Azan kitabı

İqamənin necəliyi

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ تَمِيمٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ شُعْبَةَ قَالَ : سَمِعْتُ أَبَا جَعْفَرٍ مُؤَذِّنَ مَسْجِدِ الْعُرْيَانِ ، عَنْ أَبِي الْمُثَنَّى ، مُؤَذِّنِ مَسْجِدِ الْجَامِعِ ، قَالَ : سَأَلْتُ ابْنَ عُمَرَ ، عَنِ الأَذَانِ فَقَالَ : كَانَ الأَذَانُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَثْنَى مَثْنَى ، وَالإِقَامَةُ مَرَّةً مَرَّةً إِلاَّ أَنَّكَ إِذَا قُلْتَ : قَدْ قَامَتِ الصَّلاَةُ قَالَهَا مَرَّتَيْنِ ، فَإِذَا سَمِعْنَا قَدْ قَامَتِ الصَّلاَةُ تَوَضَّأْنَا ، ثُمَّ خَرَجْنَا إِلَى الصَّلاَةِ.

“Rəvayət edilir ki, əl-Cami məscidinin müəzzini Əbu Musənnə ﵀ demişdir: “Mən İbn Ömərdən azan haqda soruşdum. O dedi: “Allah Elçisinin ﷺ zamanında azanın sözlərini iki-iki təkrarlayaraq verərdilər. İqaməni isə bir dəfə deyərək verərdilər. Yalnız “qad qamətis-salət” sözlərini iki dəfə təkrarlayaraq deyərdilər. Biz “qad qamətis-salət” sözlərini eşitdikdə dəstəmaz alar və namaza gedərdik”.”

Əbu Musənnə
Səhih

İstinad

Nəsəi, 668 (Azan, 43)

Sunən ən-Nəsəi — Azan kitabı