Çobanın azan verməsi
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، عَنِ ابْنِ أَبِي لَيْلَى عَنْ عَبْدِ اللهِ بْنِ رُبَيِّعَةَ أَنَّهُ كَانَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ فَسَمِعَ صَوْتَ رَجُلٍ يُؤَذِّنُ فَقَالَ مِثْلَ قَوْلِهِ ، ثُمَّ قَالَ إِنَّ هَذَا لَرَاعِي غَنَمٍ أَوْ عَازِبٌ عَنْ أَهْلِهِ فَنَظَرُوا فَإِذَا هُوَ رَاعِي غَنَمٍ
“Rəvayət edilir ki, Abdullah ibn Rubeyyia ﵁ Allah Elçisi ﷺ ilə səfərdə idi. Allah Elçisi ﷺ azan verən bir kişinin səsini eşitdi və onun dediklərini təkrar etdi. Sonra dedi: “Bu səs qoyun otaran çobanın və ya ailəsindən uzaq düşmüş adamın səsidir”. Sonra baxdılar ki, bu, qoyun otaran çobandır.”
İstinad
Nəsəi, 665 (Azan, 40)
Sunən ən-Nəsəi — Azan kitabı