Oturaraq namaz qılan imama tabe olmaq
أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا زَائِدَةُ ، عَنْ مُوسَى بْنِ أَبِي عَائِشَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ قَالَ : دَخَلْتُ عَلَى عَائِشَةَ فَقُلْتُ : أَلاَ تُحَدِّثِينِي عَنْ مَرَضِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَتْ : لَمَّا ثَقُلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : أَصَلَّى النَّاسُ ؟ فَقُلْنَا : لاَ . وَهُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللهِ . فَقَالَ : ضَعُوا لِي مَاءً فِي الْمِخْضَبِ فَفَعَلْنَا ، فَاغْتَسَلَ ، ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِيَ عَلَيْهِ ، ثُمَّ أَفَاقَ فَقَالَ : أَصَلَّى النَّاسُ ؟ قُلْنَا : لاَ . هُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللهِ . فَقَالَ : ضَعُوا لِي مَاءً فِي الْمِخْضَبِ . فَفَعَلْنَا فَاغْتَسَلَ ، ثُمَّ ذَهَبَ لِيَنُوءَ ، ثُمَّ أُغْمِيَ عَلَيْهِ ، ثُمَّ قَالَ فِي الثَّالِثَةِ مِثْلَ قَوْلِهِ قَالَتْ : وَالنَّاسُ عُكُوفٌ فِي الْمَسْجِدِ يَنْتَظِرُونَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِصَلاَةِ الْعِشَاء ، فَأَرْسَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى أَبِي بَكْرٍ أَنْ صَلِّ بِالنَّاسِ ، فَجَاءَهُ الرَّسُولُ فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُكَ أَنْ تُصَلِّيَ بِالنَّاسِ ، وَكَانَ أَبُو بَكْرٍ رَجُلاً رَقِيقًا فَقَالَ : يَا عُمَرُ صَلِّ بِالنَّاسِ . فَقَالَ : أَنْتَ أَحَقُّ بِذَلِكَ فَصَلَّى بِهِمْ أَبُو بَكْرٍ تِلْكَ الأَيَّامَ ، ثُمَّ إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَدَ مِنْ نَفْسِهِ خِفَّةً ، فَجَاءَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ أَحَدُهُمَا الْعَبَّاسُ لِصَلاَةِ الظُّهْرِ ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ ذَهَبَ لِيَتَأَخَّرَ ، فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ لاَ يَتَأَخَّرَ وَأَمَرَهُمَا فَأَجْلَسَاهُ إِلَى جَنْبِهِ ، فَجَعَلَ أَبُو بَكْرٍ يُصَلِّي قَائِمًا وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِي بَكْرٍ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي قَاعِدًا فَدَخَلْتُ عَلَى ابْنِ عَبَّاسٍ فَقُلْتُ : أَلاَ أَعْرِضُ عَلَيْكَ مَا حَدَّثَتْنِي عَائِشَةُ عَنْ مَرَضِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : نَعَمْ . فَحَدَّثْتُهُ , فَمَا أَنْكَرَ مِنْهُ شَيْئًا غَيْرَ أَنَّهُ قَالَ : أَسَمَّتْ لَكَ الرَّجُلَ الَّذِي كَانَ مَعَ الْعَبَّاسِ ؟ قُلْتُ : لاَ . قَالَ : هُوَ عَلِيٌّ كَرَّمَ اللَّهُ وَجْهَهُ.
“Rəvayət edilir ki, Ubeydullah ibn Abdullah ﵀ demişdir: “Aişənin yanına gəlib dedim: “Bizə Allah Elçisinin ﷺ xəstəliyi haqda danışa bilərsənmi?” O dedi: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda dedi: “İnsanlar namaz qıldımı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər, ey Allahın Elçisi!” O dedi: “Mənə bir ləyəndə su gətirin”. Biz də gətirdik. O, dəstəmaz aldı, sonra ayağa qalxmaq istədikdə özündən getdi. Sonra ayılıb dedi: “İnsanlar namaz qıldımı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər, ey Allahın Elçisi!” O dedi: “Mənə bir ləyəndə su gətirin”. Biz də gətirdik. O, dəstəmaz aldı, sonra qalxmaq istədikdə yenə özündən getdi. Sonra üçüncü dəfə bunu dedi. İnsanlar İşa namazını qılmaq üçün məsciddə Allah Elçisini ﷺ gözləyirdilər. Sonra Allah Elçisi ﷺ insanlara namaz qıldırmaq üçün Əbu Bəkrin yanına adam göndərdi. Adam onun yanına gəlib dedi: “Allah Elçisi ﷺ sənə əmr edir ki, insanlara namaz qıldırasan”. Əbu Bəkr yumşaq qəlbli insan idi. O dedi: “Ey Ömər, insanlara namaz qıldır!” O dedi: “Sən buna daha layiqsən”. Əbu Bəkr bu günlərdə insanlara namaz qıldırdı. Allah Elçisi ﷺ özündə yüngüllük hiss etdikdə, iki kişi onu (qollarına girərək) Zöhr namazına gətirdilər. Onlardan biri Abbas idi. Əbu Bəkr (camaata namaz qıldırarkən) onu gördükdə arxaya çəkilmək istədi. Allah Elçisi ﷺ ona geriyə çəkilməməsi üçün işarə etdi. Allah Elçisi ﷺ onu gətirən iki kişiyə onu Əbu Bəkrin yanında oturtmalarını əmr etdi. Əbu Bəkr namaz qıldırdı. İnsanlar Əbu Bəkr kimi ayaq üstə namaz qılırdılar, Allah Elçisi ﷺ isə namazı oturaraq qıldı”. Ravi deyir: “Mən İbn Abbasın yanına gəlib dedim: “Mən sənə Aişənin Allah Elçisinin ﷺ xəstəliyi haqda danışdığı hədisi deyimmi?” O: “Bəli”- dedi. Mən bunu ona danışdıqda ondan heç bir şey inkar etmədi. Yalnız dedi: “O, sənə Allah Elçisini ﷺ Abbas ilə gətirən adamın adını çəkdimi?” Mən: “Xeyr”- dedim. O dedi: “Həmin adam Əli idi. Allah onun üzünü kəramətli etsin”.”
İstinad
Nəsəi, 834 (İmamlıq, 58)
Sunən ən-Nəsəi — İmamlıq kitabı