Sunən ən-NəsəiQiblə kitabı

Kitab 9

Qiblə kitabı

كِتَابُ الْقِبْلَةِ

35

hədis

Fəsil 1

Qibləyə yönəlmək

بَابُ اسْتِقْبَالِ الْقِبْلَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ الأَزْرَقُ ، عَنْ زَكَرِيَّا بْنِ أَبِي زَائِدَةَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ : قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ ، فَصَلَّى نَحْوَ بَيْتِ الْمَقْدِسِ سِتَّةَ عَشَرَ شَهْرًا ، ثُمَّ وُجِّهَ إِلَى الْكَعْبَةِ . فَمَرَّ رَجُلٌ قَدْ كَانَ صَلَّى مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَوْمٍ مِنَ الأَنْصَارِ فَقَالَ : أَشْهَدُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ وُجِّهَ إِلَى الْكَعْبَةِ ، فَانْحَرَفُوا إِلَى الْكَعْبَةِ.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ Mədinəyə gəldi və on altı ay Beytul-Məqdisə (Qüdsə) doğru namaz qıldı, sonra onun üzü Kəbəyə yönəldildi. Həmin vaxt Peyğəmbərlə ﷺ birlikdə namaz qılmış bir kişi Ənsardan olan bir camaatın yanından keçdikdə onlara dedi: “Mən şahidlik edirəm ki, artıq, Allah Elçisinin ﷺ üzü Kəbəyə yönəldildi”. Onlar (bu xəbəri eşitdikdə namazda ikən) üzlərini Kəbəyə tərəf çevirdilər”.”

əl-Bəra ibn Azib
SəhihNəsəi, 742 (Qiblə, 1)

Fəsil 2

Qiblə istiqamətindən başqa tərəfə yönəlməyə icazə verilən hal

بَابُ الْحَالِ الَّتِي يَجُوزُ عَلَيْهَا اسْتِقْبَالُ غَيْرِ الْقِبْلَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكِ بْنِ أَنَسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي عَلَى رَاحِلَتِهِ فِي السَّفَرِ حَيْثُمَا تَوَجَّهَتْ قَالَ مَالِكٌ : قَالَ عَبْدُ اللهِ بْنُ دِينَارٍ : وَكَانَ ابْنُ عُمَرَ يَفْعَلُ ذَلِكَ

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ səfərdə ikən namazını miniyinin üzərində onun üz tutduğu istiqamətə doğru qılardı”. Abdullah ibn Dinar dedi: “İbn Ömər də belə edərdi”.”

İbn Ömər
SəhihNəsəi, 743 (Qiblə, 2)

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ عَنْ عَبْدِ اللهِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي عَلَى الرَّاحِلَةِ قِبَلَ أَيِّ وَجْهٍ تَوَجَّهُ بِهِ وَيُوتِرُ عَلَيْهَا غَيْرَ أَنَّهُ لاَ يُصَلِّي عَلَيْهَا الْمَكْتُوبَةَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ səfərdə ikən namazını miniyinin üzərində miniyin üz tutduğu istənilən bir istiqamətə doğru qılardı. Vitri də miniyin üzərində qılar, Fərz namazlarını isə miniyin üzərində qılmazdı”.”

Abdullah
SəhihNəsəi, 744 (Qiblə, 3)

Fəsil 3

İctihad etdikdən sonra xətanın bəyan olması

بَابُ اسْتِبَانَةِ الْخَطَإِ بَعْدَ الْاِجْتِهَادِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : بَيْنَمَا النَّاسُ بِقُبَاءَ فِي صَلاَةِ الصُّبْحِ جَاءَهُمْ آتٍ فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ أُنْزِلَ عَلَيْهِ اللَّيْلَةَ قُرْآنٌ ، وَقَدْ أُمِرَ أَنْ يَسْتَقْبِلَ الْقِبْلَةَ فَاسْتَقْبِلُوهَا وَكَانَتْ وُجُوهُهُمْ إِلَى الشَّامِ فَاسْتَدَارُوا إِلَى الْكَعْبَةِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “İnsanlar Qubə məscidində Sübh namazını qılarkən bir nəfər onların yanına gəlib dedi: “Bu gecə Allah Elçisinə ﷺ Quran nazil oldu və ona qibləyə tərəf yönəlmək əmr olundu. Siz də ona tərəf yönəlin!” Onlar Şama tərəf yönəldikləri halda üzlərini Kəbəyə tərəf yönəltdilər”.”

İbn Ömər
SəhihNəsəi, 745 (Qiblə, 4)

Fəsil 4

Namaz qılanın sütrəsi

سُتْرَةُ الْمُصَلِّي

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ مُحَمَّدٍ الدُّورِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا حَيْوَةُ بْنُ شُرَيْحٍ ، عَنْ أَبِي الأَسْوَدِ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ عَنْ سُتْرَةِ الْمُصَلِّي فَقَالَ : مِثْلُ مُؤْخِرَةِ الرَّحْلِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisindən ﷺ Təbuk döyüşü səfərində namaz qılanın sütrəsi haqda soruşuldu. O dedi: “Sütrə yəhərin hündürlüyü qədərdir”.”

Aişə
SəhihNəsəi, 746 (Qiblə, 5)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ قَالَ : أَنْبَأَنَا نَافِعٌ ، عَنِ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : كَانَ يَرْكُزُ الْحَرْبَةَ ، ثُمَّ يُصَلِّي إِلَيْهَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ yerə nizə sancıb onun qarşısında namaz qılardı.”

İbn Ömər
SəhihNəsəi, 747 (Qiblə, 6)

Fəsil 5

Namazı sütrəyə yaxın qılmaq

الأَمْرُ بِالدُّنُوِّ مِنَ السُّتْرَةِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ وَإِسْحَاقُ بْنُ مَنْصُورٍ قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ صَفْوَانَ بْنِ سُلَيْمٍ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، عَنْ سَهْلِ بْنِ أَبِي حَثْمَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا صَلَّى أَحَدُكُمْ إِلَى سُتْرَةٍ فَلْيَدْنُ مِنْهَا لاَ يَقْطَعَ الشَّيْطَانُ عَلَيْهِ صَلاَتَهُ.

“Rəvayət edilir ki, Səhl ibn Əbu Həsmə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri namazı sütrənin qarşısında qıldıqda şeytanın onun namazını kəsməməsi üçün sütrəyə yaxın dursun”.”

Səhl ibn Əbu Həsmə
SəhihNəsəi, 748 (Qiblə, 7)

Fəsil 6

Sütrə ilə namaz qılanın arasındakı məsafənin ölçüsü

مِقْدَارُ ذَلِكَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنِ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْكَعْبَةَ هُوَ وَأُسَامَةُ بْنُ زَيْدٍ وَبِلاَلٌ وَعُثْمَانُ بْنُ طَلْحَةَ الْحَجَبِيُّ فَأَغْلَقَهَا عَلَيْهِ ، قَالَ عَبْدُ اللهِ بْنُ عُمَرَ : فَسَأَلْتُ بِلاَلاً حِينَ خَرَجَ مَاذَا صَنَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : جَعَلَ عَمُودًا عَنْ يَسَارِهِ وَعَمُودَيْنِ عَنْ يَمِينِهِ وَثَلاَثَةَ أَعْمِدَةٍ وَرَاءَهُ ، وَكَانَ الْبَيْتُ يَوْمَئِذٍ عَلَى سِتَّةِ أَعْمِدَةٍ ، ثُمَّ صَلَّى وَجَعَلَ بَيْنَهُ وَبَيْنَ الْجِدَارِ نَحْوًا مِنْ ثَلاَثَةِ أَذْرُعٍ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ, Usamə ibn Zeyd, Bilal və Osman ibn Talha əl-Həcəbi Kəbəyə daxil oldular və qapını onun üzünə bağladılar. Abdullah ibn Ömər deyir: “Onlar oradan çıxdıqda Bilaldan: “Allah Elçisi ﷺ nə etdi?”- deyə soruşdum. Bilal dedi: “O, Kəbənin bir sütunu solunda, iki sütunu sağında, üç sütunu isə arxasında olduğu halda durdu. O dövrdə Kəbə altı sütun üzərində dayanırdı. Sonra özü ilə divar arasında üç dirsək qədər məsafə saxlayaraq namaz qıldı”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 749 (Qiblə, 8)

Fəsil 7

Namaz qılanın qarşısında sütrə olmadığı təqdirdə namazı pozan və pozmayan amillər

ذِكْرُ مَا يَقْطَعُ الصَّلاَةَ وَمَا لاَ يَقْطَعُ إِذَا لَمْ يَكُنْ بَيْنَ يَدَيِ الْمُصَلِّي سُتْرَةٌ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ قَالَ : أَنْبَأَنَا يَزِيدُ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الصَّامِتِ ، عَنْ أَبِي ذَرٍّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا كَانَ أَحَدُكُمْ قَائِمًا يُصَلِّي فَإِنَّهُ يَسْتُرُهُ إِذَا كَانَ بَيْنَ يَدَيْهِ مِثْلُ آخِرَةِ الرَّحْلِ ، فَإِنْ لَمْ يَكُنْ بَيْنَ يَدَيْهِ مِثْلُ آخِرَةِ الرَّحْلِ فَإِنَّهُ يَقْطَعُ صَلاَتَهُ الْمَرْأَةُ وَالْحِمَارُ وَالْكَلْبُ الأَسْوَدُ . قُلْتُ : مَا بَالُ الأَسْوَدِ مِنَ الأَصْفَرِ مِنَ الأَحْمَرِ ؟ فَقَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا سَأَلْتَنِي , فَقَالَ : الْكَلْبُ الأَسْوَدُ شَيْطَانٌ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri ayaq üstə namaz qıldıqda qarşısına sütrə olaraq yəhər kimi bir şey qoysun. Əgər qarşısında yəhər kimi bir şey olmazsa, onun namazını qadın, uzunqulaq və qara it kəsə bilər”. Mən (Abdullah ibn əs-Samit) dedim: “Qaranın sarıdan və ya qırmızıdan fərqi nədir?” Əbu Zərr dedi: “Sən məndən soruşduğun kimi, mən də Allah Elçisindən ﷺ bu haqda soruşdum. O dedi: “Qara it şeytandır”.”

Əbu Zərr
SəhihNəsəi, 750 (Qiblə, 9)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ قَالَ : حَدَّثَنِي شُعْبَةُ وَهِشَامٌ ، عَنْ قَتَادَةَ قَالَ : قُلْتُ لِجَابِرِ بْنِ زَيْدٍ : مَا يَقْطَعُ الصَّلاَةَ ؟ قَالَ : كَانَ ابْنُ عَبَّاسٍ يَقُولُ : الْمَرْأَةُ الْحَائِضُ وَالْكَلْبُ قَالَ : يَحْيَى رَفَعَهُ شُعْبَةُ.

“Rəvayət edilir ki, Qatədə ﵀ demişdir: “Cabir ibn Zeydə dedim: “Namazı nə kəsə bilər?” O dedi: “İbn Abbas belə buyurdu: “Heyzli qadın və it”. Yəhyə bunu Şöbədən rəvayət etmişdir”.”

Qatədə
SəhihNəsəi, 751 (Qiblə, 10)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنَا الزُّهْرِيُّ قَالَ : أَخْبَرَنِي عُبَيْدُ اللهِ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : جِئْتُ أَنَا وَالْفَضْلُ عَلَى أَتَانٍ لَنَا وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي بِالنَّاسِ بِعَرَفَةَ - ثُمَّ ذَكَرَ كَلِمَةً مَعْنَاهَا - فَمَرَرْنَا عَلَى بَعْضِ الصَّفِّ ، فَنَزَلْنَا وَتَرَكْنَاهَا تَرْتَعُ ، فَلَمْ يَقُلْ لَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Arafada insanlara namaz qıldırdığı halda mən və əl-Fədl bizə məxsus olan dişi uzunqulağın tərkində onun yanına gəldik. Biz bir cərgənin önündən keçdik və heyvanın belindən düşüb onu otlağa buraxdıq. Allah Elçisi ﷺ bizə bir söz demədi”.”

İbn Abbas
SəhihNəsəi, 752 (Qiblə, 11)

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عُمَرَ بْنِ عَلِيٍّ ، عَنْ عَبَّاسِ بْنِ عُبَيْدِ اللهِ بْنِ عَبَّاسٍ ، عَنِ الْفَضْلِ بْنِ الْعَبَّاسِ قَالَ : زَارَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَبَّاسًا فِي بَادِيَةٍ لَنَا ، وَلَنَا كُلَيْبَةٌ وَحِمَارَةٌ تَرْعَى فَصَلَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعَصْرَ وَهُمَا بَيْنَ يَدَيْهِ ، فَلَمْ يُزْجَرَا وَلَمْ يُؤَخَّرَا.

“Rəvayət edilir ki, əl-Fədl ibn əl-Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ çöldə qalan Abbası ziyarət etmişdi. O vaxt bizim kiçik bir itimiz və otlayan bir uzunqulağımız var idi. Peyğəmbər ﷺ Əsr namazını qıldı və onlar onun qarşısında hərlənirdilər. Peyğəmbər ﷺ onları nə qovdu, nə də arxası tərəfə keçirtdi”.”

əl-Fədl ibn əl-Abbas
ZəifNəsəi, 753 (Qiblə, 12)

أَخْبَرَنَا أَبُو الأَشْعَثِ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، أَنَّ الْحَكَمَ أَخْبَرَهُ قَالَ : سَمِعْتُ يَحْيَى بْنَ الْجَزَّارِ يُحَدِّثُ ، عَنْ صُهَيْبٍ قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ يُحَدِّثُ أَنَّهُ مَرَّ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هُوَ وَغُلاَمٌ مِنْ بَنِي هَاشِمٍ عَلَى حِمَارٍ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُصَلِّي ، فَنَزَلُوا وَدَخَلُوا مَعَهُ فَصَلَّوْا وَلَمْ يَنْصَرِفْ ، فَجَاءَتْ جَارِيَتَانِ تَسْعَيَانِ مِنْ بَنِي عَبْدِ الْمُطَّلِبِ فَأَخَذَتَا بِرُكْبَتَيْهِ ، فَفَرَعَ بَيْنَهُمَا وَلَمْ يَنْصَرِفْ.

“Rəvayət edilir ki, Suheyb ﵀ demişdir: “İbn Abbasın belə rəvayət etdiyini eşitdim ki, o və Haşim tayfasından olan bir uşaq Allah Elçisi ﷺ namaz qılarkən onun önündən keçdilər. Onlar minikdən enib onun yanına daxil oldular və Allah Elçisi ﷺ ilə birlikdə namaz qıldılar. Allah Elçisi ﷺ onlara tərəf çevrilmədi. Bəni Abdulmuttalib tayfasından olan iki qız uşağı gəlib Allah Elçisinin ﷺ dizlərində oturdular. Allah Elçisi ﷺ onları uzaqlaşdırdı və namazını pozmadı”.”

Suheyb
SəhihNəsəi, 754 (Qiblə, 13)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : كُنْتُ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُصَلِّي ، فَإِذَا أَرَدْتُ أَنْ أَقُومَ كَرِهْتُ أَنْ أَقُومَ فَأَمُرَّ بَيْنَ يَدَيْهِ انْسَلَلْتُ انْسِلاَلاً.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ namaz qılarkən onun qabağında idim. Durub (onun qabağından keçmək üçün) istədikdə bunu doğru saymadım və özümü sürüşdürüb (onun yanından) çıxdım”.”

Aişə
SəhihNəsəi, 755 (Qiblə, 14)

Fəsil 8

Namaz qılanla sütrənin arasından keçməyin pis bir şey olması

التَّشْدِيدُ فِي الْمُرُورِ بَيْنَ يَدَيِ الْمُصَلِّي وَبَيْنَ سُتْرَتِهِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي النَّضْرِ ، عَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، أَنَّ زَيْدَ بْنَ خَالِدٍ أَرْسَلَهُ إِلَى أَبِي جُهَيْمٍ يَسْأَلُهُ : مَاذَا سَمِعَ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : فِي الْمَارِّ بَيْنَ يَدَيِ الْمُصَلِّي ، فَقَالَ أَبُو جُهَيْمٍ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَوْ يَعْلَمُ الْمَارُّ بَيْنَ يَدَيِ الْمُصَلِّي مَاذَا عَلَيْهِ لَكَانَ أَنْ يَقِفَ أَرْبَعِينَ خَيْرًا لَهُ مِنْ أَنْ يَمُرَّ بَيْنَ يَدَيْهِ.

“Busr ibn Səd ﵀ rəvayət edir ki, Zeyd ibn Xalid onu Əbu Cuheymin yanına göndərdi ki, ondan soruşsun: “Allah Elçisindən ﷺ namaz qılanın önündən keçmək haqda nə eşitmisən?” Əbu Cuheym dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Əgər namaz qılanın qabağından keçən bir kəs bunun nə qədər günah olduğunu bilsəydi, onun önündən keçməkdənsə, qırx (il) gözləmək onun üçün daha xeyirli olardı”.”

Busr ibn Səd
SəhihNəsəi, 756 (Qiblə, 15)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِي سَعِيدٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا كَانَ أَحَدُكُمْ يُصَلِّي فَلاَ يَدَعْ أَحَدًا أَنْ يَمُرَّ بَيْنَ يَدَيْهِ ، فَإِنْ أَبَى فَلْيُقَاتِلْهُ.

“Əbu Səid ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz namaz qıldıqda önündən heç kəsin keçməsinə yol verməsin. Əgər keçmək istəyən dayanmazsa, ona mane olsun!””

Əbu Səid
SəhihNəsəi, 757 (Qiblə, 16)

Fəsil 9

(Namaz qılanla sütrənin arasından keçməyin) icazəli olması

الرُّخْصَةُ فِي ذَلِكَ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ عَبْدِ الْعَزِيزِ بْنِ جُرَيْجٍ ، عَنْ كَثِيرِ بْنِ كَثِيرٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ طَافَ بِالْبَيْتِ سَبْعًا ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ بِحِذَائِهِ فِي حَاشِيَةِ الْمَقَامِ وَلَيْسَ بَيْنَهُ وَبَيْنَ الطُّوَّافِ أَحَدٌ.

“Kəsir ibn Kəsir atasının və babasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ Kəbəni yeddi dəfə təvaf etdiyini gördüm. Sonra İbrahim Məqamının yanında ayaqqabıda iki rükət namaz qıldı. Onunla təvaf edənlər arasında heç kim yox idi”.”

Kəsir ibn Kəsir atasından və babasından
ZəifNəsəi, 758 (Qiblə, 17)

Fəsil 10

Yatana tərəf namaz qılmağın icazəli olması

الرُّخْصَةُ فِي الصَّلاَةِ خَلْفَ النَّائِمِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ هِشَامٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي مِنَ اللَّيْلِ وَأَنَا رَاقِدَةٌ مُعْتَرِضَةٌ بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ عَلَى فِرَاشِهِ ، فَإِذَا أَرَادَ أَنْ يُوتِرَ أَيْقَظَنِي فَأَوْتَرْتُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ gecə namazını mən onun qibləsi istiqamətində öz yatağımda uzandığım halda qılardı. Vitr namazını qılmaq istədikdə məni oyadar, mən də vitri qılardım”.”

Aişə
SəhihNəsəi, 759 (Qiblə, 18)

Fəsil 11

Qəbirə doğru namaz qılmağın qadağan olması

النَّهْيُ عَنِ الصَّلاَةِ إِلَى الْقَبْرِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنِ ابْنِ جَابِرٍ ، عَنْ بُسْرِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ وَاثِلَةَ بْنِ الأَسْقَعِ ، عَنْ أَبِي مَرْثَدٍ الْغَنَوِيِّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تُصَلُّوا إِلَى الْقُبُورِ وَلاَ تَجْلِسُوا عَلَيْهَا.

“Rəvayət edilir ki, Mərsəd əl-Ğanəvi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qəbirlərə doğru namaz qılmayın və onların üzərində oturmayın!””

Əbu Mərsəd əl-Ğanəvi
SəhihNəsəi, 760 (Qiblə, 19)

Fəsil 12

Üzərində şəkil olan paltara doğru namaz qılmaq

الصَّلاَةُ إِلَى ثَوْبٍ فِيهِ تَصَاوِيرُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ قَالَ : سَمِعْتُ الْقَاسِمَ يُحَدِّثُ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ فِي بَيْتِي ثَوْبٌ فِيهِ تَصَاوِيرُ فَجَعَلْتُهُ إِلَى سَهْوَةٍ فِي الْبَيْتِ ، فَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي إِلَيْهِ ، ثُمَّ قَالَ : يَا عَائِشَةُ أَخِّرِيهِ عَنِّي . فَنَزَعْتُهُ فَجَعَلْتُهُ وَسَائِدَ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mənim evimdə üzərində şəkil olan paltar var idi. Mən də onu pərdə kimi istifadə edirdim. Allah Elçisi ﷺ namaz qıldıqda həmin pərdə qiblə istiqamətində idi. Allah Elçisi ﷺ dedi: “Ey Aişə, onu məndən uzaqlaşdır!” Mən də onu çıxarıb ondan yastıq düzəltdim”.”

Aişə
SəhihNəsəi, 761 (Qiblə, 20)

Fəsil 13

İmamla namaz qılanın arasında sütrənin olması

الْمُصَلِّي يَكُونُ بَيْنَهُ وَبَيْنَ الإِمَامِ سُتْرَةٌ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَصِيرَةٌ يَبْسُطُهَا بِالنَّهَارِ وَيَحْتَجِرُهَا بِاللَّيْلِ فَيُصَلِّي فِيهَا ، فَفَطَنَ لَهُ النَّاسُ فَصَلَّوْا بِصَلاَتِهِ وَبَيْنَهُ وَبَيْنَهُمُ الْحَصِيرَةُ فَقَالَ : اكْلُفُوا مِنَ الْعَمَلِ مَا تُطِيقُونَ ؛ فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لاَ يَمَلُّ حَتَّى تَمَلُّوا ، وَإِنَّ أَحَبَّ الأَعْمَالِ إِلَى اللهِ عَزَّ وَجَلَّ أَدْوَمُهُ وَإِنْ قَلَّ ثُمَّ تَرَكَ مُصَلاَّهُ ذَلِكَ فَمَا عَادَ لَهُ حَتَّى قَبَضَهُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَكَانَ إِذَا عَمِلَ عَمَلاً أَثْبَتَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ bir həsiri var idi. Gündüz onu sərib namaz qılardı, gecə isə onu sədd olaraq çəkər və arxasında namaz qılardı. İnsanlar namazın belə qılınmalı olduğunu başa düşdülər və bu şəkildə gecə namazı qılmağa başladılar. İnsanlarla Peyğəmbərin ﷺ arasında həsir var idi. O dedi: “Özünüzü gücünüz çatan əməl ilə mükəlləf edin. Həqiqətən, siz usanmadıqca Allah ﷿ usanmaz! Allaha ﷿ ən sevimli olan əməl, az da olsa davamlı olandır”. Sonra həsirlə sədd çəkməyi tərk etdi və Allah ﷿ onun ruhunu alana qədər buna heç vaxt qayıtmadı. O, əməl etdikdə davamlı edərdi”.”

Aişə
SəhihNəsəi, 762 (Qiblə, 21)

Fəsil 14

Bir paltarda namaz qılmaq

الصَّلاَةُ فِي الثَّوْبِ الْوَاحِدِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ سَائِلاً سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّلاَةِ فِي الثَّوْبِ الْوَاحِدِ فَقَالَ : أَوَلِكُلِّكُمْ ثَوْبَانِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, sual verən bir şəxs Allah Elçisindən ﷺ bir paltarda namaz qılmaq haqda soruşdu. Allah Elçisi ﷺ dedi: “Məgər sizin hər birinizin iki paltarı var?!””

Əbu Hureyra
SəhihNəsəi, 763 (Qiblə, 22)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عُمَرَ بْنِ أَبِي سَلَمَةَ أَنَّهُ رَأَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي فِي ثَوْبٍ وَاحِدٍ فِي بَيْتِ أُمِّ سَلَمَةَ وَاضِعًا طَرَفَيْهِ عَلَى عَاتِقَيْهِ.

“Rəvayət edilir ki, Ömər ibn Əbu Sələmə ﵁ Allah Elçisinin ﷺ çiyinlərinə keçirilmiş bir paltarda Ummu Sələmənin evində namaz qıldığını görmüşdür.”

Ömər ibn Əbu Sələmə
SəhihNəsəi, 764 (Qiblə, 23)

Fəsil 15

Bir köynəkdə namaz qılmaq

الصَّلاَةُ فِي قَمِيصٍ وَاحِدٍ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا الْعَطَّافُ ، عَنْ مُوسَى بْنِ إِبْرَاهِيمَ ، عَنْ سَلَمَةَ بْنِ الأَكْوَعِ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي لأَكُونُ فِي الصَّيْدِ و لَيْسَ عَلَيَّ إِلاَّ الْقَمِيصُ أَفَأُصَلِّي فِيهِ ؟ قَالَ : وَزُرَّهُ عَلَيْكَ وَلَوْ بِشَوْكَةٍ.

“Rəvayət edilir ki, Sələmə ibn əl-Əkva ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mən ovda oluram və mənim üzərimdə ancaq paltar olur. Mən bu paltarda namaz qıla bilərəmmi?” Allah Elçisi ﷺ dedi: “Onu tikanla olsa belə, bağla!””

Sələmə ibn əl-Əkva
HəsənNəsəi, 765 (Qiblə, 24)

Fəsil 16

İzarda namaz qılmaq

الصَّلاَةُ فِي الإِزَارِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ قَالَ : حَدَّثَنِي أَبُو حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ : كَانَ رِجَالٌ يُصَلُّونَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَاقِدِينَ أُزْرَهُمْ كَهَيْئَةِ الصِّبْيَانِ ، فَقِيلَ لِلنِّسَاءِ : لاَ تَرْفَعْنَ رُؤُوسَكُنَّ حَتَّى يَسْتَوِيَ الرِّجَالُ جُلُوسًا.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Bəzi kişilər var idi ki, izarlarını körpələrə oxşar formada bağlayaraq Allah Elçisi ﷺ ilə namaz qılırdılar. Qadınlara deyildi: “Kişilər tam oturana qədər başlarınızı qaldırmayın!””

Səhl ibn Səd
SəhihNəsəi, 766 (Qiblə, 25)

أَخْبَرَنَا شُعَيْبُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ قَالَ : أَنْبَأَنَا عَاصِمٌ ، عَنْ عَمْرِو بْنِ سَلَمَةَ قَالَ : لَمَّا رَجَعَ قَوْمِي مِنْ عِنْدِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا إِنَّهُ قَالَ : لِيَؤُمَّكُمْ أَكْثَرُكُمْ قِرَاءَةً لِلْقُرْآنِ قَالَ : فدعوْني فعلَّموني الرُّكُوعَ وَالسُّجُودَ ، فَكُنْتُ أُصَلِّي بِهِمْ وَكَانَتْ عَلَيَّ بُرْدَةٌ مَفْتُوقَةٌ فَكَانُوا يَقُولُونَ لأَبِي : أَلاَ تُغَطِّي عَنَّا اسْتَ ابْنِكَ

“Rəvayət edilir ki, Amr ibn Sələmə ﵁ demişdir: “Mənim tayfamın nümayəndələri Peyğəmbərin ﷺ yanından qayıtdıqdan sonra dedilər: “Peyğəmbər ﷺ bizə dedi: “Qurandan ən çox oxuyanınız sizə imam dayansın”. Mən dedim: “Mənə rukunu və səcdəni öyrədin”. Mən onlara namaz qıldırırdım və mənim paltarım cırıq idi. Onlar da atama dedilər: “Məgər sən oğlunun övrət yerlərini bizdən örtməyəcəksənmi?!””

Amr ibn Sələmə
SəhihNəsəi, 767 (Qiblə, 26)

Fəsil 17

Qadının üzərində olan paltarın yerə düşən bir hissəsinin üzərində kişinin namaz qılması

صَلاَةُ الرَّجُلِ فِي ثَوْبٍ بَعْضُهُ عَلَى امْرَأَتِهِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا طَلْحَةُ بْنُ يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي بِاللَّيْلِ وَأَنَا إِلَى جَنْبِهِ وَأَنَا حَائِضٌ ، وَعَلَيَّ مِرْطٌ بَعْضُهُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ gecə namazı qılırdı və mən heyzli olduğum halda böyrüm üstə uzanmışdım. Mənim üzərimdə bürüncək var idi və Allah Elçisi ﷺ namazını onun bir hissəsinin üstündə olduğu halda qılırdı”.”

Aişə
SəhihNəsəi, 768 (Qiblə, 27)

Fəsil 18

Kişinin çiyni açıq paltarda namaz qılması

صَلاَةُ الرَّجُلِ فِي الثَّوْبِ الْوَاحِدِ لَيْسَ عَلَى عَاتِقِهِ مِنْهُ شَيْءٌ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يُصَلِّيَنَّ أَحَدُكُمْ فِي الثَّوْبِ الْوَاحِدِ لَيْسَ عَلَى عَاتِقِهِ مِنْهُ شَيْءٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən heç kim çiyinləri açıq olan paltarda namaz qılmasın”.”

Əbu Hureyra
SəhihNəsəi, 769 (Qiblə, 28)

Fəsil 19

İpək paltarda namaz qılmaq

الصَّلاَةُ فِي الْحَرِيرِ

أَخْبَرَنَا قُتَيْبَةُ وَعِيسَى بْنُ حَمَّادٍ زُغْبَةُ ، عَنِ اللَّيْثِ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ أَبِي الْخَيْرِ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ : أُهْدِيَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرُّوجُ حَرِيرٍ فَلَبِسَهُ ، ثُمَّ صَلَّى فِيهِ ، ثُمَّ انْصَرَفَ فَنَزَعَهُ نَزْعًا شَدِيدًا كَالْكَارِهِ لَهُ ، ثُمَّ قَالَ : لاَ يَنْبَغِي هَذَا لِلْمُتَّقِينَ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Allah Elçisinə ﷺ ipəkdən bir paltar hədiyyə edildi və o, bu paltarı geyinərək namaz qıldı. Sonra gedib ondan xoşlanmayaraq əynindən çıxartdı. Sonra da dedi: “Bu, müttəqilərə yaraşmaz”.”

Uqbə ibn Amir
SəhihNəsəi, 770 (Qiblə, 29)

Fəsil 20

Üzərində bəzək olan paltarda namaz qılmağın icazəli olması

الرُّخْصَةُ فِي الصَّلاَةِ فِي خَمِيصَةٍ لَهَا أَعْلاَمٌ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَاللَّفْظُ لَهُ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى فِي خَمِيصَةٍ لَهَا أَعْلاَمٌ ، ثُمَّ قَالَ : شَغَلَتْنِي أَعْلاَمُ هَذِهِ . اذْهَبُوا بِهَا إِلَى أَبِي جَهْمٍ ، وَأْتُونِي بِأَنْبِجَانِيِّهِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ üzərində bəzək olan paltarda namaz qıldı, sonra dedi: “Bu bəzək namazda mənim fikrimi yayındırdı. Bunu Əbu Cəhmin yanına aparın və onun sadə (naxışsız) paltarını mənə gətirin”.”

Aişə
SəhihNəsəi, 771 (Qiblə, 30)

Fəsil 21

Qırmızı paltarda namaz qılmaq

الصَّلاَةُ فِي الثِّيَابِ الْحُمْرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَوْنِ بْنِ أَبِي جُحَيْفَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ فِي حُلَّةٍ حَمْرَاءَ ، فَرَكَزَ عَنَزَةً فَصَلَّى إِلَيْهَا يَمُرُّ مِنْ وَرَائِهَا الْكَلْبُ وَالْمَرْأَةُ وَالْحِمَارُ.

“Aun ibn Əbu Cuheyfə atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qırmızı paltarda çıxıb bir nizəni (özü ilə qiblə arasında) yerə batırdı və namaz qıldı. Nizənin arxasından it, qadın və uzunqulaq keçirdi.”

Aun ibn Əbu Cuheyfə atasından
SəhihNəsəi, 772 (Qiblə, 31)

Fəsil 22

Heyz izi qalan paltarda namaz qılmaq

الصَّلاَةُ فِي الشِّعَارِ

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا جَابِرُ بْنُ صُبْحٍ قَالَ : سَمِعْتُ خِلاَسَ بْنَ عَمْرٍو يَقُولُ : سَمِعْتُ عَائِشَةَ تَقُولُ : كُنْتُ أَنَا وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَبُو الْقَاسِمِ فِي الشِّعَارِ الْوَاحِدِ وَأَنَا حَائِضٌ طَامِثٌ ، فَإِنْ أَصَابَهُ مِنِّي شَيْءٌ غَسَلَ مَا أَصَابَهُ لَمْ يَعْدُهُ إِلَى غَيْرِهِ وَصَلَّى فِيهِ ، ثُمَّ يَعُودُ مَعِي ، فَإِنْ أَصَابَهُ مِنِّي شَيْءٌ فَعَلَ مِثْلَ ذَلِكَ لَمْ يَعْدُهُ إِلَى غَيْرِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən heyzli olduğum halda Allah Elçisi Əbul-Qasim ﷺ ilə bir örtükdə yatardıq. Əgər məndən ona bir şey toxunsaydı, batan hissəni yuyardı. Onu bir şey saymaz və o paltarda namaz qılardı. Sonra mənim yanıma qayıdardı. Əgər yenə də məndən ona bir ləkə düşsəydi, əvvəlki kimi edər və bunu bir şey saymazdı”.”

Aişə
SəhihNəsəi, 773 (Qiblə, 32)

Fəsil 23

Xuflarda namaz qılmaq

الصَّلاَةُ فِي الْخُفَّيْنِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سُلَيْمَانَ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ هَمَّامٍ قَالَ : رَأَيْتُ جَرِيرًا بَالَ ثُمَّ دَعَا بِمَاءٍ فَتَوَضَّأَ ، وَمَسَحَ عَلَى خُفَّيْهِ ، ثُمَّ قَامَ فَصَلَّى . فَسُئِلَ عَنْ ذَلِكَ فَقَالَ : رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَنَعَ مِثْلَ هَذَا.

“Rəvayət edilir ki, Həmmam ﵀ demişdir: “Mən Cəririn kiçik subaşına çıxdığını gördüm, sonra o, su istədi. Sonra dəstəmaz aldı və xufları üzərinə məsh çəkərək qalxıb namaz qıldı. Bu haqda soruşulduqda isə belə dedi: “Mən Peyğəmbərin ﷺ belə etdiyini gördüm”.”

Həmmam
SəhihNəsəi, 774 (Qiblə, 33)

Fəsil 24

Ayaqqabıda namaz qılmaq

الصَّلاَةُ فِي النَّعْلَيْنِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، عَنْ يَزِيدَ بْنِ زُرَيْعٍ وَغَسَّانَ بْنِ مُضَرَ قَالاَ : حَدَّثَنَا أَبُو مَسْلَمَةَ وَاسْمُهُ سَعِيدُ بْنُ يَزِيدَ بَصْرِيٌّ ثِقَةٌ قَالَ : سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ : أَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي فِي النَّعْلَيْنِ ؟ قَالَ : نَعَمْ.

“Rəvayət edilir ki, Bəsrədən olan Əbu Məsləmə Səid ibn Yəzid ﵀ demişdir: “Mən Ənəs ibn Malikdən soruşdum: “Allah Elçisi ﷺ ayaqqabı ilə namaz qılıbmı?” O da: “Bəli”- dedi”.”

Əbu Məsləmə
SəhihNəsəi, 775 (Qiblə, 34)

Fəsil 25

İmam insanlarla namaz qıldıqda ayaqqabılarını hara qoymalıdır?

أَيْنَ يَضَعُ الإِمَامُ نَعْلَيْهِ إِذَا صَلَّى بِالنَّاسِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ وَشُعَيْبُ بْنُ يُوسُفَ ، عَنْ يَحْيَى ، عَنِ ابْنِ جُرَيْجٍ قَالَ : أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبَّادٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ سُفْيَانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ السَّائِبِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى يَوْمَ الْفَتْحِ فَوَضَعَ نَعْلَيْهِ عَنْ يَسَارِهِ.

“Abdullah ibn əs-Saib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Fəth günü namaz qıldı və ayaqqabılarını sol tərəfinə qoydu.”

Abdullah ibn əs-Saib
SəhihNəsəi, 776 (Qiblə, 35)