَثْنَى ، وَالإِقَامَةُ مَرَّةً مَرَّةً إِلاَّ أَنَّكَ إِذَا قُلْتَ : قَدْ قَامَتِ الصَّلاَةُ قَالَهَا مَرَّتَيْنِ ، فَإِذَا سَمِعْنَا قَدْ قَامَتِ الصَّلاَةُ تَوَضَّأْنَا ، ثُمَّ خَرَجْنَا إِلَى الصَّلاَةِ.

“Rəvayət edilir ki, əl-Cami məscidinin müəzzini Əbu Musənnə ﵀ demişdir: “Mən İbn Ömərdən azan haqda soruşdum. O dedi: “Allah Elçisinin ﷺ zamanında azanın sözlərini iki-iki təkrarlayaraq verərdilər. İqaməni isə bir dəfə deyərək verərdilər. Yalnız “qad qamətis-salət” sözlərini iki dəfə təkrarlayaraq deyərdilər. Biz “qad qamətis-salət” sözlərini eşitdikdə dəstəmaz alar və namaza gedərdik”.”

Əbu Musənnə
SəhihNəsəi, 668 (Azan, 43)

Fəsil 29

Hər kəs özü üçün iqamə verməlidir

إِقَامَةُ كُلِّ وَاحِدٍ لِنَفْسِهِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ قَالَ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلِصَاحِبٍ لِي : إِذَا حَضَرَتِ الصَّلاَةُ ، فَأَذِّنَا ثُمَّ أَقِيمَا ، ثُمَّ لِيَؤُمَّكُمَا أَحَدُكُمَا.

“Rəvayət edilir ki, Malik ibn əl-Huveyris ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə və dostuma dedi: “Namaz vaxtı gəldikdə azan verin, sonra da iqamə verin. Sonra sizdən biriniz imam dayansın”.”

Malik ibn əl-Huveyris
SəhihNəsəi, 669 (Azan, 44)

Fəsil 30

Azan verməyin fəziləti

فَضْلُ التَّأْذِينِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا نُودِيَ لِلصَّلاَةِ أَدْبَرَ الشَّيْطَانُ وَلَهُ ضُرَاطٌ حَتَّى لاَ يَسْمَعَ التَّأْذِينَ ، فَإِذَا قُضِيَ النِّدَاءُ أَقْبَلَ حَتَّى إِذَا ثُوِّبَ بِالصَّلاَةِ أَدْبَرَ . حَتَّى إِذَا قُضِيَ التَّثْوِيبُ أَقْبَلَ حَتَّى يَخْطُرَ بَيْنَ الْمَرْءِ وَنَفْسِهِ يَقُولُ : اذْكُرْ كَذَا اذْكُرْ كَذَا لِمَا لَمْ يَكُنْ يَذْكُرُ حَتَّى يَظَلَّ الْمَرْءُ إِنْ يَدْرِي كَمْ صَلَّى.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Azan verildikdə şeytan azanı eşitməmək üçün pis qoxulu yel buraxa-buraxa qaçar. Azan bitdikdə qayıdar. İqamə verildikdə yenidən qaçar. İqamə qurtardıqda isə qayıdıb adama “filan şeyi yada sal, filan şeyi yada sal” (deyə) vəsvəsə verməyə başlayar. Namazdakı adama yaxınlaşıb o qədər vəsvəsə verər ki, həmin adam neçə rükət namaz qıldığını bilməz”.”

Əbu Hureyra
SəhihNəsəi, 670 (Azan, 45)

Fəsil 31

Azan vermək üçün püşk atmaq

الاِسْتِهَامُ عَلَى التَّأْذِينِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَوْ يَعْلَمُ النَّاسُ مَا فِي النِّدَاءِ وَالصَّفِّ الأَوَّلِ ثُمَّ لَمْ يَجِدُوا إِلاَّ أَنْ يَسْتَهِمُوا عَلَيْهِ لاَسْتَهَمُوا عَلَيْهِ ، وَلَوْ يَعْلَمُونَ مَا فِي التَّهْجِيرِ لاَسْتَبَقُوا إِلَيْهِ ، وَلَوْ عَلِمُوا مَا فِي الْعَتَمَةِ وَالصُّبْحِ لأَتَوْهُمَا وَلَوْ حَبْوًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər insanlar azan (verməyin) və (namazda) birinci sırada (durmağın nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər və (buna nail olmaq üçün) püşk atmaqdan başqa bir çarə tapmasaydılar, hökmən püşk atardılar. Əgər onlar namazın vaxtı yetişən kimi onu qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün bir-birini ötüb keçməyə çalışardılar. Əgər onlar İşa və Sübh namazlarını (camaatla birgə) qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, bu namazları qılmaq üçün dizləri üstündə sürünə-sürünə də olsa, (məscidə) gələrdilər”.”

Əbu Hureyra
SəhihNəsəi, 671 (Azan, 46)

Fəsil 32

Azan verməyinə görə maaş istəməyən adamı müəzzin götürmək

اتِّخَاذُ الْمُؤَذِّنِ الَّذَي لاَ يَأْخُذُ عَلَى أَذَانِهِ أَجْرًا

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ الْجُرَيْرِيُّ ، عَنْ أَبِي الْعَلاَءِ ، عَنْ مُطَرِّفٍ ، عَنْ عُثْمَانَ بْنِ أَبِي الْعَاصِ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، اجْعَلْنِي إِمَامَ قَوْمِي . فَقَالَ : أَنْتَ إِمَامُهُمْ ، وَاقْتَدِ بِأَضْعَفِهِمْ ، وَاتَّخِذْ مُؤَذِّنًا لاَ يَأْخُذُ عَلَى أَذَانِهِ أَجْرًا.

“Rəvayət edilir ki, Osman ibn Əbul-As ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, məni öz tayfama imam seç!” O dedi: “Sən onların imamısan, ona görə zəifləri nəzərə al! Azana görə maaş istəməyən müəzzin tut!””

Osman ibn Əbul-As
SəhihNəsəi, 672 (Azan, 47)

Fəsil 33

Müəzzinin dediklərini təkrarlamaq

الْقَوْلُ مِثْلَ مَا يَقُولُ الْمُؤَذِّنُ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا سَمِعْتُمُ النِّدَاءَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ الْمُؤَذِّنُ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Azanı eşitdikdə müəzzinin dediklərini təkrar edin!””

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 673 (Azan, 48)

Fəsil 34

Müəzzinin söylədiklərini təkrarlamağın savabı

ثَوَابُ ذَلِكَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، أَنَّ بُكَيْرَ بْنَ الأَشَجِّ حَدَّثَهُ ، أَنَّ عَلِيَّ بْنَ خَالِدٍ الْدُؤَلِيَّ حَدَّثَهُ ، أَنَّ النَّضْرَ بْنَ سُفْيَانَ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَامَ بِلاَلٌ يُنَادِي ، فَلَمَّا سَكَتَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ قَالَ مِثْلَ هَذَا يَقِينًا دَخَلَ الْجَنَّةَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə idik. Bu vaxt Bilal qalxıb azan verdi. Azanı bitirdikdə Allah Elçisi ﷺ buyurdu: “Kim bunu yəqin olaraq təkrar edərsə, Cənnətə daxil olar”.”

Əbu Hureyra
HəsənNəsəi, 674 (Azan, 49)

Fəsil 35

Müəzzinin dediyi sözləri təkrarlamaq

الْقَوْلُ مِثْلَ مَا يَتَشَهَّدُ الْمُؤَذِّنُ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ مُجَمِّعِ بْنِ يَحْيَى الأَنْصَارِيِّ قَالَ : كُنْتُ جَالِسًا عِنْدَ أَبِي أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، فَأَذَّنَ الْمُؤَذِّنُ فَقَالَ : اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ فَكَبَّرَ اثْنَتَيْنِ ، فَقَالَ : أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَتَشَهَّدَ اثْنَتَيْنِ ، فَقَالَ : أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ فَتَشَهَّدَ اثْنَتَيْنِ . ثُمَّ قَالَ : حَدَّثَنِي هَكَذَا مُعَاوِيَةُ بْنُ أَبِي سُفْيَانَ ، عَنْ قَوْلِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Mucəmmi ibn Yəhyə əl-Ənsari ﵀ demişdir: “Mən Əbu Umamə ibn Səhl ibn Huneyfin yanında oturmuşdum. Müəzzin azan verib: “Allahu Əkbər, Allahu Əkbər” deyərək iki dəfə təkbir etdi. Sonra: “Əşhədu əl-Lə iləhə illəllah” deyərək bunu iki dəfə təkrar etdi. Sonra: “Əşhədu ənnə Muhəmmədən Rasulullah” deyərək bunu iki dəfə təkrar etdi və dedi: “Bunu mənə Muaviyə ibn Əbu Sufyan Allah Elçisindən ﷺ rəvayət edərək danışmışdır”.”

Mucəmmi ibn Yəhyə əl-Ənsari
SəhihNəsəi, 675 (Azan, 50)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مِسْعَرٍ ، عَنْ مُجَمِّعٍ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلٍ ، قَالَ : سَمِعْتُ مُعَاوِيَةَ رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ : سَمِعْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَسَمِعَ الْمُؤَذِّنَ فَقَالَ مِثْلَ مَا قَالَ.

“Eyni hədisdir.”

Müaviyə
SəhihNəsəi, 676 (Azan, 51)

Fəsil 36

Müəzzin “Həyyə aləs-Saləh, həyyə aləl-fələh” dedikdə nə deyilir?

الْقَوْلُ إِذا قَالَ الْمُؤَذِّنُ : حَيَّ عَلَى الصَّلاَةِ , حَيَّ عَلَى الْفَلاَحِ

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى وَإِبْرَاهِيمُ بْنُ الْحَسَنِ الْمِقْسَمِيُّ قَالاَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : ابْنُ جُرَيْجٍ ، أَخْبَرَنِي عَمْرُو بْنُ يَحْيَى ، أَنَّ عِيسَى بْنَ عُمَرَ أَخْبَرَهُ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ ، عَنْ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ قَالَ : إِنِّي عِنْدَ مُعَاوِيَةَ إِذْ أَذَّنَ مُؤَذِّنُهُ ، فَقَالَ مُعَاوِيَةُ كَمَا قَالَ الْمُؤَذِّنُ حَتَّى إِذَا قَالَ : حَيَّ عَلَى الصَّلاَةِ . قَالَ : لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ . فَلَمَّا قَالَ : حَيَّ عَلَى الْفَلاَحِ . قَالَ : لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ . وَقَالَ بَعْدَ ذَلِكَ مَا قَالَ الْمُؤَذِّنُ ، ثُمَّ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ مِثْلَ ذَلِكَ.

“Rəvayət edilir ki, Alqamə ibn Vəqqas ﵀ demişdir: “Mən Muaviyənin yanında idim. Bu vaxt müəzzin azan verdi. Muaviyə müəzzinin dediyi sözləri təkrarlayırdı. Müəzzin “həyyə aləs-saləh” dedikdə Muaviyə “Lə həulə va lə quvvətə illə billəh” sözlərini dedi. Müəzzin “həyyə aləl-fələh” dedikdə, Muaviyə “Lə həulə va lə quvvətə illə billəh” sözlərini dedi. Bundan sonra müəzzinin dediklərini təkrar etdi və buyurdu: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim”.”

Alqamə ibn Vəqqas
HəsənNəsəi, 677 (Azan, 52)

Fəsil 37

Azandan sonra Peyğəmbərə ﷺ salavat demək

الصَّلاَةُ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدَ الأَذَانِ

أَخْبَرَنَا سُوَيْدٌ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ حَيْوَةَ بْنِ شُرَيْحٍ ، أَنَّ كَعْبَ بْنَ عَلْقَمَةَ سَمِعَ عَبْدَ الرَّحْمَنِ بْنَ جُبَيْرٍ مَوْلَى نَافِعِ بْنِ عَمْرٍو الْقُرَشِيِّ يُحَدِّثُ ، أَنَّهُ سَمِعَ عَبْدَ اللهِ بْنَ عَمْرٍو يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِذَا سَمِعْتُمُ الْمُؤَذِّنَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ وَصَلُّوا عَلَيَّ ؛ فَإِنَّهُ مَنْ صَلَّى عَلَيَّ صَلاَةً صَلَّى اللَّهُ عَلَيْهِ عَشْرًا ، ثُمَّ سَلُوا اللَّهَ لِي الْوَسِيلَةَ ؛ فَإِنَّهَا مَنْزِلَةٌ فِي الْجَنَّةِ لاَ تَنْبَغِي إِلاَّ لِعَبْدٍ مِنْ عِبَادِ اللهِ أَرْجُو أَنْ أَكُونَ أَنَا هُوَ ، فَمَنْ سَأَلَ لِي الْوَسِيلَةَ حَلَّتْ لَهُ الشَّفَاعَةُ.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Müəzzinin azan verdiyini eşitdiyiniz zaman, siz də onun dediklərini təkrar edin və mənə salavat deyin. Kim mənə bir salavat edərsə, Allah bunun sayəsində ona on salavat edər. Sonra Allahdan mənim üçün “əl-Vəsilə” istəyin. Həqiqətən, o, Cənnətdə Allahın qullarından bir qul üçün layiq görülmüş bir yerdir. Mən ümid edirəm ki, o yer mənə veriləcək. Kim mənim üçün “əl-Vəsilə” istəyərsə, şəfaətimə nail olar”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 678 (Azan, 53)

Fəsil 38

Azan verildikdə dua etmək

الدُّعَاءُ عِنْدَ الأَذَانِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنِ اللَّيْثِ ، عَنِ الْحَكِيمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ قَالَ حِينَ يَسْمَعُ الْمُؤَذِّنَ : وَأَنَا أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ . رَضِيتُ بِاللَّهِ رَبًّا ، وَبِمُحَمَّدٍ رَسُولاً ، وَبِالإِسْلاَمِ دِينًا غُفِرَ لَهُ ذَنْبُهُ.

“Səd ibn Əbu Vəqqas ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim azanı eşidərək: “Mən də şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Allahın Rəbb, Muhəmmədin elçi və İslamın din olduğundan razıyam!”- deyərsə, günahları bağışlanar”.”

Səd ibn Əbu Vəqqas
SəhihNəsəi, 679 (Azan, 54)

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ عَيَّاشٍ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ جَابِرٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ قَالَ حِينَ يَسْمَعُ النِّدَاءَ : اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ وَالصَّلاَةِ الْقَائِمَةِ . آتِ مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ ، وَابْعَثْهُ الْمَقَامَ الْمَحْمُودَ الَّذِي وَعَدْتَهُ إِلاَّ حَلَّتْ لَهُ شَفَاعَتِي يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim azanı eşitdikdə “Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır!”- deyərsə, Qiyamət günü mənim şəfaətimə qovuşar”.”

Cabir
SəhihNəsəi, 680 (Azan, 55)

Fəsil 39

Azanla iqamə arasında namaz qılmaq

الصَّلاَةُ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، عَنْ يَحْيَى ، عَنْ كَهْمَسٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ بُرَيْدَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلاَةٌ . بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلاَةٌ . بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلاَةٌ لِمَنْ شَاءَ.

“Rəvayət edilir ki, Abdullah ibn Muğaffəl ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər bir azanla iqamə arasında namaz var! Hər bir azanla iqamə arasında namaz var! Kim istəsə, hər bir azanla iqamə arasında namaz var!””

Abdullah ibn Muğaffəl
SəhihNəsəi, 681 (Azan, 56)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا أَبُو عَامِرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ عَامِرٍ الأَنْصَارِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : كَانَ الْمُؤَذِّنُ إِذَا أَذَّنَ قَامَ نَاسٌ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَبْتَدِرُونَ السَّوَارِيَ يُصَلُّونَ حَتَّى يَخْرُجَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُمْ كَذَلِكَ ، وَيُصَلُّونَ قَبْلَ الْمَغْرِبِ وَلَمْ يَكُنْ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ شَيْءٌ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Müəzzin azan verdikdə Peyğəmbərin ﷺ səhabələrindən olan insanlar dirəklərin arxasına keçər, Peyğəmbər ﷺ çıxana və Məğrib namazı qılınana qədər namaz qılardılar. Azan ilə iqamə arasında isə elə də çox vaxt olmazdı”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 682 (Azan, 57)

Fəsil 40

Azan verildikdən sonra məsciddən çıxmağın şiddətli şəkildə qınanması

التَّشْدِيدُ فِي الْخُرُوجِ مِنَ الْمَسْجِدِ بَعْدَ الأَذَانِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، عَنْ عُمَرَ بْنِ سَعِيدٍ ، عَنْ أَشْعَثَ بْنِ أَبِي الشَّعْثَاءِ ، عَنْ أَبِيهِ قَالَ : رَأَيْتُ أَبَا هُرَيْرَةَ وَمَرَّ رَجُلٌ فِي الْمَسْجِدِ بَعْدَ النِّدَاءِ حَتَّى قَطَعَهُ فَقَالَ أَبُو هُرَيْرَةَ : أَمَّا هَذَا فَقَدْ عَصَى أَبَا الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Əşas ibn Əbu əş-Şəasə atasının ﵀ belə dediyini rəvayət edir: “Mən Əbu Hureyranın azan verildikdən sonra məsciddən çıxan bir kişinin qarşısını kəsdiyini gördüm. Əbu Hureyra dedi: “O ki qaldı bu kişiyə, o, artıq Əbul-Qasimə ﷺ asi olmuşdur”.”

Əşas ibn Əbu əş-Şəasə atasından
SəhihNəsəi, 683 (Azan, 58)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ عَوْنٍ ، عَنْ أَبِي عُمَيْسٍ قَالَ : أَخْبَرَنَا أَبُو صَخْرَةَ ، عَنْ أَبِي الشَّعْثَاءِ قَالَ : خَرَجَ رَجُلٌ مِنَ الْمَسْجِدِ بَعْدَ مَا نُودِيَ بِالصَّلاَةِ ، فَقَالَ أَبُو هُرَيْرَةَ : أَمَّا هَذَا فَقَدْ عَصَى أَبَا الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu əş-Şəasə ﵀ demişdir: “Bir kişi namaz üçün azan verildikdən sonra məsciddən çıxdı. Əbu Hureyra dedi: “Bu, Əbul-Qasimə ﷺ asi oldu”.”

Əbu əş-Şəasə
SəhihNəsəi, 684 (Azan, 59)

Fəsil 41

Müəzzinin namaz qılması üçün imamı çağırması

إِيذَانُ الْمُؤَذِّنِينَ الأَئِمَّةَ بِالصَّلاَةِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي ابْنُ أَبِي ذِئْبٍ وَيُونُسُ وَعَمْرُو بْنُ الْحَارِثِ ، أَنَّ ابْنَ شِهَابٍ أَخْبَرَهُمْ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي فِيمَا بَيْنَ أَنْ يَفْرُغَ مِنْ صَلاَةِ الْعِشَاء إِلَى الْفَجْرِ إِحْدَى عَشْرَةَ رَكْعَةً يُسَلِّمُ بَيْنَ كُلِّ رَكْعَتَيْنِ وَيُوتِرُ بِوَاحِدَةٍ ، وَيَسْجُدُ سَجْدَةً قَدْرَ مَا يَقْرَأُ أَحَدُكُمْ خَمْسِينَ آيَةً ، ثُمَّ يَرْفَعُ رَأْسَهُ ، فَإِذَا سَكَتَ الْمُؤَذِّنُ مِنْ صَلاَةِ الْفَجْرِ وَتَبَيَّنَ لَهُ الْفَجْرُ رَكَعَ رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ ، ثُمَّ اضْطَجَعَ عَلَى شِقِّهِ الأَيْمَنِ حَتَّى يَأْتِيَهُ الْمُؤَذِّنُ بِالإِقَامَةِ ، فَيَخْرُجُ مَعَهُ وَبَعْضُهُمْ يَزِيدُ عَلَى بَعْضٍ فِي الْحَدِيثِ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ İşa namazını qıldıqdan sonra Sübh namazına qədər on bir rükət namaz qılardı. Hər iki rükətdən sonra salam verər və axırda bir rükət qılardı. Birimiz əlli ayə oxuduğu müddət qədər səcdə edər, sonra başını qaldırardı. Müəzzin Sübh namazı üçün azan verib susduqdan sonra ona aydın olardı ki, Sübhün vaxtıdır. Sonra iki rükət yüngül namaz qılardı. Sonra müəzzin onun yanına iqamə vermək üçün gələnə qədər sağ çiyni üstündə uzanardı. Sonra müəzzinlə çıxıb namaza gedərdi”.”

Aişə
SəhihNəsəi, 685 (Azan, 60)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، عَنِ اللَّيْثِ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنِ ابْنِ أَبِي هِلاَلٍ ، عَنْ مَخْرَمَةَ بْنِ سُلَيْمَانَ ، أَنَّ كُرَيْبًا مُولِي ابْنِ عَبَّاسٍ أَخْبَرَهُ قَالَ : سَأَلْتُ ابْنَ عَبَّاسٍ قُلْتُ : كَيْفَ كَانَتْ صَلاَةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّيْلِ ؟ فَوَصَفَ : أَنَّهُ صَلَّى إِحْدَى عَشْرَةَ رَكْعَةً بِالْوِتْرِ ، ثُمَّ نَامَ حَتَّى اسْتَثْقَلَ فَرَأَيْتُهُ يَنْفُخُ ، وَأَتَاهُ بِلاَلٌ فَقَالَ : الصَّلاَةُ يَا رَسُولَ اللهِ ، فَقَامَ فَصَلَّى رَكْعَتَيْنِ وَصَلَّى بِالنَّاسِ وَلَمْ يَتَوَضَّأْ.

“Rəvayət edilir ki, İbn Abbasın ﵄ azad etdiyi kölə Kureyb ﵀ demişdir: “Mən İbn Abbasdan soruşdum: “Allah Elçisinin ﷺ gecə namazı necə idi?” İbn Abbas bunu vəsf edərək buyurdu: “O, vitrlə birlikdə on bir rükət qılıb dərin yuxuya getdi. Mən onu (yuxulayaraq) xoruldayan gördüm. Sonra Bilal onun yanına gəlib dedi: “Namaz, ey Allahın Elçisi!” O, qalxaraq dəstəmaz almadan iki rükət namaz qıldı, sonra da insanlara namaz qıldırdı”.”

İbn Abbas
SəhihNəsəi, 686 (Azan, 61)

Fəsil 42

İmam gəldikdə müəzzinin iqamə verməsi

إِقَامَةُ الْمُؤَذِّنِ عِنْدَ خُرُوجِ الإِمَامِ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ مَعْمَرٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أُقِيمَتِ الصَّلاَةُ ، فَلاَ تَقُومُوا حَتَّى تَرَوْنِي خَرَجْتُ.

“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaza iqamə verildikdə mənim məscidə gəldiyimi görməyincə ayağa qalxmayın”.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihNəsəi, 687 (Azan, 62)