Namazdan kənar vaxtlarda azan vermək
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي عُثْمَانَ ، عَنِ ابْنِ مَسْعُودٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ بِلاَلاً يُؤَذِّنُ بِلَيْلٍ لِيُوقِظَ نَائِمَكُمْ وَلِيَرْجِعَ قَائِمَكُمْ ، وَلَيْسَ أَنْ يَقُولَ هَكَذَا يَعْنِي : فِي الصُّبْحِ
“İbn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bilal gecə vaxtı sizdən yatanların oyanması, oyaq olanların (gecə namazı qılanların) da öz yataqlarına qayıdıb yatması üçün azan verir. Bu azan Sübh namazı üçün deyil”.”
İbn Məsud
Səhihİstinad
Nəsəi, 641 (Azan, 16)
Sunən ən-Nəsəi — Azan kitabı