Azan verərkən səsi ucaltmaq
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي إِسْحَاقَ الْكُوفِيِّ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، أَنَّ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ وَمَلاَئِكَتَهُ يُصَلُّونَ عَلَى الصَّفِّ الْمُقَدَّمِ ، وَالْمُؤَذِّنُ يُغْفَرُ لَهُ بِمَدِّ صَوْتِهِ وَيُصَدِّقُهُ مَنْ سَمِعَهُ مِنْ رَطْبٍ وَيَابِسٍ ، وَلَهُ مِثْلُ أَجْرِ مَنْ صَلَّى مَعَهُ.
“əl-Bəra ibn Azib ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Allah və Onun mələkləri birinci cərgədə duranlara salavat edirlər. Müəzzinin səsinin çatdığı yer qədər günahları bağışlanır. Onun səsini eşidən yaş və quru nə varsa, onu təsdiq edir və ona onunla birlikdə namaz qılanların savabı qədər savab yazılır”.”
İstinad
Nəsəi, 646 (Azan, 21)
Sunən ən-Nəsəi — Azan kitabı