Peyğəmbərin ﷺ namazda olan kimsənin sağına və önünə tüpürməyi qadağan etməsi
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى نُخَامَةً فِي قِبْلَةِ الْمَسْجِدِ فَحَكَّهَا بِحَصَاةٍ ، وَنَهَى أَنْ يَبْصُقَ الرَّجُلُ بَيْنَ يَدَيْهِ أَوْ عَنْ يَمِينِهِ وَقَالَ : يَبْصُقُ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمِهِ الْيُسْرَى.
“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ məsciddə ikən məscidin qibləsi istiqamətində bəlğəm gördü və onu daşla sildi. Hər kəsə önünə və sağına tüpürməyi qadağan edərək dedi: “Soluna və ya sol ayağının altına tüpürsün”.”
İstinad
Nəsəi, 725 (Məscidlər, 38)
Sunən ən-Nəsəi — Məscidlər kitabı