Namaz qılanın qarşısında sütrə olmadığı təqdirdə namazı pozan və pozmayan amillər
أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عُمَرَ بْنِ عَلِيٍّ ، عَنْ عَبَّاسِ بْنِ عُبَيْدِ اللهِ بْنِ عَبَّاسٍ ، عَنِ الْفَضْلِ بْنِ الْعَبَّاسِ قَالَ : زَارَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَبَّاسًا فِي بَادِيَةٍ لَنَا ، وَلَنَا كُلَيْبَةٌ وَحِمَارَةٌ تَرْعَى فَصَلَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعَصْرَ وَهُمَا بَيْنَ يَدَيْهِ ، فَلَمْ يُزْجَرَا وَلَمْ يُؤَخَّرَا.
“Rəvayət edilir ki, əl-Fədl ibn əl-Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ çöldə qalan Abbası ziyarət etmişdi. O vaxt bizim kiçik bir itimiz və otlayan bir uzunqulağımız var idi. Peyğəmbər ﷺ Əsr namazını qıldı və onlar onun qarşısında hərlənirdilər. Peyğəmbər ﷺ onları nə qovdu, nə də arxası tərəfə keçirtdi”.”
İstinad
Nəsəi, 753 (Qiblə, 12)
Sunən ən-Nəsəi — Qiblə kitabı