Namaza başlamaq kitabı

(Namaza başlayarkən) təkbirdən qabaq əlləri qaldırmaq

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ يُونُسَ ، عَنِ الزُّهْرِيِّ قَالَ : أَخْبَرَنِي سَالِمٌ ، عَنْ ابْنِ عُمَرَ قَالَ: رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ إِلَى الصَّلاَةِ رَفَعَ يَدَيْهِ حَتَّى تَكُونَا حَذْوَ مَنْكِبَيْهِ ، ثُمَّ يُكَبِّرُ قَالَ : وَكَانَ يَفْعَلُ ذَلِكَ حِينَ يُكَبِّرُ لِلرُّكُوعِ وَيَفْعَلُ ذَلِكَ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ الرُّكُوعِ وَيَقُولُ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . وَلاَ يَفْعَلُ ذَلِكَ فِي السُّجُودِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ namaza qalxdıqda əllərini çiyinlərinə qədər qaldırdığını, sonra da təkbir gətirdiyini gördüm. O, rukuya getdikdə, rukudan qalxdıqda belə edər və deyərdi: “Allah Ona həmd edəni eşitdi!” Səcdələrdə isə belə etməzdi (əllərini qaldırmazdı)”.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 877 (İftitah, 2)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı