Namaz qılanın qarşısında sütrə olmadığı təqdirdə namazı pozan və pozmayan amillər
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ قَالَ : أَنْبَأَنَا يَزِيدُ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الصَّامِتِ ، عَنْ أَبِي ذَرٍّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا كَانَ أَحَدُكُمْ قَائِمًا يُصَلِّي فَإِنَّهُ يَسْتُرُهُ إِذَا كَانَ بَيْنَ يَدَيْهِ مِثْلُ آخِرَةِ الرَّحْلِ ، فَإِنْ لَمْ يَكُنْ بَيْنَ يَدَيْهِ مِثْلُ آخِرَةِ الرَّحْلِ فَإِنَّهُ يَقْطَعُ صَلاَتَهُ الْمَرْأَةُ وَالْحِمَارُ وَالْكَلْبُ الأَسْوَدُ . قُلْتُ : مَا بَالُ الأَسْوَدِ مِنَ الأَصْفَرِ مِنَ الأَحْمَرِ ؟ فَقَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا سَأَلْتَنِي , فَقَالَ : الْكَلْبُ الأَسْوَدُ شَيْطَانٌ.
“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri ayaq üstə namaz qıldıqda qarşısına sütrə olaraq yəhər kimi bir şey qoysun. Əgər qarşısında yəhər kimi bir şey olmazsa, onun namazını qadın, uzunqulaq və qara it kəsə bilər”. Mən (Abdullah ibn əs-Samit) dedim: “Qaranın sarıdan və ya qırmızıdan fərqi nədir?” Əbu Zərr dedi: “Sən məndən soruşduğun kimi, mən də Allah Elçisindən ﷺ bu haqda soruşdum. O dedi: “Qara it şeytandır”.”
İstinad
Nəsəi, 750 (Qiblə, 9)
Sunən ən-Nəsəi — Qiblə kitabı