İki nəfərin camaat namazı
أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، عَنْ شُعْبَةَ ، عَنْ أَبِي إِسْحَاقَ أَنَّهُ أَخْبَرَهُمْ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَصِيرٍ ، عَنْ أَبِيهِ - قَالَ شُعْبَةُ : وَقَالَ أَبُو إِسْحَاقَ : وَقَدْ سَمِعْتُهُ مِنْهُ وَمِنْ أَبِيهِ - قَالَ : سَمِعْتُ أُبَيَّ بْنَ كَعْبٍ يَقُولُ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا صَلاَةَ الصُّبْحِ فَقَالَ : أَشَهِدَ فُلاَنٌ الصَّلاَةَ ؟ قَالُوا : لاَ . قَالَ : فَفُلاَنٌ ؟ قَالُوا : لاَ . قَالَ : إِنَّ هَاتَيْنِ الصَّلاَتَيْنِ مِنْ أَثْقَلِ الصَّلاَةِ عَلَى الْمُنَافِقِينَ ، وَلَوْ يَعْلَمُونَ مَا فِيهِمَا لأَتَوْهُمَا وَلَوْ حَبْوًا ، وَالصَّفُّ الأَوَّلُ عَلَى مِثْلِ صَفِّ الْمَلاَئِكَةِ وَلَوْ تَعْلَمُونَ فَضِيلَتَهُ لاَبْتَدَرْتُمُوهُ ، وَصَلاَةُ الرَّجُلِ مَعَ الرَّجُلِ أَزْكَى مِنْ صَلاَتِهِ وَحْدَهُ ، وَصَلاَةُ الرَّجُلِ مَعَ الرَّجُلَيْنِ أَزْكَى مِنْ صَلاَتِهِ مَعَ الرَّجُلِ ، وَمَا كَانُوا أَكْثَرَ فَهُوَ أَحَبُّ إِلَى اللهِ عَزَّ وَجَلَّ.
“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ Sübh namazını qıldı və dedi: “Filankəs namazda idimi?” Onlar dedilər: “Xeyr!” O dedi: “Bəs, filankəs?” Onlar dedilər: “Xeyr!” O dedi: “Bu iki namaz münafiqlərə ən ağır gələn namazlardır. Əgər onlar bunda nə savablar olduğunu bilsəydilər, iməkləyərək də olsa, mütləq (namaz üçün məscidə) gələrdilər. Birinci cərgə mələklərin cərgəsi kimidir. Əgər siz onun fəzilətini bilsəydiniz, bunun üçün mütləq yarışardınız. Kişinin başqa birisi ilə birlikdə namaz qılması tək namaz qılmasından daha xeyirlidir. Kişinin başqa iki kişi ilə namaz qılması iki nəfərin namaz qılmasından daha xeyirlidir. (Namaz qılanların sayı) nə qədər çox olsa, bu, Allaha ﷿ daha sevimli olar”.”
İstinad
Nəsəi, 843 (İmamlıq, 67)
Sunən ən-Nəsəi — İmamlıq kitabı