Sunən ən-Nəsəiİmamlıq kitabı

Kitab 10

İmamlıq kitabı

كِتَابُ الإِمَامَةِ

99

hədis

Fəsil 1

İmam və camaat haqda - imam elmli və fəzilətli olmalıdır

ذِكْرُ الإِمَامَةِ وَالْجَمَاعَةِ - إِمَامَةُ أَهْلِ الْعِلْمِ وَالْفَضْلِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَهَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ حُسَيْنِ بْنِ عَلَيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ عَاصِمٍ ، عَنْ زِرٍّ ، عَنْ عَبْدِ اللهِ قَالَ : لَمَّا قُبِضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتِ الأَنْصَارُ : مِنَّا أَمِيرٌ وَمِنْكُمْ أَمِيرٌ . فَأَتَاهُمْ عُمَرُ فَقَالَ : أَلَسْتُمْ تَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ أَمَرَ أَبَا بَكْرٍ أَنْ يُصَلِّيَ بِالنَّاسِ ، فَأَيُّكُمْ تَطِيبُ نَفْسُهُ أَنْ يَتَقَدَّمَ أَبَا بَكْرٍ ؟ قَالُوا نَعُوذُ بِاللَّهِ أَنْ نَتَقَدَّمَ أَبَا بَكْرٍ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisinin ﷺ ruhu alındıqda (vəfat etdikdə) Ənsardan olanlar dedilər: “Bir əmir sizdən, bir əmir də bizdən olsun”. Ömər onların yanına gəlib dedi: “Məgər siz bilmirsiniz ki, artıq, Allah Elçisi ﷺ insanlar üçün namaz qıldırmağı Əbu Bəkrə əmr edib?! Sizdən hansı biriniz ondan qabağa keçmək üçün özünü layiqli görür?!” Onlar dedilər: “Əbu Bəkrdən önə keçməkdən Allaha sığınırıq!””

Abdullah
HəsənNəsəi, 777 (İmamlıq, 1)

Fəsil 2

Zalım imamlarla birlikdə namaz qılmaq

الصَّلاَةُ مَعَ أَئِمَّةِ الْجَوْرِ

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ أَبِي الْعَالِيَةِ الْبَرَاءِ قَالَ : أَخَّرَ زِيَادٌ الصَّلاَةَ فَأَتَانِي ابْنُ صَامِتٍ فَأَلْقَيْتُ لَهُ كُرْسِيًّا فَجَلَسَ عَلَيْهِ ، فَذَكَرْتُ لَهُ صُنْعَ زِيَادٍ فَعَضَّ عَلَى شَفَتَيْهِ وَضَرَبَ عَلَى فَخِذِي وَقَالَ : إِنِّي سَأَلْتُ أَبَا ذَرٍّ كَمَا سَأَلْتَنِي فَضَرَبَ فَخِذِي كَمَا ضَرَبْتُ فَخِذَكَ وَقَالَ : إِنِّي سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا سَأَلْتَنِي فَضَرَبَ فَخِذِي كَمَا ضَرَبْتُ فَخِذَكَ فَقَالَ عَلَيْهِ الصَّلاَة وَالسَّلاَمُ : صَلِّ الصَّلاَةَ لِوَقْتِهَا ، فَإِنْ أَدْرَكْتَ مَعَهُمْ فَصَلِّ وَلاَ تَقُلْ : إِنِّي صَلَّيْتُ فَلاَ أُصَلِّي.

“Rəvayət edilir ki, Əbul-Aliyə əl-Bəra ﵀ demişdir: “Ziyad namazı gecikdirmişdi. İbn Samit mənim yanıma gəldi. Onu qarşıladım, bir kürsü verdim və o da onun üzərinə oturdu. Ona Ziyadın etdiklərini danışdım. O, dodaqlarını dişləyib mənim dizlərimə vurdu və dedi: “Mən bunu sənin məndən soruşduğun kimi Əbu Zərdən soruşmuşdum. O da mənim sənin dizlərinə vurduğum kimi mənim dizlərimə vurmuş və demişdi: “Həqiqətən, mən Allah Elçisindən ﷺ sənin məndən soruşduğun kimi soruşmuşdum. O da mənim sənin dizlərinə vurduğum kimi mənim dizlərimə vurub demişdi: “Namazı öz vaxtında qıl! Əgər onlarla birlikdə namaza yetişsən, onlarla birlikdə namaz qıl və: “Mən namazı qılmışam, indi qılmıram”- demə”.”

Əbul-Aliyə əl-Bəra
SəhihNəsəi, 778 (İmamlıq, 2)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عَيَّاشٍ ، عَنْ عَاصِمٍ ، عَنْ زِرٍّ ، عَنْ عَبْدِ اللهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَعَلَّكُمْ سَتُدْرِكُونَ أَقْوَامًا يُصَلُّونَ الصَّلاَةَ لِغَيْرِ وَقْتِهَا ، فَإِنْ أَدْرَكْتُمُوهُمْ فَصَلُّوا الصَّلاَةَ لِوَقْتِهَا ، وَصَلُّوا مَعَهُمْ وَاجْعَلُوهَا سُبْحَةً.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Elə bir toplum gələcək ki, onlar namazı vaxtından sonra qılacaqlar. Əgər siz elə insanlara rast gəlsəniz, namazı vaxtında qılın. Onlarla birlikdə də namaz qılın və o namazı özünüzə nafilə hesab edin”.”

Abdullah
SəhihNəsəi, 779 (İmamlıq, 3)

Fəsil 3

İmamlığa kim daha layiqdir?

مَنْ أَحَقُّ بِالإِمَامَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ قَالَ : أَنْبَأَنَا فُضَيْلُ بْنُ عِيَاضٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِسْمَاعِيلَ بْنِ رَجَاءٍ ، عَنْ أَوْسِ بْنِ ضَمْعَجٍ ، عَنْ أَبِي مَسْعُودٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَؤُمُّ الْقَوْمَ أَقْرَؤُهُمْ لِكِتَابِ اللهِ ، فَإِنْ كَانُوا فِي الْقِرَاءَةِ سَوَاءً فَأَقْدَمُهُمْ فِي الْهِجْرَةِ ، فَإِنْ كَانُوا فِي الْهِجْرَةِ سَوَاءً فَأَعْلَمُهُمْ بِالسُّنَّةِ ، فَإِنْ كَانُوا فِي السُّنَّةِ سَوَاءً فَأَقْدَمُهُمْ سِنًّا ، وَلاَ تَؤُمَّ الرَّجُلَ فِي سُلْطَانِهِ وَلاَ تَقْعُدْ عَلَى تَكْرِمَتِهِ إِلاَّ أَنْ يَأْذَنَ لَكَ.

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən Allahın Kitabını ən çox oxuyan imam dayansın. Əgər Quran oxumaqda eyni olsalar, birinci hicrət edən imam dursun. Hicrətdə də eyni olsalar, sünnəni daha yaxşı bilən imam dursun. Sünnəni bilməkdə də eyni olsalar, yaşca daha böyük olan imam dursun. Sizdən heç kim başçı olan yerdə imam dayanmasın və ya (evin) ən yaxşı yerində (ev yiyəsi) izn vermədən oturmasın”.”

Əbu Məsud
SəhihNəsəi, 780 (İmamlıq, 4)

Fəsil 4

Yaşda böyük olanı imam təyin etmək

تَقْدِيمُ ذَوِي السِّنِّ

أَخْبَرَنَا حَاجِبُ بْنُ سُلَيْمَانَ الْمَنْبِجِيُّ ، عَنْ وَكِيعٍ ، عَنْ سُفْيَانَ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَا وَابْنُ عَمٍّ لِي - وَقَالَ : مَرَّةً أَنَا وَصَاحِبٌ لِي - فَقَالَ : إِذَا سَافَرْتُمَا فَأَذِّنَا وَأَقِيمَا ، وَلْيَؤُمَّكُمَا أَكْبَرُكُمَا.

“Rəvayət edilir ki, Malik ibn əl-Huveyris ﵁ demişdir: “Mən və əmim oğlu Allah Elçisinin ﷺ yanına gəldik”- digər vaxt isə: “Mən və dostum”- dedi. “O, bizə dedi: “Səfər etdikdə azan və iqamə verin. Yaşca böyüyünüz isə imam dayansın”.”

Malik ibn əl-Huveyris
SəhihNəsəi, 781 (İmamlıq, 5)

Fəsil 5

Eyni səviyyəli insanlar bir yerdə olarlarsa, (kim imam dayanmalıdır)?

اجْتِمَاعُ الْقَوْمِ فِي مَوْضِعٍ هُمْ فِيهِ سَوَاءٌ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، عَنْ يَحْيَى ، عَنْ هِشَامٍ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي سَعِيدٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا كَانُوا ثَلاَثَةً فَلْيَؤُمَّهُمْ أَحَدُهُمْ وَأَحَقُّهُمْ بِالإِمَامَةِ أَقْرَؤُهُمْ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç nəfər olduqda onlardan biri imam dayansın. İmamlığa daha layiq olan Qurandan ən çox biləninizdir”.”

Əbu Səid
SəhihNəsəi, 782 (İmamlıq, 6)

Fəsil 6

Vali aralarında ikən camaatın bir yerə yığışması

اجْتِمَاعُ الْقَوْمِ وَفِيهِمُ الْوَالِي

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ التَّيْمِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ شُعْبَةَ ، عَنْ إِسْمَاعِيلَ بْنِ رَجَاءٍ ، عَنْ أَوْسِ بْنِ ضَمْعَجٍ ، عَنْ أَبِي مَسْعُودٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يُؤَمُّ الرَّجُلُ فِي سُلْطَانِهِ وَلاَ يُجْلَسُ عَلَى تَكْرِمَتِهِ إِلاَّ بِإِذْنِهِ.

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir kişi başqasının ərazisində imamlıq etməsin və onun izni olmadan həmin məclisin başında oturmasın”.”

Əbu Məsud
SəhihNəsəi, 783 (İmamlıq, 7)

Fəsil 7

Rəiyyətdən biri namaz qılarkən vali gələrsə, o, arxaya çəkilir, ya yox?

إِذَا تَقَدَّمَ الرَّجُلُ مِنَ الرَّعيَّةِ ثُمَّ جَاءَ الْوَالِي , هَلْ يَتَأَخَّرُ ؟

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ وَهُوَ ابْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَلَغَهُ أَنَّ بَنِي عَمْرِو بْنِ عَوْفٍ كَانَ بَيْنَهُمْ شَيْءٌ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِيُصْلِحَ بَيْنَهُمْ فِي أُنَاسٍ مَعَهُ ، فَحُبِسَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَحَانَتِ الأُولَى فَجَاءَ بِلاَلٌ إِلَى أَبِي بَكْرٍ فَقَالَ : يَا أَبَا بَكْرٍ ، إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ حُبِسَ وَقَدْ حَانَتِ الصَّلاَةُ ، فَهَلْ لَكَ أَنْ تَؤُمَّ النَّاسَ ؟ قَالَ : نَعَمْ إِنْ شِئْتَ . فَأَقَامَ بِلاَلٌ وَتَقَدَّمَ أَبُو بَكْرٍ فَكَبَّرَ بِالنَّاسِ ، وَجَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْشِي فِي الصُّفُوفِ حَتَّى قَامَ فِي الصَّفِّ ، وَأَخَذَ النَّاسُ فِي التَّصْفِيقِ ، وَكَانَ أَبُو بَكْرٍ لاَ يَلْتَفِتُ فِي صَلاَتِهِ ، فَلَمَّا أَكْثَرَ النَّاسُ الْتَفَتَ ، فَإِذَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَشَارَ إِلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُهُ أَنْ يُصَلِّيَ فَرَفَعَ أَبُو بَكْرٍ يَدَيْهِ فَحَمِدَ اللَّهَ عَزَّ وَجَلَّ وَرَجَعَ الْقَهْقَرَى وَرَاءَهُ حَتَّى قَامَ فِي الصَّفِّ ، فَتَقَدَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى بِالنَّاسِ ، فَلَمَّا فَرَغَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، مَا لَكُمْ حِينَ نَابَكُمْ شَيْءٌ فِي الصَّلاَةِ أَخَذْتُمْ فِي التَّصْفِيقِ ، إِنَّمَا التَّصْفِيقُ لِلنِّسَاءِ ، مَنْ نَابَهُ شَيْءٌ فِي صَلاَتِهِ فَلْيَقُلْ : سُبْحَانَ اللهِ ؛ فَإِنَّهُ لاَ يَسْمَعُهُ أَحَدٌ حِينَ يَقُولُ : سُبْحَانَ اللهِ إِلاَّ الْتَفَتَ إِلَيْهِ ، يَا أَبَا بَكْرٍ : مَا مَنَعَكَ أَنْ تُصَلِّيَ لِلنَّاسِ حِينَ أَشَرْتُ إِلَيْكَ ؟ قَالَ أَبُو بَكْرٍ : مَا كَانَ يَنْبَغِي لاِبْنِ أَبِي قُحَافَةَ أَنْ يُصَلِّيَ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Səhl ibn Səd ﵁ rəvayət edir ki, Amr ibn Aufun tayfasında olan söz-söhbət Allah Elçisinə ﷺ çatmışdı. Allah Elçisi ﷺ bəzi adamlarla onların arasını düzəltmək üçün yanlarına getdi. Bu iş Allah Elçisini ﷺ məşğul etdi. Namazın vaxtı gəldikdə Bilal Əbu Bəkrə dedi: “Ey Əbu Bəkr! Bu məsələ Allah Elçisini ﷺ məşğul etdi, namazın vaxtı da gəldi. Sən insanlar üçün imamlıq edərsənmi?” O dedi: “Bəli, əgər sən istəyirsənsə!” Bilal iqamə verdi, Əbu Bəkr qabağa keçdi və insanlara namaz qıldırmağa başladı. Allah Elçisi ﷺ gəlib cərgələrin arasından keçdi və cərgədə dayandı. İnsanlar əllərini vurmağa başladılar. Əbu Bəkr namazdan çevrilmirdi. İnsanlar bunu çoxaltdıqda çevrildi və Allah Elçisini ﷺ gördü. Allah Elçisi ﷺ ona işarə edərək namazını davam etməsini əmr etdi. Əbu Bəkr əllərini qaldırıb Allaha ﷿ həmd etdi və cərgəyə qayıtdı. Allah Elçisi ﷺ önə keçdi və insanlar üçün namaz qıldırdı. Namazı bitirdikdən sonra insanlara tərəf çevrildi və dedi: “Ey insanlar, sizə nə olub ki, namazda bir şeyə diqqət çəkmək istədikdə əllərinizi bir-birinə vurursunuz?! Bu, qadınlara aiddir. Namazda diqqəti cəlb etmək istəyən “Subhən-Allah” desin! “Subhən-Allah” sözünü eşidən hər bir kəs mütləq buna diqqət yetirəcək. Ey Əbu Bəkr! Mən sənə işarə etdikdən sonra insanlarla namaz qılmağa davam etməyə sənə nə mane oldu?” Əbu Bəkr dedi: “Əbu Quhafənin oğluna Allah Elçisinin ﷺ qarşısında namaz qıldırmaq yaraşmaz!””

Səhl ibn Səd
SəhihNəsəi, 784 (İmamlıq, 8)

Fəsil 8

İmamın öz tabeçiliyində olan bir şəxsin arxasında namaz qılması

صَلاَةُ الإِمَامِ خَلْفَ رَجُلٍ مِنْ رَعِيَّتِهِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسٍ قَالَ : آخِرُ صَلاَةٍ صَلاَّهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَعَ الْقَوْمِ صَلَّى فِي ثَوْبٍ وَاحِدٍ مُتَوَشِّحًا خَلْفَ أَبِي بَكْرٍ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisinin ﷺ camaatla qıldığı son namaz Əbu Bəkrin arxasında bir paltara büründüyü halda qıldığı namazdır”.”

Ənəs
SəhihNəsəi, 785 (İmamlıq, 9)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا بَكْرُ بْنُ عِيسَى صَاحِبُ الْبَصْرِيِّ قَالَ : سَمِعْتُ شُعْبَةَ يَذْكُرُ ، عَنْ نُعَيْمِ بْنِ أَبِي هِنْدٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا : أَنَّ أَبَا بَكْرٍ صَلَّى لِلنَّاسِ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الصَّفِّ.

“Aişə ﵂ rəvayət edir ki, Əbu Bəkr insanlara namaz qıldırdıqda Allah Elçisi ﷺ (onun arxasında) safda idi.”

Aişə
SəhihNəsəi, 786 (İmamlıq, 10)

Fəsil 9

Müsafirin camaat namazını qıldırmasının icazəli olub-olmaması

إِمَامَةُ الزَّائِرِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ أَبَانَ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بُدَيْلُ بْنُ مَيْسَرَةَ ، قَالَ : حَدَّثَنَا أَبُو عَطِيَّةَ مَوْلًى لَنَا ، عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِذَا زَارَ أَحَدُكُمْ قَوْمًا فَلاَ يُصَلِّيَنَّ بِهِمْ.

“Rəvayət edilir ki, Malik ibn əl-Huveyris ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Bir toplumu ziyarət etdikdə, onlara namazı siz qıldırmayın”.”

Malik ibn əl-Huveyris
SəhihNəsəi, 787 (İmamlıq, 11)

Fəsil 10

Korun imamlıq etməsi

إِمَامَةُ الأَعْمَى

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ قَالَ : وَحَدَّثَنَا الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ مَحْمُودِ بْنِ الرَّبِيعِ : أَنَّ عِتْبَانَ بْنَ مَالِكٍ كَانَ يَؤُمُّ قَوْمَهُ وَهُوَ أَعْمَى ، وَأَنَّهُ قَالَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّهَا تَكُونُ الظُّلْمَةُ وَالْمَطَرُ وَالسَّيْلُ وَأَنَا رَجُلٌ ضَرِيرُ الْبَصَرِ فَصَلِّ يَا رَسُولَ اللهِ فِي بَيْتِي مَكَانًا أَتَّخِذُهُ مُصَلًّى ، فَجَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّيَ لَكَ ؟ فَأَشَارَ إِلَى مَكَانٍ مِنَ الْبَيْتِ فَصَلَّى فِيهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

“Muhəmməd ibn ər-Rabi ﵀ rəvayət edir ki, İtban ibn Malik kor olduğu halda öz qövmü üçün imamlıq edərdi. O, Allah Elçisinə ﷺ dedi: “Mən kor bir adamam. Qaranlıq olur, yağış yağır və sel olur. Ey Allahın Elçisi, (gəlib) mənim evimdə namaz qıl ki, mən o yeri namazgah edim”. Allah Elçisi ﷺ gəldi və dedi: “Hansı yerdə namaz qılmağımı istəyirsən?” O, evindəki bir yerə işarə etdi və Allah Elçisi ﷺ orada namaz qıldı.”

Mahmud ibn ər-Rabi
SəhihNəsəi, 788 (İmamlıq, 12)

Fəsil 11

Yetkinlik yaşına çatmayan uşağın imamlıq etməsi

إِمَامَةُ الْغُلاَمِ قَبْلَ أَنْ يَحْتَلِمَ

أَخْبَرَنَا مُوسَى بْنُ عَبْدِ الرَّحْمَنِ الْمَسْرُوقِيُّ ، حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ سُفْيَانَ ، عَنْ أَيُّوبَ قَالَ : حَدَّثَنِي عَمْرُو بْنُ سَلَمَةَ الْجَرْمِيُّ قَالَ : كَانَ يَمُرُّ عَلَيْنَا الرُّكْبَانُ فَنَتَعَلَّمُ مِنْهُمُ الْقُرْآنَ ، فَأَتَى أَبِي النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : لِيَؤُمَّكُمْ أَكْثَرُكُمْ قُرْآنًا . فَجَاءَ أَبِي فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لِيَؤُمَّكُمْ أَكْثَرُكُمْ قُرْآنًا فَنَظَرُوا فَكُنْتُ أَكْثَرَهُمْ قُرْآنًا ، فَكُنْتُ أَؤُمُّهُمْ وَأَنَا ابْنُ ثَمَانِ سِنِينَ.

“Rəvayət edilir ki, Amr ibn Sələmə əl-Cərmi ﵁ demişdir: “Bizim yanımızdan süvarilər keçər, biz də onlardan Quran öyrənərdik. Atam Peyğəmbərin ﷺ yanına getdikdə Peyğəmbər ﷺ ona dedi: “Sizdən Quranı daha çox biləniniz imam dayansın”. Atam gəlib dedi: “Həqiqətən, Allah Elçisi ﷺ buyurdu: “Sizdən Quranı daha çox biləniniz imam dayansın”. Onlar da baxıb məni Quranı daha çox bilən olaraq gördülər. Mən onlara səkkiz yaşım olduğu halda imamlıq edərdim”.”

Amr ibn Sələmə əl-Cərmi
SəhihNəsəi, 789 (İmamlıq, 13)

Fəsil 12

İnsanların imamı gördükdə namaz qılmaq üçün ayağa qalxmaları

قِيَامُ النَّاسِ إِذَا رَأَوُا الإِمَامِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ هِشَامِ بْنِ أَبِي عَبْدِ اللهِ وَحَجَّاجُ بْنُ أَبِي عُثْمَانَ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا نُودِيَ لِلصَّلاَةِ فَلاَ تَقُومُوا حَتَّى تَرَوْنِي.

“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaza çağırıldığınız zaman məni görməyincə ayağa qalxmayın!””

Abdullah ibn Əbu Qatədə atasından
SəhihNəsəi, 790 (İmamlıq, 14)

Fəsil 13

İmama ehtiyacı iqamədən sonra demək

الإِمَامُ تَعْرِضُ لَهُ الْحَاجَةُ بَعْدَ الإِقَامَةِ

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ ، عَنْ أَنَسٍ قَالَ : أُقِيمَتِ الصَّلاَةُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَجِيٌّ لِرَجُلٍ فَمَا قَامَ إِلَى الصَّلاَةِ حَتَّى نَامَ الْقَوْمُ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “İqamə verildikdə Allah Elçisi ﷺ bir kişi üçün dua edirdi. Namaza isə ancaq insanların yuxuladığını gördükdə qalxdı”.”

Ənəs
SəhihNəsəi, 791 (İmamlıq, 15)

Fəsil 14

Namaza durduqdan sonra imamın qüslsuz və ya dəstəmazsız olmasının yadına düşməsi

الإِمَامُ يَذْكُرُ بَعْدَ قِيَامِهِ فِي مُصَلاَّهُ أَنَّهُ عَلَى غَيْرِ طَهَارَةٍ

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ وَالْوَلِيدُ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : أُقِيمَتِ الصَّلاَةُ فَصَفَّ النَّاسُ صُفُوفَهُمْ وَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى إِذَا قَامَ فِي مُصَلاَّهُ ذَكَرَ أَنَّهُ لَمْ يَغْتَسِلْ فَقَالَ لِلنَّاسِ : مَكَانَكُمْ ، ثُمَّ رَجَعَ إِلَى بَيْتِهِ فَخَرَجَ عَلَيْنَا يَنْطِفَ رَأْسُهُ فَاغْتَسَلَ وَنَحْنُ صُفُوفٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “İqamə verildi və insanlar cərgələrini düzəltdilər. Allah Elçisi ﷺ namazgaha qalxdıqda qüslunun olmaması yadına düşdü və insanlara dedi: “Yerinizdə qalın!” Sonra evinə qayıtdı. Bizim yanımıza gəldikdə artıq, qüsl aldığı başından damcılayan su ilə bilinirdi. Biz isə cərgədə idik”.”

Əbu Hureyra
SəhihNəsəi, 792 (İmamlıq, 16)

Fəsil 15

(Məsciddə olmadıqda) imamın öz yerinə başqasını imam təyin etməsi

اسْتِخْلاَفُ الإِمَامِ إِذَا غَابَ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، عَنْ حَمَّادِ بْنِ زَيْدٍ ثُمَّ ذَكَرَ كَلِمَةً مَعْنَاهَا ، قَالَ : حَدَّثَنَا أَبُو حَازِمٍ قَالَ : سَهْلُ بْنُ سَعْدٍ : كَانَ قِتَالٌ بَيْنَ بَنِي عَمْرِو بْنِ عَوْفٍ ، فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى الظُّهْرَ ، ثُمَّ أَتَاهُمْ لِيُصْلِحَ بَيْنَهُمْ ، ثُمَّ قَالَ لِبِلاَلٍ : يَا بِلاَلُ إِذَا حَضَرَ الْعَصْرُ وَلَمْ آتِ فَمُرْ أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ . فَلَمَّا حَضَرَتْ أَذَّنَ بِلاَلٌ ثُمَّ أَقَامَ ، فَقَالَ لأَبِي بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ : تَقَدَّمْ , فَتَقَدَّمَ أَبُو بَكْرٍ فَدَخَلَ فِي الصَّلاَةِ ، ثُمَّ جَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ , فَجَعَلَ يَشُقُّ النَّاسَ حَتَّى قَامَ خَلْفَ أَبِي بَكْرٍ وَصَفَّحَ الْقَوْمُ ، وَكَانَ أَبُو بَكْرٍ إِذَا دَخَلَ فِي الصَّلاَةِ لَمْ يَلْتَفِتْ ، فَلَمَّا رَأَى أَبُو بَكْرٍ التَّصْفِيحَ لاَ يُمْسِكُ عَنْهُ الْتَفَتَ ، فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ ، فَحَمِدَ اللَّهَ عَزَّ وَجَلَّ عَلَى قَوْلِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لهُ : امْضِهْ ، ثُمَّ مَشَى أَبُو بَكْرٍ الْقَهْقَرَى عَلَى عَقِبَيْهِ فَتَأَخَّرَ ، فَلَمَّا رَأَى ذَلِكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَقَدَّمَ فَصَلَّى بِالنَّاسِ ، فَلَمَّا قَضَى صَلاَتَهُ قَالَ : يَا أَبَا بَكْرٍ مَا مَنَعَكَ إِذْ أَوْمَأْتُ إِلَيْكَ أَنْ لاَ تَكُونَ مَضَيْتَ ؟ فَقَالَ : لَمْ يَكُنْ لاِبْنِ أَبِي قُحَافَةَ أَنْ يَؤُمَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . وَقَالَ لِلنَّاسِ : إِذَا نَابَكُمْ شَيْءٌ فَلْيُسَبِّحِ الرِّجَالُ ، وَلْيُصَفِّحِ النِّسَاءُ.

“Səhl ibn Səd ﵁ rəvayət edir ki, Bəni Amr ibn Auf tayfası arasında dava olmuşdu. Bu məsələ Peyğəmbərə ﷺ çatdı. O, Zöhrü qıldıqdan sonra onların arasını düzəltməyə getdi. Sonra Bilala dedi: “Ey Bilal, Əsr vaxtı mən gəlməsəm, Əbu Bəkrə de ki, insanlara imamlıq etsin”. Namazın vaxtı çatdıqda Bilal əvvəl azan, sonra da iqamə verdi və Əbu Bəkrə ﵁ dedi: “Keç qabağa!” Əbu Bəkr qabağa keçdi. Namaz başladı. Sonra Allah Elçisi ﷺ gəldi və insanların arasını yarıb keçərək Əbu Bəkrin arxasında dayandı. İnsanların cərgələri düzəldi. Əbu Bəkr namaz qıldıqda ətrafa fikir verməzdi. İnsanların əllərini dizlərinə və əllərinə vurmaları çoxaldıqda çevrilmək istədi. Allah Elçisi ﷺ ona əli ilə yerində qalmasına işarə etdi. Əbu Bəkr də Allah Elçisinin ﷺ ”Yerində qal!” sözünə görə Allaha ﷿ həmd etdi. Əbu Bəkr arxaya çəkilərək cərgədə yer tutdu. Allah Elçisi ﷺ bunu gördükdə qabağa keçdi və insanlara namaz qıldırdı. Namaz bitdikdən sonra çevrilib dedi: “Ey Əbu Bəkr, mən sənə işarə etdikdə namazı bitirməyinə nə mane oldu?” Əbu Bəkr dedi: “Əbu Quhafənin oğluna Allah Elçisinə ﷺ imamlıq etməsi yaraşmaz!” Allah Elçisi ﷺ dedi: “(Namazda) bir şeyə diqqət çəkmək istədikdə kişilər “Subhən-Allah” desin, qadınlar isə əllərini bir-birinə vursunlar”.”

Səhl ibn Səd
SəhihNəsəi, 793 (İmamlıq, 17)

Fəsil 16

İmama tabe olmaq

الاِئْتِمَامُ بِالإِمَامِ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنِ ابْنِ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَقَطَ مِنْ فَرَسٍ عَلَى شِقِّهِ الأَيْمَنِ فَدَخَلُوا عَلَيْهِ يَعُودُونَهُ فَحَضَرَتِ الصَّلاَةُ ، فَلَمَّا قَضَى الصَّلاَةَ قَالَ : إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا ، وَإِذَا سَجَدَ فَاسْجُدُوا ، وَإِذَا قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ فَقُولُوا : رَبَّنَا لَكَ الْحَمْدُ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ atdan sağ tərəfi üstündə yıxılmışdı. İnsanlar onu ziyarət etməyə başladılar. Namazın vaxtı daxil oldu. Namaz bitdikdən sonra dedi: “Həqiqətən, imam ona tabe olmaq üçün seçilib. O, ruku etdikdə ruku edin, qalxdıqda qalxın, səcdə etdikdə səcdə edin. İmam: “Allah Ona həmd edəni eşitdi!”- dedikdə, siz: “Ey Rəbbimiz, Sənə həmd olsun!”- deyin”.”

Ənəs
SəhihNəsəi, 794 (İmamlıq, 18)

Fəsil 17

(Namazda) imama tabe olana tabe olmaq

الاِئْتِمَامُ بِمَنْ يَأْتَمُّ بِالإِمَامِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ جَعْفَرِ بْنِ حَيَّانَ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى فِي أَصْحَابِهِ تَأَخُّرًا فَقَالَ : تَقَدَّمُوا فَأْتَمُّوا بِي وَلْيَأْتَمَّ بِكُمْ مَنْ بَعْدَكُمْ ، وَلاَ يَزَالُ قَوْمٌ يَتَأَخَّرُونَ حَتَّى يُؤَخِّرَهُمُ اللَّهُ عَزَّ وَجَلَّ

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bəzi səhabələrin (namazda olan cərgələri doldurmağa) gecikmələrini görüb dedi: “Qabağa keçin və mənə tabe olun. Sizdən sonra gələnlər də sizə tabe olsunlar. Bir toplum gecikməyə davam edərsə, Allah ﷿ da onları geriyə salar”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 795 (İmamlıq, 19)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنِ الْجُرَيْرِيِّ ، عَنْ أَبِي نَضْرَةَ نَحْوَهُ.

“Eyni hədisdir.”

Əbu Səid əl-Xudri
ZəifNəsəi, 796 (İmamlıq, 20)

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ قَالَ : حَدَّثَنِي أَبُو دَاوُدَ قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ مُوسَى بْنِ أَبِي عَائِشَةَ قَالَ : سَمِعْتُ عُبَيْدَ اللهِ بْنَ عَبْدِ اللهِ يُحَدِّثُ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ أَبَا بَكْرٍ أَنْ يُصَلِّيَ بِالنَّاسِ . قَالَتْ : وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ يَدَيْ أَبِي بَكْرٍ ، فَصَلَّى قَاعِدًا وَأَبُو بَكْرٍ يُصَلِّي بِالنَّاسِ وَالنَّاسُ خَلْفَ أَبِي بَكْرٍ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Əbu Bəkrə əmr etdi ki, insanlara namaz qıldırsın. Aişə dedi: “Peyğəmbər ﷺ Əbu Bəkrin qabağında idi və oturaraq namaz qıldı. Əbu Bəkr isə insanlara namaz qıldırdı. İnsanlar da Əbu Bəkrin arxasında idilər”.”

Aişə
SəhihNəsəi, 797 (İmamlıq, 21)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، يَعْنِي ابْنَ يَحْيَى ، قَالَ : حَدَّثَنَا حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ حُمَيْدٍ الرُّوَاسِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ وَأَبُو بَكْرٍ خَلْفَهُ ، فَإِذَا كَبَّرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَبَّرَ أَبُو بَكْرٍ يُسْمِعُنَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə Zöhr namazını qıldırdı və Əbu Bəkr də onun arxasında idi. Allah Elçisi ﷺ təkbir etdikdə Əbu Bəkr təkbir edərək bizə eşitdirərdi”.”

Cabir
SəhihNəsəi, 798 (İmamlıq, 22)

Fəsil 18

Üç nəfər olduqda imam hansı tərəfdə durmalıdır?

مَوْقِفُ الإِمَامِ إِذَا كَانُوا ثَلاَثَةً وَالاِخْتِلاَفُ فِي ذَلِكَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ الْكُوفِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ فُضَيْلٍ ، عَنْ هَارُونَ بْنِ عَنْتَرَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ ، عَنِ الأَسْوَدِ وَعَلْقَمَةَ قَالاَ : دَخَلْنَا عَلَى عَبْدِ اللهِ نِصْفَ النَّهَارِ فَقَالَ : إِنَّهُ سَيَكُونُ أُمَرَاءُ يَشْتَغِلُونَ عَنْ وَقْتِ الصَّلاَةِ فَصَلُّوا لِوَقْتِهَا . ثُمَّ قَامَ فَصَلَّى بَيْنِي وَبَيْنَهُ فَقَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَلَ.

“Rəvayət edilir ki, əl-Əsvəd və Alqamə ﵀ demişlər: “Günorta vaxtı Abdullahın yanına gəlmişdik. O dedi: “Elə əmr sahibləri olacaq ki, sizi namazı vaxtında qılmaqdan məşğul edəcəklər. Siz namazı vaxtında qılın!” Sonra qalxıb ikimizin arasında namaz qıldı və dedi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”.”

əl-Əsvəd və Alqamə
SəhihNəsəi, 799 (İmamlıq, 23)

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، قَالَ : حَدَّثَنَا أَفْلَحُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا بُرَيْدَةُ بْنُ سُفْيَانَ بْنِ فَرْوَةَ الأَسْلَمِيُّ ، عَنْ غُلاَمٍ لِجَدِّهِ يُقَالُ لَهُ مَسْعُودٌ فَقَالَ : مَرَّ بِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ ، فَقَالَ لِي أَبُو بَكْرٍ : يَا مَسْعُودُ ، ائْتِ أَبَا تَمِيمٍ - يَعْنِي مَوْلاَهُ - فَقُلْ لَهُ : يَحْمِلْنَا عَلَى بَعِيرٍ وَيَبْعَثْ إِلَيْنَا بِزَادٍ وَدَلِيلٍ يَدُلُّنَا ، فَجِئْتُ إِلَى مَوْلاَيَ فَأَخْبَرْتُهُ ، فَبَعَثَ مَعِي بِبَعِيرٍ وَوَطْبٍ مِنْ لَبَنٍ ، فَجَعَلْتُ آخُذُ بِهِمْ فِي إِخْفَاءِ الطَّرِيقِ ، وَحَضَرَتِ الصَّلاَةُ فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي ، وَقَامَ أَبُو بَكْرٍ عَنْ يَمِينِهِ وَقَدْ عَرَفْتُ الإِسْلاَمَ وَأَنَا مَعَهُمَا ، فَجِئْتُ فَقُمْتُ خَلْفَهُمَا ، فَدَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي صَدْرِ أَبِي بَكْرٍ فَقُمْنَا خَلْفَهُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : بُرَيْدَةُ هَذَا لَيْسَ بِالْقَوِيِّ فِي الْحَدِيثِ

“Bureydə ibn Sufyan ibn Fərvə əl-Əsləmi babasının köləsi Məsudun ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ və Əbu Bəkr mənim yanımdan keçirdilər. Əbu Bəkr mənə dedi: “Ey Məsud, Əbu Təmimin, yəni ağanın yanına get, bizə bir dəvə, azuqə və bir bələdçi göndərsin”. Mən də öz ağamın yanına getdim və olanları ona xəbər verdim. O da mənə bir dəvə və bir tuluq süd verdi, mən də onları götürüb gizli yollarla gətirdim. Namazın vaxtı gəldikdə Allah Elçisi ﷺ namaz qılmaq üçün ayağa qalxdı, Əbu Bəkr də onun sağında durdu. Mən onlarla birlikdə olduqda İslamı dərk etmişdim və qalxıb onların arxasında durdum. Allah Elçisi ﷺ Əbu Bəkri sinəsindən arxaya tərəf itələdi və ikimiz də Allah Elçisinin ﷺ arxasında durduq”.”

Məsud
ZəifNəsəi, 800 (İmamlıq, 24)

Fəsil 19

Üç nəfər və bir qadın olduqda namazın qılınması

إِذَا كَانُوا ثَلاَثَةً وَامْرَأَةً

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ جَدَّتَهُ مُلَيْكَةَ دَعَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِطَعَامٍ قَدْ صَنَعَتْهُ لَهُ فَأَكَلَ مِنْهُ ، ثُمَّ قَالَ : قُومُوا فَلأُصَلِّي لَكُمْ . قَالَ أَنَسٌ : فَقُمْتُ إِلَى حَصِيرٍ لَنَا قَدِ اسْوَدَّ مِنْ طُولِ مَا لُبِسَ فَنَضَحْتُهُ بِمَاءٍ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَصَفَفْتُ أَنَا وَالْيَتِيمُ وَرَاءَهُ وَالْعَجُوزُ مِنْ وَرَائِنَا ، فَصَلَّى لَنَا رَكْعَتَيْنِ ، ثُمَّ انْصَرَفَ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, onun nənəsi Muleykə Allah Elçisini ﷺ yemək yeməyə çağırmışdı. O da bu yeməkdən yedikdən sonra dedi: “Qalxın, sizə namaz qıldırım!” Ənəs deyir: “Mən qalxıb həsiri sərdim. O həsir çox istifadə olunduğundan qaralmışdı. Mən onun üzərinə su səpdim. Allah Elçisi ﷺ qalxdı, mən də cərgədə dayandım. Mənim yanımda bir yetim uşaq da cərgədə dayandı. Qoca nənəm də bizim arxamızda dayandı. O, bizə iki rükət namaz qıldırdı və çıxıb getdi”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 801 (İmamlıq, 25)

Fəsil 20

İki kişi və iki qadın necə namaz qılmalıdır?

إِذَا كَانُوا رَجُلَيْنِ وَامْرَأَتَيْنِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ سُلَيْمَانَ بْنِ الْمُغِيرَةِ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ قَالَ : دَخَلَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَا هُوَ إِلاَّ أَنَا وَأُمِّي وَالْيَتِيمُ وَأُمُّ حَرَامٍ خَالَتِي ، فَقَالَ : قُومُوا فَلأُصَلِّيَ بِكُمْ ، قَالَ : فِي غَيْرِ وَقْتِ صَلاَةٍ ، قَالَ : فَصَلِّي بِنَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ bizim yanımıza gəldi. Mən, anam, bir yetim uşaq və xalam Ummu Haram orada idik. Allah Elçisi ﷺ dedi: “Qalxın, sizə namaz qıldırım”. Ənəs deyir: “Namaz vaxtı idi və o, bizə namaz qıldırdı”.”

Ənəs
SəhihNəsəi, 802 (İmamlıq, 26)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ مُخْتَارٍ يُحَدِّثُ ، عَنْ مُوسَى بْنِ أَنَسٍ ، عَنْ أَنَسٍ أَنَّهُ ، كَانَ هُوَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأُمُّهُ وَخَالَتُهُ ، فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَجَعَلَ أَنَسًا عَنْ يَمِينِهِ وَأُمَّهُ وَخَالَتَهُ خَلْفَهُمَا.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ, anası və xalası birlikdə idilər. Allah Elçisi ﷺ namaz qıldı, Ənəsi sağ tərəfində, Ənəsin anasını və xalasını isə arxasında dayandırdı.”

Ənəs
SəhihNəsəi, 803 (İmamlıq, 27)

Fəsil 21

Qadın və kiçik uşaq olduqda imam hansı tərəfdə durmalıdır?

مَوْقِفُ الإِمَامِ إِذَا كَانَ مَعَهُ صَبِيٌّ وَامْرَأَةٌ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي زِيَادٌ ، أَنَّ قَزَعَةَ مَوْلًى لِعَبْدِ قَيْسٍ أَخْبَرَهُ ، أَنَّهُ سَمِعَ عِكْرِمَةَ مَوْلَى ابْنِ عَبَّاسٍ قَالَ : قَالَ ابْنُ عَبَّاسٍ : صَلَّيْتُ إِلَى جَنْبِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَعَائِشَةُ خَلْفَنَا تُصَلِّي مَعَنَا ، وَأَنَا إِلَى جَنْبِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُصَلِّي مَعَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ yanında namaz qıldım. Aişə bizim arxamızda namaz qılırdı, mən isə Peyğəmbərin ﷺ böyür tərəfində onunla birlikdə namaz qılırdım”.”

İbn Abbas
SəhihNəsəi, 804 (İmamlıq, 28)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْمُخْتَارِ ، عَنْ مُوسَى بْنِ أَنَسٍ ، عَنْ أَنَسٍ قَالَ : صَلَّى بِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَبِامْرَأَةٍ مِنْ أَهْلِي ، فَأَقَامَنِي عَنْ يَمِينِهِ وَالْمَرْأَةُ خَلْفَنَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə və ailəmdən olan bir qadına namaz qıldırdı. Məni sağ tərəfinə, qadını isə bizim arxamıza keçirtdi”.”

Ənəs
SəhihNəsəi, 805 (İmamlıq, 29)

Fəsil 22

Uşağa namaz qıldıran imam hansı tərəfdə durmalıdır?

مَوْقِفُ الإِمَامِ وَالْمَأْمُومُ صَبِيٌّ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ أَيُّوبَ ، عَنْ عَبْدِ اللهِ بْنِ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : بِتُّ عِنْدَ خَالَتِي مَيْمُونَةَ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي مِنَ اللَّيْلِ فَقُمْتُ عَنْ شِمَالِهِ ، فَقَالَ بِي : هَكَذَا فَأَخَذَ بِرَأْسِي فَأَقَامَنِي عَنْ يَمِينِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Məymunə xalamın evində gecələmişdim. Allah Elçisi ﷺ qalxıb namaz qıldı. Mən də onun sol tərəfində dayandım. O, mənim başımdan tutub sağ tərəfinə keçirtdi”.”

İbn Abbas
SəhihNəsəi, 806 (İmamlıq, 30)

Fəsil 23

İmamdan sonra və onların arxasında kimlər durur?

مَنْ يَلِي الإِمَامَ ثُمَّ الَّذِي يَلِيهِ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ ، عَنْ أَبِي مَعْمَرٍ ، عَنْ أَبِي مَسْعُودٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُ مَنَاكِبَنَا فِي الصَّلاَةِ وَيَقُولُ : لاَ تَخْتَلِفُوا فَتَخْتَلِفَ قُلُوبُكُمْ ، لِيَلِيَنِي مِنْكُمْ أُولُو الأَحْلاَمِ وَالنُّهَى ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ قَالَ أَبُو مَسْعُودٍ : فَأَنْتُمُ الْيَوْمَ أَشَدُّ اخْتِلاَفًا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : أَبُو مَعْمَرٍ اسْمُهُ عَبْدُ اللهِ بْنُ سَخْبَرَةَ.

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Namaz üçün cərgə düzüldükdə Allah Elçisi ﷺ bizim çiyinlərimizi düzəldər və belə deyərdi: “Cərgələrinizi dağınıq etməyin ki, qəlbləriniz ayrılığa düşməsin! Sizdən ağıl və hikmət sahibləri mənim arxamda dayansınlar. Sonra onların arxasında olanlar, sonra da onların arxasında olanlar dursunlar”. Əbu Məsud dedi: “Siz bu gün daha çox ixtilafdasınız”.”

Əbu Məsud
SəhihNəsəi, 807 (İmamlıq, 31)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُمَرَ بْنِ عَلِيِّ بْنِ مُقَدَّمٍ ، قَالَ : حَدَّثَنَا يُوسُفُ بْنُ يَعْقُوبَ قَالَ : أَخْبَرَنِي التَّيْمِيُّ ، عَنْ أَبِي مِجْلَزٍ ، عَنْ قَيْسِ بنِ عَبَّادٍ قَالَ : بَيْنَا أَنَا فِي الْمَسْجِدِ فِي الصَّفِّ الْمُقَدَّمِ فَجَبَذَنِي رَجُلٌ مِنْ خَلْفِي جَبْذَةً فَنَحَّانِي ، وَقَامَ مَقَامِي فَوَاللَّهِ مَا عَقَلْتُ صَلاَتِي ، فَلَمَّا انْصَرَفَ فَإِذَا هُوَ أُبَيُّ بْنُ كَعْبٍ فَقَالَ : يَا فَتَى ، لاَ يَسُؤْكَ اللَّهُ ، إِنَّ هَذَا عَهْدٌ مِنَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْنَا أَنْ نَلِيَهُ . ثُمَّ اسْتَقْبَلَ الْقِبْلَةَ فَقَالَ : هَلَكَ أَهْلُ الْعُقَدِ وَرَبِّ الْكَعْبَةِ - ثَلاَثًا - ثُمَّ قَالَ : وَاللَّهِ مَا عَلَيْهِمْ آسَى ، وَلَكِنْ آسَى عَلَى مَنْ أَضَلُّوا قُلْتُ : يَا أَبَا يَعْقُوبَ مَا يَعْنِي بِأَهْلِ الْعَقْدِ ؟ قَالَ : الأُمَرَاءُ.

“Rəvayət edilir ki, Qeys ibn Abbad ﵀ demişdir: “Mən məsciddə qabaq cərgədə idim. Birdən arxadan bir kişi məni dartaraq qalxıb mənim yerimdə dayandı. Allaha and olsun ki, namazı necə qıldığımı bilmədim. Çevrildikdə isə onun Ubey ibn Kəb olduğunu gördüm. O dedi: “Ey cavan oğlan, Allah səni pis etməsin! Bu, Peyğəmbərin ﷺ bizə olan əhdidir ki, biz ona yaxın dayanaq”. Sonra o, qibləyə çevrilib dedi: “Kəbənin Rəbbinə and olsun ki, beyət əhli həlak oldu!” Bunu üç dəfə təkrar etdi. Sonra dedi: “Allaha and olsun! Onlar üçün deyil, onların azdırdıqları üçün üzülürəm”. Mən dedim: “Ey Əbu Yaqub, beyət əhli kimlərdir?” O dedi: “Əmr sahibləri”.”

Qeys ibn Abbad
SəhihNəsəi, 808 (İmamlıq, 32)

Fəsil 24

İmam gəlməmişdən qabaq cərgələri düzəltmək

إِقَامَةُ الصُّفُوفِ قَبْلَ خُرُوجِ الإِمَامِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ ، عَنِ شِهَابٍ قَالَ : أَخْبَرَنِي أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : أُقِيمَتِ الصَّلاَةُ فَقُمْنَا ، فَعُدِّلَتِ الصُّفُوفُ قَبْلَ أَنْ يَخْرُجَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَتَانَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى إِذَا قَامَ فِي مُصَلاَّهُ قَبْلَ أَنْ يُكَبِّرَ فَانْصَرَفَ فَقَالَ لَنَا : مَكَانَكُمْ . فَلَمْ نَزَلْ قِيَامًا نَنْتَظِرُهُ حَتَّى خَرَجَ إِلَيْنَا قَدِ اغْتَسَلَ يَنْطُفُ رَأْسُهُ مَاءً ، فَكَبَّرَ وَصَلَّى

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Namaz üçün iqamə verildikdə Allah Elçisi ﷺ bizim yanımıza gəlməmiş biz qalxdıq və cərgələr düzəldildi. Allah Elçisi ﷺ gəldi, namazgahda dayandı, təkbir etməmişdən qabaq bizə tərəf çevrildi və: “Yerinizdə qalın!” dedi, sonra da getdi. Biz onu gözləyirdik. Bizim yanımıza gəldikdə qüsl almışdı və başından su damcılayırdı. Sonra təkbir etdi və namaz qıldı”.”

Əbu Hureyra
SəhihNəsəi, 809 (İmamlıq, 33)

Fəsil 25

İmam cərgələri necə düzəldir?

كَيْفَ يُقَوِّمُ الإِمَامُ الصُّفُوفَ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ : أَنْبَأَنَا أَبُو الأَحْوَصِ ، عَنْ سِمَاكٍ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُقَوِّمُ الصُّفُوفَ كَمَا تُقَوَّمُ الْقِدَاحُ ، فَأَبْصَرَ رَجُلاً خَارِجًا صَدْرُهُ مِنَ الصَّفِّ ، فَلَقَدْ رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لَتُقِيمُنَّ صُفُوفَكُمْ أَوْ لَيُخَالِفَنَّ اللَّهُ بَيْنَ وُجُوهِكُمْ.

“Rəvayət edilir ki, ən-Numan ibn Bəşir ﵁ demişdir: “Allah Elçisi ﷺ cərgələri oxlar düzəldilən kimi düzəldərdi. Bir kişinin sinəsinin cərgədən qabağa çıxdığını gördü və Allah Elçisinin ﷺ belə dediyini gördüm: “Ya cərgələrinizi düzəldəcəksiniz, ya da Allah sizin üzlərinizi bir-birinizdən çevirəcək (ixtilafa düşəcəksiniz)”.”

ən-Numan ibn Bəşir
SəhihNəsəi, 810 (İmamlıq, 34)

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ مَنْصُورٍ ، عَنْ طَلْحَةَ بْنِ مُصَرِّفٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْسَجَةَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَخَلَّلُ الصُّفُوفَ مِنْ نَاحِيَةٍ إِلَى نَاحِيَةٍ يَمْسَحُ مَنَاكِبَنَا وَصُدُورَنَا وَيَقُولُ : لاَ تَخْتَلِفُوا فَتَخْتَلِفَ قُلُوبُكُمْ . وَكَانَ يَقُولُ : إِنَّ اللَّهَ وَمَلاَئِكَتَهُ يُصَلُّونَ عَلَى الصُّفُوفِ الْمُتَقَدِّمَةِ.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ cərgələrin arasının bir tərəfindən o biri tərəfinə keçər, çiyinlərimizi və sinələrimizi düzəldər və deyərdi: “Cərgələrinizi düz tutun! Yoxsa qəlbləriniz ixtilafa düşər”. Həmçinin deyərdi: “Allah və mələkləri ön cərgədə olanlara salavat edirlər”.”

əl-Bəra ibn Azib
SəhihNəsəi, 811 (İmamlıq, 35)

Fəsil 26

İmam cərgələri düzəldərkən nə deyir?

مَا يَقُولُ الإِمَامُ إِذَا تَقَدَّمَ فِي تَسْوِيَةِ الصُّفُوفِ

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ الْعَسْكَرِيُّ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ ، عَنْ أَبِي مَعْمَرٍ ، عَنْ أَبِي مَسْعُودٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُ عَوَاتِقَنَا وَيَقُولُ : اسْتَوُوا وَلاَ تَخْتَلِفُوا فَتَخْتَلِفَ قُلُوبُكُمْ ، وَلْيَلِيَنِي مِنْكُمْ أُولُو الأَحْلاَمِ وَالنُّهَى ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ.

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ bizim çiyinlərimizi düzəldər və deyərdi: “(Cərgələrinizdə) düz durun və cərgələrinizi pozmayın! Yoxsa qəlbləriniz ixtilafa düşər. Qoy mənim arxamda ən elmliləriniz, sonra onlardan sonra gələnlər, sonra da onlardan sonra gələnlər dayansın”.”

Əbu Məsud
SəhihNəsəi, 812 (İmamlıq, 36)

Fəsil 27

“Cərgələrinizi düzəldin!” sözü neçə dəfə deyilir?

كَمْ مَرَّةً يَقُولُ اسْتَوُوا

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنِ نَافِعٍ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ : اسْتَوُوا . اسْتَوُوا . اسْتَوُوا ، فَوَالَّذِي نَفْسِي بِيَدِهِ إِنِّي لأَرَاكُمْ مِنْ خَلْفِي كَمَا أَرَاكُمْ مِنْ بَيْنِ يَدَيَّ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cərgələrinizi düzəldin! Cərgələrinizi düzəldin! Cərgələrinizi düzəldin! Nəfsim Əlində Olana and olsun ki, mən sizi arxamda önümdə olduğu kimi görürəm”.”

Ənəs
SəhihNəsəi, 813 (İmamlıq, 37)

Fəsil 28

İmamın cərgələri sıx tutmağa təşviq etməsi

حَثُّ الإِمَامِ عَلَى رَصِّ الصُّفُوفِ وَالْمُقَارَبَةِ بَيْنَهَا

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، أَنْبَأَنَا إِسْمَاعِيلُ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : أَقْبَلَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِوَجْهِهِ حِينَ قَامَ إِلَى الصَّلاَةِ قَبْلَ أَنْ يُكَبِّرَ فَقَالَ : أَقِيمُوا صُفُوفَكُمْ وَتَرَاصُّوا ؛ فَإِنِّي أَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِي.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Namaza qalxdığımız vaxt təkbir etməmişdən qabaq Allah Elçisi ﷺ bizə tərəf çevrildi və dedi: “Cərgələrinizi düz və sıx tutun! Həqiqətən, mən sizi arxada da görürəm”.”

Ənəs
SəhihNəsəi, 814 (İmamlıq, 38)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ الْمُخَرِّمِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو هِشَامٍ ، قَالَ : حَدَّثَنَا أَبَانُ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، قَالَ : حَدَّثَنَا أَنَسٌ ، أَنَّ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : رَاصُّوا صُفُوفَكُمْ وَقَارِبُوا بَيْنَهَا ، وَحَاذُوا بِالأَعْنَاقِ ، فَوَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ إِنِّي لأَرَى الشَّيَاطِينَ تَدْخُلُ مِنْ خَلَلِ الصَّفِّ كَأَنَّهَا الْحَذَفُ.

“Ənəs ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ buyurdu: “Cərgələrinizi sıx tutun, onları (bir-birinə) yaxınlaşdırın və boyunlarınızı düz tutun! Muhəmmədin nəfsi Əlində Olana and olsun ki, həqiqətən də, mən şeytanın qoyun kimi cərgələrin boşluğundan daxil olduğunu görürəm”.”

Ənəs
SəhihNəsəi, 815 (İmamlıq, 39)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا الْفُضَيْلُ بْنُ عِيَاضٍ ، عَنِ الأَعْمَشِ ، عَنِ الْمُسَيَّبِ بْنِ رَافِعٍ ، عَنْ تَمِيمِ بْنِ طَرَفَةَ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ : خَرَجَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : أَلاَ تَصُفُّونَ كَمَا تَصُفُّ الْمَلاَئِكَةُ عِنْدَ رَبِّهِمْ ؟ قَالُوا : وَكَيْفَ تَصُفُّ الْمَلاَئِكَةُ عِنْدَ رَبِّهِمْ ؟ قَالَ : يُتِمُّونَ الصَّفَّ الأَوَّلَ ، ثُمَّ يَتَرَاصُّونَ فِي الصَّفِّ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ bizim yanımıza gəlib dedi: “Nəyə görə cərgələrinizi mələklər öz Rəblərinin hüzurunda tutduqları kimi tutmursunuz?” Onlar dedilər: “Mələklər Rəblərinin hüzurunda cərgələrini necə tuturlar?” Allah Elçisi ﷺ dedi: “Birinci cərgəni tamamlayırlar və cərgədə bir-birinə sıxılırlar”.”

Cabir ibn Səmura
SəhihNəsəi, 816 (İmamlıq, 40)

Fəsil 29

Birinci və ikinci cərgənin fəziləti

فَضْلُ الصَّفِّ الأَوَّلِ وَالثَّانِي

أَخْبَرَنِي يَحْيَى بْنُ عُثْمَانَ الْحِمْصِيُّ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ بَحِيرِ بْنِ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنِ الْعِرْبَاضِ بْنِ سَارِيَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كَانَ يُصَلِّي عَلَى الصَّفِّ الأَوَّلِ ثَلاَثًا وَعَلَى الثَّانِي وَاحِدَةً.

“İrbad ibn Səriyə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ birinci cərgəyə üç dəfə, ikinci cərgəyə isə bir dəfə xeyir-dua edərdi.”

İrbad ibn Səriyə
SəhihNəsəi, 817 (İmamlıq, 41)

Fəsil 30

Axırıncı cərgə

الصَّفُّ الْمُؤَخَّرُ

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، عَنْ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَتِمُّوا الصَّفَّ الأَوَّلَ ثُمَّ الَّذِي يَلِيهِ ، وَإِنْ كَانَ نَقْصٌ فَلْيَكُنْ فِي الصَّفِّ الْمُؤَخَّرِ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Birinci cərgəni, sonra isə ondan sonra gələn cərgəni tamamlayın! Əgər naqislik olacaqsa, qoy axırıncı cərgədə olsun”.”

Ənəs
SəhihNəsəi, 818 (İmamlıq, 42)

Fəsil 31

Cərgədə olan boşluğu dolduran kimsə

مَنْ وَصَلَ صَفًّا

أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ بْنِ مَثْرُودٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، عَنْ أَبِي الزَّاهِرِيَّةِ ، عَنْ كَثِيرِ بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ وَصَلَ صَفًّا وَصَلَهُ اللَّهُ ، وَمَنْ قَطَعَ صَفًّا قَطَعَهُ اللَّهُ عَزَّ وَجَلَّ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim cərgəni birləşdirərsə, Allah onu birləşdirər. Kim də cərgəni kəsərsə, Allah onu kəsər”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 819 (İmamlıq, 43)

Fəsil 32

Qadınlar üçün xeyirli, kişilər üçün isə şər olan cərgə

ذِكْرُ خَيْرِ صُفُوفِ النِّسَاءِ وَشَرِّ صُفُوفِ الرِّجَالِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ سُهَيْلٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَيْرُ صُفُوفِ الرِّجَالِ أَوَّلُهَا وَشَرُّهَا آخِرُهَا ، وَخَيْرُ صُفُوفِ النِّسَاءِ آخِرُهَا وَشَرُّهَا أَوَّلُهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişilər üçün ən xeyirli cərgə birinci cərgə, ən şər olanı isə axırıncı cərgədir. Qadınlar üçün isə ən xeyirli cərgə axırıncı səf, ən şər cərgə isə birinci cərgədir”.”

Əbu Hureyra
SəhihNəsəi, 820 (İmamlıq, 44)

Fəsil 33

İki dirək arasında namaz qılmaq

الصَّفُّ بَيْنَ السَّوَارِي

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، عَنْ سُفْيَانَ ، عَنْ يَحْيَى بْنِ هَانِئٍ ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنِ مَحْمُودٍ قَالَ : كُنَّا مَعَ أَنَسٍ فَصَلَّيْنَا مَعَ أَمِيرٍ مِنَ الأُمَرَاءِ ، فَدَفَعُونَا حَتَّى قُمْنَا وَصَلَّيْنَا بَيْنَ السَّارِيَتَيْنِ ، فَجَعَلَ أَنَسٌ يَتَأَخَّرُ وَقَالَ : قَدْ كُنَّا نَتَّقِي هَذَا عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Abdul-Həmid ibn Mahmud ﵀ demişdir: “Bir gün Ənəs ilə birlikdə idik və əmirlərdən olan bir əmir ilə namaz qıldıq. Sıxlıq olduğuna görə bir qədər sıxıldıq və iki dirək arasında namaz qılmalı olduq. Ənəs arxaya çəkildi və dedi: “Biz Allah Elçisinin ﷺ dövründə bundan çəkinərdik”.”

Abdul-Həmid ibn Mahmud
SəhihNəsəi, 821 (İmamlıq, 45)

Fəsil 34

Cərgədə hansı tərəfdə dayanmağın müstəhəb olması

الْمَكَانُ الَّذِي يُسْتَحَبُّ مِنَ الصَّفِّ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مِسْعَرٍ ، عَنْ ثَابِتِ بْنِ عُبَيْدٍ ، عَنِ ابْنِ الْبَرَاءِ ، عَنِ الْبَرَاءِ قَالَ : كُنَّا إِذَا صَلَّيْنَا خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحْبَبْتُ أَنْ أَكُونَ عَنْ يَمِينِهِ.

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ arxasında namaz qıldıqda mən onun sağ tərəfində olmağı xoşlayardım”.”

əl-Bəra
SəhihNəsəi, 822 (İmamlıq, 46)

Fəsil 35

Namazı yüngülləşdirməkdə imamın boynuna nə düşür?

مَا عَلَى الإِمَامِ مِنَ التَّخْفِيفِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا صَلَّى أَحَدُكُمْ بِالنَّاسِ فَلْيُخَفِّفْ ؛ فَإِنَّ فِيهِمُ السَّقِيمَ وَالضَّعِيفَ وَالْكَبِيرَ ، فَإِذَا صَلَّى أَحَدُكُمْ لِنَفْسِهِ فَلْيُطَوِّلْ مَا شَاءَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz camaata namaz qıldırdıqda yüngül namaz qılsın. Həqiqətən, onların içərisində xəstə, zəif və qoca insanlar var. Tək qıldıqda isə namazı istədiyi qədər uzatsın”.”

Əbu Hureyra
SəhihNəsəi, 823 (İmamlıq, 47)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ أَخَفَّ النَّاسِ صَلاَةً فِي تَمَامٍ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ tam şəkildə namazı ən yüngül qıldıran idi.”

Ənəs
SəhihNəsəi, 824 (İmamlıq, 48)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنِ الأَوْزَاعِيِّ قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنِّي لأَقُومُ فِي الصَّلاَةِ فَأَسْمَعُ بُكَاءَ الصَّبِيِّ فَأُوجِزُ فِي صَلاَتِي كَرَاهِيَةَ أَنْ أَشُقَّ عَلَى أُمِّهِ.

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən namaza başladıqda uşaqların ağlamağını eşidirəm. Ümmətimə ağır gəlməsindən qorxduğuma görə namazı qısa edirəm”.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihNəsəi, 825 (İmamlıq, 49)

Fəsil 36

İmamın namazı uzun qıldırmasının icazəli olması

الرُّخْصَةُ لِلإِمَامِ فِي التَّطْوِيلِ

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، عَنِ ابْنِ أَبِي ذِئْبٍ قَالَ : أَخْبَرَنِي الْحَارِثُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُ بِالتَّخْفِيفِ وَيَؤُمُّنَا بِالصَّافَّاتِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ bizə namazı yüngülləşdirməyi əmr edər və imam durduqda əs-Saffət surəsini oxuyardı”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 826 (İmamlıq, 50)

Fəsil 37

Namazda imama icazəli olan əməl

مَا يَجُوزُ لِلإِمَامِ مِنَ الْعَمَلِ فِي الصَّلاَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عُثْمَانَ بْنِ أَبِي سُلَيْمَانَ ، عَنْ عَامِرِ بْنِ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ الزُّرَقِيِّ ، عَنْ أَبِي قَتَادَةَ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَؤُمُّ النَّاسَ وَهُوَ حَامِلٌ أُمَامَةَ بِنْتَ أَبِي الْعَاصِ عَلَى عَاتِقِهِ ، فَإِذَا رَكَعَ وَضَعَهَا ، وَإِذَا رَفَعَ مِنْ سُجُودِهِ أَعَادَهَا.

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Allah Elçisinin ﷺ qucağında Umamə bint Əbul-As olduğu halda insanlara namazda imamlıq etdiyini gördüm. Ruku etmək istədikdə onu yerə qoyar, səcdədən qalxdıqda isə onu qucağına götürərdi”.”

Əbu Qatədə
SəhihNəsəi, 827 (İmamlıq, 51)

Fəsil 38

İmamdan qabaq hərəkət etmək

مُبَادَرَةُ الإِمَامِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَلاَ يَخْشَى الَّذِي يَرْفَعُ رَأْسَهُ قَبْلَ الإِمَامِ أَنْ يُحَوِّلَ اللَّهُ رَأْسَهُ رَأْسَ حِمَارٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Muhəmməd ﷺ buyurdu: “İmamdan qabaq başını qaldıran (adam), Allahın onun başını uzunqulaq başına çevirməsindən qorxmurmu?!””

Əbu Hureyra
SəhihNəsəi, 828 (İmamlıq, 52)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ أَبِي إِسْحَاقَ قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ يَزِيدَ يَخْطُبُ ، قَالَ : حَدَّثَنَا الْبَرَاءُ وَكَانَ غَيْرَ كَذُوبٍ : أَنَّهُمْ كَانُوا إِذَا صَلَّوْا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَامُوا قِيَامًا حَتَّى يَرَوْهُ سَاجِدًا ، ثُمَّ سَجَدُوا.

“Rəvayət edilir ki, Abdullah ibn Yəzid ﵁ xitab edərək dedi: “əl-Bəra - o, yalan danışan deyildi - bizə danışdı ki, onlar Allah Elçisi ﷺ ilə birlikdə namaz qıldıqda başlarını rukudan qaldırıb düz durardılar. Onun səcdə etdiyini gördükdən sonra isə səcdə edərdilər”.”

Abdullah ibn Yəzid
SəhihNəsəi, 829 (İmamlıq, 53)

أَخْبَرَنَا مُؤَمَّلُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ سَعِيدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ ، عَنْ حِطَّانَ بْنِ عَبْدِ اللهِ قَالَ : صَلَّى بِنَا أَبُو مُوسَى ، فَلَمَّا كَانَ فِي الْقَعْدَةِ دَخَلَ رَجُلٌ مِنَ الْقَوْمِ فَقَالَ : أُقِرَّتِ الصَّلاَةُ بِالْبِرِّ وَالزَّكَاةِ ، فَلَمَّا سَلَّمَ أَبُو مُوسَى أَقْبَلَ عَلَى الْقَوْمِ فَقَالَ : أَيُّكُمُ الْقَائِلُ هَذِهِ الْكَلِمَةَ ؟ فَأَرَمَّ الْقَوْمُ . قَالَ : يَا حِطَّانُ ، لَعَلَّكَ قُلْتَهَا . قَالَ : لاَ وَقَدْ خَشِيتُ أَنْ تَبْكَعَنِي بِهَا فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُعَلِّمُنَا صَلاَتَنَا وَسُنَّتَنَا فَقَالَ : إِنَّمَا الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا قَالَ : {غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} فَقُولُوا : آمِينَ . يُجِبْكُمُ اللَّهُ ، وَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقُولُوا : رَبَّنَا لَكَ الْحَمْدُ يَسْمَعِ اللَّهُ لَكُمْ ، وَإِذَا سَجَدَ فَاسْجُدُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا ؛ فَإِنَّ الإِمَامَ يَسْجُدُ قَبْلَكُمْ وَيَرْفَعُ قَبْلَكُمْ . قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَتِلْكَ بِتِلْكَ.

“Rəvayət edilir ki, Hittan ibn Abdullah ﵀ demişdir: “Əbu Musa bizimlə namaz qıldı. Oturduğu halda bir kişi gəlib belə dedi: “Namaz yaxşılıq və zəkatla birlikdə əmr edildi”. Əbu Musa (namazın sonunda) salam verdikdən sonra camaata tərəf dönüb dedi: “Bu sözü sizdən hansınız dedi?” Camaat susduqda o dedi: “Ey Hittan, bunu sən dedin?” Hittan dedi: “Xeyr, mən sənin məni danlamağından qorxdum”. O dedi: “Həqiqətən, Allah Elçisi ﷺ bizə namazımızı və sünnəmizi öyrədib deyərdi: “İmam ona tabe olmaq üçün seçilib. O, təkbir etdikdə siz də təkbir edin. O, “Ğayril-məğdu:bi aleyhim valəd-da:lli:n!”- dedikdə siz “Amin!” deyin. Allah sizə cavab verər. O, ruku etdikdə siz də ruku edin. O başını qaldırıb: “Səmi Alla:hu limən həmidəh” dedikdə siz: “Rabbənə: ləkəl-həmd”- deyin. Allah sizi eşidər. O səcdə etdikdə siz də səcdə edin. O (başını səcdədən) qaldırdıqda siz də (başınızı səcdədən) qaldırın. Həqiqətən, imam sizdən qabaq səcdə edər və sizdən qabaq (başını səcdədən) qaldırar”. Allah Elçisi ﷺ bu cür dedi”.”

Hittan ibn Abdullah
SəhihNəsəi, 830 (İmamlıq, 54)

Fəsil 39

Kişinin imamla qılınan camaat namazından çıxması və namazı məscidin kənarında qılması

خُرُوجُ الرَّجُلِ مِنْ صَلاَةِ الإِمَامِ وَفَرَاغُهُ مِنْ صَلاَتِهِ فِي نَاحِيَةِ الْمَسْجِدِ

أَخْبَرَنَا وَاصِلُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ فُضَيْلٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُحَارِبِ بْنِ دِثَارٍ وَأَبِي صَالِحٍ ، عَنْ جَابِرٍ قَالَ : جَاءَ رَجُلٌ مِنَ الأَنْصَارِ وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ ، فَدَخَلَ الْمَسْجِدَ فَصَلَّى خَلْفَ مُعَاذٍ فَطَوَّلَ بِهِمْ ، فَانْصَرَفَ الرَّجُلُ فَصَلَّى فِي نَاحِيَةِ الْمَسْجِدِ ثُمَّ انْطَلَقَ ، فَلَمَّا قَضَى مُعَاذٌ الصَّلاَةَ قِيلَ لَهُ : إِنَّ فُلاَنًا فَعَلَ كَذَا وَكَذَا ، فَقَالَ مُعَاذٌ : لَئِنْ أَصْبَحْتُ لأَذْكُرَنَّ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَى مُعَاذٌ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ ، فَأَرْسَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْهِ فَقَالَ : مَا حَمَلَكَ عَلَى الَّذِي صَنَعْتَ ؟ فَقَالَ : يَا رَسُولَ اللهِ ، عَمِلْتُ عَلَى نَاضِحِي مِنَ النَّهَارِ ، فَجِئْتُ وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ ، فَدَخَلْتُ الْمَسْجِدَ ، فَدَخَلْتُ مَعَهُ فِي الصَّلاَةِ ، فَقَرَأَ سُورَةَ كَذَا وَكَذَا فَطَوَّلَ ، فَانْصَرَفْتُ فَصَلَّيْتُ فِي نَاحِيَةِ الْمَسْجِدِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Ənsardan olan bir kişi gəldi. Artıq, namaz başlamışdı. O, məscidə daxil olub Muazın arxasında namaz qılmağa başladı. Muaz namazı uzatdıqda həmin kişi namazdan çıxıb məscidin bir tərəfində namazı qıldı, sonra da çıxıb getdi. Muaz namazı bitirdikdən sonra ona deyildi: “Filankəs belə-belə etdi”. Muaz dedi: “Səhər olduqda mən bunu Allah Elçisinə ﷺ deyəcəyəm”. (Səhər olduqda) Muaz Allah Elçisinin ﷺ yanına gəldi və olanları ona danışdı. Allah Elçisi ﷺ həmin adamın arxası ilə adam göndərdi. Peyğəmbər ﷺ ona dedi: “Bunu etməyə səni vadar edən nədir?” Kişi dedi: “Ey Allahın Elçisi, mən gün boyu dəvə ilə su daşıyıb işləmişdim. Məscidə gəldikdə namaz artıq başlamışdı. Mən məscidə daxil oldum və onunla birlikdə namaza başladım. O isə filan-filan surəni oxudu və namazı uzatdı. Mən də namazdan çıxıb məscidin bir tərəfində namazımı qıldım”. Allah Elçisi ﷺ dedi: “Sən fitnəkarsanmı, ey Muaz?! Sən fitnəkarsanmı, ey Muaz?! Sən fitnəkarsanmı, ey Muaz?!””

Cabir
SəhihNəsəi, 831 (İmamlıq, 55)

Fəsil 40

Oturaraq namaz qılan imama tabe olmaq

الاِئْتِمَامُ بِالإِمَامِ يُصَلِّي قَاعِدًا

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكِبَ فَرَسًا ، فَصُرِعَ عَنْهُ فَجُحِشَ شِقُّهُ الأَيْمَنُ ، فَصَلَّى صَلاَةً مِنَ الصَّلَوَاتِ وَهُوَ قَاعِدٌ ، فَصَلَّيْنَا وَرَاءَهُ قُعُودًا ، فَلَمَّا انْصَرَفَ قَالَ : إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا ، وَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، فَقُولُوا : رَبَّنَا لَكَ الْحَمْدُ ، وَإِذَا صَلَّى جَالِسًا فَصَلُّوا جُلُوسًا أَجْمَعُونَ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ata mindikdə atdan yıxılıb sağ tərəfini əzdi. O, namazlarından bir namazı oturaraq qıldı. Biz də onun arxasında namazı oturaraq qıldıq. Namazı bitirdikdən sonra dedi: “Həqiqətən, imam ona tabe olmaq üçündür. Əgər ayaq üstə qılarsa, siz də ayaq üstə qılın! Ruku etdikdə ruku edin! “Səmi Alla:hu limən həmidəh”- dedikdə siz də “Rabbənə: va ləkəl-həmd”- deyin. Oturaraq namaz qılsa, siz də hamınız oturaraq namaz qılın!””

Ənəs ibn Malik
SəhihNəsəi, 832 (İmamlıq, 56)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ قَالَتْ : لَمَّا ثَقُلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ بِلاَلٌ يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَالَ : مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ . قَالَتْ : قُلْتُ : يَا رَسُولَ اللهِ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ وَإِنَّهُ مَتَى يَقُومُ فِي مَقَامِكَ لاَ يُسْمِعُ النَّاسَ فَلَوْ أَمَرْتَ عُمَرَ . فَقَالَ : مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ . فَقُلْتُ لِحَفْصَةَ : قُولِي لَهُ ، فَقَالَتْ لَهُ فَقَالَ : إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبَاتُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ . قَالَتْ : فَأَمَرُوا أَبَا بَكْرٍ ، فَلَمَّا دَخَلَ فِي الصَّلاَةِ وَجَدَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَفْسِهِ خِفَّةً قَالَتْ : فَقَامَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ ، وَرِجْلاَهُ تَخُطَّانِ فِي الأَرْضِ ، فَلَمَّا دَخَلَ الْمَسْجِدَ سَمِعَ أَبُو بَكْرٍ حِسَّهُ فَذَهَبَ لِيَتَأَخَّرَ ، فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ قُمْ كَمَا أَنْتَ . قَالَتْ : فَجَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى قَامَ عَنْ يَسَارِ أَبِي بَكْرٍ جَالِسًا ، فَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي بِالنَّاسِ جَالِسًا ، وَأَبُو بَكْرٍ قَائِمًا يَقْتَدِي أَبُو بَكْرٍ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَالنَّاسُ يَقْتَدُونَ بِصَلاَةِ أَبِي بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda Bilal namaza azan verməkdən ötrü onun yanına gəldi. Peyğəmbər ﷺ ona dedi: “Əbu Bəkrə deyin ki, insanlara namaz qıldırsın”. Aişə deyir: “Mən dedim: “Ey Allahın Elçisi, Əbu Bəkr ürəyiyumşaq adamdır. O, sənin yerində dayandıqda (səsini) insanlara eşitdirə bilməyəcək. Ömərə əmr etsən (daha yaxşı olar)”. Peyğəmbər ﷺ dedi: “Əbu Bəkrə deyin ki, insanlara namaz qıldırsın”. Mən Həfsaya dedim: “Ona sən de!” O, bunu Peyğəmbərə ﷺ dedikdə Peyğəmbər ﷺ dedi: “Siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin ki, insanlara namaz qıldırsın”. Aişə dedi: “Əbu Bəkrə deyin”. Onlar namaza başladıqda Allah Elçisi ﷺ özündə bir yüngüllük hiss etdi. Peyğəmbər ﷺ qalxdı və onu iki kişi aparırdı. Onun ayaqları yerlə sürünürdü. Məscidə daxil olduqda Əbu Bəkr onları eşitdi və arxaya çəkilməyə başladı. Allah Elçisi ﷺ ona yerində qalması üçün işarə etdi. Allah Elçisi ﷺ gəlib Əbu Bəkrin sol tərəfində oturdu. Allah Elçisi ﷺ insanlara oturaraq namaz qıldırdı. Əbu Bəkr də ayaq üstə namazda Allah Elçisinə ﷺ tabeçilik edirdi. İnsanlar da Əbu Bəkrə ﵁ tabeçilik edirdilər”.”

Aişə
SəhihNəsəi, 833 (İmamlıq, 57)

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا زَائِدَةُ ، عَنْ مُوسَى بْنِ أَبِي عَائِشَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ قَالَ : دَخَلْتُ عَلَى عَائِشَةَ فَقُلْتُ : أَلاَ تُحَدِّثِينِي عَنْ مَرَضِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَتْ : لَمَّا ثَقُلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : أَصَلَّى النَّاسُ ؟ فَقُلْنَا : لاَ . وَهُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللهِ . فَقَالَ : ضَعُوا لِي مَاءً فِي الْمِخْضَبِ فَفَعَلْنَا ، فَاغْتَسَلَ ، ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِيَ عَلَيْهِ ، ثُمَّ أَفَاقَ فَقَالَ : أَصَلَّى النَّاسُ ؟ قُلْنَا : لاَ . هُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللهِ . فَقَالَ : ضَعُوا لِي مَاءً فِي الْمِخْضَبِ . فَفَعَلْنَا فَاغْتَسَلَ ، ثُمَّ ذَهَبَ لِيَنُوءَ ، ثُمَّ أُغْمِيَ عَلَيْهِ ، ثُمَّ قَالَ فِي الثَّالِثَةِ مِثْلَ قَوْلِهِ قَالَتْ : وَالنَّاسُ عُكُوفٌ فِي الْمَسْجِدِ يَنْتَظِرُونَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِصَلاَةِ الْعِشَاء ، فَأَرْسَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى أَبِي بَكْرٍ أَنْ صَلِّ بِالنَّاسِ ، فَجَاءَهُ الرَّسُولُ فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُكَ أَنْ تُصَلِّيَ بِالنَّاسِ ، وَكَانَ أَبُو بَكْرٍ رَجُلاً رَقِيقًا فَقَالَ : يَا عُمَرُ صَلِّ بِالنَّاسِ . فَقَالَ : أَنْتَ أَحَقُّ بِذَلِكَ فَصَلَّى بِهِمْ أَبُو بَكْرٍ تِلْكَ الأَيَّامَ ، ثُمَّ إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَدَ مِنْ نَفْسِهِ خِفَّةً ، فَجَاءَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ أَحَدُهُمَا الْعَبَّاسُ لِصَلاَةِ الظُّهْرِ ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ ذَهَبَ لِيَتَأَخَّرَ ، فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ لاَ يَتَأَخَّرَ وَأَمَرَهُمَا فَأَجْلَسَاهُ إِلَى جَنْبِهِ ، فَجَعَلَ أَبُو بَكْرٍ يُصَلِّي قَائِمًا وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِي بَكْرٍ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي قَاعِدًا فَدَخَلْتُ عَلَى ابْنِ عَبَّاسٍ فَقُلْتُ : أَلاَ أَعْرِضُ عَلَيْكَ مَا حَدَّثَتْنِي عَائِشَةُ عَنْ مَرَضِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : نَعَمْ . فَحَدَّثْتُهُ , فَمَا أَنْكَرَ مِنْهُ شَيْئًا غَيْرَ أَنَّهُ قَالَ : أَسَمَّتْ لَكَ الرَّجُلَ الَّذِي كَانَ مَعَ الْعَبَّاسِ ؟ قُلْتُ : لاَ . قَالَ : هُوَ عَلِيٌّ كَرَّمَ اللَّهُ وَجْهَهُ.

“Rəvayət edilir ki, Ubeydullah ibn Abdullah ﵀ demişdir: “Aişənin yanına gəlib dedim: “Bizə Allah Elçisinin ﷺ xəstəliyi haqda danışa bilərsənmi?” O dedi: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda dedi: “İnsanlar namaz qıldımı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər, ey Allahın Elçisi!” O dedi: “Mənə bir ləyəndə su gətirin”. Biz də gətirdik. O, dəstəmaz aldı, sonra ayağa qalxmaq istədikdə özündən getdi. Sonra ayılıb dedi: “İnsanlar namaz qıldımı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər, ey Allahın Elçisi!” O dedi: “Mənə bir ləyəndə su gətirin”. Biz də gətirdik. O, dəstəmaz aldı, sonra qalxmaq istədikdə yenə özündən getdi. Sonra üçüncü dəfə bunu dedi. İnsanlar İşa namazını qılmaq üçün məsciddə Allah Elçisini ﷺ gözləyirdilər. Sonra Allah Elçisi ﷺ insanlara namaz qıldırmaq üçün Əbu Bəkrin yanına adam göndərdi. Adam onun yanına gəlib dedi: “Allah Elçisi ﷺ sənə əmr edir ki, insanlara namaz qıldırasan”. Əbu Bəkr yumşaq qəlbli insan idi. O dedi: “Ey Ömər, insanlara namaz qıldır!” O dedi: “Sən buna daha layiqsən”. Əbu Bəkr bu günlərdə insanlara namaz qıldırdı. Allah Elçisi ﷺ özündə yüngüllük hiss etdikdə, iki kişi onu (qollarına girərək) Zöhr namazına gətirdilər. Onlardan biri Abbas idi. Əbu Bəkr (camaata namaz qıldırarkən) onu gördükdə arxaya çəkilmək istədi. Allah Elçisi ﷺ ona geriyə çəkilməməsi üçün işarə etdi. Allah Elçisi ﷺ onu gətirən iki kişiyə onu Əbu Bəkrin yanında oturtmalarını əmr etdi. Əbu Bəkr namaz qıldırdı. İnsanlar Əbu Bəkr kimi ayaq üstə namaz qılırdılar, Allah Elçisi ﷺ isə namazı oturaraq qıldı”. Ravi deyir: “Mən İbn Abbasın yanına gəlib dedim: “Mən sənə Aişənin Allah Elçisinin ﷺ xəstəliyi haqda danışdığı hədisi deyimmi?” O: “Bəli”- dedi. Mən bunu ona danışdıqda ondan heç bir şey inkar etmədi. Yalnız dedi: “O, sənə Allah Elçisini ﷺ Abbas ilə gətirən adamın adını çəkdimi?” Mən: “Xeyr”- dedim. O dedi: “Həmin adam Əli idi. Allah onun üzünü kəramətli etsin”.”

Ubeydullah ibn Abdullah
SəhihNəsəi, 834 (İmamlıq, 58)

Fəsil 41

İmamla ona tabe olanın niyyətinin fərqli olması

اخْتِلاَفُ نِيَّةِ الإِمَامِ وَالْمَأْمُومِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ يَقُولُ : كَانَ مُعَاذٌ يُصَلِّي مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ يَرْجِعُ إِلَى قَوْمِهِ يَؤُمُّهُمْ ، فَأَخَّرَ ذَاتَ لَيْلَةٍ الصَّلاَةَ ، وَصَلَّى مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ رَجَعَ إِلَى قَوْمِهِ يَؤُمُّهُمْ فَقَرَأَ سُورَةَ الْبَقَرَةِ ، فَلَمَّا سَمِعَ رَجُلٌ مِنَ الْقَوْمِ تَأَخَّرَ فَصَلَّى ، ثُمَّ خَرَجَ فَقَالُوا : نَافَقْتَ يَا فُلاَنُ . فَقَالَ : وَاللَّهِ مَا نَافَقْتُ وَلَآتِيَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأُخْبِرُهُ ، فَأَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ مُعَاذًا يُصَلِّي مَعَكَ ثُمَّ يَأْتِينَا فَيَؤُمُّنَا ، وَإِنَّكَ أَخَّرْتَ الصَّلاَةَ الْبَارِحَةَ فَصَلَّى مَعَكَ ثُمَّ رَجَعَ فَأَمَّنَا فَاسْتَفْتَحَ بِسُورَةِ الْبَقَرَةِ فَلَمَّا سَمِعْتُ ذَلِكَ تَأَخَّرْتُ فَصَلَّيْتُ ، وَإِنَّمَا نَحْنُ أَصْحَابُ نَوَاضِحَ نَعْمَلُ بِأَيْدِينَا ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا مُعَاذُ أَفَتَّانٌ أَنْتَ ، اقْرَأْ بِسُورَةِ كَذَا وَسُورَةِ كَذَا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ belə demişdir: “Muaz Peyğəmbərlə ﷺ namaz qıldıqdan sonra öz tayfasının yanına gedər və onlara namazda imamlıq edərdi. Bir gecə namazın vaxtı girdi və Muaz Peyğəmbərlə ﷺ birlikdə namaz qıldı. Sonra öz tayfasının yanına qayıdıb namazda onlara imamlıq edərək “əl-Bəqərə” surəsini oxumağa başladı. Toplumdan olan bir kişi namazın uzun olmasına görə namazdan çıxdı və qırağa çəkilib namazı tək qıldı. Ona dedilər: “Sən münafiq oldun, ey filankəs!” O dedi: “Allaha and olsun ki, mən münafiq olmadım!” Onlar dedilər: “Biz Peyğəmbərin ﷺ yanına gedib bunları ona deyəcəyik”. O, Peyğəmbərin ﷺ yanına gedib dedi: “Ey Allahın Elçisi! Həqiqətən, Muaz səninlə namaz qıldıqdan sonra bizim yanımıza gəlib bizə imamlıq edir. Sən keçən gecə namazı gecikdirdikdə o, səninlə birlikdə namaz qıldı. Sonra qayıdıb bizə imamlıq etdi və “əl-Bəqərə” surəsini oxumağa başladı. Bunu eşitdikdə çəkilib namazı tək qıldım. Biz əllərimizlə su daşıyan adamlarıq və işlərimizi əllərimizlə görürük”. Peyğəmbər ﷺ Muaza dedi: “Ey Muaz, sən fitnəkarsan?! Filan surələri (qısa surələri) oxu!””

Cabir ibn Abdullah
SəhihNəsəi, 835 (İmamlıq, 59)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ أَشْعَثَ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَنَّهُ صَلَّى صَلاَةَ الْخَوْفِ ، فَصَلَّى بِالَّذِينَ خَلْفَهُ رَكْعَتَيْنِ وَبِالَّذِينَ جَاؤُوا رَكْعَتَيْنِ ، فَكَانَتْ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَرْبَعًا وَلِهَؤُلاَءِ رَكْعَتَيْنِ رَكْعَتَيْنِ.

“Əbu Bəkrə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ qorxu namazını arxasında olanlarla birlikdə iki rükət qıldı. (Onlardan sonra) gələnlərlə də iki rükət qıldı. Peyğəmbər ﷺ dörd rükət, camaatdan hər dəstə isə iki rükət qılmış oldu.”

Əbu Bəkrə
SəhihNəsəi, 836 (İmamlıq, 60)

Fəsil 42

Camaat namazının fəziləti

فَضْلُ الْجَمَاعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : صَلاَةُ الْجَمَاعَةِ تَفْضُلُ عَلَى صَلاَةِ الْفَذِّ بِسَبْعٍ وَعِشْرِينَ دَرَجَةً.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Camaat namazı tək qılınan namazdan iyirmi yeddi dərəcə üstündür”.”

İbn Ömər
SəhihNəsəi, 837 (İmamlıq, 61)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : صَلاَةُ الْجَمَاعَةِ أَفْضَلُ مِنْ صَلاَةِ أَحَدِكُمْ وَحْدَهُ خَمْسًا وَعِشْرِينَ جُزْءًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Camaat namazı birinizin tək qıldığı namazdan iyirmi beş dəfə üstündür”.”

Əbu Hureyra
SəhihNəsəi, 838 (İmamlıq, 62)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَمَّارٍ قَالَ : حَدَّثَنِي الْقَاسِمُ بْنُ مُحَمَّدٍ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : صَلاَةُ الْجَمَاعَةِ تَزِيدُ عَلَى صَلاَةِ الْفَذِّ خَمْسًا وَعِشْرِينَ دَرَجَةً.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi beş dərəcə üstündür”.”

Aişə
SəhihNəsəi, 839 (İmamlıq, 63)

Fəsil 43

Üç nəfərin camaat namazı

الْجَمَاعَةُ إِذَا كَانُوا ثَلاَثَةً

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي سَعِيدٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا كَانُوا ثَلاَثَةً فَلْيَؤُمَّهُمْ أَحَدُهُمْ وَأَحَقُّهُمْ بِالإِمَامَةِ أَقْرَؤُهُمْ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç nəfər olduqda onlardan biri imamlıq etsin. İmamlığa daha haqlı olan Qurandan daha çox biləndir”.”

Əbu Səid
SəhihNəsəi, 840 (İmamlıq, 64)

Fəsil 44

Üç nəfərin - kişi, uşaq və qadının camaat namazı

الْجَمَاعَةُ إِذَا كَانُوا ثَلاَثَةً : رَجُلٌ وَصَبِيٌّ وَامْرَأَةٌ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي زِيَادٌ ، أَنَّ قَزَعَةَ مَوْلًى لِعَبْدِ الْقَيْسِ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ عِكْرِمَةَ قَالَ : قَالَ ابْنُ عَبَّاسٍ : صَلَّيْتُ إِلَى جَنْبِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَعَائِشَةُ خَلْفَنَا تُصَلِّي مَعَنَا ، وَأَنَا إِلَى جَنْبِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُصَلِّي مَعَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ böyür tərəfində duraraq namaz qılırdım. Aişə də bizim arxamızda namaz qılırdı. Mən Peyğəmbərin ﷺ yanında onunla birlikdə namaz qılırdım”.”

İbn Abbas
SəhihNəsəi, 841 (İmamlıq, 65)

Fəsil 45

İki nəfərin camaat namazı

الْجَمَاعَةُ إِذَا كَانُوا اثْنَيْنِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي سُلَيْمَانَ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : صَلَّيْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقُمْتُ عَنْ يَسَارِهِ فَأَخَذَنِي بِيَدِهِ الْيُسْرَى فَأَقَامَنِي عَنْ يَمِينِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə namaz qılarkən onun sol tərəfində durmuşdum. O isə sol əli ilə məni sağ tərəfinə keçirtdi”.”

İbn Abbas
SəhihNəsəi, 842 (İmamlıq, 66)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، عَنْ شُعْبَةَ ، عَنْ أَبِي إِسْحَاقَ أَنَّهُ أَخْبَرَهُمْ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَصِيرٍ ، عَنْ أَبِيهِ - قَالَ شُعْبَةُ : وَقَالَ أَبُو إِسْحَاقَ : وَقَدْ سَمِعْتُهُ مِنْهُ وَمِنْ أَبِيهِ - قَالَ : سَمِعْتُ أُبَيَّ بْنَ كَعْبٍ يَقُولُ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا صَلاَةَ الصُّبْحِ فَقَالَ : أَشَهِدَ فُلاَنٌ الصَّلاَةَ ؟ قَالُوا : لاَ . قَالَ : فَفُلاَنٌ ؟ قَالُوا : لاَ . قَالَ : إِنَّ هَاتَيْنِ الصَّلاَتَيْنِ مِنْ أَثْقَلِ الصَّلاَةِ عَلَى الْمُنَافِقِينَ ، وَلَوْ يَعْلَمُونَ مَا فِيهِمَا لأَتَوْهُمَا وَلَوْ حَبْوًا ، وَالصَّفُّ الأَوَّلُ عَلَى مِثْلِ صَفِّ الْمَلاَئِكَةِ وَلَوْ تَعْلَمُونَ فَضِيلَتَهُ لاَبْتَدَرْتُمُوهُ ، وَصَلاَةُ الرَّجُلِ مَعَ الرَّجُلِ أَزْكَى مِنْ صَلاَتِهِ وَحْدَهُ ، وَصَلاَةُ الرَّجُلِ مَعَ الرَّجُلَيْنِ أَزْكَى مِنْ صَلاَتِهِ مَعَ الرَّجُلِ ، وَمَا كَانُوا أَكْثَرَ فَهُوَ أَحَبُّ إِلَى اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ Sübh namazını qıldı və dedi: “Filankəs namazda idimi?” Onlar dedilər: “Xeyr!” O dedi: “Bəs, filankəs?” Onlar dedilər: “Xeyr!” O dedi: “Bu iki namaz münafiqlərə ən ağır gələn namazlardır. Əgər onlar bunda nə savablar olduğunu bilsəydilər, iməkləyərək də olsa, mütləq (namaz üçün məscidə) gələrdilər. Birinci cərgə mələklərin cərgəsi kimidir. Əgər siz onun fəzilətini bilsəydiniz, bunun üçün mütləq yarışardınız. Kişinin başqa birisi ilə birlikdə namaz qılması tək namaz qılmasından daha xeyirlidir. Kişinin başqa iki kişi ilə namaz qılması iki nəfərin namaz qılmasından daha xeyirlidir. (Namaz qılanların sayı) nə qədər çox olsa, bu, Allaha ﷿ daha sevimli olar”.”

Ubey ibn Kəb
HəsənNəsəi, 843 (İmamlıq, 67)

Fəsil 46

Camaatla nafilə namazını qılmaq

الْجَمَاعَةُ لِلنَّافِلَةِ

أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيٍّ قَالَ : أَنْبَأَنَا عَبْدُ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ مَحْمُودٍ ، عَنْ عِتْبَانَ بْنِ مَالِكٍ أَنَّهُ قَالَ : يَا رَسُولَ اللهِ إِنَّ السُّيُولَ لَتَحُولُ بَيْنِي وَبَيْنَ مَسْجِدِ قَوْمِي فَأُحِبُّ أَنْ تَأْتِيَنِي فَتُصَلِّيَ فِي مَكَانٍ مِنْ بَيْتِي أَتَّخِذُهُ مَسْجِدًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : سَنَفْعَلُ . فَلَمَّا دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَيْنَ تُرِيدُ ؟ ، فَأَشَرْتُ إِلَى نَاحِيَةٍ مِنَ الْبَيْتِ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَفَفْنَا خَلْفَهُ فَصَلَّى بِنَا رَكْعَتَيْنِ

“Rəvayət edilir ki, İtban ibn Malik ﵁ Allah Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi! Mənimlə tayfamın məscidinin arasından sel axır. Mən istəyirəm ki, sən gəlib mənim evimdə bir yerdə namaz qılasan və mən də həmin yeri namazgah edim”. Allah Elçisi ﷺ: “İstədiyini edərik!”- dedi. Sonra Allah Elçisi ﷺ onun yanına gəlib dedi: “Mənim harada namaz qılmağımı istəyirsən?” Mən də evimin bir hissəsini ona göstərdim. Allah Elçisi ﷺ qalxdı, biz də onun arxasında cərgələrimizi düzəltdik. O, bizimlə iki rükət namaz qıldı”.”

İtban ibn Malik
SəhihNəsəi, 844 (İmamlıq, 68)

Fəsil 47

Namazı ötürənin namazı camaatla qılması

الْجَمَاعَةُ لِلْفَائِتِ مِنَ الصَّلاَةِ

أَنْبَأَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ قَالَ : أَقْبَلَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِوَجْهِهِ حِينَ قَامَ إِلَى الصَّلاَةِ قَبْلَ أَنْ يُكَبِّرَ فَقَالَ : أَقِيمُوا صُفُوفَكُمْ وَتَرَاصُّوا ؛ فَإِنِّي أَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِي.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza qalxdıqda təkbir etməmişdən qabaq bizə tərəf çevrildi və dedi: “Cərgələrinizi düz və sıx tutun! Həqiqətən, mən sizi arxada görürəm”.”

Ənəs
SəhihNəsəi, 845 (İmamlıq, 69)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، قَالَ : حَدَّثَنَا أَبُو زُبَيْدٍ وَاسْمُهُ عَبْثَرُ بْنُ الْقَاسِمِ ، عَنْ حُصَيْنٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ قَالَ بَعْضُ الْقَوْمِ : لَوْ عَرَّسْتَ بِنَا يَا رَسُولَ اللهِ ، قَالَ : إِنِّي أَخَافُ أَنْ تَنَامُوا عَنِ الصَّلاَةِ . قَالَ بِلاَلٌ : أَنَا أَحْفَظُكُمْ ، فَاضْطَجَعُوا فَنَامُوا وَأَسْنَدَ بِلاَلٌ ظَهْرَهُ إِلَى رَاحِلَتِهِ ، فَاسْتَيْقَظَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ طَلَعَ حَاجِبُ الشَّمْسِ فَقَالَ : يَا بِلاَلُ أَيْنَ مَا قُلْتَ ؟ قَالَ : مَا أُلْقِيَتْ عَلَيَّ نَوْمَةٌ مِثْلُهَا قَطُّ . قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَبَضَ أَرْوَاحَكُمْ حِينَ شَاءَ فَرَدَّهَا حِينَ شَاءَ ، قُمْ يَا بِلاَلُ فَآذِنِ النَّاسَ بِالصَّلاَةِ . فَقَامَ بِلاَلٌ فَأَذَّنَ فَتَوَضَّئُوا يَعْنِي حِينَ ارْتَفَعَتِ الشَّمْسُ ، ثُمَّ قَامَ فَصَلَّى بِهِمْ

“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət edir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə idik. Bu vaxt bəziləri dedilər: “Bir istirahət etsəydik, ey Allahın Elçisi!” O dedi: “Sizin namaza yatıb qalmanızdan qorxuram”. Bilal dedi: “Mən sizi oyadaram”. Onlar uzanıb yatdılar, Bilal da öz miniyinin yəhərinə söykəndi. Allah Elçisi ﷺ oyandıqda artıq, günəş çıxmışdı. O dedi: “Ey Bilal, sənin bizi oyatmağın haqda verdiyin söz hanı?” Bilal dedi: ”Bundan qabaq heç vaxt belə yuxuya getməmişdim”. Allah Elçisi ﷺ dedi: “Həqiqətən, Allah ﷿ sizin ruhlarınızı aldı və istədiyi vaxt da qaytardı. Qalx, ey Bilal! İnsanlara namaz üçün azan ver!” Bilal qalxıb azan verdi. Onlar günəş çıxandan sonra dəstəmaz aldılar. Sonra birlikdə namaz qıldılar”.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihNəsəi, 846 (İmamlıq, 70)

Fəsil 48

Camaat namazını tərk etməyin şiddətli şəkildə qınanması

التَّشْدِيدُ فِي تَرْكِ الْجَمَاعَةِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ زَائِدَةَ بْنِ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا السَّائِبُ بْنُ حُبَيْشٍ الْكَلاَعِيُّ ، عَنْ مَعْدَانَ بْنِ أَبِي طَلْحَةَ الْيَعْمُرِيِّ قَالَ : قَالَ لِي أَبُو الدَّرْدَاءِ : أَيْنَ مَسْكَنُكَ ؟ قُلْتُ : فِي قَرْيَةٍ دُوَيْنَ حِمْصَ ، فَقَالَ أَبُو الدَّرْدَاءِ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَا مِنْ ثَلاَثَةٍ فِي قَرْيَةٍ وَلاَ بَدْوٍ لاَ تُقَامُ فِيهِمُ الصَّلاَةُ إِلاَّ قَدِ اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطَانُ ، فَعَلَيْكُمْ بِالْجَمَاعَةِ ؛ فَإِنَّمَا يَأْكُلُ الذِّئْبُ الْقَاصِيَةَ قَالَ السَّائِبُ : يَعْنِي بِالْجَمَاعَةِ الْجَمَاعَةَ فِي الصَّلاَةِ.

“Rəvayət edilir ki, Mə'dən ibn Əbu Talha əl-Yə'muri ﵀ demişdir: “Əbud-Dərdə mənə dedi: “Sənin yaşadığın yer hardadır?” Mən dedim: “Duveyn Hims kəndindən”. Əbud-Dərdə dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Əgər bir kənddə və vadidə üç nəfər olsa və camaat namazı qılmasalar, şeytan onların üzərinə hakim olar. Sizə camaat (olmağı) əmr edirəm! Həqiqətən, sürüdən ayrılan qoyunu canavar yeyər (şeytan da camaatdan ayrılanı məhv edər)”. Hədisin ravilərindən biri olan əs-Saib dedi: “Camaat olmaq”, yəni namazda camaat olmaq”.”

Mə'dən ibn Əbu Talha əl-Yə'muri
HəsənNəsəi, 847 (İmamlıq, 71)

Fəsil 49

Camaatdan kənarda qalmağın şiddətli şəkildə qınanması

التَّشْدِيدُ فِي التَّخَلُّفِ عَنِ الْجَمَاعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ لَقَدْ هَمَمْتُ أَنْ آمُرَ بِحَطَبٍ فَيُحْطَبَ ، ثُمَّ آمُرَ بِالصَّلاَةِ فَيُؤَذَّنَ لَهَا ، ثُمَّ آمُرَ رَجُلاً فَيَؤُمَّ النَّاسَ ، ثُمَّ أُخَالِفَ إِلَى رِجَالٍ فَأُحَرِّقَ عَلَيْهِمْ بُيُوتَهُمْ ، وَالَّذِي نَفْسِي بِيَدهِ لَوْ يَعْلَمُ أَحَدُهُمْ أَنَّهُ يَجِدُ عَظْمًا سَمِينًا أَوْ مِرْمَاتَيْنِ حَسَنَتَيْنِ لَشَهِدَ الْعِشَاء.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Canım Əlində Olana and olsun ki, artıq, mən odun toplamağı əmr etməyi, sonra da namaz üçün azan verilməsini istədim. Sonra bir kişiyə əmr edim ki, insanlara namaz qıldırsın, mən isə namaza gəlməyənlərin evlərini yandırım. Canım Əlində Olana and olsun ki, əgər onlardan biri onlar üçün yağlı bir pay olmasını və ya onlar üçün iki dənə gözəl oxun olmasını bilsəydi, İşa namazına mütləq gələrdi”.”

Əbu Hureyra
SəhihNəsəi, 848 (İmamlıq, 72)

Fəsil 50

Azan verildiyi təqdirdə namazlara davamiyyətli olmaq

الْمُحَافَظَةُ عَلَى الصَّلَوَاتِ حَيْثُ يُنَادَى بِهِنَّ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنِ الْمَسْعُودِيِّ ، عَنْ عَلِيِّ بْنِ الأَقْمَرِ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّهُ كَانَ يَقُولُ : مَنْ سَرَّهُ أَنْ يَلْقَى اللَّهَ عَزَّ وَجَلَّ غَدًا مُسْلِمًا فَلْيُحَافِظْ عَلَى هَؤُلاَءِ الصَّلَوَاتِ الْخَمْسِ حَيْثُ يُنَادَى بِهِنَّ ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ شَرَعَ لِنَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُنَنَ الْهُدَى وَإِنَّهُنَّ مِنْ سُنَنِ الْهُدَى ، وَإِنِّي لاَ أَحْسَبُ مِنْكُمْ أَحَدًا إِلاَّ لَهُ مَسْجِدٌ يُصَلِّي فِيهِ فِي بَيْتِهِ ، فَلَوْ صَلَّيْتُمْ فِي بُيُوتِكُمْ وَتَرَكْتُمْ مَسَاجِدَكُمْ لَتَرَكْتُمْ سُنَّةَ نَبِيِّكُمْ وَلَوْ تَرَكْتُمْ سُنَّةَ نَبِيِّكُمْ لَضَلَلْتُمْ ، وَمَا مِنْ عَبْدٍ مُسْلِمٍ يَتَوَضَّأُ فَيُحْسِنُ الْوُضُوءَ ، ثُمَّ يَمْشِي إِلَى صَلاَةٍ إِلاَّ كَتَبَ اللَّهُ عَزَّ وَجَلَّ لَهُ بِكُلِّ خُطْوَةٍ يَخْطُوهَا حَسَنَةً أَوْ يَرْفَعُ لَهُ بِهَا دَرَجَةً أَوْ يُكَفِّرُ عَنْهُ بِهَا خَطِيئَةً ، وَلَقَدْ رَأَيْتُنَا نُقَارِبُ بَيْنَ الْخُطَا وَلَقَدْ رَأَيْتُنَا وَمَا يَتَخَلَّفُ عَنْهَا إِلاَّ مُنَافِقٌ مَعْلُومٌ نِفَاقُهُ ، وَلَقَدْ رَأَيْتُ الرَّجُلَ يُهَادَى بَيْنَ الرَّجُلَيْنِ حَتَّى يُقَامَ فِي الصَّفِّ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Kim müsəlman olaraq Allahla ﷿ qarşılaşmaq istəyirsə, azan verilərək çağırıldığı bu beş vaxt namazı qorusun. Həqiqətən, Allah ﷿ Peyğəmbərinə ﷺ doğru yolu göstərmişdir. Bu namazlar da doğru yoldandır. Mən hesab edirəm ki, sizin hər birinizin öz evində namaz qılacağı yeri var. Əgər siz öz evlərinizdə namazları qılıb məscidləri tərk etsəniz, öz Peyğəmbərinizin ﷺ yolunu tərk etmiş olarsınız. Əgər bu yolu tərk etsəniz, mütləq azarsınız. Elə müsəlman bəndə yoxdur ki, dəstəmaz alsın və bu dəstəmazı gözəl şəkildə etsin, sonra namaz qılmaq üçün (məscidə) getsin, Allah ﷿ onun atdığı hər addımına görə bir savab yazmasın və ya onun dərəcəsini yüksəltməsin və ya (bu addımları) onun günahlarına kəffarə etməsin. Artıq, mən sizin namaza gedərkən addımlarınızı qısa (şəkildə yan-yana) atdığınızı gördüm. Namazdan ancaq münafiqliyi məlum olan şəxs geri qalar. Mən bir kişinin iki nəfərin çiyinlərindən tutaraq namaza gəlib cərgəyə qoşulduğunu görürdüm”.”

Abdullah
SəhihNəsəi, 849 (İmamlıq, 73)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ بْنِ الأَصَمِّ ، عَنْ عَمِّهِ يَزِيدَ بْنِ الأَصَمِّ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : جَاءَ أَعْمَى إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّهُ لَيْسَ لِي قَائِدٌ يَقُودُنِي إِلَى الصَّلاَةِ ، فَسَأَلَهُ أَنْ يُرَخِّصَ لَهُ أَنْ يُصَلِّيَ فِي بَيْتِهِ ، فَأَذِنَ لَهُ ، فَلَمَّا وَلَّى دَعَاهُ قَالَ لَهُ : أَتَسْمَعُ النِّدَاءَ بِالصَّلاَةِ ؟ قَالَ : نَعَمْ . قَالَ : فَأَجِبْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kor adam Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Həqiqətən, məni məscidə gətirəcək adamım yoxdur”. O, namazı öz evində qılmaq üçün izn istədi. Allah Elçisi ﷺ də ona icazə verdi. Kişi çevrilib getdikdə Allah Elçisi ﷺ onu çağırıb dedi: “Sən namaz üçün verilən azanı eşidirsən?” O: “Bəli”- dedi. Allah Elçisi ﷺ dedi: “Onda (azana) cavab ver (yəni namazı məsciddə camaatla qıl)”.”

Əbu Hureyra
SəhihNəsəi, 850 (İmamlıq, 74)

أَخْبَرَنَا هَارُونُ بْنُ زَيْدِ بْنِ أَبِي الزَّرْقَاءِ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ (ح) وَأَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا قَاسِمُ بْنُ يَزِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَابِسٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ ابْنِ أُمِّ مَكْتُومٍ ، أَنَّهُ قَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ الْمَدِينَةَ كَثِيرَةُ الْهَوَامِّ وَالسِّبَاعِ . قَالَ : هَلْ تَسْمَعُ حَيَّ عَلَى الصَّلاَةِ حَيَّ عَلَى الْفَلاَحِ ؟ قَالَ : نَعَمْ . قَالَ : فَحَيَّ هَلاً . وَلَمْ يُرَخِّصْ لَهُ.

“Rəvayət edilir ki, (kor olan səhabə) İbn Ummu Məktum ﵁ demişdir: “Ey Allahın Elçisi, həqiqətən, Mədinədə çoxlu həşəratlar və yırtıcı böcəklər var”. Allah Elçisi ﷺ dedi: “Sən (azanın) “Həyyə aləs-saləh, həyyə aləl-fələh” sözlərini eşidirsənmi?” O: “Bəli”- dedi. Allah Elçisi ﷺ: “Onda bu çağırışa yetiş”- buyuraraq ona namazları evdə qılmağa icazə vermədi”.”

İbn Ummu Məktum
SəhihNəsəi, 851 (İmamlıq, 75)

Fəsil 51

Camaat namazını üzrlü halda tərk etmək

الْعُذْرُ فِي تَرْكِ الْجَمَاعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، أَنْ عَبْدَ اللهِ بْنَ أَرْقَمَ كَانَ يَؤُمُّ أَصْحَابَهُ فَحَضَرَتِ الصَّلاَةُ يَوْمًا فَذَهَبَ لِحَاجَتِهِ ، ثُمَّ رَجَعَ فَقَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِذَا وَجَدَ أَحَدُكُمُ الْغَائِطَ فَلْيَبْدَأْ بِهِ قَبْلَ الصَّلاَةِ.

“Hişam ibn Urva atasından ﵀ rəvayət edir ki, Abdullah ibn Ərqam öz dostlarına imamlıq edərdi. Bir gün namazın vaxtı idi. O, təbii ehtiyacını ödəmək üçün getdi, sonra qayıdıb dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Sizdən biriniz təbii ehtiyacını ödəmək istədikdə təbii ehtiyacını namazdan qabaq ödəsin”.”

Hişam ibn Urva atasından
SəhihNəsəi, 852 (İmamlıq, 76)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَنَسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا حَضَرَ الْعَشَاء وَأُقِيمَتِ الصَّلاَةُ فَابْدَؤُوا بِالْعَشَاء.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yemək gətirildikdə və iqamə verildikdə əvvəlcə yemək yeyin!””

Ənəs
SəhihNəsəi, 853 (İmamlıq, 77)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي الْمَلِيحِ ، عَنْ أَبِيهِ قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِحُنَيْنٍ فَأَصَابَنَا مَطَرٌ ، فَنَادَى مُنَادِي رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ صَلُّوا فِي رِحَالِكُمْ.

“Əbu əl-Məlih atasının ﵀ belə dediyini rəvayət edir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Huneyndə idik. Güclü yağış yağmışdı. Ona görə də Allah Elçisinin ﷺ carçısı hər kəsin öz miniyində namaz qılmasını nida etdi”.”

Əbu əl-Məlih atasından
SəhihNəsəi, 854 (İmamlıq, 78)

Fəsil 52

Camaata yetişməyin həddi

حَدُّ إِدْرَاكِ الْجَمَاعَةِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ، عَنْ ابْنِ طَحْلاَءَ ، عَنْ مُحْصِنِ بْنِ عَلِيٍّ الْفِهْرِيِّ ، عَنْ عَوْفِ بْنِ الْحَارِثِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ، ثُمَّ خَرَجَ عَامِدًا إِلَى الْمَسْجِدِ فَوَجَدَ النَّاسَ قَدْ صَلَّوْا كَتَبَ اللَّهُ لَهُ مِثْلَ أَجْرِ مَنْ حَضَرَهَا وَلاَ يَنْقُصُ ذَلِكَ مِنْ أُجُورِهِمْ شَيْئًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim gözəl şəkildə dəstəmaz alsa, sonra məscidi qəsd edərək (evindən) çıxsa və məscidə çatdıqda insanların artıq, namaz qılıb qurtardıqlarını görsə, Allah namazda iştirak edənlərin mükafatından heç nə əskiltmədən ona da eynisini yazar”.”

Əbu Hureyra
SəhihNəsəi, 855 (İmamlıq, 79)

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، أَنَّ الْحَكِيمَ بْنَ عَبْدِ اللهِ الْقُرَشِيَّ حَدَّثَهُ ، أَنَّ نَافِعَ بْنَ جُبَيْرٍ ، وَعَبْدَ اللهِ بْنَ أَبِي سَلَمَةَ حَدَّثَاهُ : أَنَّ مُعَاذَ بْنَ عَبْدِ الرَّحْمَنِ حَدَّثَهُمَا ، عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ بْنِ عَفَّانَ ، عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ تَوَضَّأَ لِلصَّلاَةِ فَأَسْبَغَ الْوُضُوءَ ، ثُمَّ مَشَى إِلَى الصَّلاَةِ الْمَكْتُوبَةِ فَصَلاَّهَا مَعَ النَّاسِ أَوْ مَعَ الْجَمَاعَةِ أَوْ فِي الْمَسْجِدِ غَفَرَ اللَّهُ لَهُ ذُنُوبَهُ

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim dəstəmaz alsa, bunu gözəl şəkildə etsə, sonra fərz namazı üçün məscidə piyada getsə və insanlarla birlikdə və ya məsciddə qılsa, onun günahları bağışlanar”.”

Osman ibn Əffan
SəhihNəsəi, 856 (İmamlıq, 80)

Fəsil 53

Kişinin namazı tək qıldıqdan sonra həmin namazı camaatla təkrar qılması

إِعَادَةُ الصَّلاَةِ مَعَ الْجَمَاعَةِ بَعْدَ صَلاَةِ الرَّجُلِ لِنَفْسِهِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ رَجُلٍ مِنْ بَنِي الدِّيلِ يُقَالُ لَهُ بُسْرُ بْنُ مِحْجَنٍ ، عَنْ مِحْجَنٍ ، أَنَّهُ كَانَ فِي مَجْلِسٍ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَذَّنَ بِالصَّلاَةِ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ رَجَعَ وَمِحْجَنٌ فِي مَجْلِسِهِ فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا مَنَعَكَ أَنْ تُصَلِّيَ ؟ أَلَسْتَ بِرَجُلٍ مُسْلِمٍ ؟ قَالَ : بَلَى . وَلَكِنِّي كُنْتُ قَدْ صَلَّيْتُ فِي أَهْلِي . فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا جِئْتَ فَصَلِّ مَعَ النَّاسِ وَإِنْ كُنْتَ قَدْ صَلَّيْتَ.

“Rəvayət edilir ki, Mihcən ﵁ bir məclisdə Allah Elçisi ﷺ ilə birlikdə idi. Namaz üçün azan verildi. Allah Elçisi ﷺ qalxdı, sonra Mihcən məclisdə olduğu vaxt qayıtdı və ona dedi: “Sənə namaz qılmağa nə mane oldu? Məgər sən müsəlman deyilsən?!” O dedi: “Bəli, lakin mən namazı artıq, ailəmlə birlikdə qılmışdım”. Allah Elçisi ﷺ dedi: “Əgər gəlmisənsə, namazı qılmış olsan belə, camaatla birlikdə namaz qıl!””

Mihcən
SəhihNəsəi, 857 (İmamlıq, 81)

Fəsil 54

Namazı tək qıldıqdan sonra məscidə gələrək Sübh namazını camaatla yenidən qılan

إِعَادَةُ الْفَجْرِ مَعَ الْجَمَاعَةِ لِمنْ صَلَّى وَحْدَهُ

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا يَعْلَى بْنُ عَطَاءٍ ، قَالَ : حَدَّثَنَا جَابِرُ بْنُ يَزِيدَ بْنِ الأَسْوَدِ الْعَامِرِيُّ ، عَنْ أَبِيهِ قَالَ : شَهِدْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْفَجْرِ فِي مَسْجِدِ الْخَيْفِ ، فَلَمَّا قَضَى صَلاَتَهُ إِذَا هُوَ بِرَجُلَيْنِ فِي آخِرِ الْقَوْمِ لَمْ يُصَلِّيَا مَعَهُ قَالَ : عَلَيَّ بِهِمَا . فَأُتِيَ بِهِمَا تَرْعَدُ فَرَائِصُهُمَا فَقَالَ : مَا مَنَعَكُمَا أَنْ تُصَلِّيَا مَعَنَا ؟ قَالاَ : يَا رَسُولَ اللهِ إِنَّا قَدْ صَلَّيْنَا فِي رِحَالِنَا . قَالَ : فَلاَ تَفْعَلاَ ، إِذَا صَلَّيْتُمَا فِي رِحَالِكُمَا ، ثُمَّ أَتَيْتُمَا مَسْجِدَ جَمَاعَةٍ فَصَلِّيَا مَعَهُمْ ، فَإِنَّهَا لَكُمَا نَافِلَةٌ.

“Cabir ibn Yəzid ibn əl-Əsvəd əl-Amiri atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə Sübh namazını Xayf məscidində qıldım. Allah Elçisi ﷺ namazı bitirdikdən sonra insanların arxasında iki nəfərin namaz qılmadığını gördü və dedi: “Onları mənim yanıma gətirin!” Onları onun yanına gətirdilər. Onlar qorxudan titrəyirdilər. Allah Elçisi ﷺ dedi: “Sizə bizimlə namaz qılmağa nə mane oldu?” Onlar dedilər: “Ey Allahın Elçisi, biz namazı evdə qılmışdıq”. Allah Elçisi ﷺ dedi: “Belə etməyin! Namazı evlərinizdə qıldıqda, sonra da məscidə gəldikdə camaatla namaz qılın. Bu sizin üçün nafilə olar”.”

Cabir ibn Yəzid ibn əl-Əsvəd əl-Amiri atasından
SəhihNəsəi, 858 (İmamlıq, 82)

Fəsil 55

Namazı vaxtından keçirdikdə camaatla birlikdə qılmaq

إِعَادَةُ الصَّلاَةِ بَعْدَ ذَهَابِ وَقْتِهَا مَعَ الْجَمَاعَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، وَمُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ صُدْرَانَ ، وَاللَّفْظُ لَهُ ، عَنْ خَالِدِ بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ بُدَيْلٍ قَالَ : سَمِعْتُ أَبَا الْعَالِيَةَ يُحَدِّثُ ، عَنْ عَبْدِ اللهِ بْنِ الصَّامِتِ ، عَنْ أَبِي ذَرٍّ قَالَ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَضَرَبَ فَخِذِي : كَيْفَ أَنْتَ إِذَا بَقِيتَ فِي قَوْمٍ يُؤَخِّرُونَ الصَّلاَةَ عَنْ وَقْتِهَا ؟ قَالَ : مَا تَأْمُرُ ؟ قَالَ : صَلِّ الصَّلاَةَ لِوَقْتِهَا ثُمَّ اذْهَبْ لِحَاجَتِكَ ، فَإِنْ أُقِيمَتِ الصَّلاَةُ وَأَنْتَ فِي الْمَسْجِدِ فَصَلِّ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ dizlərimə vurub dedi: “Namazı vaxtından gecikdirən toplumun yanında olsan, necə edərsən?” O dedi: “Sən nə əmr edirsən?” Allah Elçisi ﷺ dedi: “Namazı vaxtında qıl, sonra işlərindən ötrü get! Əgər namaz qılınsa, məsciddə olduqda sən də namazı qıl!””

Əbu Zərr
SəhihNəsəi, 859 (İmamlıq, 83)

Fəsil 56

Məsciddə imamla birlikdə namaz qılanın üzərindən həmin namazın düşməsi

سُقُوطُ الصَّلاَةِ عَمَّنْ صَلَّى مَعَ الإِمَامِ فِي الْمَسْجِدِ جَمَاعَةً

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ التَّيْمِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ سُلَيْمَانَ مَوْلَى مَيْمُونَةَ قَالَ : رَأَيْتُ ابْنَ عُمَرَ جَالِسًا عَلَى الْبَلاَطِ وَالنَّاسُ يُصَلُّونَ قُلْتُ : يَا أَبَا عَبْدِ الرَّحْمَنِ مَا لَكَ لاَ تُصَلِّي ؟ قَالَ : إِنِّي قَدْ صَلَّيْتُ . إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ تُعَادُ الصَّلاَةُ فِي يَوْمٍ مَرَّتَيْنِ.

“Rəvayət edilir ki, Məymunənin ﵂ azad etdiyi köləsi Süleyman ﵀ demişdir: “İnsanlar camaat namazını qılarkən İbn Ömərin “Bələt” deyilən yerdə oturduğunu gördüm və dedim: “Ey Əbu Abdur-Rahmən, nəyə görə namaz qılmırsan?” O dedi: “Mən namaz qılmışam. Həqiqətən, mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Gün ərzində bir namazı iki dəfə qılmayın!””

Məymunə
SəhihNəsəi, 860 (İmamlıq, 84)

Fəsil 57

Namaza qaçaraq gəlmək

السَّعْيُ إِلَى الصَّلاَةِ

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ الزُّهْرِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، حَدَّثَنَا الزُّهْرِيُّ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أَتَيْتُمُ الصَّلاَةَ فَلاَ تَأْتُوهَا وَأَنْتُمْ تَسْعَوْنَ ، وَأْتُوهَا تَمْشُونَ وَعَلَيْكُمُ السَّكِينَةُ ، فَمَا أَدْرَكْتُمْ فَصَلُّوا وَمَا فَاتَكُمْ فَاقْضُوا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaza gəldikdə qaçaraq gəlməyin, yeriyərək və tələsmədən gəlin. Nəyə çatdınızsa, onu qılın, nəyə çatmadınızsa, onu tamamlayın”.”

Əbu Hureyra
SəhihNəsəi, 861 (İmamlıq, 85)

Fəsil 58

Namaza getdikdə qaçmadan tələsmək

الإِسْرَاعُ إِلَى الصَّلاَةِ مِنْ غَيْرِ سَعْيٍ

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ مَنْبُوذٍ ، عَنِ الْفَضْلِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ أَبِي رَافِعٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّى الْعَصْرَ ذَهَبَ إِلَى بَنِي عَبْدِ الأَشْهَلِ فَيَتَحَدَّثُ عِنْدَهُمْ حَتَّى يَنْحَدِرَ لِلْمَغْرِبِ قَالَ أَبُو رَافِعٍ : فَبَيْنَمَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُسْرِعُ إِلَى الْمَغْرِبِ مَرَرْنَا بِالْبَقِيعِ فَقَالَ : أُفٍّ لَكَ . أُفٍّ لَكَ . قَالَ : فَكَبُرَ ذَلِكَ فِي ذَرْعِي ، فَاسْتَأْخَرْتُ وَظَنَنْتُ أَنَّهُ يُرِيدُنِي فَقَالَ : مَا لَكَ امْشِ . فَقُلْتُ : أَحْدَثْتَ حَدَثًا ؟ قَالَ : مَا ذَاكَ ؟ قُلْتُ : أَفَّفْتَ بِي ؟ قَالَ : لاَ . وَلَكِنْ هَذَا فُلاَنٌ بَعَثْتُهُ سَاعِيًا عَلَى بَنِي فُلاَنٍ فَغَلَّ نَمِرَةً فَدُرِّعَ الآنَ مِثْلُهَا مِنْ نَارٍ

“Rəvayət edilir ki, Əbu Rafi ﵁ demişdir: “Allah Elçisi ﷺ Əsr namazını qıldıqdan sonra Bəni Abduləşhəl tayfasının yanına gedib onlarla Məğribə qədər söhbət etdi”. Əbu Rafi deyir: “Biz Bəqi qəbiristanlığı tərəfdən Məğrib namazına tələsərkən Peyğəmbər ﷺ dedi: “Vay olsun sənə! Vay olsun sənə!” Peyğəmbərin ﷺ bu sözləri mənə ağır gəldi və mən geriyə qalmaq istədim. Onun bu sözləri mənə dediyini zənn etdim. O dedi: “Sənə nə olub, yavaş-yavaş gəlirsən?” Mən dedim: “Sənin mənə dediyin sözə görə”. O: “Nə söz?”- dedi. Mən dedim: “Sən mənim üçün “vay olsun” dedin”. O dedi: “Xeyr, bu filankəs idi. Mən onu filan tayfaya göndərmişdim. O da oradan bir köynək gizlətmişdi, indi də ona oddan köynək geyindirilir”.”

Əbu Rafi
HəsənNəsəi, 862 (İmamlıq, 86)

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ عَمْرٍو ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْحَاقَ ، عَنِ ابْنِ جُرَيْجٍ قَالَ : أَخْبَرَنِي مَنْبُوذٌ رَجُلٌ مِنْ آلِ أَبِي رَافِعٍ ، عَنِ الْفَضْلِ بْنِ عُبَيْدِ اللهِ بْنِ أَبِي رَافِعٍ ، عَنْ أَبِي رَافِعٍ نَحْوَهُ.

“Eyni hədisdir.”

Əbu Rafi
ZəifNəsəi, 863 (İmamlıq, 87)

Fəsil 59

Namaza erkən getmək

التَّهْجِيرُ إِلَى الصَّلاَةِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ قَالَ : أَخْبَرَنِي أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، وَأَبُو عَبْدِ اللهِ الأَغَرُّ ، أَنَّ أَبَا هُرَيْرَةَ حَدَّثَهُمَا ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّمَا مَثَلُ الْمُهَجِّرِ إِلَى الصَّلاَةِ كَمَثَلِ الَّذِي يُهْدِي الْبَدَنَةَ ، ثُمَّ الَّذِي عَلَى إِثْرِهِ كَالَّذِي يُهْدِي الْبَقَرَةَ ، ثُمَّ الَّذِي عَلَى إِثْرِهِ كَالَّذِي يُهْدِي الْكَبْشَ ، ثُمَّ الَّذِي عَلَى إِثْرِهِ كَالَّذِي يُهْدِي الدَّجَاجَةَ ، ثُمَّ الَّذِي عَلَى إِثْرِهِ كَالَّذِي يُهْدِي الْبَيْضَةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Namaza erkən gedənin misalı dəvəni qurban olaraq kəsən kimsənin misalı kimidir. Ondan sonra gələn, inək qurban kəsmiş kimidir. Ondan sonra gələn, qoç kəsmiş kimidir. Ondan sonra gələn, toyuq kəsmiş kimidir. Ondan sonra gələn, yumurta sədəqə etmiş kimidir”.”

Əbu Hureyra
SəhihNəsəi, 864 (İmamlıq, 88)

Fəsil 60

İqamə verildikdən sonra nə etmək bəyənilmir?

مَا يُكْرَهُ مِنَ الصَّلاَةِ عِنْدَ الإِقَامَةِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ زَكَرِيَّا قَالَ : حَدَّثَنِي عَمْرُو بْنُ دِينَارٍ قَالَ : سَمِعْتُ عَطَاءَ بْنَ يَسَارٍ يُحَدِّثُ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أُقِيمَتِ الصَّلاَةُ فَلاَ صَلاَةَ إِلاَّ الْمَكْتُوبَةُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaza iqamə verildikdə fərz namazından başqa heç bir namaz qılınmaz!””

Əbu Hureyra
SəhihNəsəi, 865 (İmamlıq, 89)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ قَالاَ : حَدَّثَنَا مُحَمَّدٌ ، عَنْ شُعْبَةَ ، عَنْ وَرْقَاءَ بْنِ عُمَرَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا أُقِيمَتِ الصَّلاَةُ فَلاَ صَلاَةَ إِلاَّ الْمَكْتُوبَةُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Namaza iqamə verildikdə fərz namazından başqa heç bir namaz qılınmaz!””

Əbu Hureyra
SəhihNəsəi, 866 (İmamlıq, 90)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ حَفْصِ بْنِ عَاصِمٍ ، عَنْ ابْنِ بُحَيْنَةَ قَالَ : أُقِيمَتْ صَلاَةُ الصُّبْحِ فَرَأَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً يُصَلِّي وَالْمُؤَذِّنُ يُقِيمُ فَقَالَ : أَتُصَلِّي الصُّبْحَ أَرْبَعًا ؟

“Rəvayət edilir ki, İbn Buheynə ﵁ demişdir: “Sübh namazının iqaməsi verildi. Allah Elçisi ﷺ bir kişinin iqamə verilərkən namaz qıldığını gördü və dedi: “Sən Sübh namazını dörd rükət qılırsan?””

İbn Buheynə
SəhihNəsəi, 867 (İmamlıq, 91)

Fəsil 61

İmam camaat namazında olarkən Sübh namazının iki rükətini qılan

فِيمَنْ يُصَلِّي رَكْعَتَيِ الْفَجْرِ وَالإِمَامُ فِي الصَّلاَةِ

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا عَاصِمٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ سَرْجِسَ قَالَ : جَاءَ رَجُلٌ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي صَلاَةِ الصُّبْحِ فَرَكَعَ الرَّكْعَتَيْنِ ثُمَّ دَخَلَ ، فَلَمَّا قَضَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَتَهُ ، قَالَ : يَا فُلاَنُ أَيُّهُمَا صَلاَتُكَ الَّتِي صَلَّيْتَ مَعَنَا أَوِ الَّتِي صَلَّيْتَ لِنَفْسِكَ ؟

“Rəvayət edilir ki, Abdullah ibn Sərciz ﵁ demişdir: “Allah Elçisi ﷺ Sübh namazını qıldıqda bir kişi gəlib iki rükət qıldı, sonra camaata qoşuldu. Allah Elçisi ﷺ namazı bitirdikdən sonra dedi: “Ey filankəs, (Sübh namazının fərzi) bizimlə qıldığındır, yoxsa tək qıldığın?””

Abdullah ibn Sərciz
SəhihNəsəi, 868 (İmamlıq, 92)

Fəsil 62

İmamın arxasında tək dayanıb namaz qılmaq

الْمُنْفَرِدُ خَلْفَ الصَّفِّ

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ قَالَ : حَدَّثَنِي إِسْحَاقُ بْنُ عَبْدِ اللهِ قَالَ : سَمِعْتُ أَنَسًا رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : أَتَانَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَيْتِنَا ، فَصَلَّيْتُ أَنَا وَيَتِيمٌ لَنَا خَلْفَهُ ، وَصَلَّتْ أُمُّ سُلَيْمٍ خَلْفَنَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ bizim evimizə gəldi. Mən və yetim uşaq onun arxasında dayandıq. Ummu Suleym də bizim arxamızda dayandı”.”

Ənəs
SəhihNəsəi, 869 (İmamlıq, 93)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا نُوحٌ ، يَعْنِي ابْنَ قَيْسٍ ، عَنْ ابْنِ مَالِكٍ وَهُوَ عَمْرٌو ، عَنْ أَبِي الْجَوْزَاءِ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : كَانَتْ امْرَأَةٌ تُصَلِّي خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَسْنَاءُ مِنْ أَحْسَنِ النَّاسِ قَالَ : فَكَانَ بَعْضُ الْقَوْمِ يَتَقَدَّمُ فِي الصَّفِّ الأَوَّلِ لِئَلاَّ يَرَاهَا ، وَيَسْتَأْخِرُ بَعْضُهُمْ حَتَّى يَكُونَ فِي الصَّفِّ الْمُؤَخَّرِ ، فَإِذَا رَكَعَ نَظَرَ مِنْ تَحْتِ إِبْطِهِ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنْكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ}.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “İnsanlardan bir gözəl qadın Allah Elçisinin ﷺ arxasında namaz qılırdı. Bəziləri onu görməmək üçün namazda ilk cərgəyə gəlirdilər. Bəziləri də arxa cərgəyə gedir, ruku edərək qoltuq altından ona baxırdılar. Allah ﷿ da bu ayəni nazil etdi: “Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik”. (əl-Hicr, 24)”.”

İbn Abbas
SəhihNəsəi, 870 (İmamlıq, 94)

Fəsil 63

Cərgədən kənarda ruku etmək

الرُّكُوعُ دُونَ الصَّفِّ

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ يَزِيدَ بْنِ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ زِيَادٍ الأَعْلَمِ ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ ، أَنَّ أَبَا بَكْرَةَ حَدَّثَهُ ، أَنَّهُ دَخَلَ الْمَسْجِدَ وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَاكِعٌ فَرَكَعَ دُونَ الصَّفِّ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : زَادَكَ اللَّهُ حِرْصًا وَلاَ تَعُدْ.

“Rəvayət edilir ki, Əbu Bəkrə ﵁ məscidə girdikdə Peyğəmbər ﷺ ruku halında idi. O, cərgəyə girməmiş ruku etdi. Peyğəmbər ﷺ ona dedi: “Allah sənin hərisliyini artırsın! Amma daha belə etmə!””

Əbu Bəkrə
SəhihNəsəi, 871 (İmamlıq, 95)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ قَالَ : حَدَّثَنِي أَبُو أُسَامَةَ قَالَ : حَدَّثَنِي الْوَلِيدُ بْنُ كَثِيرٍ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا ، ثُمَّ انْصَرَفَ فَقَالَ : يَا فُلاَنُ أَلاَ تُحَسِّنُ صَلاَتَكَ ، أَلاَ يَنْظُرُ الْمُصَلِّي كَيْفَ يُصَلِّي لِنَفْسِهِ ، إِنِّي أُبْصِرُ مِنْ وَرَائِي كَمَا أُبْصِرُ بَيْنَ يَدَيَّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ namaz qıldı, sonra çevrilib dedi: “Ey filankəs! Sən namazının gözəl olmasını istəməzsən?! Məgər namaz qılan necə namaz qılmasına fikir vermir?! Həqiqətən, mən önümü gördüyüm kimi arxada olanları da görürəm”.”

Əbu Hureyra
SəhihNəsəi, 872 (İmamlıq, 96)

Fəsil 64

Zöhr namazından sonra olan namaz

الصَّلاَةُ بَعْدَ الظُّهْرِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي قَبْلَ الظُّهْرِ رَكْعَتَيْنِ وَبَعْدَهَا رَكْعَتَيْنِ ، وَكَانَ يُصَلِّي بَعْدَ الْمَغْرِبِ رَكْعَتَيْنِ فِي بَيْتِهِ ، وَبَعْدَ الْعِشَاء رَكْعَتَيْنِ ، وَكَانَ لاَ يُصَلِّي بَعْدَ الْجُمُعَةِ حَتَّى يَنْصَرِفَ فَيُصَلِّيَ رَكْعَتَيْنِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Zöhr namazından qabaq iki rükət və sonra da iki rükət qılardı. Məğrib namazından sonra evində iki rükət qılardı. İşadan sonra da iki rükət qılardı. Cümə namazından çıxana qədər namaz qılmaz, (evində) iki rükət namaz qılardı”.”

İbn Ömər
SəhihNəsəi, 873 (İmamlıq, 97)

Fəsil 65

Əsr namazından qabaq qılınan namaz və bu haqda olan ixtilafı Əbu İshaqdan nəql edənlər

الصَّلاَةُ قَبْلَ الْعَصْرِ وَذِكْرُ اخْتِلاَفِ النَّاقِلِينَ عَنْ أَبِي إِسْحَاقَ فِي ذَلِكَ

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَاصِمِ بْنِ ضَمْرَةَ قَالَ : سَأَلْنَا عَلِيًّا عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَيُّكُمْ يُطِيقُ ذَلِكَ ؟ قُلْنَا : إِنْ لَمْ نُطِقْهُ سَمِعْنَا . قَالَ : كَانَ إِذَا كَانَتِ الشَّمْسُ مِنْ هَا هُنَا كَهَيْئَتِهَا مِنْ هَا هُنَا عِنْدَ الْعَصْرِ صَلَّى رَكْعَتَيْنِ ، فَإِذَا كَانَتْ مِنْ هَا هُنَا كَهَيْئَتِهَا مِنْ هَا هُنَا عِنْدَ الظُّهْرِ صَلَّى أَرْبَعًا ، وَيُصَلِّي قَبْلَ الظُّهْرِ أَرْبَعًا وَبَعْدَهَا ثِنْتَيْنِ ، وَيُصَلِّي قَبْلَ الْعَصْرِ أَرْبَعًا يَفْصِلُ بَيْنَ كُلِّ رَكْعَتَيْنِ بِتَسْلِيمٍ عَلَى الْمَلاَئِكَةِ الْمُقَرَّبِينَ وَالنَّبِيِّينَ وَمَنْ تَبِعَهُمْ مِنَ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ.

“Rəvayət edilir ki, Asim ibn Damra ﵀ demişdir: “Biz Əlidən Allah Elçisinin ﷺ gündüz qıldığı (nafilə) namazlar barədə soruşduq. O dedi: “Düzü, sizin bu namazları yerinə yetirməyə gücünüz yetməyəcək”. Biz dedik: “(Sən de,) bizdən kimin bu namazları qılmağa gücü yetərsə, qılacaq”. O dedi: “O, (Sübh namazını qılandan sonra) günəş bura gələnə qədər (yəni çıxana qədər) gözləyər və iki rükət namaz qılardı. Gözləmənin müddəti günəşin Məğrib tərəfdən batmağa doğru gedən müddət qədər olan vaxt idi. Sonra günəş yüksəlib günortaüstü (zenitə) yaxınlaşdığı zaman dörd rükət namaz qılardı. Zöhr namazından əvvəl dörd rükət, sonra iki rükət, Əsr namazından əvvəl dörd rükət namaz qılar və (bu dörd rükətlərin) hər iki rükəti (təşəhhüddə) Allaha müti olan mələklərə və peyğəmbərlərə, habelə onların yolunu tutub gedən möminlərə və müsəlmanlara salam verməklə ayırardı”.”

Asim ibn Damra
SəhihNəsəi, 874 (İmamlıq, 98)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا حُصَيْنُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَاصِمِ بْنِ ضَمْرَةَ قَالَ : سَأَلْتُ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي النَّهَارِ قَبْلَ الْمَكْتُوبَةِ قَالَ : مَنْ يُطِيقُ ذَلِكَ ؟ ثُمَّ أَخْبَرَنَا قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي حِينَ تَزِيغُ الشَّمْسُ رَكْعَتَيْنِ ، وَقَبْلَ نِصْفِ النَّهَارِ أَرْبَعَ رَكَعَاتٍ يَجْعَلُ التَّسْلِيمَ فِي آخِرِهِ.

“Rəvayət edilir ki, Asim ibn Damra ﵀ demişdir: “Mən Əli ibn Əbu Talibə Allah Elçisinin ﷺ səhər vaxtı fərz namazından qabaq olan namazı haqda sual verdim. O dedi: “Sizdən kimin buna gücü çatar ki?! Allah Elçisi ﷺ günəş bir az yüksəldikdən sonra iki rükət namaz qılar, həmçinin günün yarısından qabaq dörd rükət namaz qılar və bu namazın sonunda salam verərdi”.”

Asim ibn Damra
HəsənNəsəi, 875 (İmamlıq, 99)