Təklikdə namaz qılanın azan verməsi
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، أَنَّ أَبَا عُشَّانَةَ الْمَعَافِرِيَّ حَدَّثَهُ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : يَعْجَبُ رَبُّكَ مِنْ رَاعِي غَنَمٍ فِي رَأْسِ شَظِيَّةِ الْجَبَلِ يُؤَذِّنُ بِالصَّلاَةِ وَيُصَلِّي ، فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : انْظُرُوا إِلَى عَبْدِي هَذَا يُؤَذِّنُ وَيُقِيمُ الصَّلاَةَ يَخَافُ مِنِّي ، قَدْ غَفَرْتُ لِعَبْدِي وَأَدْخَلْتُهُ الْجَنَّةَ.
“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Sənin Rəbbin dağın başında qoyun otaran çobanın azan verib namaz qılmasına təəccüb edir. Allah ﷿ belə buyurur: “Bu quluma baxın! Məndən qorxduğuna görə azan verib namaz qılır. Artıq Mən qulumu bağışladım və Cənnətə daxil etdim”.”
İstinad
Nəsəi, 666 (Azan, 41)
Sunən ən-Nəsəi — Azan kitabı