Qiblə kitabı

İctihad etdikdən sonra xətanın bəyan olması

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : بَيْنَمَا النَّاسُ بِقُبَاءَ فِي صَلاَةِ الصُّبْحِ جَاءَهُمْ آتٍ فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ أُنْزِلَ عَلَيْهِ اللَّيْلَةَ قُرْآنٌ ، وَقَدْ أُمِرَ أَنْ يَسْتَقْبِلَ الْقِبْلَةَ فَاسْتَقْبِلُوهَا وَكَانَتْ وُجُوهُهُمْ إِلَى الشَّامِ فَاسْتَدَارُوا إِلَى الْكَعْبَةِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “İnsanlar Qubə məscidində Sübh namazını qılarkən bir nəfər onların yanına gəlib dedi: “Bu gecə Allah Elçisinə ﷺ Quran nazil oldu və ona qibləyə tərəf yönəlmək əmr olundu. Siz də ona tərəf yönəlin!” Onlar Şama tərəf yönəldikləri halda üzlərini Kəbəyə tərəf yönəltdilər”.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 745 (Qiblə, 4)

Sunən ən-Nəsəi — Qiblə kitabı