Azan verməyin fəziləti
أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا نُودِيَ لِلصَّلاَةِ أَدْبَرَ الشَّيْطَانُ وَلَهُ ضُرَاطٌ حَتَّى لاَ يَسْمَعَ التَّأْذِينَ ، فَإِذَا قُضِيَ النِّدَاءُ أَقْبَلَ حَتَّى إِذَا ثُوِّبَ بِالصَّلاَةِ أَدْبَرَ . حَتَّى إِذَا قُضِيَ التَّثْوِيبُ أَقْبَلَ حَتَّى يَخْطُرَ بَيْنَ الْمَرْءِ وَنَفْسِهِ يَقُولُ : اذْكُرْ كَذَا اذْكُرْ كَذَا لِمَا لَمْ يَكُنْ يَذْكُرُ حَتَّى يَظَلَّ الْمَرْءُ إِنْ يَدْرِي كَمْ صَلَّى.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Azan verildikdə şeytan azanı eşitməmək üçün pis qoxulu yel buraxa-buraxa qaçar. Azan bitdikdə qayıdar. İqamə verildikdə yenidən qaçar. İqamə qurtardıqda isə qayıdıb adama “filan şeyi yada sal, filan şeyi yada sal” (deyə) vəsvəsə verməyə başlayar. Namazdakı adama yaxınlaşıb o qədər vəsvəsə verər ki, həmin adam neçə rükət namaz qıldığını bilməz”.”
İstinad
Nəsəi, 670 (Azan, 45)
Sunən ən-Nəsəi — Azan kitabı