Kişinin imamla qılınan camaat namazından çıxması və namazı məscidin kənarında qılması
أَخْبَرَنَا وَاصِلُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ فُضَيْلٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُحَارِبِ بْنِ دِثَارٍ وَأَبِي صَالِحٍ ، عَنْ جَابِرٍ قَالَ : جَاءَ رَجُلٌ مِنَ الأَنْصَارِ وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ ، فَدَخَلَ الْمَسْجِدَ فَصَلَّى خَلْفَ مُعَاذٍ فَطَوَّلَ بِهِمْ ، فَانْصَرَفَ الرَّجُلُ فَصَلَّى فِي نَاحِيَةِ الْمَسْجِدِ ثُمَّ انْطَلَقَ ، فَلَمَّا قَضَى مُعَاذٌ الصَّلاَةَ قِيلَ لَهُ : إِنَّ فُلاَنًا فَعَلَ كَذَا وَكَذَا ، فَقَالَ مُعَاذٌ : لَئِنْ أَصْبَحْتُ لأَذْكُرَنَّ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَى مُعَاذٌ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ ، فَأَرْسَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْهِ فَقَالَ : مَا حَمَلَكَ عَلَى الَّذِي صَنَعْتَ ؟ فَقَالَ : يَا رَسُولَ اللهِ ، عَمِلْتُ عَلَى نَاضِحِي مِنَ النَّهَارِ ، فَجِئْتُ وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ ، فَدَخَلْتُ الْمَسْجِدَ ، فَدَخَلْتُ مَعَهُ فِي الصَّلاَةِ ، فَقَرَأَ سُورَةَ كَذَا وَكَذَا فَطَوَّلَ ، فَانْصَرَفْتُ فَصَلَّيْتُ فِي نَاحِيَةِ الْمَسْجِدِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Ənsardan olan bir kişi gəldi. Artıq, namaz başlamışdı. O, məscidə daxil olub Muazın arxasında namaz qılmağa başladı. Muaz namazı uzatdıqda həmin kişi namazdan çıxıb məscidin bir tərəfində namazı qıldı, sonra da çıxıb getdi. Muaz namazı bitirdikdən sonra ona deyildi: “Filankəs belə-belə etdi”. Muaz dedi: “Səhər olduqda mən bunu Allah Elçisinə ﷺ deyəcəyəm”. (Səhər olduqda) Muaz Allah Elçisinin ﷺ yanına gəldi və olanları ona danışdı. Allah Elçisi ﷺ həmin adamın arxası ilə adam göndərdi. Peyğəmbər ﷺ ona dedi: “Bunu etməyə səni vadar edən nədir?” Kişi dedi: “Ey Allahın Elçisi, mən gün boyu dəvə ilə su daşıyıb işləmişdim. Məscidə gəldikdə namaz artıq başlamışdı. Mən məscidə daxil oldum və onunla birlikdə namaza başladım. O isə filan-filan surəni oxudu və namazı uzatdı. Mən də namazdan çıxıb məscidin bir tərəfində namazımı qıldım”. Allah Elçisi ﷺ dedi: “Sən fitnəkarsanmı, ey Muaz?! Sən fitnəkarsanmı, ey Muaz?! Sən fitnəkarsanmı, ey Muaz?!””
İstinad
Nəsəi, 831 (İmamlıq, 55)
Sunən ən-Nəsəi — İmamlıq kitabı