Məscidin qiblə tərəfinə tüpürməyin qadağan olması
أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى بُصَاقًا فِي جِدَارِ الْقِبْلَةِ فَحَكَّهُ ، ثُمَّ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ : إِذَا كَانَ أَحَدُكُمْ يُصَلِّي فَلاَ يَبْصُقَنَّ قِبَلَ وَجْهِهِ ؛ فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قِبَلَ وَجْهِهِ إِذَا صَلَّى.
“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ divarda qiblə istiqamətində bəlğəm gördü, onu sildi və insanlara tərəf dönərək dedi: “Namaz qılarkən heç biriniz qiblə istiqamətinə tüpürməsin. Həqiqətən, Allah ﷿ onun üzü istiqamətindədir”.”
İbn Ömər
Səhihİstinad
Nəsəi, 724 (Məscidlər, 37)
Sunən ən-Nəsəi — Məscidlər kitabı