Çobanın azan verməsi
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، عَنِ ابْنِ أَبِي لَيْلَى ، عَنْ عَبْدِ اللهِ بْنِ رَبِيعَةَ : أَنَّهُ كَانَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ ، فَسَمِعَ صَوْتَ رَجُلٍ يُؤَذِّنُ حَتَّى إِذَا بَلَغَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ قَالَ الْحَكَمُ : لَمْ أَسْمَعْ هَذَا مِنْ ابْنِ أَبِي لَيْلَى قَالَ رَسُولُ اللهِ : إِنَّ هَذَا لَرَاعِى غَنَمٍ أَوْ رَجُلٍ عَازِبٌ عَنْ أَهْلِهِ . فَهَبَطَ الوَادِيَ ، فَإِذَا هُوَ بِرَاعى غَنَمٍ ، وَإِذَا هُوَ بِشَاةٍ مَيِّتَةٍ قَالَ : أَتَرُونَ هَذِهِ هَيِّنَةً عَلَى أَهْلِهَا ؟ قَالُوا : نَعَمْ . قَالَ : الدُّنْيَا أَهْوَنُ عَلَى اللهِ مِنْ هَذِهِ عَلَى أَهْلِهَا.
“Rəvayət edilir ki, Abdullah ibn Rubeyyia ﵁ Allah Elçisi ﷺ ilə birlikdə səfərdə idi. Allah Elçisi ﷺ bir kişinin azan verməsini eşitdi. O, “əşhədu ənnə Muhəmmədən Rasulullah” sözlərinə çatdıqda Allah Elçisi ﷺ dedi: “Bu ya qoyun otaran çoban, ya da ailəsindən uzaq düşmüş bir kişidir”. Vadidən aşağı endikdə gördülər ki, bu, qoyun otaran çobandır. Onun yanında ölü bir qoyun var idi. Allah Elçisi ﷺ dedi: “Bu, yiyəsi üçün dəyərsizdirmi?” Səhabələr: “Bəli”- dedilər. Allah Elçisi ﷺ buyurdu: “Bu, yiyəsi üçün dəyərsiz olduğu kimi, dünya da Allah üçün dəyərsizdir”.”
İstinad
Nəsəi, 665m (Azan, 40m)
Sunən ən-Nəsəi — Azan kitabı