Azan kitabı

Müəzzinin namaz qılması üçün imamı çağırması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، عَنِ اللَّيْثِ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنِ ابْنِ أَبِي هِلاَلٍ ، عَنْ مَخْرَمَةَ بْنِ سُلَيْمَانَ ، أَنَّ كُرَيْبًا مُولِي ابْنِ عَبَّاسٍ أَخْبَرَهُ قَالَ : سَأَلْتُ ابْنَ عَبَّاسٍ قُلْتُ : كَيْفَ كَانَتْ صَلاَةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّيْلِ ؟ فَوَصَفَ : أَنَّهُ صَلَّى إِحْدَى عَشْرَةَ رَكْعَةً بِالْوِتْرِ ، ثُمَّ نَامَ حَتَّى اسْتَثْقَلَ فَرَأَيْتُهُ يَنْفُخُ ، وَأَتَاهُ بِلاَلٌ فَقَالَ : الصَّلاَةُ يَا رَسُولَ اللهِ ، فَقَامَ فَصَلَّى رَكْعَتَيْنِ وَصَلَّى بِالنَّاسِ وَلَمْ يَتَوَضَّأْ.

“Rəvayət edilir ki, İbn Abbasın ﵄ azad etdiyi kölə Kureyb ﵀ demişdir: “Mən İbn Abbasdan soruşdum: “Allah Elçisinin ﷺ gecə namazı necə idi?” İbn Abbas bunu vəsf edərək buyurdu: “O, vitrlə birlikdə on bir rükət qılıb dərin yuxuya getdi. Mən onu (yuxulayaraq) xoruldayan gördüm. Sonra Bilal onun yanına gəlib dedi: “Namaz, ey Allahın Elçisi!” O, qalxaraq dəstəmaz almadan iki rükət namaz qıldı, sonra da insanlara namaz qıldırdı”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 686 (Azan, 61)

Sunən ən-Nəsəi — Azan kitabı