Azan necədir?
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ عَامِرٍ الأَحْوَلِ ، عَنْ مَكْحُولٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَيْرِيزٍ ، عَنْ أَبِي مَحْذُورَةَ قَالَ : عَلَّمَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الأَذَانَ فَقَالَ : اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ . ثُمَّ يَعُودُ فَيَقُولُ : أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ . أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ . حَيَّ عَلَى الصَّلاَةِ . حَيَّ عَلَى الصَّلاَةِ . حَيَّ عَلَى الْفَلاَحِ . حَيَّ عَلَى الْفَلاَحِ . اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ . لاَ إِلَهَ إِلاَّ اللَّهُ.
“Rəvayət edilir ki, Əbu Məhzura ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə azanı öyrədərək dedi: “Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər. (Allah ən Böyükdür). Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah. (Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur!) Əşhədu ənnə Muhəmmədən Rasu:lullah! (Şahidlik edirəm ki, Muhəmməd Allahın elçisidir!)”. Sonra təkrarən dedi: “Əşhədu əl-lə: ilə:hə illəllah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah! Həyyə aləs-salə:h, həyyə aləs-salə:h! (Namaza tələsin!) Həyyə aləl-fələ:h, həyyə aləl-fələ:h! (Xilas olmağa tələsin!) Alla:hu Əkbər, Alla:hu Əkbər (Allah ən Böyükdür)! Lə: ilə:hə illəllah! (Allahdan başqa ibadətə layiq məbud yoxdur!)”.”
İstinad
Nəsəi, 631 (Azan, 6)
Sunən ən-Nəsəi — Azan kitabı