Azan kitabı

Azan vermək üçün püşk atmaq

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَوْ يَعْلَمُ النَّاسُ مَا فِي النِّدَاءِ وَالصَّفِّ الأَوَّلِ ثُمَّ لَمْ يَجِدُوا إِلاَّ أَنْ يَسْتَهِمُوا عَلَيْهِ لاَسْتَهَمُوا عَلَيْهِ ، وَلَوْ يَعْلَمُونَ مَا فِي التَّهْجِيرِ لاَسْتَبَقُوا إِلَيْهِ ، وَلَوْ عَلِمُوا مَا فِي الْعَتَمَةِ وَالصُّبْحِ لأَتَوْهُمَا وَلَوْ حَبْوًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər insanlar azan (verməyin) və (namazda) birinci sırada (durmağın nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər və (buna nail olmaq üçün) püşk atmaqdan başqa bir çarə tapmasaydılar, hökmən püşk atardılar. Əgər onlar namazın vaxtı yetişən kimi onu qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün bir-birini ötüb keçməyə çalışardılar. Əgər onlar İşa və Sübh namazlarını (camaatla birgə) qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, bu namazları qılmaq üçün dizləri üstündə sürünə-sürünə də olsa, (məscidə) gələrdilər”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 671 (Azan, 46)

Sunən ən-Nəsəi — Azan kitabı