Üzərində şəkil olan paltara doğru namaz qılmaq
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ قَالَ : سَمِعْتُ الْقَاسِمَ يُحَدِّثُ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ فِي بَيْتِي ثَوْبٌ فِيهِ تَصَاوِيرُ فَجَعَلْتُهُ إِلَى سَهْوَةٍ فِي الْبَيْتِ ، فَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي إِلَيْهِ ، ثُمَّ قَالَ : يَا عَائِشَةُ أَخِّرِيهِ عَنِّي . فَنَزَعْتُهُ فَجَعَلْتُهُ وَسَائِدَ
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mənim evimdə üzərində şəkil olan paltar var idi. Mən də onu pərdə kimi istifadə edirdim. Allah Elçisi ﷺ namaz qıldıqda həmin pərdə qiblə istiqamətində idi. Allah Elçisi ﷺ dedi: “Ey Aişə, onu məndən uzaqlaşdır!” Mən də onu çıxarıb ondan yastıq düzəltdim”.”
İstinad
Nəsəi, 761 (Qiblə, 20)
Sunən ən-Nəsəi — Qiblə kitabı