Məscidlər kitabı

Məsciddən kim çıxardılır?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ مَعْدَانَ بْنِ أَبِي طَلْحَةَ ، أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ قَالَ : إِنَّكُمْ أَيُّهَا النَّاسُ تَأْكُلُونَ مِنْ شَجَرَتَيْنِ مَا أُرَاهُمَا إِلاَّ خَبِيثَتَيْنِ : هَذَا الْبَصَلُ وَالثُّومُ ، وَلَقَدْ رَأَيْتُ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا وَجَدَ رِيحَهُمَا مِنَ الرَّجُلِ أَمَرَ بِهِ فَأُخْرِجَ إِلَى الْبَقِيعِ فَمَنْ أَكَلَهُمَا فَلْيُمِتْهُمَا طَبْخًا.

“Mədən ibn Əbu Talha ﵀ rəvayət edir ki, Ömər ibn əl-Xattab dedi: “Ey insanlar! Həqiqətən, siz mənim xoşlamadığım iki bitkidən yeyirsiniz. Bu, soğan və sarımsaqdır. Mən Allahın Peyğəmbərinin ﷺ bir kişidə bu iyi hiss etdikdə onu Bəqi (qəbiristanlığına) tərəf çıxardığını görmüşəm. Kim bu bitkilərdən yesə, qoy onları bişirib yesin”.”

Mədən ibn Əbu Talha
Səhih

İstinad

Nəsəi, 708 (Məscidlər, 21)

Sunən ən-Nəsəi — Məscidlər kitabı