Qiblə kitabı

Namaz qılanın qarşısında sütrə olmadığı təqdirdə namazı pozan və pozmayan amillər

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنَا الزُّهْرِيُّ قَالَ : أَخْبَرَنِي عُبَيْدُ اللهِ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : جِئْتُ أَنَا وَالْفَضْلُ عَلَى أَتَانٍ لَنَا وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي بِالنَّاسِ بِعَرَفَةَ - ثُمَّ ذَكَرَ كَلِمَةً مَعْنَاهَا - فَمَرَرْنَا عَلَى بَعْضِ الصَّفِّ ، فَنَزَلْنَا وَتَرَكْنَاهَا تَرْتَعُ ، فَلَمْ يَقُلْ لَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Arafada insanlara namaz qıldırdığı halda mən və əl-Fədl bizə məxsus olan dişi uzunqulağın tərkində onun yanına gəldik. Biz bir cərgənin önündən keçdik və heyvanın belindən düşüb onu otlağa buraxdıq. Allah Elçisi ﷺ bizə bir söz demədi”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 752 (Qiblə, 11)

Sunən ən-Nəsəi — Qiblə kitabı