Azanı təkrarlayarkən alçaq səslə demək
أَخْبَرَنَا بِشْرُ بْنُ مُعَاذٍ قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ وَهُوَ ابْنُ عَبْدِ الْعَزِيزِ بْنِ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي مَحْذُورَةَ قَالَ : حَدَّثَنِي أَبِي عَبْدُ الْعَزِيزِ ، وَجَدِّي عَبْدُ الْمَلِكِ ، عَنْ أَبِي مَحْذُورَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَقْعَدَهُ فَأَلْقَى عَلَيْهِ الأَذَانَ حَرْفًا حَرْفًا . قَالَ إِبْرَاهِيمُ هُوَ مِثْلُ أَذَانِنَا هَذَا قُلْتُ لَهُ : أَعِدْ عَلَيَّ ، قَالَ : اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مَرَّتَيْنِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ مَرَّتَيْنِ ، ثُمَّ قَالَ بِصَوْتٍ دُونَ ذَلِكَ الصَّوْتِ يُسْمِعُ مَنْ حَوْلَهُ : أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مَرَّتَيْنِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ مَرَّتَيْنِ ، حَيَّ عَلَى الصَّلاَةِ مَرَّتَيْنِ ، حَيَّ عَلَى الْفَلاَحِ مَرَّتَيْنِ ، اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ.
“Əbu Məhzura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ onu yanında oturdub azanın sözlərini bir-bir öyrətdi. Hədisin ravilərindən biri olan İbrahim deyir: “Bu, bizim azan kimidir. Ona dedim: “Azanın sözlərini mənə təkrar et”. O dedi: “Alla:hu Əkbər, Alla:hu Əkbər (Allah ən Böyükdür), Əşhədu əl-Lə: ilə:hə illəllah (Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur!), iki dəfə. Əşhədu ənnə Muhəmmədən Rasu:lullah (Şahidlik edirəm ki, Muhəmməd Allahın elçisidir!), iki dəfə”. Sonra onun yanındakıların eşidəcəyi, lakin bundan aşağı səslə dedi: “Əşhədu əl-Lə: ilə:hə illəllah, iki dəfə. Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, iki dəfə, Həyyə aləs-salə:h (Namaza tələsin!), iki dəfə. Həyyə aləl-fələ:h (Xilas olmağa tələsin!), iki dəfə. Alla:hu Əkbər, Alla:hu Əkbər. Lə: ilə:hə illəllah! (Allahdan başqa ibadətə layiq məbud yoxdur!)”.”
İstinad
Nəsəi, 629 (Azan, 4)
Sunən ən-Nəsəi — Azan kitabı