Məsciddə çadır qurmaq
أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْلَى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَرَادَ أَنْ يَعْتَكِفَ ، صَلَّى الصُّبْحَ ثُمَّ دَخَلَ فِي الْمَكَانِ الَّذِي يُرِيدُ أَنْ يَعْتَكِفَ فِيهِ ، فَأَرَادَ أَنْ يَعْتَكِفَ الْعَشْرَ الأَوَاخِرَ مِنْ رَمَضَانَ ، فَأَمَرَ فَضُرِبَ لَهُ خِبَاءٌ ، وَأَمَرَتْ حَفْصَةُ فَضُرِبَ لَهَا خِبَاءٌ فَلَمَّا رَأَتْ زَيْنَبُ خِبَاءَهَا أَمَرَتْ فَضُرِبَ لَهَا خِبَاءٌ فَلَمَّا رَأَى ذَلِكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : آلْبِرَّ تُرِدْنَ فَلَمْ يَعْتَكِفْ فِي رَمَضَانَ وَاعْتَكَفَ عَشْرًا مِنْ شَوَّالٍ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ etikaf etmək istədikdə Sübh namazını qıldı, sonra etikaf etmək istədiyi yerə gəldi. O, Ramazan ayının son on gününü etikaf etmək istəyirdi. Əmr etdi və onun üçün çadır quruldu. Həfsa də özü üçün çadır qurulmasını əmr etdi. Zeynəb Həfsanın çadırını gördükdə onun üçün də çadır qurulmasını əmr etdi. Allah Elçisi ﷺ bütün bunları gördükdə dedi: “Siz saleh əməl istəyirsinizmi?” Allah Elçisi ﷺ Ramazan ayında etikaf etmədi və (əvəzinə) Şəvval ayının on gününü etikaf etdi”.”
İstinad
Nəsəi, 709 (Məscidlər, 22)
Sunən ən-Nəsəi — Məscidlər kitabı