Azandan sonra Peyğəmbərə ﷺ salavat demək
أَخْبَرَنَا سُوَيْدٌ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ حَيْوَةَ بْنِ شُرَيْحٍ ، أَنَّ كَعْبَ بْنَ عَلْقَمَةَ سَمِعَ عَبْدَ الرَّحْمَنِ بْنَ جُبَيْرٍ مَوْلَى نَافِعِ بْنِ عَمْرٍو الْقُرَشِيِّ يُحَدِّثُ ، أَنَّهُ سَمِعَ عَبْدَ اللهِ بْنَ عَمْرٍو يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِذَا سَمِعْتُمُ الْمُؤَذِّنَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ وَصَلُّوا عَلَيَّ ؛ فَإِنَّهُ مَنْ صَلَّى عَلَيَّ صَلاَةً صَلَّى اللَّهُ عَلَيْهِ عَشْرًا ، ثُمَّ سَلُوا اللَّهَ لِي الْوَسِيلَةَ ؛ فَإِنَّهَا مَنْزِلَةٌ فِي الْجَنَّةِ لاَ تَنْبَغِي إِلاَّ لِعَبْدٍ مِنْ عِبَادِ اللهِ أَرْجُو أَنْ أَكُونَ أَنَا هُوَ ، فَمَنْ سَأَلَ لِي الْوَسِيلَةَ حَلَّتْ لَهُ الشَّفَاعَةُ.
“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Müəzzinin azan verdiyini eşitdiyiniz zaman, siz də onun dediklərini təkrar edin və mənə salavat deyin. Kim mənə bir salavat edərsə, Allah bunun sayəsində ona on salavat edər. Sonra Allahdan mənim üçün “əl-Vəsilə” istəyin. Həqiqətən, o, Cənnətdə Allahın qullarından bir qul üçün layiq görülmüş bir yerdir. Mən ümid edirəm ki, o yer mənə veriləcək. Kim mənim üçün “əl-Vəsilə” istəyərsə, şəfaətimə nail olar”.”
İstinad
Nəsəi, 678 (Azan, 53)
Sunən ən-Nəsəi — Azan kitabı