Namazın vaxtını keçirənin azan verməsi
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي سَعِيدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِيهِ قَالَ : شَغَلَنَا الْمُشْرِكُونَ يَوْمَ الْخَنْدَقِ عَنْ صَلاَةِ الظُّهْرِ حَتَّى غَرَبَتِ الشَّمْسُ ، وَذَلِكَ قَبْلَ أَنْ يَنْزِلَ فِي الْقِتَالِ مَا نَزَلَ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ} فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِلاَلاً فَأَقَامَ لِصَلاَةِ الظُّهْرِ فَصَلاَّهَا كَمَا كَانَ يُصَلِّيهَا لِوَقْتِهَا ، ثُمَّ أَقَامَ لِلْعَصْرِ فَصَلاَّهَا كَمَا كَانَ يُصَلِّيهَا فِي وَقْتِهَا ، ثُمَّ أَذَّنَ لِلْمَغْرِبِ فَصَلاَّهَا كَمَا كَانَ يُصَلِّيهَا فِي وَقْتِهَا.
“Abdur-Rahmən ibn Əbu Səid atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Xəndək günü müşriklər günəş batana qədər bizi Zöhr namazını qılmaqdan yayındırdılar. Bu hadisə döyüş ayəsi nazil olmamışdan qabaq idi. Allah ﷿ bu ayəni endirdi: “Döyüşdə Allah möminlərə kifayət etdi” (əl-Əhzab, 25). Allah Elçisi ﷺ Bilala əmr etdi ki, Zöhr namazı üçün iqamə versin. Bu namazı öz vaxtında olduğu kimi qıldı. Sonra Əsr namazı üçün iqamə verdi və Əsr namazını öz vaxtında olduğu kimi qıldı. Sonra Məğrib namazı üçün iqamə verdi və Məğrib namazını öz vaxtında olduğu kimi qıldı”.”
İstinad
Nəsəi, 661 (Azan, 36)
Sunən ən-Nəsəi — Azan kitabı