İmamla namaz qılanın arasında sütrənin olması
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَصِيرَةٌ يَبْسُطُهَا بِالنَّهَارِ وَيَحْتَجِرُهَا بِاللَّيْلِ فَيُصَلِّي فِيهَا ، فَفَطَنَ لَهُ النَّاسُ فَصَلَّوْا بِصَلاَتِهِ وَبَيْنَهُ وَبَيْنَهُمُ الْحَصِيرَةُ فَقَالَ : اكْلُفُوا مِنَ الْعَمَلِ مَا تُطِيقُونَ ؛ فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لاَ يَمَلُّ حَتَّى تَمَلُّوا ، وَإِنَّ أَحَبَّ الأَعْمَالِ إِلَى اللهِ عَزَّ وَجَلَّ أَدْوَمُهُ وَإِنْ قَلَّ ثُمَّ تَرَكَ مُصَلاَّهُ ذَلِكَ فَمَا عَادَ لَهُ حَتَّى قَبَضَهُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَكَانَ إِذَا عَمِلَ عَمَلاً أَثْبَتَهُ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ bir həsiri var idi. Gündüz onu sərib namaz qılardı, gecə isə onu sədd olaraq çəkər və arxasında namaz qılardı. İnsanlar namazın belə qılınmalı olduğunu başa düşdülər və bu şəkildə gecə namazı qılmağa başladılar. İnsanlarla Peyğəmbərin ﷺ arasında həsir var idi. O dedi: “Özünüzü gücünüz çatan əməl ilə mükəlləf edin. Həqiqətən, siz usanmadıqca Allah ﷿ usanmaz! Allaha ﷿ ən sevimli olan əməl, az da olsa davamlı olandır”. Sonra həsirlə sədd çəkməyi tərk etdi və Allah ﷿ onun ruhunu alana qədər buna heç vaxt qayıtmadı. O, əməl etdikdə davamlı edərdi”.”
İstinad
Nəsəi, 762 (Qiblə, 21)
Sunən ən-Nəsəi — Qiblə kitabı