Sunən ən-NəsəiNamaza başlamaq kitabı

Kitab 11

Namaza başlamaq kitabı

كِتَابُ الاِفْتِتَاحِ

153

hədis

Fəsil 1

Namaza başladıqda edilən əməl

بَابُ الْعَمَلِ فِي افْتِتَاحِ الصَّلاَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ عَيَّاشٍ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ قَالَ : حَدَّثَنِي سَالِمٌ (ح) وَأَخْبَرَنِي أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ هُوَ ابْنُ سَعِيدٍ ، عَنْ شُعَيْبٍ ، عَنْ مُحَمَّدٍ وَهُوَ الزُّهْرِيُّ قَالَ : أَخْبَرَنِي سَالِمُ بْنُ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا افْتَتَحَ التَّكْبِيرَ فِي الصَّلاَةِ رَفَعَ يَدَيْهِ حِينَ يُكَبِّرُ حَتَّى يَجْعَلَهُمَا حَذْوَ مَنْكِبَيْهِ ، وَإِذَا كَبَّرَ لِلرُّكُوعِ فَعَلَ مِثْلَ ذَلِكَ ، ثُمَّ إِذَا قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَعَلَ مِثْلَ ذَلِكَ وَقَالَ : رَبَّنَا وَلَكَ الْحَمْدُ . وَلاَ يَفْعَلُ ذَلِكَ حِينَ يَسْجُدُ وَلاَ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ السُّجُودِ

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisinin ﷺ namaza başlayarkən təkbir edib əllərini çiyni səviyyəsində qaldırdığını gördüm. Həmçinin ruku edəndə bunun kimi təkbir edər, sonra deyərdi: “Allah Ona həmd edəni eşitdi!” Eyni şəkildə (təkbiri əli ilə) edər və deyərdi: “Ey Rəbbimiz, Sənə həmd olsun!” Səcdə etdikdə və səcdədən başını qaldırdıqda belə etməzdi (əlini qaldırmazdı)”.”

İbn Ömər
SəhihNəsəi, 876 (İftitah, 1)

Fəsil 2

(Namaza başlayarkən) təkbirdən qabaq əlləri qaldırmaq

بَابُ رَفْعِ الْيَدَيْنِ قَبْلَ التَّكْبِيرِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ يُونُسَ ، عَنِ الزُّهْرِيِّ قَالَ : أَخْبَرَنِي سَالِمٌ ، عَنْ ابْنِ عُمَرَ قَالَ: رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ إِلَى الصَّلاَةِ رَفَعَ يَدَيْهِ حَتَّى تَكُونَا حَذْوَ مَنْكِبَيْهِ ، ثُمَّ يُكَبِّرُ قَالَ : وَكَانَ يَفْعَلُ ذَلِكَ حِينَ يُكَبِّرُ لِلرُّكُوعِ وَيَفْعَلُ ذَلِكَ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ الرُّكُوعِ وَيَقُولُ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . وَلاَ يَفْعَلُ ذَلِكَ فِي السُّجُودِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ namaza qalxdıqda əllərini çiyinlərinə qədər qaldırdığını, sonra da təkbir gətirdiyini gördüm. O, rukuya getdikdə, rukudan qalxdıqda belə edər və deyərdi: “Allah Ona həmd edəni eşitdi!” Səcdələrdə isə belə etməzdi (əllərini qaldırmazdı)”.”

İbn Ömər
SəhihNəsəi, 877 (İftitah, 2)

Fəsil 3

(Namazda təkbir etdikdə) əlləri çiyin səviyyəsində qaldırmaq

رَفْعُ الْيَدَيْنِ حَذْوَ الْمَنْكِبَيْنِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا افْتَتَحَ الصَّلاَةَ رَفَعَ يَدَيْهِ حَذْوَ مَنْكِبَيْهِ ، وَإِذَا رَكَعَ وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ رَفَعَهُمَا كَذَلِكَ وَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ . وَكَانَ لاَ يَفْعَلُ ذَلِكَ فِي السُّجُودِ

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ namaza başladıqda, ruku etdikdə, başını rukudan qaldırdıqda əllərini çiyni səviyyəsində qaldırar və deyərdi: “Allah Ona həmd edəni eşitdi! Rəbbimiz, Sənə həmd olsun!”. Səcdələrdə belə etməzdi (əllərini qaldırmazdı).”

Abdullah ibn Ömər
SəhihNəsəi, 878 (İftitah, 3)

Fəsil 4

(Namazda təkbir etdikdə) əlləri qulaq nahiyəsinədək qaldırmaq

بَابُ رَفْعِ الْيَدَيْنِ حِيَالَ الأُذُنَيْنِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَبْدِ الْجَبَّارِ بْنِ وَائِلٍ ، عَنْ أَبِيهِ قَالَ : صَلَّيْتُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا افْتَتَحَ الصَّلاَةَ كَبَّرَ وَرَفَعَ يَدَيْهِ حَتَّى حَاذَتَا أُذُنَيْهِ ، ثُمَّ يَقْرَأُ بِفَاتِحَةِ الْكِتَابِ فَلَمَّا فَرَغَ مِنْهَا قَالَ : آمِينَ يَرْفَعُ بِهَا صَوْتَهُ

“Abdul-Cabbar ibn Vail atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ arxasında namaz qıldım. Namaza başladıqda təkbir etdi və əllərini qulaqları nahiyəsinədək qaldırdı. Sonra “əl-Fatihə” surəsini oxudu və bitirdikdə səsini qaldıraraq “Amin!” dedi”.”

Abdul-Cabbar ibn Vail atasından
ZəifNəsəi, 879 (İftitah, 4)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ قَالَ : سَمِعْتُ نَصْرَ بْنَ عَاصِمٍ ، عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ ، وَكَانَ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا صَلَّى رَفَعَ يَدَيْهِ حِينَ يُكَبِّرُ حِيَالَ أُذُنَيْهِ ، وَإِذَا أَرَادَ أَنْ يَرْكَعَ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ.

“Peyğəmbərin ﷺ səhabələrindən olan Malik ibn əl-Huveyris ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namaz qıldıqda, ruku etdikdə və başını rukudan qaldırdıqda əllərini qulaqlarınadək qaldırıb təkbir edərdi.”

Malik ibn əl-Huveyris
SəhihNəsəi, 880 (İftitah, 5)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ ابْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ نَصْرِ بْنِ عَاصِمٍ ، عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ دَخَلَ فِي الصَّلاَةِ رَفَعَ يَدَيْهِ ، وَحِينَ رَكَعَ وَحِينَ رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ حَتَّى حَاذَتَا فُرُوعَ أُذُنَيْهِ.

“Rəvayət edilir ki, Malik ibn əl-Huveyris ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ namaza başladıqda, ruku etdikdə və başını rukudan qaldırdıqda əllərini qulaqlarının bir hissəsinə çatana qədər qaldırdığını görmüşəm”.”

Malik ibn əl-Huveyris
SəhihNəsəi, 881 (İftitah, 6)

Fəsil 5

(Namazda təkbir etdikdə) baş barmaqları qulaq nahiyəsinədək qaldırmaq

بَابُ مَوْضِعِ الإِبْهَامَيْنِ عِنْدَ الرَّفْعِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، قَالَ : حَدَّثَنَا فِطْرُ بْنُ خَلِيفَةَ ، عَنْ عَبْدِ الْجَبَّارِ بْنُ وَائِلٍ ، عَنْ أَبِيهِ أَنَّهُ ، رَأَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا افْتَتَحَ الصَّلاَةَ رَفَعَ يَدَيْهِ حَتَّى تَكَادَ إِبْهَامَاهُ تُحَاذِي شَحْمَةَ أُذُنَيْهِ.

“Abdul-Cabbar ibn Vail atasından ﵁ rəvayət edir ki, o, Peyğəmbərin ﷺ namaza başlayanda əllərinin baş barmaqlarını qulaq mərcəyinin səviyyəsinə qədər qaldırdığını görmüşdür.”

Abdul-Cabbar ibn Vail atasından
ZəifNəsəi, 882 (İftitah, 7)

Fəsil 6

(Namazda təkbir etdikdə) əlləri tam qaldırmaq

رَفْعُ الْيَدَيْنِ مَدًّا

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ سَمْعَانَ قَالَ : جَاءَ أَبُو هُرَيْرَةَ إِلَى مَسْجِدِ بَنِي زُرَيْقٍ فَقَالَ : ثَلاَثٌ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَعْمَلُ بِهِنَّ تَرَكَهُنَّ النَّاسُ : كَانَ يَرْفَعُ يَدَيْهِ فِي الصَّلاَةِ مَدًّا ، وَيَسْكُتُ هُنَيْهَةً ، وَيُكَبِّرُ إِذَا سَجَدَ وَإِذَا رَفَعَ.

“Rəvayət edilir ki, Səid ibn Səman ﵀ demişdir: “Bir dəfə Əbu Hureyra Bəni Zureyq tayfasının məscidinə gəldi və dedi: “Üç əməl var ki, Allah Elçisi ﷺ onları edərdi, amma insanlar o əməlləri tərk etmişlər; namazda əllərini tam qaldırardı, bir qədər sükut edərdi, səcdə etdikdə və səcdədən qalxdıqda təkbir edərdi”.”

Səid ibn Səman
SəhihNəsəi, 883 (İftitah, 8)

Fəsil 7

(Namaza başladıqda) birinci təkbirin fərz olması

فَرْضُ التَّكْبِيرَةِ الأُولَى

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عُمَرَ قَالَ : حَدَّثَنِي سَعِيدُ بْنُ أَبِي سَعِيدُ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ ، فَدَخَلَ رَجُلٌ فَصَلَّى ، ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَرَدَّ عَلَيْهِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ : ارْجِعْ فَصَلِّ ؛ فَإِنَّكَ لَمْ تُصَلِّ . فَرَجَعَ فَصَلَّى كَمَا صَلَّى ، ثُمَّ جَاءَ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَسَلَّمَ عَلَيْهِ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَعَلَيْكَ السَّلاَمُ ، ارْجِعْ فَصَلِّ ؛ فَإِنَّكَ لَمْ تُصَلِّ . فَعَلَ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ ، فَقَالَ الرَّجُلُ : وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ مَا أُحْسِنُ غَيْرَ هَذَا فَعَلِّمْنِي قَالَ : إِذَا قُمْتَ إِلَى الصَّلاَةِ فَكَبِّرْ ، ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ الْقُرْآنِ ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ جَالِسًا ، ثُمَّ افْعَلْ ذَلِكَ فِي صَلاَتِكَ كُلِّهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidə daxil olduqda bir kişi də məscidə gəldi və namaz qılmağa başladı. Sonra Allah Elçisinin ﷺ yanına gəlib ona salam verdi. Allah Elçisi ﷺ onun salamını aldıqdan sonra dedi: “Qayıt, namaz qıl, çünki sən namaz qılmamısan!” O, qayıdıb əvvəlki kimi namaz qıldı. Sonra Peyğəmbərin ﷺ yanına gəlib ona salam verdi. Allah Elçisi ﷺ ona dedi: “Sənə də salam olsun! Qayıt, namaz qıl, çünki sən namaz qılmamısan!” O, bunu üç dəfə etdi. Həmin kişi dedi: “Səni haqq ilə Göndərənə and olsun! Mən namazı bundan yaxşı qıla bilmirəm. Bunu mənə öyrət!” Peyğəmbər ﷺ dedi: “Namaza durduqda təkbir et, sonra sənə Qurandan asan gələni oxu! Sonra ruku et və (bədən üzvlərin) rahat olana qədər rukuda qal, sonra qalx və qamətini düzəlt. Sonra səcdə et və səcdədə rahat olana qədər qal. Sonra səcdədən qalx və rahat olana qədər otur. Sonra bunların hamısını namazın (bütün rükətlərində) et”.”

Əbu Hureyra
SəhihNəsəi, 884 (İftitah, 9)

Fəsil 8

Namaza başladıqda deyilən söz

الْقَوْلُ الَّذِي يُفْتَتَحُ بِهِ الصَّلاَةُ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحِيمِ قَالَ : حَدَّثَنِي زَيْدٌ هُوَ ابْنُ أَبِي أُنَيْسَةَ ، عَنْ عَمْرِو بْنُ مُرَّةَ ، عَنْ عَوْنِ بْنُ عَبْدِ اللهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ قَالَ : قَامَ رَجُلٌ خَلْفَ نَبِيِّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : اللهِ أَكْبَرُ كَبِيرًا ، وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا ، وَسُبْحَانَ اللهِ بُكْرَةً وَأَصِيلاً . فَقَالَ نَبِيِّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَاحِبُ الْكَلِمَةِ ؟ فَقَالَ رَجُلٌ : أَنَا يَا نَبِيُّ اللهِ . فَقَالَ : لَقَدْ ابْتَدَرَهَا اثْنَا عَشَرَ مَلَكًا.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bir kişi namazda Peyğəmbərin ﷺ arxasında dayanıb dedi: “Allah böyüklükdə ən Böyükdür! Allaha çoxlu həmd olsun! Səhər-axşam Allaha təriflər olsun!” Peyğəmbər ﷺ dedi: “Bu sözü deyən kim idi?” Kişi dedi: “Mən idim, ey Allahın Peyğəmbəri!” O dedi: “Bunu yazmaqda on iki mələk yarışırdı”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 885 (İftitah, 10)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ شُجَاعٍ الْمَرُّوذِيُّ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، عَنْ حَجَّاجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ عَوْنِ بْنُ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : بَيْنَمَا نَحْنُ نُصَلِّي مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ : اللهِ أَكْبَرُ كَبِيرًا ، وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا ، وَسُبْحَانَ اللَّهُ بُكْرَةً وَأَصِيلاً . فَقَالَ رَسُولِ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : من الْقَائِلُ كَلِمَةَ كَذَا وَكَذَا ؟ فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ: أَنَا يَا رَسُولُ اللهِ . قَالَ : عَجِبْتُ لَهَا - وَذَكَرَ كَلِمَةَ مَعْنَاهَا - فُتِحَتْ لَهَا أَبْوَابُ السَّمَاءِ قَالَ ابْنُ عُمَرَ : مَا تَرَكْتُهُ مُنْذُ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُهُ

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə namaz qılarkən camaatdan bir kişi (dua edərək) belə dedi: “Allah böyüklükdə ən Böyükdür! Allaha çoxlu həmd olsun! Səhər-axşam Allaha təriflər olsun!” Allah Elçisi ﷺ dedi: “Filan-filan kəlmələri deyən kim idi?” Camaatdan bir kişi dedi: “Mən idim, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Buna təəccüb etdim - və ya bu mənada sözlər dedi - səma qapıları bunun üçün açıldı”. İbn Ömər dedi: “Bu kəlmələri Allah Elçisindən ﷺ eşitdiyim gündən bəri tərk etmədim”.”

İbn Ömər
SəhihNəsəi, 886 (İftitah, 11)

Fəsil 9

Namazda sağ əli sol əlin üzərinə qoymaq

وَضْعُ الْيَمِينِ عَلَى الشِّمَالِ فِي الصَّلاَةِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مُوسَى بْنُ عُمَيْرٍ الْعَنْبَرِيِّ ، وَقَيْسِ بْنِ سُلَيْمٍ الْعَنْبَرِيِّ قَالاَ : حَدَّثَنَا عَلْقَمَةُ بْنِ وَائِلٍ ، عَنْ أَبِيهِ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كَانَ قَائِمًا فِي الصَّلاَةِ قَبَضَ بِيَمِينِهِ عَلَى شِمَالِهِ.

“Alqamə ibn Vail atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ namazda ayaq üstə olarkən sağ əli ilə sol əlini tutduğunu görmüşəm”.”

Alqamə ibn Vail atasından
SəhihNəsəi, 887 (İftitah, 12)

Fəsil 10

İmam sol əlini sağ əlinin üzərinə qoyan adamı gördükdə nə etməlidir?

فِي الإِمَامِ إِذَا رَأَى الرَّجُلَ قَدْ وَضَعَ شِمَالَهُ عَلَى يَمِينِهِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، عَنِ الْحَجَّاجِ بْنُ أَبِي زَيْنَبَ ، قَالَ : سَمِعْتُ أَبَا عُثْمَانَ يُحَدِّثُ ، عَنْ ابْنِ مَسْعُودٍ قَالَ : رَآنِيَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ وَضَعْتُ شِمَالِي عَلَى يَمِينِي فِي الصَّلاَةِ ، فَأَخَذَ بِيَمِينِي فَوَضَعَهَا عَلَى شِمَالِي.

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ mənim namazda sol əlimi sağ əlimin üzərinə qoyduğumu gördü və sağ əlimi sol əlimin üzərinə keçirtdi”.”

İbn Məsud
HəsənNəsəi, 888 (İftitah, 13)

Fəsil 11

Namazda sağ əlin sola nəzərən qoyulduğu yer

بَابُ مَوْضِعِ الْيَمِينِ مِنَ الشِّمَالِ فِي الصَّلاَةِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا عَاصِمُ بْنُ كُلَيْبٍ قَالَ : حَدَّثَنِي أَبِي ، أَنَّ وَائِلَ بْنَ حُجْرٍ أَخْبَرَهُ قَالَ : قُلْتُ لأَنْظُرَنَّ إِلَى صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ يُصَلِّي ، فَنَظَرْتُ إِلَيْهِ فَقَامَ فَكَبَّرَ ، وَرَفَعَ يَدَيْهِ حَتَّى حَاذَتَا بِأُذُنَيْهِ ، ثُمَّ وَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى كَفِّهِ الْيُسْرَى وَالرُّسْغِ وَالسَّاعِدِ ، فَلَمَّا أَرَادَ أَنَّ يَرْكَعَ رَفَعَ يَدَيْهِ مِثْلَهَا قَالَ : وَوَضَعَ يَدَيْهِ عَلَى رُكْبَتَيْهِ ، ثُمَّ لَمَّا رَفَعَ رَأْسَهُ رَفَعَ يَدَيْهِ مِثْلَهَا ، ثُمَّ سَجَدَ فَجَعَلَ كَفَّيْهِ بِحِذَاءِ أُذُنَيْهِ ، ثُمَّ قَعَدَ وَافْتَرَشَ رِجْلَهُ الْيُسْرَى ، وَوَضَعَ كَفِّهِ الْيُسْرَى عَلَى فَخِذِهِ وَرُكْبَتِهِ الْيُسْرَى ، وَجَعَلَ حَدَّ مِرْفَقِهِ الأَيْمَنِ عَلَى فَخِذِهِ الْيُمْنَى ، ثُمَّ قَبَضَ اثْنَتَيْنِ مِنْ أَصَابِعِهِ وَحَلَّقَ حَلْقَةً ، ثُمَّ رَفَعَ إِصْبَعَهُ فَرَأَيْتُهُ يُحَرِّكُهَا يَدْعُو بِهَا.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ necə namaz qılmasına baxdım. O, qalxıb təkbir etdi və əllərini qulaqlarına qədər qaldırdı. Sonra sağ əlinin iç tərəfini sol əlinin biləyi üzərinə qoydu. Ruku etmək istədikdə əllərini əvvəlki kimi qaldırdı. Rukuda əllərini dizlərinə qoydu. Başını rukudan qaldırdıqda əllərini əvvəlki kimi qaldırdı. Sonra səcdə etdi və yerdə əllərini qulaqları tərəfə qoydu. Sonra sol baldırı üzərində oturdu və sol əlini sol baldırı üzərinə qoydu. Sonra sağ dirsəyini sağ baldırı üzərinə qoydu. Sonra iki barmağını halqa şəklində yumdu və barmağını qaldırdı. Onu tərpədərək dua etdiyini gördüm”.”

Vail ibn Hucr
SəhihNəsəi, 889 (İftitah, 14)

Fəsil 12

Namaz qıldıqda əlləri böyürə qoymaq

بَابُ النَّهْيِ عَنِ التَّخَصُّرِ فِي الصَّلاَةِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ هِشَامٍ (ح) وَأَخْبَرَناَ سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، وَاللَّفْظُ لَهُ ، عَنْ هِشَامٍ ، عَنْ ابْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى أَنَّ يُصَلِّيَ الرَّجُلُ مُخْتَصِرًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ namaz qıldıqda əlləri böyürə qoymağı qadağan etmişdir.”

Əbu Hureyra
SəhihNəsəi, 890 (İftitah, 15)

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ سُفْيَانَ بْنُ حَبِيبٍ ، عَنْ سَعِيدِ بْنِ زِيَادٍ ، عَنْ زِيَادِ بْنِ صُبَيْحٍ قَالَ : صَلَّيْتُ إِلَى جَنْبِ ابْنِ عُمَرَ ، فَوَضَعْتُ يَدِي عَلَى خَصْرِي فَقَالَ لِي : هَكَذَا ضَرْبَةً بِيَدِهِ ، فَلَمَّا صَلَّيْتُ قُلْتُ لِرَجُلٍ : مَنْ هَذَا ؟ قَالَ : عَبْدُ اللهِ بْنِ عُمَرَ : قُلْتُ يَا أَبَا عَبْدُ الرَّحْمَنِ مَا رَابَكَ مِنِّي ؟ قَالَ : إِنَّ هَذَا الصَّلْبُ ، وَإِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَانَا عَنْهُ.

“Rəvayət edilir ki, Ziyad ibn Subeyh ﵀ demişdir: “Mən İbn Ömərin yanında namaz qılırdım və əlimi böyrümə qoymuşdum. Belə etməməyim üçün heç nə demədən əlimə vurdu. Namazını bitirdikdən sonra bir kişidən: “Bunu kim etdi?” deyərək soruşdu. O da: “Abdullah ibn Ömər”- dedi. Mən soruşdum: “Ey Əbu Abdur-Rahmən, nəyə görə belə etdin?” O dedi: “Allah Elçisi ﷺ bizə namazı belə qılmağı (əlin böyürə qoyuluşunu) qadağan etmişdir”.”

Ziyad ibn Subeyh
SəhihNəsəi, 891 (İftitah, 16)

Fəsil 13

Namazda ayaqları bir-birinə birləşdirmək

الصَّفُّ بَيْنَ الْقَدَمَيْنِ فِي الصَّلاَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ بْنُ سَعِيدٍ الثَّوْرِيِّ ، عَنْ مَيْسَرَةَ ، عَنِ الْمِنْهَالِ بْنِ عَمْرُو ، عَنْ أَبِي عُبَيْدَةَ ، أَنَّ عَبْدَ اللهِ ، رَأَى رَجُلاً يُصَلِّي قَدْ صَفَّ بَيْنَ قَدَمَيْهِ فَقَالَ : خَالَفَ السُّنَّةَ وَلَوْ رَاوَحَ بَيْنَهُمَا كَانَ أَفْضَلَ.

“Əbu Ubeydə ﵀ rəvayət edir ki, Abdullah ayaqlarını bir-birinə birləşdirərək namaz qılan bir kişini görüb dedi: “Artıq, o, sünnəyə müxalif oldu. Əgər o, ayaqlarına növbə ilə ağırlıq salsaydı (növbə ilə ayağına dayaq versəydi), daha fəzilətli olardı”.”

Əbu Ubeydə
ZəifNəsəi, 892 (İftitah, 17)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، قَالَ : أَخْبَرَنِي مَيْسَرَةُ بْنُ حَبِيبٍ قَالَ : سَمِعْتُ الْمِنْهَالَ بْنُ عَمْرٍو يُحَدِّثُ ، عَنْ أَبِي عُبَيْدَةَ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّهُ رَأَى رَجُلاً يُصَلِّي قَدْ صَفَّ بَيْنَ قَدَمَيْهِ فَقَالَ : أَخْطَأَ السُّنَّةَ وَلَوْ رَاوَحَ بَيْنَهُمَا كَانَ أَعْجَبَ إِلَيَّ.

“Əbu Ubeydə ﵀ rəvayət edir ki, Abdullah ayaqlarını bir-birinə birləşdirərək namaz qılan bir kişini görüb dedi: “Artıq, o, sünnədə səhv etdi. Əgər o, ayaqlarına növbə ilə ağırlıq salsaydı (ayağına növbə ilə dayaq versəydi), bu mənə daha sevimli olardı”.”

Əbu Ubeydə
ZəifNəsəi, 893 (İftitah, 18)

Fəsil 14

Namaza başladıqda imamın sükut etməsi

سُكُوتُ الإِمَامِ بَعْدَ افْتِتَاحِهِ الصَّلاَةَ

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عُمَارَةَ بْنُ الْقَعْقَاعِ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَتْ لَهُ سَكْتَةٌ إِذَا افْتَتَحَ الصَّلاَةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namaza başladıqda sükut edərdi.”

Əbu Hureyra
SəhihNəsəi, 894 (İftitah, 19)

Fəsil 15

Namaza başladıqda təkbirlə qiraət arasında dua

بَابُ الدُّعَاءِ بَيْنَ التَّكْبِيرَةِ وَالْقِرَاءَةِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ عُمَارَةَ بْنُ الْقَعْقَاعِ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٌ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : كَانَ رَسُولُ صَلَّى عَلَيْهِ وَسَلَّمَ إِذَا افْتَتَحَ الصَّلاَةَ سَكَتَ هُنَيْهَةً فَقُلْتُ : بِأَبِي أَنْتَ وَأُمِّي يَا رَسُولَ اللهِ مَا تَقُولُ فِي سُكُوتِكَ بَيْنَ التَّكْبِيرِ وَالْقِرَاءَةِ ؟ قَالَ : أَقُولُ : اللَّهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ ، اللَّهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ ، اللَّهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza başladıqda (bir qədər) susardı. Ona dedim: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Namaza başladıqda təkbir ilə qiraət arasında nə deyirsən?” O dedi: “Deyirəm: “Allahım! Məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım! Ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım! Mənim günahlarımı su, qar və dolu ilə yu!””

Əbu Hureyra
SəhihNəsəi, 895 (İftitah, 20)

Fəsil 16

Namaza başladıqda təkbir və qiraət arasında oxunan başqa bir dua

نَوْعٌ آخَرُ مِنَ الدُّعَاءِ بَيْنَ التَّكْبِيرِ وَالْقِرَاءَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا شُرَيْحُ بْنِ يَزِيدَ الْحَضْرَمِيُّ قَالَ : أَخْبَرَنِي شُعَيْبُ بْنُ أَبِي حَمْزَةَ قَالَ : أَخْبَرَنِي مُحَمَّدُ بْنُ الْمُنْكَدِرِ ، عَنْ جَابِرِ بْنُ عَبْدِ اللهِ قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اسْتَفْتَحَ الصَّلاَةَ كَبَّرَ ، ثُمَّ قَالَ : إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ لاَ شَرِيكَ لَهُ ، وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا مِنَ الْمُسْلِمِينَ . اللَّهُمَّ اهْدِنِي لأَحْسَنِ الأَعْمَالِ وَأَحْسَنِ الأَخْلاَقِ لاَ يَهْدِي لأَحْسَنِهَا إِلاَّ أَنْتَ ، وَقِنِي سَيِّئَ الأَعْمَالِ وَسَيِّئَ الأَخْلاَقِ لاَ يَقِي سَيِّئَهَا إِلاَّ أَنْتَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ namaza başladıqda təkbir edər, sonra da deyərdi: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanlardanam. Allahım! Mənə ən gözəl əməl və ən gözəl əxlaq nəsib et! Onun ən gözəlini ancaq Sən bəxş edə bilərsən. Məni pis əməl və pis əxlaqdan uzaq et! Onun pisindən ancaq Sən uzaqlaşdıra bilərsən!””

Cabir ibn Abdullah
SəhihNəsəi, 896 (İftitah, 21)

Fəsil 17

Təkbirlə qiraət arasında deyilən başqa bir zikr və dua

نَوْعٌ آخَرُ مِنَ الذِّكْرِ وَالدُّعَاءِ بَيْنَ التَّكْبِيرِ وَالْقِرَاءَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي سَلَمَةَ قَالَ : حَدَّثَنِي عَمِّي الْمَاجِشُونُ بْنُ أَبِي سَلَمَةَ ، عَنْ عَبْدُ الرَّحْمَنِ الأَعْرَجِ ، عَنْ عُبَيْدِ اللهِ بْنُ أَبِي رَافِعٍ ، عَنْ عَلِيٍّ رَضِيَ اللهِ عَنْهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا اسْتَفْتَحَ الصَّلاَةَ كَبَّرَ ، ثُمَّ قَالَ : وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَوَاتِ وَالأَرْضَ حَنِيفًا ، وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ ، إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ لاَ شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا مِنَ الْمُسْلِمِينَ ، اللَّهُمَّ أَنْتَ الْمَلِكُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَنَا عَبْدُكَ ظَلَمْتُ نَفْسِي وَاعْتَرَفْتُ بِذَنْبِي فَاغْفِرْ لِي ذُنُوبِي جَمِيعًا لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ ، وَاهْدِنِي لأَحْسَنِ الأَخْلاَقِ لاَ يَهْدِي لأَحْسَنِهَا إِلاَّ أَنْتَ ، وَاصْرِفْ عَنِّي سَيِّئَهَا لاَ يَصْرِفُ عَنِّي سَيِّئَهَا إِلاَّ أَنْتَ لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ كُلُّهُ فِي يَدَيْكَ ، وَالشَّرُّ لَيْسَ إِلَيْكَ أَنَا بِكَ وَإِلَيْكَ تَبَارَكْتَ وَتَعَالَيْتَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ.

“Əli ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namaza başladıqda təkbir edər, sonra deyərdi: “Üzümü hənif (Allaha ixlasla ibadət edən) olaraq göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm. Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanlardanam. Allahım, Hökmdar Sənsən! Səndən başqa ibadətə layiq məbud yoxdur! Mən Sənin qulunam. Mən özümə zülm etdim və günahımı etiraf etdim. Mənim bütün günahlarımı bağışla! Günahları ancaq Sən bağışlaya bilərsən. Mənə ən gözəl əxlaq nəsib et! Onun ən gözəlini ancaq Sən bəxş edə bilərsən. Onun pisindən məni uzaq et! Onun pisindən ancaq Sən uzaqlaşdıra bilərsən. Buyur, əmrinə müntəzirəm! Xeyir bütünlüklə Sənin iki Əlindədir! Şər isə Sənə aid deyil. Mən Sənə sığınıram, Sənə də dönəcəyəm. Sən Mübarək və Ucasan! Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm!””

Əli
SəhihNəsəi, 897 (İftitah, 22)

أَخْبَرَنَا يَحْيَى بْنُ عُثْمَانَ الْحِمْصِيُّ ، قَالَ : حَدَّثَنَا ابْنُ حِمْيَرٍ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ أَبِي حَمْزَةَ ، عَنْ مُحَمَّدِ بْنُ الْمُنْكَدِرِ ، وَذَكَرَ آخَرَ قَبْلَهُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنُ هُرْمُزَ الأَعْرَجِ ، عَنْ مُحَمَّدِ بْنِ مَسْلَمَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا قَامَ يُصَلِّي تَطَوُّعًا قَالَ : اللهِ أَكْبَرُ وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَوَاتِ وَالأَرْضَ حَنِيفًا مُسْلِمًا وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ ، إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ لاَ شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ ، اللَّهُمَّ أَنْتَ الْمَلِكُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ وَبِحَمْدِكَ ثُمَّ يَقْرَأُ.

“Muhəmməd ibn Məsləmə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ nafilə namaza qalxdıqda deyərdi: “Üzümü hənif (Allaha ixlasla ibadət edən) müsəlman olaraq göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm. Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanlardanam. Allahım! Hökmdar Sənsən. Səndən başqa ibadətə layiq məbud yoxdur. Sən pak və müqəddəssən və həmd Sənə məxsusdur!” Sonra (surələri) oxuyardı”.”

Muhəmməd ibn Məsləmə
SəhihNəsəi, 898 (İftitah, 23)

Fəsil 18

Namaza başladıqda açılış duası ilə qiraət arasında olan zikr

نَوْعٌ آخَرُ مِنَ الذِّكْرِ بَيْنَ افْتِتَاحِ الصَّلاَةِ وَبَيْنَ الْقِرَاءَةِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ : أَنْبَأَنَا جَعْفَرُ بْنِ سُلَيْمَانَ ، عَنْ عَلِيِّ بْنُ عَلِيٍّ ، عَنْ أَبِي الْمُتَوَكِّلِ ، عَنْ أَبِي سَعِيدٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا افْتَتَحَ الصَّلاَةَ قَالَ : سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ تَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلاَ إِلَهَ غَيْرُكَ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Peyğəmbər ﷺ namaza başladıqda dedi: “Allahım, Sən pak və müqəddəssən! Həmd Sənə məxsusdur! Sənin adın mübarək, əzəmətin ucadır! Səndən başqa ibadətə layiq məbud yoxdur!””

Əbu Səid
SəhihNəsəi, 899 (İftitah, 24)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ قَالَ : حَدَّثَنِي جَعْفَرُ بْنُ سُلَيْمَانَ ، عَنْ عَلِيِّ بْنُ عَلِيٍّ ، عَنْ أَبِي الْمُتَوَكِّلِ ، عَنْ أَبِي سَعِيدٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا افْتَتَحَ الصَّلاَةَ قَالَ : سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ ، وَتَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلاَ إِلَهَ غَيْرُكَ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza başladıqda dedi: “Allahım, Sən pak və müqəddəssən. Həmd Sənə məxsusdur. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa ibadətə layiq məbud yoxdur!””

Əbu Səid
SəhihNəsəi, 900 (İftitah, 25)

Fəsil 19

Namaza başladıqda təkbirdən sonra deyilən başqa bir zikr

نَوْعٌ آخَرُ مِنَ الذِّكْرِ بَعْدَ التَّكْبِيرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ ثَابِتٍ ، وَقَتَادَةَ ، وَحُمَيْدٍ ، عَنْ أَنَسٍ أَنَّهُ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي بِنَا إِذْ جَاءَ رَجُلٌ فَدَخَلَ الْمَسْجِدَ وَقَدْ حَفَزَهُ النَّفَسُ فَقَالَ : اللَّهُ أَكْبَرُ . الْحَمْدُ لِلَّهِ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ ، فَلَمَّا قَضَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَتَهُ قَالَ : أَيُّكُمِ الَّذِي تَكَلَّمَ بِكَلِمَاتٍ ؟ فَأَرَمَّ الْقَوْمُ . قَالَ : إِنَّهُ لَمْ يَقُلْ بَأْسًا . قَالَ : أَنَا يَا رَسُولُ اللهِ جِئْتُ وَقَدْ حَفَزَنِي النَّفَسُ فَقُلْتُهَا ، قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَقَدْ رَأَيْتُ اثْنَيْ عَشَرَ مَلَكًا يَبْتَدِرُونَهَا أَيُّهُمْ يَرْفَعُهَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ bizimlə namaz qıldığı vaxt bir kişi təngnəfəs halda gəlib dua edərək dedi: “Allaha həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!” Allah Elçisi ﷺ namazı bitirdikdən sonra dedi: “Bu kəlmələri hansınız dedi?” Camaat (pis şey baş verdiyini zənn edərək) susdu. Allah Elçisi ﷺ dedi: “O, pis bir şey deməyib”. Bir nəfər dedi: “Mən idim, ey Allahın Elçisi! Namaza gəldikdə təngnəfəs olmuşdum və bu kəlmələri dedim”. Peyğəmbər ﷺ buyurdu: “Mən on iki mələyin bu kəlmələri (Allahın dərgahına) hansının tez qaldırması üçün yarışdıqlarını gördüm”.”

Ənəs
SəhihNəsəi, 901 (İftitah, 26)

Fəsil 20

Namaza başladıqda müəyyən bir surədən qabaq “əl-Fatihə” surəsi ilə başlamaq

بَابُ الْبَدَاءَةِ بِفَاتِحَةِ الْكِتَابِ قَبْلَ السُّورَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ وَعُمَرُ رَضِيَ اللَّهُ عَنْهُمَا يَسْتَفْتِحُونَ الْقِرَاءَةَ بِ {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ}.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ, Əbu Bəkr və Ömər ﵄ namazda qiraəti “Həmd olsun aləmlərin Rəbbi Allaha!” (“əl-Fatihə” surəsi) ilə başlayardılar”.”

Ənəs
SəhihNəsəi, 902 (İftitah, 27)

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنُ عَبْدِ الرَّحْمَنِ الزُّهْرِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ قَالَ : صَلَّيْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَعَ أَبِي بَكْرٍ وَعُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا فَافْتَتَحُوا بِ {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ}.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Peyğəmbər ﷺ, Əbu Bəkr və Ömərlə ﵄ birlikdə namaz qılmışam. Onlar namaza “Həmd olsun aləmlərin Rəbbi Allaha!” (“əl-Fatihə” surəsi) ilə başlayardılar”.”

Ənəs
SəhihNəsəi, 903 (İftitah, 28)

Fəsil 21

Namazda Quran oxunuşuna başlayanda “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” demək

قِرَاءَةُ {بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ}

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الْمُخْتَارِ بْنُ فُلْفُلٍ ، عَنْ أَنَسِ بْنُ مَالِكٍ قَالَ : بَيْنَمَا ذَاتَ يَوْمٍ بَيْنَ أَظْهُرِنَا يُرِيدُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ أَغْفَى إِغْفَاءَةً ، ثُمَّ رَفَعَ رَأْسَهُ مُتَبَسِّمًا فَقُلْنَا لَهُ : مَا أَضْحَكَكَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : نَزَلَتْ عَلَيَّ آنِفًا سُورَةٌ : {بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ . إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ . فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ . إِنَّ شَانِئَكَ هُوَ الأَبْتَرُ} . ثُمَّ قَالَ : هَلْ تَدْرُونَ مَا الْكَوْثَرَ ؟ قُلْنَا : اللهِ وَرَسُولُهُ أَعْلَمُ . قَالَ : فَإِنَّهُ نَهْرٌ وَعَدَنِيهِ رَبِّي فِي الْجَنَّةِ ، آنِيَتُهُ أَكْثَرُ مِنْ عَدَدِ الْكَوَاكِبِ ، تَرِدُهُ عَلَيَّ أُمَّتِي فَيُخْتَلَجُ الْعَبْدُ مِنْهُمْ ، فَأَقُولُ : يَا رَبِّ إِنَّهُ مِنْ أُمَّتِي ، فَيَقُولُ لِي : إِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثَ بَعْدَكَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizim aramızda oturmuşdu. O, mürgülədi, sonra gülümsəyərək başını qaldırdı. Biz dedik: “Səni güldürən nədir, ey Allahın Elçisi?” O dedi: “Elə indicə mənə surə nazil oldu: “Mərhəmətli və Rəhmli Allahın adı ilə! Həqiqətən, Biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur”. (əl-Kövsər, 1-3). Sonra dedi: “Bilirsinizmi Kövsər nədir?” Biz dedik: “Allah və Onun Elçisi daha yaxşı bilir”. O dedi: “Həqiqətən, o, Cənnətdə Rəbbimin mənə vəd etdiyi çaydır. Onun (ətrafında olan) qədəhləri ulduzların sayından çoxdur. Mənim ümmətim ora gələcək. Onlardan bir bəndə oradan qovulacaq. Mən deyəcəm: “Ey Rəbbim, o, mənim ümmətimdəndir!?” Onda O, mənə deyəcək: “Həqiqətən, sən bilmirsən ki, onlar səndən sonra nə yeniliklər etdilər”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 904 (İftitah, 29)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنُ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، حَدَّثَنَا اللَّيْثُ ، حَدَّثَنَا خَالِدٌ ، عَنْ سَعِيدِ بْنِ أَبِي هِلاَلٍ ، عَنْ نُعَيْمٍ الْمُجْمِرِ قَالَ : صَلَّيْتُ وَرَاءَ أَبِي هُرَيْرَةَ فَقَرَأَ : {بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ} ، ثُمَّ قَرَأَ بِأُمِّ الْقُرْآنِ حَتَّى إِذَا بَلَغَ {غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} فَقَالَ : آمِينَ . فَقَالَ النَّاسُ : آمِينَ وَيَقُولُ : كُلَّمَا سَجَدَ اللهِ أَكْبَرُ ، وَإِذَا قَامَ مِنَ الْجُلُوسِ فِي الاِثْنَتَيْنِ قَالَ : اللهِ أَكْبَرُ ، وَإِذَا سَلَّمَ قَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ إِنِّي لأَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Nueym əl-Mucmir ﵀ demişdir: “Əbu Hureyranın arxasında namaz qılırdım. O: ”Mərhəmətli və Rəhmli Allahın adı ilə!”- dedi, sonra “Kitabın Anasını” (“əl-Fatihə” surəsini) “Ğayril-məğdu:bi aleyhim valəd-da:lli:n!” yerinə qədər oxudu, sonra: “Amin!”- dedi. İnsanlar da onun ardından: “Amin”- dedilər. O, hər dəfə səcdəyə getdikdə “Allahu Əkbər” deyirdi. Həmçinin ikinci rükətin oturuşundan qalxdıqda “Allahu Əkbər” deyirdi. (Namazı bitirib) salam verdikdən sonra isə dedi: “Canım Əlində Olana and olsun ki, namazını Allah Elçisinin ﷺ namazına ən çox oxşadan mənəm”.”

Nueym əl-Mucmir
ZəifNəsəi, 905 (İftitah, 30)

Fəsil 22

Namazda ”Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözünü səssiz demək

تَرْكُ الْجَهْرِ بِبِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيِّ بْنُ الْحَسَنِ بْنِ شَقِيقٍ ، قَالَ : سَمِعْتُ أَبِي يَقُولُ : أَنْبَأَنَا أَبُو حَمْزَةَ ، عَنْ مَنْصُورِ بْنِ زَاذَانَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمْ يُسْمِعْنَا قِرَاءَةَ بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ ، وَصَلَّى بِنَا أَبُو بَكْرٍ وَعُمَرُ فَلَمْ نَسْمَعْهَا مِنْهُمَا.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə namaz qıldırdıqda “Mərhəmətli və Rəhmli Allahın adı ilə! - (Bismillə:hir-Rahmə:nir-Rahi:m)” sözünü bizə eşitdirmədi (səsli demədi). Biz Əbu Bəkr və Ömərlə namaz qıldıqda da bunu eşitməzdik”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 906 (İftitah, 31)

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ أَبُو سَعِيدٍ الأَشَجُّ ، قَالَ : حَدَّثَنِي عُقْبَةُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، وَابْنُ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ قَالَ : صَلَّيْتُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبِي بَكْرٍ وَعُمَرَ وَعُثْمَانَ رَضِيَ اللهِ عَنْهُمْ ، فَلَمْ أَسْمَعْ أَحَدًا مِنْهُمْ يَجْهَرُ {بِبِسْمِ اللَّهُ الرَّحْمَنِ الرَّحِيمِ}.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ, Əbu Bəkrin, Ömərin və Osmanın ﵃ arxasında namaz qılmışam və onların heç birinin ”Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözünü səsli demələrini eşitməmişəm”.”

Ənəs
SəhihNəsəi, 907 (İftitah, 32)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ غِيَاثٍ قَالَ : أَخْبَرَنِي أَبُو نَعَامَةَ الْحَنَفِيُّ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَبْدِ اللهِ بْنُ مُغَفَّلٍ قَالَ : كَانَ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ إِذَا سَمِعَ أَحَدَنَا يَقْرَأُ : {بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ} يَقُولُ : صَلَّيْتُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَخَلْفَ أَبِي بَكْرٍ وَخَلْفَ عُمَرَ رَضِيَ اللهِ عَنْهُمَا فَمَا سَمِعْتُ أَحَدًا مِنْهُمْ قَرَأَ {بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ}.

“Rəvayət edilir ki, Abdullah ibn Muğaffəlin oğlu ﵀ demişdir: “Abdullah ibn Muğaffəl bizdən birinin ”Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözünü səsli dediyimizi eşitdikdə deyərdi: “Mən Allah Elçisinin ﷺ, Əbu Bəkrin və Ömərin ﵄ arxasında namaz qılmışam, lakin onların heç birinin ”Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözünü səsli dediyini eşitməmişəm”.”

Abdullah ibn Muğaffəlin oğlu
ZəifNəsəi, 908 (İftitah, 33)

Fəsil 23

Səsli namazları qıldıqda “əl-Fatihə” surəsində ”Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözünü səsli oxumağı tərk etmək

تَرْكُ قِرَاءَةِ {بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ} فِي فَاتِحَةِ الْكِتَابِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، أَنَّهُ سَمِعَ أَبَا السَّائِبِ مَوْلَى هِشَامِ بْنِ زُهْرَةَ يَقُولُ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَلَّى صَلاَةً لَمْ يَقْرَأْ فِيهَا بِأُمِّ الْقُرْآنِ فَهِيَ خِدَاجٌ ، هِيَ خِدَاجٌ ، هِيَ خِدَاجٌ غَيْرُ تَمَامٍ فَقُلْتُ : يَا أَبَا هُرَيْرَةَ إِنِّي أَحْيَانًا أَكُونُ وَرَاءَ الإِمَامِ ، فَغَمَزَ ذِرَاعِي وَقَالَ : اقْرَأْ بِهَا يَا فَارِسِيُّ فِي نَفْسِكَ فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : قَسَمْتُ الصَّلاَةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ فَنِصْفُهَا لِي وَنِصْفُهَا لِعَبْدِي ، وَلِعَبْدِي مَا سَأَلَ . قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْرَؤُوا يَقُولُ الْعَبْدُ : {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ} يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : حَمِدَنِي عَبْدِي . يَقُولُ الْعَبْدُ : {الرَّحْمَنِ الرَّحِيمِ} يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : أَثْنَى عَلَيَّ عَبْدِي . يَقُولُ الْعَبْدُ : {مَالِكِ يَوْمِ الدِّينِ} يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : مَجَّدَنِي عَبْدِي . يَقُولُ الْعَبْدُ : {إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ} فَهَذِهِ الآيَةُ بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ . يَقُولُ الْعَبْدُ : {اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} فَهَؤُلاَءِ لِعَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim namaz qılarkən “Quranın Anasını” (“əl-Fatihə” surəsini) oxumazsa, onun namazı naqisdir! Onun namazı naqisdir! Onun namazı naqisdir və tam deyil!” Mən dedim: “Ey Əbu Hureyra! Mən namazda imamın arxasında oluram”. O, əlini mənim əlimə vurdu və dedi: “Onu (“əl-Fatihə” surəsini) öz nəfsində oxu, ey farslı! Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Allah ﷿ belə buyurur: “Mən namazı Özümlə qulum arasında yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək”. Allah Elçisi ﷺ dedi: “Onu oxuyun! Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”- dedikdə Allah ﷿: “Qulum Mənə həmd-səna etdi”- deyir. O: “Mərhəmətli və Rəhmliyə”- dedikdə Allah ﷿: “Qulum Məni təriflədi”- deyir. O: “Haqq-hesab gününün Hökmdarına!”- dedikdə Allah ﷿: “Qulum Mənim şənimə təriflər söylədi”- deyir. Qul: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- dedikdə Allah buyurur: “Bu ayə Mənimlə qulum arasındadır, quluma dilədiyi veriləcək”. Qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox!”- dedikdə (Allah buyurur): “Bu ayələr qulum üçündür, quluma dilədiyi veriləcək!””

Əbu Hureyra
SəhihNəsəi, 909 (İftitah, 34)

Fəsil 24

Namazda “əl-Fatihə” surəsini oxumaq vacibdir

إِيجَابُ قِرَاءَةِ فَاتِحَةِ الْكِتَابِ فِي الصَّلاَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ مَحْمُودِ بْنُ الرَّبِيعِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ صَلاَةَ لِمَنْ لَمْ يَقْرَأْ بِفَاتِحَةِ الْكِتَابِ.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Namazda “əl-Fatihə” surəsini oxumayanın namazı yoxdur”.”

Ubadə ibn əs-Samit
SəhihNəsəi, 910 (İftitah, 35)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ مَحْمُودِ بْنُ الرَّبِيعِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ صَلاَةَ لِمَنْ لَمْ يَقْرَأْ بِفَاتِحَةِ الْكِتَابِ فَصَاعِدًا.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namazda “əl-Fatihə” və bir surə oxumayanın namazı kamil deyil”.”

Ubadə ibn əs-Samit
SəhihNəsəi, 911 (İftitah, 36)

Fəsil 25

“Kitabı Açanın” (“əl-Fatihə” surəsinin) fəziləti

فَضْلُ فَاتِحَةِ الْكِتَابِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنُ الْمُبَارَكِ الْمُخَرِّمِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنِ آدَمَ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ عَمَّارِ بْنُ رُزَيْقٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عِيسَى ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : بَيْنَمَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَعِنْدَهُ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ إِذْ سَمِعَ نَقِيضًا فَوْقَهُ ، فَرَفَعَ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ بَصَرَهُ إِلَى السَّمَاءِ ، فَقَالَ : هَذَا بَابٌ قَدْ فُتِحَ مِنَ السَّمَاءِ مَا فُتِحَ قَطُّ ، قَالَ : فَنَزَلَ مِنْهُ مَلَكٌ فَأَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : أَبْشِرْ بِنُورَيْنِ أُوتِيتَهُمَا لَمْ يُؤْتَهُمَا نَبِيٌّ قَبْلَكَ : فَاتِحَةِ الْكِتَابِ وَخَوَاتِيمِ سُورَةِ الْبَقَرَةِ لَمْ تَقْرَأْ حَرْفًا مِنْهُمَا إِلاَّ أُعْطِيتَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir gün Cəbrail ﵇ Allah Elçisinin ﷺ yanında idi. Bu zaman o, səmadan bir səs eşitdi. Cəbrail ﵇ gözlərini səmaya qaldırdı və dedi: “Bu, göydə açılan bir qapıdır və bundan qabaq heç vaxt açılmamışdır”. Bu zaman oradan bir mələk endi və Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Sənə verilən iki nura sevin! Bu iki nur səndən əvvəl heç bir peyğəmbərə verilməmişdir. (Bu iki nur) “əl-Fatihə” surəsi və “əl-Bəqərə” surəsinin son ayələridir. Onlardan oxuyacağın hər hərfə görə sənə əvəzi veriləcək!””

İbn Abbas
SəhihNəsəi, 912 (İftitah, 37)

Fəsil 26

Allahın ﷿ “Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik” (əl-Hicr, 87) kəlamının yozumu

تَأْوِيلُ قَوْلِ اللهِ عَزَّ وَجَلَّ : {وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي ، وَالْقُرْآنَ الْعَظِيمَ}

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ خُبَيْبِ بْنُ عَبْدِ الرَّحْمَنِ قَالَ : سَمِعْتُ حَفْصَ بْنِ عَاصِمٍ يُحَدِّثُ ، عَنْ أَبِي سَعِيدِ بْنَ الْمُعَلَّى ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِهِ وَهُوَ يُصَلِّي فَدَعَاهُ قَالَ : فَصَلَّيْتُ ثُمَّ أَتَيْتُهُ فَقَالَ : مَا مَنَعَكَ أَنَّ تُجِيبَنِي ؟ قَالَ : كُنْتُ أُصَلِّي . قَالَ : أَلَمْ يَقُلِ اللَّهُ عَزَّ وَجَلَّ : {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ} ، أَلاَ أُعَلِّمُكَ أَعْظَمَ سُورَةٍ قَبْلَ أَنْ أَخْرُجَ مِنَ الْمَسْجِدِ ؟ قَالَ : فَذَهَبَ لِيَخْرُجَ قُلْتُ : يَا رَسُولَ اللهِ ، قَوْلَكَ . قَالَ : {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ} هِيَ السَّبْعُ الْمَثَانِي الَّذِي أُوتِيتُ وَالْقُرْآنُ الْعَظِيمُ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Muallə ﵁ namaz qıldığı vaxt Peyğəmbər ﷺ onun yanından keçirdi və onu çağırdı. O dedi: “Mən namaz qıldım, sonra da onun yanına getdim. Peyğəmbər ﷺ dedi: “Mən çağırdıqda yanıma gəlməyə sənə nə mane oldu?” O dedi: “Mən namaz qılırdım”. O dedi: “Məgər Allahın: “Ey iman gətirənlər! Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin…”. (əl-Ənfal, 24) buyurduğunu eşitməmisənmi?! Məgər məsciddən çıxmazdan qabaq sənə ən əzəmətli surənin hansının olduğunu öyrətməyimi istəmirsənmi?” Peyğəmbər ﷺ məsciddən çıxmaq istədikdə mən ona dedim: “Ey Allahın Elçisi, (sən mənə əzəmətli bir surə) öyrədəcəkdin?!” O dedi: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” Bu təkrarlanan yeddi ayədir və mənə əzəmətli Quran verilmişdir”.”

Əbu Səid əl-Muallə
SəhihNəsəi, 913 (İftitah, 38)

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنُ جَعْفَرٍ ، عَنِ الْعَلاَءِ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ أُبَيِّ بْنِ كَعْبٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِي التَّوْرَاةِ ، وَلاَ فِي الإِنْجِيلِ مِثْلَ أُمِّ الْقُرْآنِ وَهِيَ السَّبْعُ الْمَثَانِي ، وَهِيَ مَقْسُومَةٌ بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ.

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ nə Tövratda, nə də İncildə “Quranın Anası” kimi bir (surə) endirməmişdir. O, yeddi təkrarlanan (ayədir). (Allah buyurur:) “Onu Özümlə qulum arasında böldüm. Quluma istədiyi var”.”

Ubey ibn Kəb
SəhihNəsəi, 914 (İftitah, 39)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُسْلِمٍ ، عَنْ سَعِيدِ بْنُ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : أُوتِيَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَبْعًا مِنَ الْمَثَانِي السَّبْعَ الطُّوَلَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbərə ﷺ (hər namazda) təkrarlanan yeddi ayə və yeddi uzun surə verilmişdir”.”

İbn Abbas
SəhihNəsəi, 915 (İftitah, 40)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ سَعِيدِ بْنُ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، فِي قَوْلِهِ عَزَّ وَجَلَّ : {سَبْعًا مِنَ الْمَثَانِي} قَالَ : السَّبْعُ الطُّوَلُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ Allahın ﷿ “Təkrarlanan yeddi ayəni...” (əl-Hicr, 87) sözü haqda demişdir: “İlk yeddi uzun surə deməkdir”.”

İbn Abbas
ZəifNəsəi, 916 (İftitah, 41)

Fəsil 27

Səssiz namazlarda imamın arxasında qiraəti tərk etmək

تَرْكُ الْقِرَاءَةِ خَلْفَ الإِمَامِ فِيمَا لَمْ يَجْهَرْ فِيهِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ ، عَنْ عِمْرَانَ بْنُ حُصَيْنٍ قَالَ : صَلَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ ، فَقَرَأَ رَجُلٌ خَلْفَهُ : {سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، فَلَمَّا صَلَّى قَالَ : مَنْ قَرَأَ {سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ؟ قَالَ رَجُلٌ : أَنَا . قَالَ : قَدْ عَلِمْتُ أَنَّ بَعْضَكُمْ قَدْ خَالَجَنِيهَا.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Peyğəmbər ﷺ Zöhr namazını qıldıqda bir nəfər onun arxasında “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsini) oxudu. O, namazı bitirdikdən sonra dedi: “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsini) kim oxuyurdu?” Həmin kişi: “Mən idim!”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Arxamda oxumağınız fikrimi qarışdırır”.”

İmran ibn Husayn
SəhihNəsəi, 917 (İftitah, 42)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ بْنِ أَوْفَى ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى صَلاَةَ الظُّهْرِ أَوِ الْعَصْرِ ، وَرَجُلٌ يَقْرَأُ خَلْفَهُ ، فَلَمَّا انْصَرَفَ قَالَ : أَيُّكُمْ قَرَأَ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ؟ فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ : أَنَا وَلَمْ أُرِدْ بِهَا إِلاَّ الْخَيْرَ . فَقَالَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : قَدْ عَرَفْتُ أَنَّ بَعْضَكُمْ قَدْ خَالَجَنِيهَا.

“İmran ibn Husayn ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr və ya Əsr namazını qıldıqda onun arxasında bir kişi (namazda Qurandan səsli şəkildə) oxuyurdu. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra dedi: “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsini) oxuyan kim idi?” Camaatdan olan bir kişi dedi: “Mən idim və bununla da yalnız xeyir istəyirdim”. Peyğəmbər ﷺ dedi: “Sizin oxumağınız məni namazdan yayındırdı”.”

İmran ibn Husayn
SəhihNəsəi, 918 (İftitah, 43)

Fəsil 28

Səsli namazlarda imamın arxasında Quranı səsli oxumağın tərk edilməsi

تَرْكُ الْقِرَاءَةِ خَلْفَ الإِمَامِ فِيمَا جَهَرَ بِهِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ ابْنِ أُكَيْمَةَ اللَّيْثِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ انْصَرَفَ مِنْ صَلاَةٍ جَهَرَ فِيهَا بِالْقِرَاءَةِ فَقَالَ : هَلْ قَرَأَ مَعِي أَحَدٌ مِنْكُمْ آنِفًا ؟ قَالَ رَجُلٌ : نَعَمْ يَا رَسُولَ اللهِ . قَالَ : إِنِّي أَقُولُ مَا لِي أُنَازَعُ الْقُرْآنَ قَالَ : فَانْتَهَى النَّاسُ عَنِ الْقِرَاءَةِ فِيمَا جَهَرَ فِيهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْقِرَاءَةِ مِنَ الصَّلاَةِ حِينَ سَمِعُوا ذَلِكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ səsli oxuduğu namazı bitirdikdən sonra bizə tərəf çevrilib dedi: “Sizdən biriniz mənimlə birlikdə oxuyurdumu?” Bir kişi dedi: “Bəli, (mən oxuyurdum), ey Allahın Elçisi!” O dedi: “Deyirəm axı, məni Quran oxuyanda çaşdıran nədir?!” Hədisin ravilərindən biri dedi: “Bunu eşidəndən sonra insanlar Allah Elçisinin ﷺ səsli oxuduğu namazlarda (onun arxasında Quran) oxumağı tərk etdilər”.”

Əbu Hureyra
SəhihNəsəi, 919 (İftitah, 44)

Fəsil 29

İmam “Quranın Anasını” (“əl-Fatihə” surəsini) səsli oxuduğu zaman arxasındakıların onu oxuması

قِرَاءَةُ أُمِّ الْقُرْآنِ خَلْفَ الإِمَامِ فِيمَا جَهَرَ بِهِ الإِمَامُ

أَخْبَرَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، عَنْ صَدَقَةَ ، عَنْ زَيْدِ بْنُ وَاقِدٍ ، عَنْ حَرَامِ بْنِ حَكِيمٍ ، عَنْ نَافِعِ بْنِ مَحْمُودِ بْنِ رَبِيعَةَ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْضَ الصَّلَوَاتِ الَّتِي يُجْهَرُ فِيهَا بِالْقِرَاءَةِ فَقَالَ : لاَ يَقْرَأَنَّ أَحَدٌ مِنْكُمْ إِذَا جَهَرْتُ بِالْقِرَاءَةِ إِلاَّ بِأُمِّ الْقُرْآنِ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə səsli namazlardan birini qıldırdıqdan sonra dedi: “Sizdən heç kim mənim səsli oxuduğum namazlarda “Kitabın Anasından” (“əl-Fatihə” surəsindən) başqa heç bir şeyi səsli oxumasın”.”

Ubadə ibn əs-Samit
ZəifNəsəi, 920 (İftitah, 45)

Fəsil 30

Allahın ﷿ “Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun”- kəlamının yozumu

تَأْوِيلُ قَوْلِهِ عَزَّ وَجَلَّ : {وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنْصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ}

أَخْبَرَنَا الْجَارُودُ بْنُ مُعَاذٍ التِّرْمِذِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنْ مُحَمَّدِ بْنُ عَجْلاَنَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا قَرَأَ فَأَنْصِتُوا ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ فَقُولُوا : اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, imam ona tabe olunması üçün təyin edilmişdir. O, təkbir etdikdə siz də təkbir edin. O oxuduqda siz susun! O: “Allah Ona həmd edəni eşitdi!”- dedikdə siz: “Allahım, ey Rəbbimiz, həmd Sənə məxsusdur!”- deyin”.”

Əbu Hureyra
SəhihNəsəi, 921 (İftitah, 46)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنُ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنِ سَعْدٍ الأَنْصَارِيُّ قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ عَجْلاَنَ ، عَنْ زَيْدِ بْنُ أَسْلَمَ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا قَرَأَ فَأَنْصِتُوا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : كَانَ الْمُخَرِّمِيُّ يَقُولُ : هُوَ ثِقَةٌ يَعْنِي مُحَمَّدَ بْنَ سَعْدٍ الأَنْصَارِيَّ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İmam ona tabe olunması üçün təyin edilmişdir. O, təkbir etdikdə siz də təkbir edin. O oxuduqda siz susun”.”

Əbu Hureyra
SəhihNəsəi, 922 (İftitah, 47)

Fəsil 31

İmama tabe olanın imamın qiraəti ilə kifayətlənməsi

اكْتِفَاءُ الْمَأْمُومِ بِقِرَاءَةِ الإِمَامِ

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ قَالَ : حَدَّثَنِي أَبُو الزَّاهِرِيَّةِ ، قَالَ : حَدَّثَنِي كَثِيرُ بْنُ مُرَّةَ الْحَضْرَمِيُّ ، عَنْ أَبِي الدَّرْدَاءِ سَمِعَهُ يَقُولُ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَفِي كُلِّ صَلاَةٍ قِرَاءَةٌ ؟ قَالَ : نَعَمْ قَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ : وَجَبَتْ هَذِهِ . فَالْتَفَتَ إِلَيَّ وَكُنْتُ أَقْرَبَ الْقَوْمِ مِنْهُ فَقَالَ : مَا أَرَى الإِمَامَ إِذَا أَمَّ الْقَوْمَ إِلاَّ قَدْ كَفَاهُمْ .. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَطَأٌ ، إِنَّمَا هُوَ قَوْلُ أَبِي الدَّرْدَاءِ ، وَلَمْ يُقْرَأْ هَذَا مَعَ الْكِتَابِ.

“Rəvayət edilir ki, Kəsir ibn Murra əl-Hədrami ﵀ demişdir: “Mən Əbud-Dərdənin belə dediyini eşitdim: “Allah Elçisindən ﷺ soruşdular: “Hər namazda qiraət varmı?” O: “Bəli”- dedi. Ənsardan olan bir kişi: “Bu vacibdir”- dedi. Ona tayfasından ən yaxın olan mən idim, ona görə mənə tərəf çevrilərək dedi: “İmam bir camaata imamlıq etdikdə onun qiraəti (digərlərinə) kifayət edir”. Əbu Abdur-Rahmən (ən-Nəsəi) ﵀ demişdir: “Bunu Allah Elçisinin ﷺ adından demək xətadır, belə ki, bu, Əbud-Dərdənin kitabdan deyil, öz hafizəsindən olan sözüdür”.”

Kəsir ibn Murra əl-Hədrami
SəhihNəsəi, 923 (İftitah, 48)

Fəsil 32

Qurandan heç nə bilməyən (namazda bunu) nə ilə əvəz edə bilər?

مَا يُجْزِئُ مِنَ الْقِرَاءَةِ لِمَنْ لاَ يُحْسِنُ الْقُرْآنَ

أَخْبَرَنَا يُوسُفُ بْنُ عِيسَى ، وَمَحْمُودُ بْنُ غَيْلاَنَ ، عَنِ الْفَضْلِ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ ، عَنْ إِبْرَاهِيمَ السَّكْسَكِيِّ ، عَنْ ابْنِ أَبِي أَوْفَى قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : إِنِّي لاَ أَسْتَطِيعُ أَنْ آخُذَ شَيْئًا مِنَ الْقُرْآنِ فَعَلِّمْنِي شَيْئًا يُجْزِئُنِي مِنَ الْقُرْآنِ . فَقَالَ : قُلْ : سُبْحَانَ اللَّهُ ، وَالْحَمْدُ لِلَّهِ ، وَلاَ إِلَهَ إِلاَّ اللهِ ، وَاللَّهُ أَكْبَرُ ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ.

“Rəvayət edilir ki, İbn Əbu Əufə ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mən Qurandan bir şey yadda saxlaya bilmirəm. Mənə (namazda) Qurandan olanları əvəz edəcək bir şey öyrət”. Allah Elçisi ﷺ dedi: “De: “Allah pak və müqəddəsdir! Həmd Allahadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Allah ən Böyükdür! Qüdrət və güc yalnız Allahdadır!””

İbn Əbu Əufə
HəsənNəsəi, 924 (İftitah, 49)

Fəsil 33

Namazda imamın “Amin” sözünü səsli deməsi

جَهْرُ الإِمَامِ بِآمِينَ

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنِ الزُّبَيْدِيِّ ، قَالَ : أَخْبَرَنِي الزُّهْرِيُّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أَمَّنَ الْقَارِئُ فَأَمِّنُوا ؛ فَإِنَّ الْمَلاَئِكَةَ تُؤَمِّنُ ، فَمَنْ وَافَقَ تَأْمِينُهُ تَأْمِينَ الْمَلاَئِكَةَ غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İmam “Amin” dedikdə siz də “Amin” deyin. Həqiqətən də, mələklər “Amin” deyirlər. Kimin “Amin” deməsi mələklərin “Amin” deməsi ilə üst-üstə düşərsə, Allah onun keçmiş günahlarını bağışlayar”.”

Əbu Hureyra
SəhihNəsəi, 925 (İftitah, 50)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنُ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا أَمَّنَ الْقَارِئُ فَأَمِّنُوا ؛ فَإِنَّ الْمَلاَئِكَةَ تُؤَمِّنُ ، فَمَنْ وَافَقَ تَأْمِينُهُ تَأْمِينَ الْمَلاَئِكَةَ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İmam: “Amin” dedikdə siz də “Amin” deyin. Həqiqətən, mələklər də “Amin” deyirlər. Kimin “Amin” deməsi mələklərin “Amin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihNəsəi, 926 (İftitah, 51)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ قَالَ : حَدَّثَنِي مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنُ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا قَالَ الإِمَامُ {غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} فَقُولُوا : آمِينَ ؛ فَإِنَّ الْمَلاَئِكَةَ تَقُولُ : آمِينَ ، وَإِنَّ الإِمَامُ يَقُولُ : آمِينَ ، فَمَنْ وَافَقَ تَأْمِينُهُ تَأْمِينَ الْمَلاَئِكَةَ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İmam “Nemət bəxş etdiyin şəxslərin yoluna; qəzəbə uğramışların və azmışların yoluna deyil!” (əl-Fatihə, 7)” - dedikdə siz “Amin” deyin. Həqiqətən, mələklər də “Amin” deyirlər, imam da “Amin” deyir. Kimin “Amin” deməsi mələklərin “Amin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihNəsəi, 927 (İftitah, 52)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدٍ ، وَأَبِي سَلَمَةَ أَنَّهُمَا أَخْبَرَاهُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا أَمَّنَ الإِمَامُ فَأَمِّنُوا ؛ فَإِنَّهُ مَنْ وَافَقَ تَأْمِينُهُ تَأْمِينَ الْمَلاَئِكَةِ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مَنْ ذَنْبِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İmam “Amin”- dedikdə siz də “Amin” deyin. Kimin “Amin” deməsi mələklərin “Amin” deməsi ilə üst-üstə düşərsə, keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihNəsəi, 928 (İftitah, 53)

Fəsil 34

İmamın arxasında “Amin” deməyin əmr edilməsi

بَابُ الأَمْرِ بِالتَّأْمِينِ خَلْفَ الإِمَامِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا قَالَ الإِمَامُ : {غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} فَقُولُوا : آمِينَ ؛ فَإِنَّهُ مَنْ وَافَقَ قَوْلُهُ قَوْلَ الْمَلاَئِكَةِ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مَنْ ذَنْبِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İmam: “Nemət bəxş etdiyin şəxslərin yoluna; qəzəbə uğramışların və azmışların yoluna deyil!” (əl-Fatihə, 7)”- dedikdə siz də “Amin” deyin. Kimin (“Amin”) deməsi mələklərin deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihNəsəi, 929 (İftitah, 54)

Fəsil 35

“Amin” deməyin fəziləti

فَضْلُ التَّأْمِينِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا قَالَ أَحَدُكُمْ : آمِينَ وَقَالَتِ الْمَلاَئِكَةُ فِي السَّمَاءِ : آمِينَ فَوَافَقَتْ إِحْدَاهُمَا الأُخْرَى غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz “Amin” dedikdə səmadakı mələklər də “Amin” deyir. Birinizin (“Amin” deməsi) onların deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihNəsəi, 930 (İftitah, 55)

Fəsil 36

Namazda imama tabe olanın asqırdıqda dediyi söz

قَوْلُ الْمَأْمُومِ إِذَا عَطَسَ خَلْفَ الإِمَامِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا رِفَاعَةُ بْنُ يَحْيَى بْنُ عَبْدِ اللهِ بْنِ رِفَاعَةُ بْنِ رَافِعٍ ، عَنْ عَمِّ أَبِيهِ مُعَاذِ بْنِ رِفَاعَةَ بْنِ رَافِعٍ ، عَنْ أَبِيهِ قَالَ : صَلَّيْتُ خَلْفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَطَسْتُ فَقُلْتُ : الْحَمْدُ لِلَّهِ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ مُبَارَكًا عَلَيْهِ ، كَمَا يُحِبُّ رَبُّنَا وَيَرْضَى ، فَلَمَّا صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ انْصَرَفَ فَقَالَ : مَنَ الْمُتَكَلِّمُ فِي الصَّلاَةِ ؟ فَلَمْ يُكَلِّمْهُ أَحَدٌ ، ثُمَّ قَالَهَا الثَّانِيَةَ : مَنَ الْمُتَكَلِّمُ فِي الصَّلاَةِ ؟ فَقَالَ رِفَاعَةُ بْنُ رَافِعِ ابْنِ عَفْرَاءَ : أَنَا يَا رَسُولُ اللهِ . قَالَ : كَيْفَ قُلْتَ ؟ قَالَ : قُلْتَ الْحَمْدُ لِلَّهِ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ مُبَارَكًا عَلَيْهِ كَمَا يُحِبُّ رَبُّنَا وَيَرْضَى ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ لَقَدْ ابْتَدَرَهَا بِضْعَةٌ وَثَلاَثُونَ مَلَكًا أَيُّهُمْ يَصْعَدُ بِهَا.

“Muaz ibn Rifəa ibn Rafi atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ arxasında namaz qıldıqda asqırıb dedim: “Allaha həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd, bərəkət Ondandır, Rəbbimizin sevdiyi və razı olduğu həmd!” Allah Elçisi ﷺ namazı bitirdikdən sonra çevrilib dedi: “Namazda o kəlmələri deyən kim idi?” Heç kəs dinmədi. Sonra ikinci dəfə soruşdu: “Namazda o kəlmələri deyən kim idi?” Rifəa ibn Rafi ibn Afraə dedi: “Mən idim, ey Allahın Elçisi!” O dedi: “Necə demişdin (təkrar et)?” O (təkrar edərək) dedi: “Allaha həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd, bərəkət Ondandır, Rəbbimizin sevdiyi və razı olduğu həmd!” Peyğəmbər ﷺ dedi: “Canım Əlində Olana and olsun! Artıq otuzdan çox mələk bu kəlmələri hansının qaldırması üçün yarışdılar”.”

Muaz ibn Rifəa ibn Rafi atasından
HəsənNəsəi, 931 (İftitah, 56)

أَخْبَرَنَا عَبْدُ الْحَمِيدِ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدُ الْجَبَّارِ بْنُ وَائِلٍ ، عَنْ أَبِيهِ ، قَالَ : صَلَّيْتُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا كَبَّرَ رَفَعَ يَدَيْهِ أَسْفَلَ مِنْ أُذُنَيْهِ ، فَلَمَّا قَرَأَ {غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} قَالَ : آمِينَ . فَسَمِعْتُهُ وَأَنَا خَلْفَهُ قَالَ : فَسَمِعَ رَسُولِ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً يَقُولُ : الْحَمْدُ لِلَّهِ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ ، فَلَمَّا سَلَّمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ صَلاَتِهِ قَالَ : مِنْ صَاحِبُ الْكَلِمَةِ فِي الصَّلاَةِ ؟ فَقَالَ الرَّجُلُ : أَنَا يَا رَسُولُ اللهِ ، وَمَا أَرَدْتُ بِهَا بَأْسًا . قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَقَدْ ابْتَدَرَهَا اثْنَا عَشَرَ مَلَكًا ، فَمَا نَهْنَهَهَا شَيْءٌ دُونَ الْعَرْشِ.

“Abdul-Cabbar ibn Vail atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ arxasında namaz qıldım. Təkbir etdikdə əllərini qulaqlarının alt hissəsinə qədər qaldırdı. “Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!” (əl-Fatihə, 7)”- dedikdə “Amin” dedi. Mən onun arxasında olduğum üçün bunu eşitdim. Allah Elçisi ﷺ bir kişinin namazda belə dediyini eşitdi: “Allaha həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!” Peyğəmbər ﷺ namazında salam verdikdən sonra belə dedi: “Namazda deyilən sözləri kim dedi?” Həmin kişi dedi: “Mən idim, ey Allahın Elçisi! Pis bir şey demək istəyim yox idi”. Peyğəmbər ﷺ buyurdu: “Artıq bu kəlmələri qaldırmaq üçün on iki mələk yarışdı və Ərşin altına qalxana kimi onların qarşısında heç kim dayanmadı”. (“Onların qarşısında heç kim dayanmadı” sözü zəifdir).”

Abdul-Cabbar ibn Vail atasından
SəhihNəsəi, 932 (İftitah, 57)

Fəsil 37

Quranda olanları cəm etmək

جَامِعُ مَا جَاءَ فِي الْقُرْآنِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ هِشَامِ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : سَأَلَ الْحَارِثُ بْنِ هِشَامِ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ يَأْتِيكَ الْوَحْيُ ؟ قَالَ : فِي مِثْلِ صَلْصَلَةِ الْجَرَسِ ، فَيَفْصِمُ عَنِّي ، وَقَدْ وَعَيْتُ عَنْهُ وَهُوَ أَشَدُّهُ عَلَيَّ ، وَأَحْيَانًا يَأْتِينِي فِي مِثْلِ صُورَةِ الْفَتَى فَيَنْبِذُهُ إِلَيَّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Haris ibn Hişəm Allah Elçisindən ﷺ soruşdu: “Vəhy sənə necə gəlir?” Allah Elçisi ﷺ buyurdu: “Vəhy mənə zınqırov səsi kimi gəlir. Mən də onu (yadımda) saxlayıram. Mənə ən ağır gələni də budur. Bəzən də mələk mənim yanıma cavan oğlan surətində gəlir və mənə vəhy gətirir”.”

Aişə
SəhihNəsəi, 933 (İftitah, 58)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ هِشَامِ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ الْحَارِثَ بْنُ هِشَامِ سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ يَأْتِيكَ الْوَحْيُ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَحْيَانًا يَأْتِينِي فِي مِثْلِ صَلْصَلَةِ الْجَرَسِ وَهُوَ أَشَدُّهُ عَلَيَّ فَيَفْصِمُ عَنِّي ، وَقَدْ وَعَيْتُ مَا قَالَ ، وَأَحْيَانًا يَتَمَثَّلُ لِي الْمَلَكُ رَجُلاً فَيُكَلِّمُنِي فَأَعِي مَا يَقُولُ قَالَتْ عَائِشَةُ : وَلَقَدْ رَأَيْتُهُ يَنْزِلُ عَلَيْهِ فِي الْيَوْمِ الشَّدِيدِ الْبَرْدِ فَيَفْصِمُ عَنْهُ وَإِنَّ جَبِينَهُ لَيَتَفَصَّدُ عَرَقًا.

“Aişə ﵂ rəvayət edir ki, Haris ibn Hişəm Allah Elçisindən ﷺ soruşdu: “Vəhy sənə necə gəlir?” Allah Elçisi ﷺ buyurdu: “Vəhy hərdən mənə zınqırov səsi kimi gəlir. Bu da mənə ən ağır olandır. Məndən bu hal çıxıb getdikdə artıq, mən mələyin mənə dediklərini yadda saxlayıram. Vəhy hərdən mənə mələk olan bir kişinin misalında gəlir. (Bu kişi) mənimlə danışır və mən də onun dediklərini yadda saxlayıram”. Aişə dedi: “Mən Allah Elçisinə ﷺ çox soyuq bir gündə vəhyin nazil olmasını görmüşdüm. Bu hal ondan çıxıb getdikdə onun alnından tər axırdı”.”

Aişə
SəhihNəsəi, 934 (İftitah, 59)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ مُوسَى بْنِ أَبِي عَائِشَةَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، فِي قَوْلِهِ عَزَّ وَجَلَّ : {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ} قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَالِجُ مِنَ التَّنْزِيلِ شِدَّةً وَكَانَ يُحَرِّكُ شَفَتَيْهِ ، قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ} قَالَ : جَمْعَهُ فِي صَدْرِكَ ، ثُمَّ تَقْرَؤُهُ . {فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ} قَالَ : فَاسْتَمِعْ لَهُ وَأَنْصِتْ . فَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَتَاهُ جِبْرِيلُ اسْتَمَعَ فَإِذَا انْطَلَقَ قَرَأَهُ كَمَا أَقْرَأَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ Allahın ﷿ “Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. (əl-Qiyamə, 16-17) bu ayələri haqda demişdir: “Peyğəmbər ﷺ Quran nazil olanda dodağını tələsik tərpədirdi. Allah ﷿ buyurdu: “Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. (əl-Qiyamə, 16-17). O buyurdu: “Biz onu sənin qəlbində cəm edərik, sonra onu oxuyarsan: “Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə”. (əl-Qiyamə, 18). O dedi: “Ona qulaq as və sus!” Cəbrail Allah Elçisinin ﷺ yanına gələndə Cəbrailə qulaq asardı. O getdikdə onun oxuduğu kimi oxuyardı”.”

İbn Abbas
SəhihNəsəi, 935 (İftitah, 60)

أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيٍّ قَالَ : أَنْبَأَنَا عَبْدُ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ ابْنِ مَخْرَمَةَ ، أَنَّ عُمَرَ بْنُ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : سَمِعْتُ هِشَامَ بْنَ حَكِيمِ بْنَ حِزَامٍ يَقْرَأُ سُورَةَ الْفُرْقَانِ ، فَقَرَأَ فِيهَا حُرُوفًا لَمْ يَكُنْ نَبِيُّ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَقْرَأَنِيهَا ، قُلْتُ : مَنْ أَقْرَأَكَ هَذِهِ السُّورَةَ ؟ قَالَ : رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . قُلْتُ : كَذَبْتَ . مَا هَكَذَا أَقْرَأَكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَخَذْتُ بِيَدِهِ أَقُودُهُ إِلَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولِ اللَّهُ ، إِنَّكَ أَقْرَأْتَنِي سُورَةَ الْفُرْقَانِ ، وَإِنِّي سَمِعْتُ هَذَا يَقْرَأُ فِيهَا حُرُوفًا لَمْ تَكُنْ أَقْرَأْتَنِيهَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْرَأْ يَا هِشَامُ . فَقَرَأَ كَمَا كَانَ يَقْرَأُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هَكَذَا أُنْزِلَتْ . ثُمَّ قَالَ اقْرَأْ يَا عُمَرُ . فَقَرَأْتُ فَقَالَ : هَكَذَا أُنْزِلَتْ . ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الْقُرْآنَ أُنْزِلَ عَلَى سَبْعَةِ أَحْرُفٍ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Hişam ibn Həkim ibn Hizəmin “əl-Furqan” surəsini oxuduğunu eşitdim. O oxuduqda Allahın Peyğəmbərindən ﷺ eşitmədiyim hərflərlə oxuyurdu. Mən ona dedim: “Bu surəni belə oxumağı sənə kim öyrədib?” O dedi: “Allah Elçisi ﷺ!” Mən dedim: “Yalan deyirsən! Allah Elçisi ﷺ bunu sənə oxumayıb”. Mən onun əlindən tutub Allah Elçisinin ﷺ yanına apardım və dedim: “Ey Allahın Elçisi! Həqiqətən, sən mənə “əl-Furqan” surəsini oxumuşdun. Amma bunun oxunuşunda sənin oxumadığın hərflərlə oxuduğunu eşitdim”. Allah Elçisi ﷺ dedi: “Ey Hişəm, oxu!” O da əvvəlki kimi oxudu. Allah Elçisi ﷺ dedi: “Bu (surə) belə nazil olub”. Sonra dedi: “Oxu, ey Ömər!” Mən də oxudum. O dedi: “Bu (surə) belə nazil olub”. Sonra Allah Elçisi ﷺ dedi: “Həqiqətən, Quran yeddi hərf (qiraət, oxunuş, ləhcə) üzrə nazil edilmişdir”.”

Ömər ibn əl-Xattab
SəhihNəsəi, 936 (İftitah, 61)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنُ الزُّبَيْرِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنُ عَبْدٍ الْقَارِيِّ ، قَالَ : سَمِعْتُ عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ : سَمِعْتُ هِشَامَ بْنِ حَكِيمٍ يَقْرَأُ سُورَةَ الْفُرْقَانِ عَلَى غَيْرِ مَا أَقْرَؤُهَا عَلَيْهِ ، وَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَقْرَأَنِيهَا فَكِدْتُ أَنْ أَعْجَلَ عَلَيْهِ ، ثُمَّ أَمْهَلْتُهُ حَتَّى انْصَرَفَ ، ثُمَّ لَبَّبْتُهُ بِرِدَائِهِ ، فَجِئْتُ بِهِ إِلَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ : يَا رَسُولِ اللَّهُ ، إِنِّي سَمِعْتُ هَذَا يَقْرَأُ سُورَةَ الْفُرْقَانِ عَلَى غَيْرِ مَا أَقْرَأْتَنِيهَا ، فَقَالَ لَهُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْرَأْ . فَقَرَأَ الْقِرَاءَةَ الَّتِي سَمِعْتُهُ يَقْرَأُ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هَكَذَا أُنْزِلَتْ . ثُمَّ قَالَ لِيَ : اقْرَأْ . فَقَرَأْتُ فَقَالَ : هَكَذَا أُنْزِلَتْ إِنَّ هَذَا الْقُرْآنَ أُنْزِلَ عَلَى سَبْعَةِ أَحْرُفٍ ، فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنْهُ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Hişam ibn Həkimin “əl-Furqan” surəsini Allah Elçisinin ﷺ mənə öyrətdiyi oxunuşdan fərqli şəkildə oxuduğunu eşitdim. Az qaldı ki, üstünə gedəcəkdim, amma namazı bitirənə qədər gözlədim. Sonra onu paltarından tutub özümə çəkdim və Allah Elçisinin ﷺ yanına getdik. Mən dedim: “Ey Allahın Elçisi, bunun “əl-Furqan” surəsini sənin mənə öyrətdiyin oxunuşdan fərqli şəkildə oxuduğunu eşitdim”. Allah Elçisi ﷺ ona: “Oxu!” dedi. O da ondan eşitdiyim şəkildə oxudu. Allah Elçisi ﷺ dedi: “Bu (surə) belə nazil olmuşdur”. Sonra mənə: “Oxu!” dedi. Mən də oxudum. O dedi: “Bu (surə) belə də nazil olmuşdur. Bu Quran yeddi hərf (qiraət, oxunuş, ləhcə) üzərində nazil olmuşdur. Sizə asan olanını oxuyun”.”

Ömər ibn əl-Xattab
SəhihNəsəi, 937 (İftitah, 62)

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنُ شِهَابٍ قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّ الْمِسْوَرَ بْنُ مَخْرَمَةَ ، وَعَبْدَ الرَّحْمَنِ بْنُ عَبْدٍ الْقَارِيَّ أَخْبَرَاهُ ، أَنَّهُمَا سَمِعَا عُمَرَ بْنَ الْخَطَّابِ يَقُولُ : سَمِعْتُ هِشَامَ بْنَ حَكِيمٍ يَقْرَأُ سُورَةَ الْفُرْقَانِ فِي حَيَاةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاسْتَمَعْتُ لِقِرَاءَتِهِ ، فَإِذَا هُوَ يَقْرَؤُهَا عَلَى حُرُوفٍ كَثِيرَةٍ لَمْ يُقْرِئْنِيهَا رَسُولِ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَكِدْتُ أُسَاوِرُهُ فِي الصَّلاَةِ فَتَصَبَّرْتُ حَتَّى سَلَّمَ ، فَلَمَّا سَلَّمَ لَبَّبْتُهُ بِرِدَائِهِ فَقُلْتُ : مَنْ أَقْرَأَكَ هَذِهِ السُّورَةَ الَّتِي سَمِعْتُكَ تَقْرَؤُهَا ؟ فَقَالَ : أَقْرَأَنِيهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . فَقُلْتُ : كَذَبْتَ ، فَوَاللَّهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هُوَ أَقْرَأَنِي هَذِهِ السُّورَةَ الَّتِي سَمِعْتُكَ تَقْرَؤُهَا ، فَانْطَلَقْتُ بِهِ أَقُودُهُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ : يَا رَسُولِ اللَّهُ ، إِنِّي سَمِعْتُ هَذَا يَقْرَأُ سُورَةَ الْفُرْقَانِ عَلَى حُرُوفٍ لَمْ تُقْرِئْنِيهَا ، وَأَنْتَ أَقْرَأْتَنِي سُورَةَ الْفُرْقَانِ . فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَرْسِلْهُ يَا عُمَرُ ، اقْرَأْ يَا هِشَامُ . فَقَرَأَ عَلَيْهِ الْقِرَاءَةَ الَّتِي سَمِعْتُهُ يَقْرَؤُهَا قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هَكَذَا أُنْزِلَتْ . ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْرَأْ يَا عُمَرُ . فَقَرَأْتُ الْقِرَاءَةَ الَّتِي أَقْرَأَنِي ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هَكَذَا أُنْزِلَتْ . ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ هَذَا الْقُرْآنَ أُنْزِلَ عَلَى سَبْعَةِ أَحْرُفٍ ، فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنْهُ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ sağ olan vaxt Hişam ibn Həkimin “əl-Furqan” surəsini oxuduğunu eşitdim. Onun qiraətinə qulaq asdım. O oxuduqda bir çox hərfi mənim Allah Elçisindən ﷺ eşitmədiyim şəkildə oxuyurdu. Az qaldı ki, o, namazda ikən üstünə gedəcəkdim, amma salam verənə qədər səbir edib özümü saxladım. Salam verdikdə onu paltarından tutaraq özümə tərəf dartıb dedim: “Səndən eşitdiyim bu surəni kim sənə öyrədib ki, belə oxuyursan?!” O dedi: “Bunu mənə Allah Elçisi ﷺ öyrədib”. Mən dedim: “Yalan deyirsən! Vallahi, Allah Elçisi ﷺ bu surəni mənə sənin oxuduğundan fərqli şəkildə öyrədib”. Onu Allah Elçisinin ﷺ yanına aparıb dedim: “Ey Allahın Elçisi, bunun “əl-Furqan” surəsini sənin mənə öyrətdiyin oxunuşdan fərqli şəkildə oxuduğunu eşitdim”. Allah Elçisi ﷺ dedi: “Onu mənim yanıma göndər, ey Ömər!” (Allah Elçisi ﷺ ona dedi:) “Oxu!” O da ondan eşitdiyim şəkildə oxudu. Allah Elçisi ﷺ dedi: “Bu (surə) belə nazil olmuşdur”. Sonra mənə dedi: “Oxu!” Mən də həmişə oxuduğum qiraətlə oxudum. Allah Elçisi ﷺ dedi: “Bu (surə) belə də nazil olmuşdur”. Sonra Allah Elçisi ﷺ buyurdu: “Bu Quran yeddi hərf (qiraət, oxunuş, ləhcə) üzərində nazil olmuşdur. Sizə asan olanını oxuyun”.”

Ömər ibn əl-Xattab
SəhihNəsəi, 938 (İftitah, 63)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ غُنْدَرٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ مُجَاهِدٍ ، عَنِ ابْنِ أَبِي لَيْلَى ، عَنْ أَبِي بْنِ كَعْبٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ عِنْدَ أَضَاةِ بَنِي غِفَارٍ ، فَأَتَاهُ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ فَقَالَ : إِنَّ اللَّهُ عَزَّ وَجَلَّ يَأْمُرُكَ أَنَّ تُقْرِئَ أُمَّتَكَ الْقُرْآنَ عَلَى حَرْفٍ . قَالَ : أَسْأَلُ اللَّهَ مُعَافَاتَهُ وَمَغْفِرَتَهُ ، وَإِنَّ أُمَّتِي لاَ تُطِيقُ ذَلِكَ. ثُمَّ أَتَاهُ الثَّانِيَةَ فَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَأْمُرُكَ أَنْ تُقْرِئَ أُمَّتَكَ الْقُرْآنَ عَلَى حَرْفَيْنِ . قَالَ : أَسْأَلُ اللَّهَ مُعَافَاتَهُ وَمَغْفِرَتَهُ ، وَإِنَّ أُمَّتِي لاَ تُطِيقُ ذَلِكَ . ثُمَّ جَاءَهُ الثَّالِثَةَ فَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَأْمُرُكَ أَنْ تُقْرِئَ أُمَّتَكَ الْقُرْآنَ عَلَى ثَلاَثَةِ أَحْرُفٍ . فَقَالَ : أَسْأَلُ اللَّهَ مُعَافَاتَهُ وَمَغْفِرَتَهُ ، وَإِنَّ أُمَّتِي لاَ تُطِيقُ ذَلِكَ . ثُمَّ جَاءَهُ الرَّابِعَةَ فَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَأْمُرُكَ أَنْ تُقْرِئَ أُمَّتَكَ الْقُرْآنَ عَلَى سَبْعَةِ أَحْرُفٍ ، فَأَيُّمَا حَرْفٍ قَرَؤُوا عَلَيْهِ فَقَدْ أَصَابُوا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا الْحَدِيثُ خُولِفَ فِيهِ الْحَكَمُ ، خَالَفَهُ مَنْصُورُ بْنُ الْمُعْتَمِرِ ، رَوَاهُ عَنْ مُجَاهِدٍ ، عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ مُرْسَلاً

“Ubey ibn Kəb ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Bəni Ğifar tayfasının yanında idi. Bu zaman Cəbrail ﵇ gəlib dedi: “Həqiqətən, Allah ﷿ sənə əmr edir ki, ümmətinə Quranı bir ləhcə ilə oxuyasan”. Peyğəmbər ﷺ dedi: “Allahdan salamatlıq və bağışlanma istəyirəm. Ümmətimin buna gücü çatmayacaq”. Sonra ikinci dəfə gəlib dedi: “Həqiqətən, Allah ﷿ sənə əmr edir ki, ümmətinə Quranı iki ləhcə ilə oxuyasan”. Peyğəmbər ﷺ dedi: “Allahdan salamatlıq və bağışlanma istəyirəm. Ümmətimin buna gücü çatmayacaq”. Sonra üçüncü dəfə gəlib dedi: “Həqiqətən, Allah ﷿ sənə əmr edir ki, ümmətinə Quranı üç ləhcə ilə oxuyasan”. Peyğəmbər ﷺ dedi: “Allahdan salamatlıq və bağışlanma istəyirəm. Ümmətimin buna gücü çatmayacaq”. Sonra dördüncü dəfə gəlib dedi: “Həqiqətən, Allah ﷿ sənə əmr edir ki, ümmətinə Quranı yeddi ləhcə ilə oxuyasan. Hansı ləhcə ilə oxusalar, düz oxumuş olarlar”.”

Ubey ibn Kəb
SəhihNəsəi, 939 (İftitah, 64)

أَخْبَرَنِي عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو جَعْفَرِ بْنُ نُفَيْلٍ قَالَ : قَرَأْتُ عَلَى مَعْقِلِ بْنُ عُبَيْدِ اللهِ ، عَنْ عِكْرِمَةَ بْنُ خَالِدٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ أُبَيِّ بْنِ كَعْبٍ قَالَ : أَقْرَأَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُورَةً فَبَيْنَا أَنَا فِي الْمَسْجِدِ جَالِسٌ إِذْ سَمِعْتُ رَجُلاً يَقْرَؤُهَا يُخَالِفُ قِرَاءَتِي فَقُلْتُ لَهُ : مَنْ عَلَّمَكَ هَذِهِ السُّورَةَ ؟ فَقَالَ : رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . فَقُلْتُ : لاَ تُفَارِقْنِي حَتَّى نَأْتِيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَتَيْتُهُ فَقُلْتُ : يَا رَسُولُ اللهِ ، هَذَا خَالَفَ قِرَاءَتِي فِي السُّورَةَ الَّتِي عَلَّمْتَنِي فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْرَأْ يَا أُبَيُّ . فَقَرَأْتُهَا ، فَقَالَ لِي رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَحْسَنْتَ . ثُمَّ قَالَ لِلرَّجُلِ : اقْرَأْ . فَقَرَأَ فَخَالَفَ قِرَاءَتِي فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَحْسَنْتَ . ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا أُبَيُّ إِنَّهُ أُنْزِلَ الْقُرْآنُ عَلَى سَبْعَةِ أَحْرُفٍ كُلُّهُنَّ شَافٍ كَافٍ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : مَعْقِلُ بْنُ عُبَيْدِ اللهِ لَيْسَ بِذَلِكَ الْقَوِيِّ.

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə bir surə oxudu. Mən məsciddə oturarkən bir nəfərin həmin surəni mənim bildiyim ləhcəyə müxalif şəkildə - başqa cür oxuduğunu eşitdim. Mən ona dedim: “Bu surəni sənə kim öyrədib?” O dedi: “Allah Elçisi ﷺ!” Mən dedim: “Məndən ayrılma! Gedək Allah Elçisinin ﷺ yanına”. Mən onunla Allah Elçisinin ﷺ yanına getdim və dedim: “Ey Allahın Elçisi, bu sənin mənə öyrətdiyin surənin ləhcəsinə müxalif olur”. O: “Oxu, ey Ubey!”- dedi. Mən də həmin surəni oxudum. Allah Elçisi ﷺ mənə dedi: “Əhsən!” Sonra o biri kişiyə: “Oxu!”- dedi. O da mənim ləhcəmə müxalif şəkildə oxudu. Allah Elçisi ﷺ ona da: “Əhsən!”- dedi. Sonra Allah Elçisi ﷺ buyurdu: “Ey Ubey! Həqiqətən, Quran yeddi ləhcə üzərində nazil olmuşdur. Hamısı da şəfadır və kifayət edəndir”.”

Ubey ibn Kəb
SəhihNəsəi, 940 (İftitah, 65)

أَخْبَرَنِي يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ ، عَنْ أُبَيٍّ ، قَالَ : مَا حَاكَ فِي صَدْرِي مُنْذُ أَسْلَمْتُ إِلاَّ أَنِّي قَرَأْتُ آيَةً وَقَرَأَهَا آخَرُ غَيْرَ قِرَاءَتِي ، فَقُلْتُ : أَقْرَأَنِيهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَقَالَ الآخَرُ : أَقْرَأَنِيهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ : يَا نَبِيَّ اللَّهُ أَقْرَأْتَنِي آيَةَ كَذَا وَكَذَا . قَالَ : نَعَمْ . وَقَالَ الآخَرُ : أَلَمْ تُقْرِئْنِي آيَةَ كَذَا وَكَذَا ؟ قَالَ : نَعَمْ إِنَّ جِبْرِيلَ وَمِيكَائِيلَ عَلَيْهِمَا السَّلاَمُ أَتَيَانِي ، فَقَعَدَ جِبْرِيلَ عَنْ يَمِينِي وَمِيكَائِيلَ عَنْ يَسَارِي ، فَقَالَ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ : اقْرَأِ الْقُرْآنَ عَلَى حَرْفٍ . قَالَ مِيكَائِيلُ : اسْتَزِدْهُ اسْتَزِدْهُ حَتَّى بَلَغَ سَبْعَةَ أَحْرُفٍ فَكُلُّ حَرْفٍ شَافٍ كَافٍ.

“Rəvayət edilir ki, Ubey ﵁ demişdir: “İslamı qəbul etdikdən sonra mənim qəlbimə heç bir şəkk-şübhə düşməmişdi, lakin bu ayəni başqa birisi başqa bir şəkildə oxuduqdan sonra düşdü. Mən dedim: “Bu ayəni Allah Elçisi ﷺ mənə oxuyub”. O biri dedi: “Mənə də Allah Elçisi ﷺ oxuyub”. Mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “Ey Allahın Peyğəmbəri! Sən mənə ayələri bu və bu şəkildə oxumadınmı?” O: “Bəli”- dedi. O biri dedi: “Sən mənə ayələri bu və bu şəkildə oxumadınmı?” Peyğəmbər ﷺ dedi: “Bəli. Həqiqətən, Cəbrail və Mikail ﵇ mənim yanıma gəldilər. Cəbrail mənim sağımda, Mikail də solumda oturdular. Cəbrail ﵇ dedi: “Quranı bir ləhcə üzərində oxu!” Mikail dedi: “Artır, yeddi ləhcəyə qədər artır! Hər ləhcə şəfadır və kifayət edəndir”.”

Ubey
SəhihNəsəi, 941 (İftitah, 66)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَثَلُ صَاحِبِ الْقُرْآنِ كَمَثَلِ الإِبِلِ الْمُعَقَّلَةِ ، إِذَا عَاهَدَ عَلَيْهَا أَمْسَكَهَا ، وَإِنْ أَطْلَقَهَا ذَهَبَتْ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Quranı əzbər bilənin misalı dəvəsi bağlı olanın misalı kimidir. Əgər onu qoruyarsa, onu əlində saxlaya bilər. Əgər onu boşuna buraxarsa, çıxıb gedər”.”

İbn Ömər
SəhihNəsəi, 942 (İftitah, 67)

أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَبْدِ اللهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : بِئْسَمَا لأَحَدِهِمْ أَنْ يَقُولَ : نَسِيتُ آيَةَ كَيْتَ وَكَيْتَ ، بَلْ هُوَ نُسِّيَ اسْتَذْكِرُوا الْقُرْآنَ ، فَإِنَّهُ أَسْرَعُ تَفَصِّيًا مِنْ صُدُورِ الرِّجَالِ مِنَ النَّعَمِ مِنْ عُقُلِهِ.

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Belə demək necə də pisdir: “Mən bu və bu ayəni unutdum”. Əksinə, o unutduruldu. Quranı tez-tez təkrarlayın. Həqiqətən, o, boynu bağlı heyvan ipdən ayrıldığı kimi adamların sinələrindən (yaddaşlarından) tez ayrılır”.”

Abdullah
SəhihNəsəi, 943 (İftitah, 68)

Fəsil 38

Sübh namazının sünnəsinin rükətlərində olan qiraət

الْقِرَاءَةُ فِي رَكْعَتَيِ الْفَجْرِ

أَخْبَرَنِي عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ الْفَزَارِيُّ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ حَكِيمٍ قَالَ : أَخْبَرَنِي سَعِيدُ بْنُ يَسَارٍ ، أَنَّ ابْنَ عَبَّاسٍ أَخْبَرَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي رَكْعَتَيِ الْفَجْرِ فِي الأُولَى مِنْهُمَا الآيَةَ الَّتِي فِي الْبَقَرَةِ : {قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا} إِلَى آخِرِ الآيَةَ وَفِي الأُخْرَى {آمَنَّا بِاللَّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ}.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Sübh namazının sünnəsinin birinci rükətində “əl-Bəqərə” surəsindən olan ayəni “Deyin: “Biz Allaha, bizə nazil olana...“ (əl-Bəqərə, 136) sonuna kimi, ikinci rükətində isə “Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!” (Ali-İmran, 52) ayəsini oxudu.”

İbn Abbas
SəhihNəsəi, 944 (İftitah, 69)

Fəsil 39

Sübh namazının sünnəsinin rükətlərində “De: “Ey kafirlər!” və “De: “O Allah təkdir!” oxumaq

بَابُ الْقِرَاءَةِ فِي رَكْعَتَيِ الْفَجْرِ بِ {قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ} وَ{قُلْ هُوَ اللَّهُ أَحَدٌ}

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ دُحَيْمٌ ، قَالَ : حَدَّثَنَا مَرْوَانُ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ كَيْسَانَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ فِي رَكْعَتَيِ الْفَجْرِ {قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ} وَ{قُلْ هُوَ اللَّهُ أَحَدٌ}.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Sübh namazının rükətlərində “De: “Ey kafirlər!” (“əl-Kəfirun” surəsini) və “De: “O Allah təkdir!” (“əl-İxlas” surəsini) oxuyardı.”

Əbu Hureyra
SəhihNəsəi, 945 (İftitah, 70)

Fəsil 40

Sübh namazının sünnəsini qısa qılmaq

تَخْفِيفُ رَكْعَتَيِ الْفَجْرِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : إِنْ كُنْتُ لأَرَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي رَكْعَتَيِ الْفَجْرِ فَيُخَفِّفُهُمَا حَتَّى أَقُولَ أَقَرَأَ فِيهِمَا بِأُمِّ الْكِتَابِ ؟

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Sübh namazının (sünnəsini) o dərəcədə qısa qılardı ki, mən (özü-özümə): “O, “Kitabın Anasını” (“əl-Fatihə” surəsini) oxudumu?”- deyərdim”.”

Aişə
SəhihNəsəi, 946 (İftitah, 71)

Fəsil 41

Sübh namazında “ər-Rum” surəsini oxumaq

الْقِرَاءَةُ فِي الصُّبْحِ بِالرُّومِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ عَبْدُ الْمَلِكِ بْنُ عُمَيْرٍ ، عَنْ شَبِيبٍ أَبِي رَوْحٍ ، عَنْ رَجُلٍ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ صَلَّى صَلاَةَ الصُّبْحِ ، فَقَرَأَ الرُّومَ فَالْتَبَسَ عَلَيْهِ ، فَلَمَّا صَلَّى قَالَ : مَا بَالُ أَقْوَامٍ يُصَلُّونَ مَعَنَا لاَ يُحْسِنُونَ الطُّهُورَ ، فَإِنَّمَا يَلْبِسُ عَلَيْنَا الْقُرْآنَ أُولَئِكَ.

“Şəbib Əbu Ravh ﵀ Peyğəmbərin ﷺ səhabələrindən olan bir kişidən rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ Sübh namazını qılırdı. Namazda “ər-Rum” surəsini oxuyanda surəni qarışdırdı. Namazı bitirdikdə dedi: “Bu topluma nə olur ki, namazı bizimlə qılırlar, lakin təmizliyə yaxşı riayət etmirlər. Həqiqətən, onlar bizim Quran oxumağımızı qarışdırırlar”.”

Şəbib Əbu Ravh
ZəifNəsəi, 947 (İftitah, 72)

Fəsil 42

Sübh namazında altmış ilə yüz arası ayə oxumaq

الْقِرَاءَةُ فِي الصُّبْحِ بِالسِّتِّينَ إِلَى الْمِائَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ قَالَ : أَنْبَأَنَا سُلَيْمَانُ التَّيْمِيُّ ، عَنْ سَيَّارٍ ، يَعْنِي ابْنَ سَلاَمَةَ ، عَنْ أَبِي بَرْزَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي صَلاَةِ الْغَدَاةِ بِالسِّتِّينَ إِلَى الْمِائَةِ.

“Əbu Bərzə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Sübh namazında altmış ilə yüz arası ayə oxuyardı.”

Əbu Bərzə
SəhihNəsəi, 948 (İftitah, 73)

Fəsil 43

Sübh namazında “Qaf” surəsini oxumaq

الْقِرَاءَةُ فِي الصُّبْحِ بِق

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي الرِّجَالِ ، عَنْ يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عَمْرَةَ ، عَنْ أُمِّ هِشَامٍ بِنْتِ حَارِثَةَ بْنِ النُّعْمَانِ قَالَتْ : مَا أَخَذْتُ ق وَالْقُرْآنِ الْمَجِيدِ إِلاَّ مِنْ وَرَاءِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ يُصَلِّي بِهَا فِي الصُّبْحِ.

“Rəvayət edilir ki, Ummu Hişam bint Harisə ibn ən-Numən ﵂ demişdir: “Mən “Qaf” surəsini Allah Elçisinin ﷺ arxasında namaz qılaraq öyrənmişəm. O, bu surəni Sübh namazında oxuyardı”.”

Ummu Hişam bint Harisə ibn ən-Numən
ZəifNəsəi, 949 (İftitah, 74)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، وَاللَّفْظُ لَهُ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، عَنْ زِيَادِ بْنُ عِلاَقَةَ قَالَ : سَمِعْتُ عَمِّي يَقُولُ : صَلَّيْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصُّبْحَ فَقَرَأَ فِي إِحْدَى الرَّكْعَتَيْنِ وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ قَالَ شُعْبَةُ : فَلَقِيتُهُ فِي السُّوقِ فِي الزِّحَامِ فَقَالَ : ق

“Rəvayət edilir ki, Ziyad ibn İlaqa ﵀ demişdir: “Mən əmimin belə dediyini eşitdim: “Allah Elçisi ﷺ ilə birlikdə Sübh namazını qılırdım. O, iki rükətin birində “Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik” (Qaf, 10) ayəsinə qədər oxudu”. Hədisin ravilərindən biri Şöbə dedi: “Mən bu adamı bazarda toplum arasında gördüm. O, “Qaf” surəsini oxuyurdu”.”

Ziyad ibn İlaqa
SəhihNəsəi, 950 (İftitah, 75)

Fəsil 44

Sübh namazında “Günəş sarınacağı zaman” (“ət-Təkvir” surəsini) oxumaq

الْقِرَاءَةُ فِي الصُّبْحِ بِإِذَا الشَّمْسُ كُوِّرَتْ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ أَبَانَ الْبَلْخِيُّ ، قَالَ : حَدَّثَنَا وَكِيعُ بْنُ الْجَرَّاحِ ، عَنْ مِسْعَرٍ ، وَالْمَسْعُودِيِّ ، عَنِ الْوَلِيدِ بْنُ سُرَيْعٍ ، عَنْ عَمْرِو بْنُ حُرَيْثٍ قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِي الْفَجْرِ إِذَا الشَّمْسُ كُوِّرَتْ.

“Rəvayət edilir ki, Amr ibn Hureys ﵁ demişdir: “Mən Sübh namazında Peyğəmbərin ﷺ “Günəş sarınacağı zaman” (“ət-Təkvir” surəsini) oxuduğunu eşitmişəm”.”

Amr ibn Hureys
SəhihNəsəi, 951 (İftitah, 76)

Fəsil 45

Sübh namazında “Muavvizəteyni” oxumaq

الْقِرَاءَةُ فِي الصُّبْحِ بِالْمُعَوِّذَتَيْنِ

أَخْبَرَنَا مُوسَى بْنُ حِزَامٍ التِّرْمِذِيُّ ، وَهَارُونُ بْنُ عَبْدِ اللهِ ، وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ قَالَ : أَخْبَرَنِي سُفْيَانُ ، عَنْ مُعَاوِيَةَ بْنُ صَالِحٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنُ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ أَبِيهِ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، أَنَّهُ سَأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمُعَوِّذَتَيْنِ . قَالَ عُقْبَةَ : فَأَمَّنَا بِهِمَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي صَلاَةِ الْفَجْرِ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ Peyğəmbərə ﷺ “Muavvizəteyn” (“əl-Fələq” və “ən-Nəs” surələrini) haqda sual vermişdi. Uqbə deyir: “Allah Elçisi ﷺ Sübh namazında bizə bu surələri (oxuyaraq) imamlıq etmişdir”.”

Uqbə ibn Amir
SəhihNəsəi, 952 (İftitah, 77)

Fəsil 46

“Muavvizəteyni” (“əl-Fələq” və “ən-Nəs” surələrini) oxumağın fəziləti

بَابُ الْفَضْلِ فِي قِرَاءَةِ الْمُعَوِّذَتَيْنِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ أَبِي عِمْرَانَ أَسْلَمَ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ : اتَّبَعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ رَاكِبٌ فَوَضَعْتُ يَدِي عَلَى قَدَمِهِ فَقُلْتُ : أَقْرِئْنِي يَا رَسُولَ اللهِ سُورَةَ هُودٍ ، وَسُورَةَ يُوسُفَ . فَقَالَ : لَنْ تَقْرَأَ شَيْئًا أَبْلَغَ عِنْدَ اللهِ مِنْ قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ ، وَقُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Allah Elçisi ﷺ minikdə olarkən onun arxası ilə getdim və əlimi onun ayağının üstünə qoyub dedim: “Ey Allahın Elçisi, mənə “Hud” və “Yusuf” surələrini öyrət!” O dedi: “Sən Allah dərgahında “De: “Pənah aparıram sübhün Rəbbinə!” və “De: “Pənah aparıram insanların Rəbbinə!” (“əl-Fələq” və “ən-Nəs” surələrindən) daha üstününü öyrənə bilməzsən!””

Uqbə ibn Amir
SəhihNəsəi, 953 (İftitah, 78)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ بَيَانٍ ، عَنْ قَيْسٍ ، عَنْ عُقْبَةَ بْنُ عَامِرٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : آيَاتٌ أُنْزِلَتْ عَلَيَّ اللَّيْلَةَ لَمْ يُرَ مِثْلُهُنَّ قَطُّ قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ ، وَقُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu gecə mənə misli görünməyən ayələr nazil oldu. (Bunlar): “De: “Pənah aparıram Sübhün Rəbbinə” (“əl-Fələq”) və “De: “Pənah aparıram insanların Rəbbinə” (“ən-Nəs” surələridir)”.”

Uqbə ibn Amir
SəhihNəsəi, 954 (İftitah, 79)

Fəsil 47

Cümə günü Sübh namazının qiraəti

الْقِرَاءَةُ فِي الصُّبْحِ يَوْمَ الْجُمُعَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ (ح) وَأَنْبَأَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، وَاللَّفْظُ لَهُ ، عَنْ سَعْدِ بْنُ إِبْرَاهِيمَ ، عَنْ عَبْدُ الرَّحْمَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي صَلاَةِ الصُّبْحِ يَوْمَ الْجُمُعَةِ الم تَنْزِيلُ ، وَهَلْ أَتَى

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Cümə günü Sübh namazında “əs-Səcdə” və “əl-İnsan” surələrini oxudu.”

Əbu Hureyra
SəhihNəsəi, 955 (İftitah, 80)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ (ح) وَأَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا شَرِيكٌ ، وَاللَّفْظُ لَهُ ، عَنِ الْمُخَوَّلِ بْنُ رَاشِدٍ ، عَنْ مُسْلِمٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي صَلاَةِ الصُّبْحِ يَوْمَ الْجُمُعَةِ تَنْزِيلُ السَّجْدَةَ ، وَهَلْ أَتَى عَلَى الإِنْسَانِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Cümə günü Sübh namazında “əs-Səcdə” və “əl-İnsan” surələrini oxudu.”

İbn Abbas
SəhihNəsəi, 956 (İftitah, 81)

Fəsil 48

Quranda səcdələr və “Sad” surəsindəki səcdə

بَابُ سُجُودِ الْقُرْآنِ السُّجُودُ فِي ص

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ الْمِقْسَمِيُّ ، قَالَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ ، عَنْ عُمَرَ بْنُ ذَرٍّ ، عَنْ أَبِيهِ ، عَنْ سَعِيدِ بْنُ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَجَدَ فِي ص وَقَالَ : سَجَدَهَا دَاوُدُ تَوْبَةً ، وَنَسْجُدُهَا شُكْرًا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ “Sad” surəsini oxuduqda səcdə etdi və dedi: “Davud tövbə etdikdə səcdə etdi. Biz də şükür olaraq səcdə edirik”.”

İbn Abbas
SəhihNəsəi, 957 (İftitah, 82)

Fəsil 49

“ən-Nəcm” surəsində olan səcdələr

السُّجُودُ فِي وَالنَّجْمِ

أَخْبَرَنَا عَبْدُ الْمَلِكِ بْنُ عَبْدِ الْحَمِيدِ بْنُ مَيْمُونِ بْنِ مِهْرَانَ ، قَالَ : حَدَّثَنَا ابْنُ حَنْبَلٍ ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنِ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا رَبَاحٌ ، عَنْ مَعْمَرٍ ، عَنْ ابْنُ طَاوُوسٍ ، عَنْ عِكْرِمَةَ بْنُ خَالِدٍ ، عَنْ جَعْفَرِ بْنِ الْمُطَّلِبِ بْنِ أَبِي وَدَاعَةَ ، عَنْ أَبِيهِ قَالَ : قَرَأَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَكَّةَ سُورَةَ النَّجْمِ ، فَسَجَدَ وَسَجَدَ مَنْ عِنْدَهُ فَرَفَعْتُ رَأْسِي وَأَبَيْتُ أَنْ أَسْجُدَ ، وَلَمْ يَكُنْ يَوْمَئِذٍ أَسْلَمَ الْمُطَّلِبُ

“Cəfər ibn əl-Muttalib ibn Əbu Vədəa atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Məkkədə “ən-Nəcm” surəsini oxuyurdu. O və yanındakılar səcdə etdilər. Mən isə səcdə etməkdən imtina etdim”. Ravi deyir: “əl-Muttalib o günlərdə hələ müsəlman olmamışdı”.”

Cəfər ibn əl-Muttalib ibn Əbu Vədəa atasından
HəsənNəsəi, 958 (İftitah, 83)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ النَّجْمَ فَسَجَدَ فِيهَا.

“Abdullah ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ “ən-Nəcm” surəsini oxudu və səcdə etdi.”

Abdullah
SəhihNəsəi, 959 (İftitah, 84)

Fəsil 50

“ən-Nəcm” surəsini (oxuyarkən) səcdə etməmək

تَرْكُ السُّجُودِ فِي النَّجْمِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ وَهُوَ ابْنُ جَعْفَرٍ ، عَنْ يَزِيدَ بْنُ خُصَيْفَةَ ، عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ بْنِ قُسَيْطٍ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، أَنَّهُ سَأَلَ زَيْدَ بْنِ ثَابِتٍ عَنِ الْقِرَاءَةِ مَعَ الإِمَامِ . فَقَالَ : لاَ قِرَاءَةَ مَعَ الإِمَامِ فِي شَيْءٍ . وَزَعَمَ أَنَّهُ قَرَأَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّجْمِ إِذَا هَوَى فَلَمْ يَسْجُدْ.

“Rəvayət edilir ki, Əta ibn Yəsər ﵀ Zeyd ibn Sabitdən namaz qılarkən imamla birlikdə olan qiraət haqqında soruşdu. Zeyd dedi: “Heç bir halda (namaz qılarkən) imamla birlikdə (imama tabe olanlar üçün) qiraət yoxdur”. O, Allah Elçisi ﷺ üçün “ən-Nəcm” surəsini oxumuş və Allah Elçisi ﷺ də səcdə etməmişdi.”

Əta ibn Yəsər
SəhihNəsəi, 960 (İftitah, 85)

Fəsil 51

“əl-İnşiqaq” surəsində olan səcdə

بَابُ السُّجُودِ فِي إِذَا السَّمَاءُ انْشَقَّتْ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَرَأَ بِهِمْ إِذَا السَّمَاءُ انْشَقَّتْ فَسَجَدَ فِيهَا ، فَلَمَّا انْصَرَفَ أَخْبَرَهُمْ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَجَدَ فِيهَا.

“Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ rəvayət edir ki, Əbu Hureyra bizimlə birlikdə “Göy yarılacağı” (“əl-İnşiqaq” surəsini) oxudu və səcdə etdi. Namazı bitirdikdə çevrilib Allah Elçisinin ﷺ də “əl-İnşiqaq” surəsində səcdə etdiyini xəbər verdi.”

Əbu Sələmə ibn Abdur-Rahmən
SəhihNəsəi, 961 (İftitah, 86)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ قَالَ : أَنْبَأَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنُ عَيَّاشٍ ، عَنْ ابْنُ قَيْسٍ وَهُوَ مُحَمَّدُ ، عَنْ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : سَجَدَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي إِذَا السَّمَاءُ انْشَقَّتْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ “Göy yarılacağı” (“əl-İnşiqaq” surəsini) oxudu və səcdə etdi”.”

Əbu Hureyra
SəhihNəsəi, 962 (İftitah, 87)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ أَبِي بَكْرِ بْنِ مُحَمَّدُ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، عَنْ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ ، عَنْ أَبِي بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : سَجَدْنَا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي إِذَا السَّمَاءُ انْشَقَّتْ ، وَاقْرَأْ بِاسْمِ رَبِّكَ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbərlə ﷺ birlikdə “əl-İnşiqaq” və “əl-Aləq” surələrində səcdə etdik”.”

Əbu Hureyra
SəhihNəsəi, 963 (İftitah, 88)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ أَبِي بَكْرِ بْنِ مُحَمَّدٍ ، عَنْ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ ، عَنْ أَبِي بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، عَنْ أَبِي هُرَيْرَةَ مِثْلَهُ

“Eyni hədisdir.”

Əbu Hureyra
ZəifNəsəi, 964 (İftitah, 89)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا قُرَّةُ بْنُ خَالِدٍ ، عَنْ مُحَمَّدِ بْنُ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : سَجَدَ أَبُو بَكْرٍ وَعُمَرُ رَضِيَ اللَّهُ عَنْهُمَا فِي إِذَا السَّمَاءُ انْشَقَّتْ وَمَنْ هُوَ خَيْرٌ مِنْهُمَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Əbu Bəkr, Ömər ﵄ və onlardan da xeyirli olan Allah Elçisi ﷺ “əl-İnşiqaq” surəsini oxuyarkən səcdə etmişlər”.”

Əbu Hureyra
SəhihNəsəi, 965 (İftitah, 90)

Fəsil 52

“əl-Aləq” surəsində olan səcdə

السُّجُودُ فِي اقْرَأْ بِاسْمِ رَبِّكَ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا الْمُعْتَمِرُ ، عَنْ قُرَّةَ ، عَنْ ابْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : سَجَدَ أَبُو بَكْرٍ وَعُمَرُ رَضِيَ اللَّهُ عَنْهُمَا وَمَنْ هُوَ خَيْرٌ مِنْهُمَا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي إِذَا السَّمَاءُ انْشَقَّتْ ، وَاقْرَأْ بِاسْمِ رَبِّكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Əbu Bəkr, Ömər ﵄ və onlardan da xeyirli olan Allah Elçisi ﷺ “əl-İnşiqaq” və “əl-Aləq” surələrini oxuyarkən səcdə etmişlər”.”

Əbu Hureyra
SəhihNəsəi, 966 (İftitah, 91)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ بْنُ مُوسَى ، عَنْ عَطَاءِ بْنِ مِينَاءَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، وَوَكِيعٌ ، عَنْ سُفْيَانُ ، عَنْ أَيُّوبَ بْنِ مُوسَى ، عَنْ عَطَاءِ بْنِ مِينَاءَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : سَجَدْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي إِذَا السَّمَاءُ انْشَقَّتْ ، وَاقْرَأْ بِاسْمِ رَبِّكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə “əl-İnşiqaq” və “əl-Aləq” surələrini oxuyarkən səcdə etdim”.”

Əbu Hureyra
SəhihNəsəi, 967 (İftitah, 92)

Fəsil 53

Fərz namazlarında (Quran oxuyarkən) səcdə etmək

بَابُ السُّجُودِ فِي الْفَرِيضَةِ

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ سُلَيْمٍ وَهُوَ ابْنُ أَخْضَرَ ، عَنِ التَّيْمِيِّ قَالَ : حَدَّثَنِي بَكْرُ بْنُ عَبْدِ اللهِ الْمُزَنِيُّ ، عَنْ أَبِي رَافِعٍ قَالَ : صَلَّيْتُ خَلْفَ أَبِي هُرَيْرَةَ صَلاَةَ الْعِشَاء يَعْنِي الْعَتَمَةَ فَقَرَأَ سُورَةَ إِذَا السَّمَاءُ انْشَقَّتْ فَسَجَدَ فِيهَا . فَلَمَّا فَرَغَ قُلْتُ : يَا أَبَا هُرَيْرَةَ هَذِهِ - يَعْنِي سَجْدَةً - مَا كُنَّا نَسْجُدُهَا . قَالَ : سَجَدَ بِهَا أَبُو الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا خَلْفَهُ فَلاَ أَزَالُ أَسْجُدُ بِهَا حَتَّى أَلْقَى أَبَا الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Rafi ﵀ demişdir: “Mən Əbu Hureyranın arxasında İşa namazını qıldım. O, “əl-İnşiqaq” surəsini oxudu və səcdə etdi. Namazı bitirdikdə ona dedim: “Ey Əbu Hureyra, axı biz bu səcdəni etmirik!” O dedi: “Əbul-Qasim (Peyğəmbər) ﷺ bu səcdəni etdi və mən də onun arxasında idim. Mən Əbul-Qasimlə ﷺ görüşənədək bu səcdəni edəcəyəm”.”

Əbu Rafi
SəhihNəsəi, 968 (İftitah, 93)

Fəsil 54

Günorta (Zöhr) namazında olan qiraət

بَابُ قِرَاءَةِ النَّهَارِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ رَقَبَةَ ، عَنْ عَطَاءٍ قَالَ : قَالَ أَبُو هُرَيْرَةَ : كُلُّ صَلاَةٍ يُقْرَأُ فِيهَا ، فَمَا أَسْمَعَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَسْمَعْنَاكُمْ ، وَمَا أَخْفَاهَا أَخْفَيْنَا مِنْكُمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bütün namazlarda qiraət var. Allah Elçisi ﷺ bizə nəyi səsli oxudusa, biz də onu sizə səsli oxuduq. Nəyi səssiz oxudusa, biz də onu sizə səssiz oxuduq”.”

Əbu Hureyra
SəhihNəsəi, 969 (İftitah, 94)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى قَالَ : أَنْبَأَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : فِي كُلِّ صَلاَةٍ قِرَاءَةٌ ، فَمَا أَسْمَعَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَسْمَعْنَاكُمْ ، وَمَا أَخْفَاهَا أَخْفَيْنَا مِنْكُمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Hər bir namazda qiraət var. Allah Elçisi ﷺ bizə nəyi səsli oxudusa, biz də sizə onu səsli oxuduq. Nəyi səssiz oxudusa, biz də sizə onu səssiz oxuduq”.”

Əbu Hureyra
SəhihNəsəi, 970 (İftitah, 95)

Fəsil 55

Zöhr namazında olan qiraət

الْقِرَاءَةُ فِي الظُّهْرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنُ صُدْرَانَ ، قَالَ : حَدَّثَنَا سَلْمُ بْنِ قُتَيْبَةَ ، قَالَ : حَدَّثَنَا هَاشِمُ بْنُ الْبَرِيدِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ قَالَ : كُنَّا نُصَلِّي خَلْفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ فَنَسْمَعُ مِنْهُ الآيَةَ بَعْدَ الآيَاتِ مِنْ سُورَةِ لُقْمَانَ ، وَالذَّارِيَاتِ.

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ arxasında Zöhr namazını qılardıq. Onun “Loğman” və “əz-Zariyat” surələrinin bir çox ayələrini səssiz, bəzi ayələrini isə səsli oxuduğunu eşidərdik”.”

əl-Bəra
ZəifNəsəi, 971 (İftitah, 96)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ شُجَاعٍ الْمَرُّوذِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو عُبَيْدَةَ ، عَنْ عَبْدِ اللهِ بْنُ عُبَيْدٍ قَالَ : سَمِعْتُ أَبَا بَكْرِ بْنِ النَّضْرِ قَالَ : كُنَّا بِالطَّفِّ عِنْدَ أَنَسٍ فَصَلَّى بِهِمُ الظُّهْرَ ، فَلَمَّا فَرَغَ قَالَ : إِنِّي صَلَّيْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ فَقَرَأَ لَنَا بِهَاتَيْنِ السُّورَتَيْنِ فِي الرَّكْعَتَيْنِ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَهَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ.

“Rəvayət edilir ki, Əbu Bəkr ibn ən-Nadr ﵀ demişdir: “Biz “Taff” adlı yerdə Ənəsin yanında idik. O, oradakılara Zöhr namazını qıldırdı. Namazı bitirdikdən sonra belə dedi: “Mən Allah Elçisi ﷺ ilə birlikdə Zöhr namazını qılmışdım. O, bizə ilk iki rükətdə iki surəni “əl-Ə'lə” və “əl-Ğaşiyə” surələrini oxumuşdu”.”

Əbu Bəkr ibn ən-Nadr
ZəifNəsəi, 972 (İftitah, 97)

Fəsil 56

Zöhr namazının birinci rükətində qiyamı uzatmaq

تَطْوِيلُ الْقِيَامِ فِي الرَّكْعَةِ الأُولَى مِنْ صَلاَةِ الظُّهْرِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنْ سَعِيدِ بْنُ عَبْدِ الْعَزِيزِ ، عَنْ عَطِيَّةَ بْنِ قَيْسٍ ، عَنْ قَزَعَةَ ، عَنْ أَبِي سَعِيدِ الْخُدْرِيِّ ، قَالَ : لَقَدْ كَانَتْ صَلاَةُ الظُّهْرِ تُقَامُ ، فَيَذْهَبُ الذَّاهِبُ إِلَى الْبَقِيعِ فَيَقْضِي حَاجَتَهُ ، ثُمَّ يَتَوَضَّأُ ، ثُمَّ يَجِيءُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الرَّكْعَةِ الأُولَى يُطَوِّلُهَا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Zöhr namazı qılındıqda bir nəfər təbii ehtiyacını ödəmək üçün Bəqi (qəbiristanlığına) tərəf gedər, sonra dəstəmaz alar və qayıdardı. Bu zaman Allah Elçisi ﷺ birinci rükətdə olar və rükəti uzadardı”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 973 (İftitah, 98)

أَخْبَرَنِي يَحْيَى بْنُ دُرُسْتَ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْمَاعِيلَ وَهُوَ الْقَنَّادُ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، أَنَّ عَبْدَ اللهِ بْنُ أَبِي قَتَادَةَ حَدَّثَهُ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : كَانَ يُصَلِّي بِنَا الظُّهْرَ فَيَقْرَأُ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ يُسْمِعُنَا الآيَةَ ، كَذَلِكَ وَكَانَ يُطِيلُ الرَّكْعَةَ فِي صَلاَةِ الظُّهْرَ وَالرَّكْعَةَ الأُولَى - يَعْنِي - فِي صَلاَةِ الصُّبْحِ

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bizimlə Zöhrü qılar və ilk iki rükətdə bizə ayələri eşitdirərdi. Həmçinin Zöhr və Sübh namazlarında ilk rükətləri uzadardı”.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihNəsəi, 974 (İftitah, 99)

Fəsil 57

İmamın Zöhr namazını qıldıqda ayələri eşitdirməsi

بَابُ إِسْمَاعِ الإِمَامِ الآيَةَ فِي الظُّهْرِ

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ بْنُ خَالِدِ بْنِ مُسْلِمٍ يُعْرَفُ بِابْنِ أَبِي جَمِيلٍ الدِّمَشْقِيِّ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ بْنِ عَبْدِ اللهِ ابْنِ سَمَاعَةَ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ قَالَ : حَدَّثَنِي عَبْدِ اللهِ بْنُ أَبِي قَتَادَةَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ بِأُمِّ الْقُرْآنِ وَسُورَتَيْنِ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنْ صَلاَةِ الظُّهْرِ وَصَلاَةِ الْعَصْرِ ، وَيُسْمِعُنَا الآيَةَ أَحْيَانًا ، وَكَانَ يُطِيلُ فِي الرَّكْعَةِ الأُولَى.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Qatədə ﵀ demişdir: “Atam mənə dedi: “Allah Elçisi ﷺ Zöhr və Əsr namazlarının ilk iki rükətində “Quranın Anasını” (“əl-Fatihə” surəsini) və iki surə oxuyardı. Hərdən bizə ayələri eşitdirər və ilk rükəti uzadardı”.”

Abdullah ibn Əbu Qatədə
SəhihNəsəi, 975 (İftitah, 100)

Fəsil 58

Zöhr namazının ikinci rükətində qiyamı qısa etmək

تَقْصِيرُ الْقِيَامِ فِي الرَّكْعَةِ الثَّانِيَةِ مِنَ الظُّهْرِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ يَحْيَى بْنُ أَبِي كَثِيرٍ قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ أَبِي قَتَادَةَ ، أَنَّ أَبَاهُ أَخْبَرَهُ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ بِنَا فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنْ صَلاَةِ الظُّهْرِ ، وَيُسْمِعُنَا الآيَةَ أَحْيَانًا ، وَيُطَوِّلُ فِي الأُولَى وَيُقَصِّرُ فِي الثَّانِيَةِ ، وَكَانَ يَفْعَلُ ذَلِكَ فِي صَلاَةِ الصُّبْحِ يُطَوِّلُ فِي الأُولَى وَيُقَصِّرُ فِي الثَّانِيَةِ ، وَكَانَ يَقْرَأُ بِنَا فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنْ صَلاَةِ الْعَصْرِ ، يُطَوِّلُ الأُولَى وَيُقَصِّرُ الثَّانِيَةِ.

“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Zöhr namazının ilk iki rükətində Quran oxuyar və hərdən bunu bizə eşitdirərdi. İlk rükətləri uzadar, sonrakı rükətləri qısaldardı. Sübh namazında bunun kimi edər; ilk rükəti uzadar, ikincini isə qısaldardı. Əsr namazının ilk iki rükətində oxuduğunu hiss edərdik. İlk rükətləri uzadar, sonrakıları qısaldardı”.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihNəsəi, 976 (İftitah, 101)

Fəsil 59

Zöhr namazının ilk iki rükətində olan qiraət

الْقِرَاءَةُ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنْ صَلاَةِ الظُّهْرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبَانُ بْنُ يَزِيدَ ، عَنْ يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدُ اللهِ بْنُ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِي الظُّهْرِ وَالْعَصْرِ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ بِأُمِّ الْقُرْآنِ وَسُورَتَيْنِ ، وَفِي الأُخْرَيَيْنِ بِأُمِّ الْقُرْآنِ ، وَكَانَ يُسْمِعُنَا الآيَةَ أَحْيَانًا وَكَانَ يُطِيلُ أَوَّلَ رَكْعَةٍ مِنْ صَلاَةِ الظُّهْرِ.

“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Zöhr və Əsr namazlarının ilk iki rükətində “əl-Fatihə” və iki surə, axırıncı rükətlərdə isə yalnız “əl-Fatihə” surəsini oxuyardı. Hərdən ayələri bizə eşitdirər və Zöhr namazının birinci rükətini uzun edərdi”.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihNəsəi, 977 (İftitah, 102)

Fəsil 60

Əsr namazının ilk iki rükətində olan qiraət

الْقِرَاءَةُ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنْ صَلاَةِ الْعَصْرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ حَجَّاجٍ الصَّوَّافِ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ ، وَعَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي قَتَادَةَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِي الظُّهْرِ وَالْعَصْرِ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ بِفَاتِحَةِ الْكِتَابِ وَسُورَتَيْنِ ، وَيُسْمِعُنَا الآيَةَ أَحْيَانًا ، وَكَانَ يُطِيلُ الرَّكْعَةَ الأُولَى فِي الظُّهْرِ ، وَيُقَصِّرُ فِي الثَّانِيَةِ وَكَذَلِكَ فِي الصُّبْحِ.

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Allah Elçisi ﷺ Zöhr və Əsr namazının ilk iki rükətində “əl-Fatihə” və başqa iki surə oxuyardı. Hərdən bizə ayələri eşitdirərdi. Zöhr namazında ilk rükəti uzadar, ikinci rükəti isə qısaldardı. Həmçinin Sübh namazında da belə edərdi”.”

Əbu Qatədə
SəhihNəsəi, 978 (İftitah, 103)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ سِمَاكٍ ، عَنْ جَابِرِ بْنُ سَمُرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي الظُّهْرِ وَالْعَصْرِ بِالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ ، وَالسَّمَاءِ وَالطَّارِقِ وَنَحْوِهِمَا.

“Cabir ibn Səmura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr və Əsr namazlarında “əl-Buruc”, “ət-Tariq” və onlar kimi (qısa) surələr oxuyardı.”

Cabir ibn Səmura
SəhihNəsəi, 979 (İftitah, 104)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ شُعْبَةَ ، عَنْ سِمَاكٍ ، عَنْ جَابِرِ بْنُ سَمُرَةَ قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِي الظُّهْرِ وَاللَّيْلِ إِذَا يَغْشَى ، وَفِي الْعَصْرِ نَحْوَ ذَلِكَ وَفِي الصُّبْحِ بِأَطْوَلَ مِنْ ذَلِكَ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Peyğəmbər ﷺ Zöhr namazında “əl-Leyl” surəsini, Əsr namazında da bunun kimi (qısa) surələr oxuyardı. Sübh namazında isə bir qədər uzun surələr oxuyardı”.”

Cabir ibn Səmura
SəhihNəsəi, 980 (İftitah, 105)

Fəsil 61

Qiyamı və qiraəti (oxunuşu) yüngülləşdirmək

تَخْفِيفُ الْقِيَامِ وَالْقِرَاءَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا الْعَطَّافُ بْنُ خَالِدٍ ، عَنْ زَيْدِ بْنُ أَسْلَمَ قَالَ : دَخَلْنَا عَلَى أَنَسِ بْنِ مَالِكٍ فَقَالَ : صَلَّيْتُمْ ؟ قُلْنَا : نَعَمْ . قَالَ : يَا جَارِيَةُ هَلُمِّي لِي وَضُوءًا ، مَا صَلَّيْتُ وَرَاءَ إِمَامٍ أَشْبَهَ صَلاَةً بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِمَامِكُمْ هَذَا قَالَ زَيْدٌ : وَكَانَ عُمَرُ بْنُ عَبْدِ الْعَزِيزِ يُتِمُّ الرُّكُوعَ وَالسُّجُودَ ، وَيُخَفِّفُ الْقِيَامَ وَالْقُعُودَ.

“Rəvayət edilir ki, Zeyd ibn Əsləm ﵀ demişdir: “Biz Ənəs ibn Malikin yanına gəldik. O dedi: “Siz namaz qıldınızmı?” Biz: “Bəli”- dedik. O dedi: “Ey cariyə, mənə dəstəmaz almaq üçün su gətir. Mən sizin bu imamınızın namazı kimi Allah Elçisinin ﷺ namazına ən çox oxşayan başqa bir imamın arxasında namaz qılmamışam”. Zeyd dedi: “Ömər ibn Abdul-Əziz namaz qılanda rukunu və səcdəni tam edər, qiyamı və oturuşu isə yüngülləşdirərdi”.”

Zeyd ibn Əsləm
SəhihNəsəi, 981 (İftitah, 106)

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ ، عَنِ الضَّحَّاكِ بْنُ عُثْمَانَ ، عَنْ بُكَيْرِ بْنِ عَبْدِ اللهِ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : مَا صَلَّيْتُ وَرَاءَ أَحَدٍ أَشْبَهَ صَلاَةً بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ فُلاَنٍ - قَالَ سُلَيْمَانَ - كَانَ يُطِيلُ الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنَ الظُّهْرِ ، وَيُخَفِّفُ الأُخْرَيَيْنِ ، وَيُخَفِّفُ الْعَصْرَ ، وَيَقْرَأُ فِي الْمَغْرِبِ بِقِصَارِ الْمُفَصَّلِ ، وَيَقْرَأُ فِي الْعِشَاء بِوَسَطِ الْمُفَصَّلِ ، وَيَقْرَأُ فِي الصُّبْحِ بِطُوَلِ الْمُفَصَّلِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ namazına ən çox oxşayan namaz kimi filankəsin namazını gördüm”. Hədisin ravilərindən biri Süleyman dedi: “Həmin adam Zöhr namazının ilk iki rükətini uzadar, axırıncı iki rükətini qısaldardı. Əsr namazını yüngül (qısa) qılardı. Məğrib namazında müfəssəl surələrdən qısalarını, İşada müfəssəl surələrdən orta uzunluqda olanlarını, Sübhdə isə müfəssəl surələrdən uzun olanlarını oxuyardı”.”

Əbu Hureyra
SəhihNəsəi, 982 (İftitah, 107)

Fəsil 62

Məğrib namazında müfəssəl surələrdən qısa olanları oxumaq

بَابُ الْقِرَاءَةِ فِي الْمَغْرِبِ بِقِصَارِ الْمُفَصَّلِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْحَارِثِ ، عَنِ الضَّحَّاكِ بْنُ عُثْمَانَ ، عَنْ بُكَيْرِ بْنُ عَبْدِ اللهِ بْنِ الأَشَجِّ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : مَا صَلَّيْتُ وَرَاءَ أَحَدٍ أَشْبَهَ صَلاَةً بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ فُلاَنٍ - فَصَلَّيْنَا وَرَاءَ ذَلِكَ الإِنْسَانِ وَكَانَ يُطِيلُ الأُولَيَيْنِ مِنَ الظُّهْرِ ، وَيُخَفِّفُ فِي الأُخْرَيَيْنِ ، وَيُخَفِّفُ فِي الْعَصْرِ ، وَيَقْرَأُ فِي الْمَغْرِبِ بِقِصَارِ الْمُفَصَّلِ ، وَيَقْرَأُ فِي الْعِشَاء بِالشَّمْسِ وَضُحَاهَا وَأَشْبَاهِهَا ، وَيَقْرَأُ فِي الصُّبْحِ بِسُورَتَيْنِ طَوِيلَتَيْنِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ namazına ən çox filankəsin namazının oxşadığını gördüm. Biz o insanın arxasında namaz qıldıq. O, Zöhr namazının ilk iki rükətini uzadar, sonrakı iki rükəti isə qısa edərdi. Əsr namazını da qısa qıldırardı. Məğrib namazında qısa müfəssəl surələri oxuyardı. İşa namazında “əş-Şəms” və ona oxşar surələr oxuyardı. Sübh namazında isə iki uzun surə oxuyardı”.”

Əbu Hureyra
SəhihNəsəi, 983 (İftitah, 108)

Fəsil 63

Məğrib namazında “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsini) oxumaq

الْقِرَاءَةُ فِي الْمَغْرِبِ بِسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَارِبِ بْنُ دِثَارٍ ، عَنْ جَابِرٍ قَالَ : مَرَّ رَجُلٌ مِنَ الأَنْصَارِ بِنَاضِحَيْنِ عَلَى مُعَاذٍ وَهُوَ يُصَلِّي الْمَغْرِبَ ، فَافْتَتَحَ بِسُورَةِ الْبَقَرَةِ فَصَلَّى الرَّجُلُ ، ثُمَّ ذَهَبَ فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَفَتَّانٌ يَا مُعَاذٍ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَلاَّ قَرَأْتَ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَالشَّمْسِ وَضُحَاهَا وَنَحْوِهِمَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Ənsardan olan bir kişi su daşıyan iki dəvəsi ilə Muazın yanından keçirdi. Bu əsnada Muaz Məğrib namazını qılırdı. Muaz “əl-Bəqərə” surəsini oxumağa başladıqda həmin kişi (tək) namaz qıldı və çıxıb getdi. Bu, Peyğəmbərə ﷺ çatdıqda o dedi: “Sən fitnəkarsan, ey Muaz?! Sən fitnəkarsan, ey Muaz?! Məgər “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsi), “And olsun günəşə və onun saçdığı şəfəqə!” (“əş-Şəms” surəsi) və buna oxşar surələr oxumalı deyildinmi!?””

Cabir
SəhihNəsəi, 984 (İftitah, 109)

Fəsil 64

Məğrib namazında “əl-Mursələt” surəsini oxumaq

الْقِرَاءَةُ فِي الْمَغْرِبِ بِالْمُرْسَلاَتِ

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي سَلَمَةَ الْمَاجِشُونُ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ ، عَنْ أُمِّ الْفَضْلِ بِنْتِ الْحَارِثِ قَالَتْ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَيْتِهِ الْمَغْرِبَ فَقَرَأَ الْمُرْسَلاَتِ مَا صَلَّى بَعْدَهَا صَلاَةً حَتَّى قُبِضَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Ummu əl-Fədl bint əl-Həris demişdir: “Allah Elçisi ﷺ evində bizimlə Məğrib namazını qıldı və “əl-Mursələt” surəsini oxudu. Bundan sonra vəfat edənə qədər heç kəsə namaz qıldırmadı”.”

Ənəs
SəhihNəsəi, 985 (İftitah, 110)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ أُمِّهِ أَنَّهَا سَمِعَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِي الْمَغْرِبِ بِالْمُرْسَلاَتِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, onun anası Peyğəmbərin ﷺ Məğrib namazında “əl-Mursələt” surəsini oxuduğunu eşitmişdir.”

İbn Abbas
SəhihNəsəi, 986 (İftitah, 111)

Fəsil 65

Məğrib namazında “ət-Tur” surəsini oxumaq

الْقِرَاءَةُ فِي الْمَغْرِبِ بِالطُّورِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، عَنْ أَبِيهِ قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِي الْمَغْرِبِ بِالطُّورِ.

“Muhəmməd ibn Cubeyr ibn Mutim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ Məğrib namazında “ət-Tur” surəsini oxuduğunu eşitmişəm”.”

Muhəmməd ibn Cubeyr ibn Mutim atasından
SəhihNəsəi, 987 (İftitah, 112)

Fəsil 66

Məğrib namazında “əd-Duxan” surəsini oxumaq

الْقِرَاءَةُ فِي الْمَغْرِبِ بِحم الدُّخَانِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنُ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حَيْوَةُ ، وَذَكَرَ آخَرَ قَالاَ : حَدَّثَنَا جَعْفَرُ بْنِ رَبِيعَةَ ، أَنَّ عَبْدِ الرَّحْمَنِ بْنُ هُرْمُزَ حَدَّثَهُ ، أَنَّ مُعَاوِيَةَ بْنَ عَبْدِ اللهِ بْنَ جَعْفَرُ حَدَّثَهُ ، أَنَّ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ بْنَ مَسْعُودٍ حَدَّثَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ فِي صَلاَةِ الْمَغْرِبِ بِحم الدُّخَانِ.

“Abdullah ibn Utbə ibn Məsud ﵀ rəvayət edir ki, Allah Elçisi ﷺ Məğrib namazında “əd-Duxan” surəsini oxuyardı.”

Abdullah ibn Utbə ibn Məsud
ZəifNəsəi, 988 (İftitah, 113)

Fəsil 67

Məğrib namazında “Əlif, Ləm, Mim, Sad” (“əl-Əraf” surəsini) oxumaq

الْقِرَاءَةُ فِي الْمَغْرِبِ بِالمص

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ عَمْرِو بْنُ الْحَارِثِ ، عَنْ أَبِي الأَسْوَدِ ، أَنَّهُ سَمِعَ عُرْوَةَ بْنِ الزُّبَيْرِ يُحَدِّثُ ، عَنْ زَيْدِ بْنَ ثَابِتٍ ، أَنَّهُ قَالَ لِمَرْوَانَ : يَا أَبَا عَبْدِ الْمَلِكِ أَتَقْرَأُ فِي الْمَغْرِبِ بِقُلْ هُوَ اللَّهُ أَحَدٌ ، وَإِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ ؟ قَالَ : نَعَمْ . قَالَ : فَمَحْلُوفَةٌ لَقَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِيهَا بِأَطْوَلِ الطُّولَيَيْنِ المص.

“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ Mərvana dedi: “Ey Əbu Abdul-Məlik, sən Məğrib namazında “əl-İxlas” və “əl-Kövsər” surələrini oxuyursanmı?” O: “Bəli”- dedi. Zeyd ibn Sabit dedi: “Allaha and olsun ki, mən Allah Elçisini ﷺ Məğrib namazında iki uzun surədən biri olan “Əlif, Ləm, Mim, Sad” (“əl-Əraf” surəsini) oxuyan görmüşəm”.”

Zeyd ibn Sabit
SəhihNəsəi, 989 (İftitah, 114)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ ابْنُ أَبِي مُلَيْكَةَ ، أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّ مَرْوَانَ بْنُ الْحَكَمِ أَخْبَرَهُ ، أَنَّ زَيْدَ بْنَ ثَابِتٍ قَالَ : مَا لِي أَرَاكَ تَقْرَأُ فِي الْمَغْرِبِ بِقِصَارِ السُّوَرِ ؟ وَقَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِيهَا بِأَطْوَلِ الطُّولَيَيْنِ . قُلْتُ : يَا أَبَا عَبْدِ اللهِ مَا أَطْوَلُ الطُّولَيَيْنِ ؟ قَالَ : الأَعْرَافُ.

“Mərvan ibn əl-Həkəm ﵀ rəvayət edir ki, Zeyd ibn Sabit dedi: “Sənə nə olub ki, Məğrib namazında qısa surələr oxuyursan?! Mən Allah Elçisinin ﷺ iki uzun surədən birini oxuduğunu görmüşəm”. Mən dedim: “Ey Əbu Abdullah, iki uzun surədən biri hansıdır?” O dedi: “əl-Əraf” surəsidir”.”

Mərvan ibn əl-Həkəm
SəhihNəsəi, 990 (İftitah, 115)

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، وَأَبُو حَيْوَةَ ، عَنْ ابْنِ أَبِي حَمْزَةَ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ فِي صَلاَةِ الْمَغْرِبِ بِسُورَةِ الأَعْرَافِ فَرَّقَهَا فِي رَكْعَتَيْنِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Məğrib namazında “əl-Əraf” surəsini iki rükətdə bölüşdürərək oxumuşdur.”

Aişə
SəhihNəsəi, 991 (İftitah, 116)

Fəsil 68

Məğrib namazından sonrakı iki rükətdə (sünnə namazında) olan qiraət

الْقِرَاءَةُ فِي الرَّكْعَتَيْنِ بَعْدَ الْمَغْرِبِ

أَخْبَرَنَا الْفَضْلُ بْنُ سَهْلٍ قَالَ : حَدَّثَنِي أَبُو الْجَوَّابِ ، قَالَ : حَدَّثَنَا عَمَّارُ بْنُ رُزَيْقٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ إِبْرَاهِيمَ بْنُ مُهَاجِرٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : رَمَقْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِشْرِينَ مَرَّةً ، يَقْرَأُ فِي الرَّكْعَتَيْنِ بَعْدَ الْمَغْرِبِ وَفِي الرَّكْعَتَيْنِ قَبْلَ الْفَجْرِ قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ ، وَ{قُلْ هُوَ اللَّهُ أَحَدٌ}.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ iyirmi dəfə Məğrib namazından sonra olan iki rükətdə və Sübh namazından əvvəl olan iki rükətdə “əl-Kəfirun” və “əl-İxlas” surələrini oxuduğunu görmüşəm”.”

İbn Ömər
HəsənNəsəi, 992 (İftitah, 117)

Fəsil 69

“De: “O Allah təkdir!” (“əl-İxlas” surəsini) oxumağın fəziləti

الْفَضْلُ فِي قِرَاءَةِ {قُلْ هُوَ اللَّهُ أَحَدٌ}

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ الْحَارِثِ ، عَنْ سَعِيدِ بْنُ أَبِي هِلاَلٍ ، أَنَّ أَبَا الرِّجَالِ مُحَمَّدَ بْنُ عَبْدِ الرَّحْمَنِ حَدَّثَهُ ، عَنْ أُمِّهِ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَ رَجُلاً عَلَى سَرِيَّةٍ ، فَكَانَ يَقْرَأُ لأَصْحَابِهِ فِي صَلاَتِهِمْ فَيَخْتِمُ بِـ{قُلْ هُوَ اللَّهُ أَحَدٌ} ، فَلَمَّا رَجَعُوا ذَكَرُوا ذَلِكَ لِرَسُولِ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : سَلُوهُ ، لأَيِّ شَيْءٍ فَعَلَ ذَلِكَ ؟ فَسَأَلُوهُ فَقَالَ : لأَنَّهَا صِفَةُ الرَّحْمَنِ عَزَّ وَجَلَّ ، فَأَنَا أُحِبُّ أَنَّ أَقْرَأَ بِهَا . قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَخْبِرُوهُ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُحِبُّهُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ bir kişini kiçik bir dəstəyə başçı təyin etmişdi. O da öz yoldaşları ilə namaz qıldıqda onlara oxuduğuna “əl-İxlas” surəsi ilə xitam verib bitirirdi. Qayıtdıqda bunu Allah Elçisinə ﷺ dedilər. O dedi: “Ondan bunu nə üçün belə etdiyini soruşun”. Onlar bunu həmin kişidən soruşduqda dedi: “Bu (surədə) ər-Rahmənin ﷿ sifəti var. Mən də onu oxumağı sevirəm”. Allah Elçisi ﷺ dedi: “Ona xəbər verin ki, həqiqətən, Allah ﷿ onu sevir”.”

Aişə
SəhihNəsəi, 993 (İftitah, 118)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عُبَيْدِ بْنِ حُنَيْنٍ ، مَوْلَى آلِ زَيْدِ بْنِ الْخَطَّابِ قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : أَقْبَلْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَمِعَ رَجُلاً يَقْرَأُ {قُلْ هُوَ اللهِ أَحَدٌ اللَّهُ الصَّمَدُ ، لَمْ يَلِدْ وَلَمْ يُولَدْ ، وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ} ، فَقَالَ رَسُولِ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَجَبَتْ . فَسَأَلْتُهُ مَاذَا يَا رَسُولُ اللهِ ؟ قَالَ : الْجَنَّةُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə getdiyimiz yerdən qayıdırdıq. O, bir kişinin “De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur” (“əl-İxlas” surəsini) oxuduğunu eşitdi. Allah Elçisi ﷺ: “Vacib oldu”- dedi. Mən ondan soruşdum: “Nə vacib oldu, ey Allahın Elçisi?” O dedi: “Cənnət!””

Əbu Hureyra
SəhihNəsəi, 994 (İftitah, 119)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي صَعْصَعَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَجُلاً سَمِعَ رَجُلاً يَقْرَأُ : {قُلْ هُوَ اللهِ أَحَدٌ} يُرَدِّدُهَا ، فَلَمَّا أَصْبَحَ جَاءَ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ إِنَّهَا لَتَعْدِلُ ثُلُثَ الْقُرْآنِ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, bir kişi başqa birinin “De: “O Allah Təkdir!” (“əl-İxlas” surəsini) təkrar-təkrar oxuduğunu eşitdi. Səhər Peyğəmbərin ﷺ yanına gedib bu məsələni ona danışdı. Allah Elçisi ﷺ buyurdu: “Canım Əlində Olana and olsun! Həqiqətən, o (“əl-İxlas” surəsi), Quranın üçdə birinə bərabərdir”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 995 (İftitah, 120)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا زَائِدَةُ ، عَنْ مَنْصُورٍ ، عَنْ هِلاَلِ بْنُ يِسَافٍ ، عَنْ رَبِيعِ بْنِ خُثَيْمٍ ، عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ ، عَنْ ابْنِ أَبِي لَيْلَى ، عَنْ امْرَأَةٍ ، عَنْ أَبِي أَيُّوبَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : {قُلْ هُوَ اللَّهُ أَحَدٌ} ثُلُثُ الْقُرْآنِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : مَا أَعْرِفُ إِسْنَادًا أَطْوَلَ مِنْ هَذَا

“Əbu Əyyub ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “De: “O Allah təkdir” (“əl-İxlas” surəsi) Quranın üçdə biridir”.”

Əbu Əyyub
SəhihNəsəi, 996 (İftitah, 121)

Fəsil 70

Axırıncı namaz olan İşa namazında “əl-Ə'lə” surəsini oxumaq

الْقِرَاءَةُ فِي الْعِشَاء الآخِرَةِ بِسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُحَارِبِ بْنُ دِثَارٍ ، عَنْ جَابِرٍ قَالَ : قَامَ مُعَاذٌ فَصَلَّى الْعِشَاء الآخِرَةَ فَطَوَّلَ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَفَتَّانٌ يَا مُعَاذٌ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَيْنَ كُنْتَ عَنْ {سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَالضُّحَى ، وَإِذَا السَّمَاءُ انْفَطَرَتْ ؟.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz axırıncı namaz olan İşa namazını qıldıqda namazını uzun qıldı. Peyğəmbər ﷺ dedi: “Sən fitnəkarsanmı, ey Muaz? Sən fitnəkarsanmı, ey Muaz? Məgər “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsini), “And olsun səhərə!” (“əd-Duha” surəsini) və “Göy parçalanacağı zaman” (“əl-İnfitar” surəsini oxumaq) bəs etməzdimi?””

Cabir
SəhihNəsəi, 997 (İftitah, 122)

Fəsil 71

Axırıncı namaz olan İşa namazında “əş-Şəms” surəsini oxumaq

الْقِرَاءَةُ فِي الْعِشَاء الآخِرَةِ بِالشَّمْسِ وَضُحَاهَا

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : صَلَّى مُعَاذُ بْنُ جَبَلٍ لأَصْحَابِهِ الْعِشَاء ، فَطَوَّلَ عَلَيْهِمْ فَانْصَرَفَ رَجُلٌ مِنَّا فَأُخْبِرَ مُعَاذُ عَنْهُ ، فَقَالَ : إِنَّهُ مُنَافِقٌ ، فَلَمَّا بَلَغَ ذَلِكَ الرَّجُلَ دَخَلَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ بِمَا قَالَ مُعَاذٌ ، فَقَالَ لَهُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَتُرِيدُ أَنْ تَكُونَ فَتَّانًا يَا مُعَاذٌ ؟ إِذَا أَمَمْتَ النَّاسَ فَاقْرَأْ بِالشَّمْسِ وَضُحَاهَا وَسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى وَاللَّيْلِ إِذَا يَغْشَى وَاقْرَأْ بِاسْمِ رَبِّكَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz ibn Cəbəl dostları ilə birlikdə İşa namazını qıldı və namazı uzatdı. Bir nəfər namazdan çıxıb getdi və bu məsələ Muaza xəbər verildi. Muaz dedi: “O, münafiqdir!” Bu söz o kişiyə çatdıqda Peyğəmbərin ﷺ yanına gəlib Muazın dediklərini ona xəbər verdi. Peyğəmbər ﷺ Muaza dedi: “Sən fitnəkar olmaq istəyirsən, ey Muaz?! İnsanlara (namazda) imamlıq etdikdə “And olsun günəşə və onun saçdığı şəfəqə” (“əş-Şəms” surəsini), “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsini), “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!” (“əl-Leyl” surəsini) və “Rəbbinin adı ilə oxu!” (“əl-Aləq” surəsini) oxu!””

Cabir
SəhihNəsəi, 998 (İftitah, 123)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيِّ بْنُ الْحَسَنِ بْنِ شَقِيقٍ ، قَالَ : حَدَّثَنَا أَبِي قَالَ : أَنْبَأَنَا الْحُسَيْنُ بْنِ وَاقِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي صَلاَةِ الْعِشَاء الآخِرَةِ بِالشَّمْسِ وَضُحَاهَا ، وَأَشْبَاهِهَا مِنَ السُّوَرِ.

“Abdullah ibn Bureydə atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ İşa namazında “And olsun günəşə və onun saçdığı şəfəqə!” (“əş-Şəms”) və buna oxşar surələri oxuyardı.”

Abdullah ibn Bureydə atasından
SəhihNəsəi, 999 (İftitah, 124)

Fəsil 72

İşa namazında “ət-Tin” surəsini oxumaq

الْقِرَاءَةُ فِيهَا بِالتِّينِ وَالزَّيْتُونِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ : صَلَّيْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعَتَمَةَ ، فَقَرَأَ فِيهَا بِالتِّينِ وَالزَّيْتُونِ.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə İşa namazını qıldım. O, namazda “ət-Tin” surəsini oxuyurdu”.”

əl-Bəra ibn Azib
SəhihNəsəi, 1000 (İftitah, 125)

Fəsil 73

Axırıncı namaz olan İşa namazının ilk rükətinin qiraəti

الْقِرَاءَةُ فِي الرَّكْعَةِ الأُولَى مِنْ صَلاَةِ الْعِشَاءِ الآخِرَةِ

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَدِيِّ بْنُ ثَابِتٍ ، عَنِ الْبَرَاءِ بْنُ عَازِبٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ فَقَرَأَ فِي الْعِشَاء فِي الرَّكْعَةِ الأُولَى بِالتِّينِ وَالزَّيْتُونِ.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ səfərdə olarkən İşa namazının ilk rükətində “ət-Tin” surəsini oxuyardı”.”

əl-Bəra ibn Azib
SəhihNəsəi, 1001 (İftitah, 126)

Fəsil 74

İlk iki rükətin uzadılması

الرُّكُودُ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : حَدَّثَنِي أَبُو عَوْنٍ قَالَ : سَمِعْتُ جَابِرَ بْنُ سَمُرَةَ يَقُولُ : قَالَ عُمَرُ لِسَعْدٍ قَدْ شَكَاكَ النَّاسُ فِي كُلِّ شَيْءٍ حَتَّى فِي الصَّلاَةِ ، فَقَالَ سَعْدٌ : أَتَّئِدُ فِي الأُولَيَيْنِ ، وَأَحْذِفُ فِي الأُخْرَيَيْنِ ، وَمَا آلُو مَا اقْتَدَيْتُ بِهِ مِنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : ذَاكَ الظَّنُّ بِكَ

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Ömər Sədə dedi: “Artıq insanlar sənin hər şeyin, hətta namazın haqqında şikayət edirlər”. Səd dedi: “Mən (camaata namaz qıldırdıqda) ilk iki rükətdə tələsmirəm, son iki rükəti isə qısa qıldırıram. Bununla mən Allah Elçisinin ﷺ namazını heç bir şeyi əskiltmədən (insanlara) öyrətmişəm”. Ömər dedi: “Mən elə belə də bilirdim”.”

Cabir ibn Səmura
SəhihNəsəi, 1002 (İftitah, 127)

أَخْبَرَنَا حَمَّادُ بْنُ إِسْمَاعِيلَ بْنُ إِبْرَاهِيمَ ابْنِ عُلَيَّةَ أَبُو الْحَسَنِ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ دَاوُدَ الطَّائِيِّ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ : وَقَعَ نَاسٌ مِنْ أَهْلِ الْكُوفَةِ فِي سَعْدٍ عِنْدَ عُمَرَ فَقَالُوا : وَاللَّهِ مَا يُحْسِنُ الصَّلاَةَ . فَقَالَ : أَمَّا أَنَا فَأُصَلِّي بِهِمْ صَلاَةَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لاَ أَخْرِمُ عَنْهَا أَرْكُدُ فِي الأُولَيَيْنِ ، وَأَحْذِفُ فِي الأُخْرَيَيْنِ . قَالَ : ذَاكَ الظَّنُّ بِكَ

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Kufədən olan insanlar Ömərin yanında Səd haqqında dedilər: “Vallahi, o, namazı gözəl qıldırmır”. Səd dedi: “O ki qaldı mənə, mən namazı onlara Allah Elçisinin ﷺ namazı kimi qıldırmışam. Onlara namaz qıldırdıqda ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam”. Ömər dedi: “Mən elə belə də bilirdim”.”

Cabir ibn Səmura
SəhihNəsəi, 1003 (İftitah, 128)

Fəsil 75

Bir rükətdə iki surə oxumaq

قِرَاءَةُ سُورَتَيْنِ فِي رَكْعَةٍ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ عَبْدِ اللهِ قَالَ : إِنِّي لأَعْرِفُ النَّظَائِرَ الَّتِي كَانَ يَقْرَأُ بِهِنَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عِشْرِينَ سُورَةً فِي عَشْرِ رَكَعَاتٍ ثُمَّ أَخَذَ بِيَدِ عَلْقَمَةَ فَدَخَلَ ، ثُمَّ خَرَجَ إِلَيْنَا عَلْقَمَةَ فَسَأَلْنَاهُ فَأَخْبَرَنَا بِهِنَّ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Mən bir-birinə oxşayan surələr bilirəm ki, Allah Elçisi ﷺ həmin iyirmi surəni on rükətdə oxuyardı”. Sonra Abdullah ibn Məsud Alqamənin əlindən tutub içəri girdi. Daha sonra çıxdı və yanımıza gəldi. Biz ondan surələrin adlarını soruşduqda onların adlarını bizə dedi.”

Abdullah
SəhihNəsəi, 1004 (İftitah, 129)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنُ مُرَّةَ قَالَ : سَمِعْتُ أَبَا وَائِلٍ يَقُولُ : قَالَ رَجُلٌ عِنْدَ عَبْدِ اللهِ : قَرَأْتُ الْمُفَصَّلَ فِي رَكْعَةٍ . قَالَ : هَذًّا كَهَذِّ الشِّعْرِ ، لَقَدْ عَرَفْتُ النَّظَائِرَ الَّتِي كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرُنُ بَيْنَهُنَّ ، فَذَكَرَ عِشْرِينَ سُورَةً مِنَ الْمُفَصَّلَ سُورَتَيْنِ سُورَتَيْنِ فِي رَكْعَةٍ.

“Rəvayət edilir ki, Əbu Vail ﵀ demişdir: “Abdullahın yanında olan bir kişi belə dedi: “Mən müfəssəl surələri bir rükətdə oxudum”. Abdullah dedi: “Yəqin sən surələri şeir oxunulan kimi tələm-tələsik oxumusan. Mən Allah Elçisinin ﷺ hər rükətdə onların arasını birləşdirərək oxuduğu, mənaca bir-birinə oxşar olan surələri bilirəm”. O, müfəssəl surələrdən hər rükətdə ikisi oxunan iyirmi surə oxudu”.”

Əbu Vail
SəhihNəsəi, 1005 (İftitah, 130)

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ رَجَاءٍ قَالَ : أَنْبَأَنَا إِسْرَائِيلُ ، عَنْ أَبِي حَصِينٍ ، عَنْ يَحْيَى بْنُ وَثَّابٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَبْدُ اللهِ وَأَتَاهُ رَجُلٌ فَقَالَ : إِنِّي قَرَأْتُ اللَّيْلَةَ الْمُفَصَّلَ فِي رَكْعَةٍ . فَقَالَ : هَذًّا كَهَذِّ الشِّعْرِ ، لَكِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ النَّظَائِرَ عِشْرِينَ سُورَةً مِنَ الْمُفَصَّلَ مِنْ آلِ حم.

“Abdullah ﵁ rəvayət edir ki, bir kişi onun yanına gəlib dedi: “Mən gecə vaxtı bir rükətdə müfəssəl surələrdən birini oxudum”. Abdullah dedi: “Yəqin sən surələri şeir oxunulan kimi tələm-tələsik oxumusan. Allah Elçisi ﷺ müfəssəl surələrdən “Hə. Mim!” ilə başlayan oxşar iyirmi surəni bir rükətdə oxuyardı”.”

Abdullah
SəhihNəsəi, 1006 (İftitah, 131)

Fəsil 76

Surələrin bəzi hissəsini oxumaq

قِرَاءَةُ بَعْضِ السُّورَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ قَالَ : أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبَّادٍ حَدِيثًا رَفَعَهُ إِلَى ابْنُ سُفْيَانَ ، عَنْ عَبْدِ اللهِ بْنُ السَّائِبِ ، قَالَ : حَضَرْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الْفَتْحِ فَصَلَّى فِي قُبُلِ الْكَعْبَةِ ، فَخَلَعَ نَعْلَيْهِ فَوَضَعَهُمَا عَنْ يَسَارِهِ ، فَافْتَتَحَ بِسُورَةِ الْمُؤْمِنِينَ ، فَلَمَّا جَاءَ ذِكْرُ مُوسَى أَوْ عِيسَى عَلَيْهِمَا السَّلاَمُ أَخَذَتْهُ سَعْلَةٌ فَرَكَعَ.

“Rəvayət edilir ki, Abdullah ibn əs-Saib ﵁ demişdir: “Mən Məkkənin fəthi günü Allah Elçisini ﷺ Kəbənin önündə namaz qılarkən gördüm. O, ayaqqabılarını çıxarıb sol tərəfinə qoydu və “əl-Muminun” surəsini oxumağa başladı. Musa və İsanın ﵇ yad edildiyi ayələrə gəldikdə onu öskürək tutdu və rukuya getdi”.”

Abdullah ibn əs-Saib
SəhihNəsəi, 1007 (İftitah, 132)

Fəsil 77

Quran oxuyanın əzab ayələrini oxuduqda əzabdan Allaha sığınması

تَعَوُّذُ الْقَارِئِ إِذَا مَرَّ بِآيَةِ عَذَابٍ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، وَعَبْدُ الرَّحْمَنِ ، وَابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ سَعْدِ بْنُ عُبَيْدَةَ ، عَنِ الْمُسْتَوْرِدِ بْنِ الأَحْنَفِ ، عَنْ صِلَةَ بْنِ زُفَرَ ، عَنْ حُذَيْفَةَ ، أَنَّهُ صَلَّى إِلَى جَنْبِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً فَقَرَأَ ، فَكَانَ إِذَا مَرَّ بِآيَةِ عَذَابٍ وَقَفَ وَتَعَوَّذَ ، وَإِذَا مَرَّ بِآيَةِ رَحْمَةٍ وَقَفَ فَدَعَا ، وَكَانَ يَقُولُ فِي رُكُوعِهِ : سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ وَفِي سُجُودِهِ : سُبْحَانَ رَبِّيَ الأَعْلَى.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ Peyğəmbərin ﷺ yanında namaz qılırdı. Peyğəmbər ﷺ Quran oxuyub əzab ayələrinə çatdıqda oxumasını saxlayıb Allaha sığınardı. Rəhmət ayələrinə çatdıqda oxumasını saxlayıb dua edərdi. Rukusunda “Əzəmətli Rəbbim pak və müqəddəsdir!”, səcdələrində “Ən Uca Rəbbim pak və müqəddəsdir!”- deyərdi.”

Huzeyfə
SəhihNəsəi, 1008 (İftitah, 133)

Fəsil 78

Quran oxuyanın rəhmət ayələrini oxuduqda Allahdan rəhmət istəməsi

مَسْأَلَةُ الْقَارِئِ إِذَا مَرَّ بِآيَةِ رَحْمَةٍ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ حَفْصِ بْنُ غِيَاثٍ ، عَنِ الْعَلاَءِ بْنِ الْمُسَيَّبِ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ طَلْحَةَ بْنِ يَزِيدَ ، عَنْ حُذَيْفَةَ ، وَالأَعْمَشِ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنِ الْمُسْتَوْرِدِ بْنِ الأَحْنَفِ ، عَنْ صِلَةَ بْنِ زُفَرَ ، عَنْ حُذَيْفَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ الْبَقَرَةَ ، وَآلَ عِمْرَانَ ، وَالنِّسَاءَ فِي رَكْعَةٍ لاَ يَمُرُّ بِآيَةِ رَحْمَةٍ إِلاَّ سَأَلَ ، وَلاَ بِآيَةِ عَذَابٍ إِلاَّ اسْتَجَارَ.

“Huzeyfə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir rükətdə “əl-Bəqərə”, “Ali-İmran” və “ən-Nisa” surələrini oxudu. Hər dəfə rəhmət ayələrinə çatdıqda Allahın rəhmətini istəyər, hər dəfə əzab ayələrinə çatdıqda Allaha sığınardı.”

Huzeyfə
SəhihNəsəi, 1009 (İftitah, 134)

Fəsil 79

Namaz qıldıqda bir ayəni təkrarlamaq

تَرْدِيدُ الآيَةِ

أَخْبَرَنَا نُوحُ بْنُ حَبِيبٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، قَالَ : حَدَّثَنَا قُدَامَةُ بْنُ عَبْدِ اللهِ قَالَ : حَدَّثَتْنِي جَسْرَةُ بِنْتُ دَجَاجَةَ قَالَتْ : سَمِعْتُ أَبَا ذَرٍّ يَقُولُ : قَامَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى إِذَا أَصْبَحَ بِآيَةٍ ، وَالآيَةُ {إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ ، وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ}.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Peyğəmbər ﷺ səhərə qədər namazda bir ayəni təkrarlamışdı. Bu ayə: “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” (əl-Maidə, 118)”.”

Əbu Zərr
HəsənNəsəi, 1010 (İftitah, 135)

Fəsil 80

Allahın ﷿ “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl” (əl-İsra, 110) kəlamı

قَوْلُهُ عَزَّ وَجَلَّ : {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا}

أَخْبَرَنَا أَحْمَدُ بْنُ مَنِيعٍ ، وَيَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ قَالاَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا أَبُو بِشْرٍ جَعْفَرُ بْنُ أَبِي وَحْشِيَّةَ وَهُوَ ابْنُ إِيَاسٍ ، عَنْ سَعِيدِ بْنُ جُبَيْرٍ ، عَنْ ابْنُ عَبَّاسٍ فِي قَوْلِهِ عَزَّ وَجَلَّ : {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا} قَالَ : نَزَلَتْ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُخْتَفٍ بِمَكَّةَ ، فَكَانَ إِذَا صَلَّى بِأَصْحَابِهِ رَفَعَ صَوْتَهُ وَقَالَ ابْنُ مَنِيعٍ : يَجْهَرُ بِالْقُرْآنِ ، وَكَانَ الْمُشْرِكُونَ إِذَا سَمِعُوا صَوْتَهُ سَبُّوا الْقُرْآنَ وَمَنْ أَنْزَلَهُ وَمَنْ جَاءَ بِهِ ، فَقَالَ اللَّهُ عَزَّ وَجَلَّ لِنَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ} : أَيْ بِقِرَاءَتِكَ فَيَسْمَعَ الْمُشْرِكُونَ فَيَسُبُّوا الْقُرْآنَ {وَلاَ تُخَافِتْ بِهَا} : عَنْ أَصْحَابِكَ فَلاَ يَسْمَعُوا {وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً}

“Rəvayət edilir ki, İbn Abbas ﵄ Allahın ﷿ “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl...” (əl-İsra, 110) kəlamı haqda belə demişdir: “Bu ayə Allah Elçisi ﷺ Məkkədə ikən dəvəti gizli şəkildə etdikdə nazil oldu. Allah Elçisi ﷺ namaz qıldıqda səsini qaldırardı”. Hədisin ravilərindən biri İbn Məni' dedi: “Yəni Quranı səslə oxuyardı”. Müşriklər də bunu eşitdikdə Quranı, onu nazil edəni və onunla gələni söyərdilər. Allah ﷿ Öz Peyğəmbərinə ﷺ buyurdu: “Namazını nə uca səslə...”, yəni müşriklər sənin qiraətini eşidib Quranı söyərlər, “nə də pıçıltı ilə qıl...”- səhabələr sənin səsini eşitməyə bilərlər. “Bunların arasında orta bir yol tut” (əl-İsra, 110).”

İbn Abbas
SəhihNəsəi, 1011 (İftitah, 136)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ جَعْفَرِ بْنُ إِيَاسٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْفَعُ صَوْتَهُ بِالْقُرْآنِ ، وَكَانَ الْمُشْرِكُونَ إِذَا سَمِعُوا صَوْتَهُ سَبُّوا الْقُرْآنَ وَمَنْ جَاءَ بِهِ ، فَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْفِضُ صَوْتَهُ بِالْقُرْآنِ مَا كَانَ يَسْمَعُهُ أَصْحَابُهُ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً}.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Quran oxuyarkən səsini ucaldar, müşriklər də onun səsini eşitdikdə Quranı və onunla gələni söyərdilər. Ona görə Peyğəmbər ﷺ Quran oxuduqda səsini alçaldar və səhabələr onu eşitməzdilər. Allah ﷿ da bu ayəni nazil etdi: “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut”. (əl-İsra, 110)”.”

İbn Abbas
SəhihNəsəi, 1012 (İftitah, 137)

Fəsil 81

Quranı yüksək səslə oxumaq

بَابُ رَفْعِ الصَّوْتِ بِالْقُرْآنِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، عَنْ وَكِيعٍ ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ ، عَنْ أَبِي الْعَلاَءِ ، عَنْ يَحْيَى بْنُ جَعْدَةَ ، عَنْ أُمِّ هَانِئٍ قَالَتْ : كُنْتُ أَسْمَعُ قِرَاءَةَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا عَلَى عَرِيشِي.

“Rəvayət edilir ki, Ummu Hani ﵂ demişdir: “Mən öz yatağımda olarkən Peyğəmbərin ﷺ Quran oxumasını eşidərdim”.”

Ummu Hani
HəsənNəsəi, 1013 (İftitah, 138)

Fəsil 82

Quran oxuduqda səsi uzatmaq

بَابُ مَدِّ الصَّوْتِ بِالْقِرَاءَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا جَرِيرُ بْنُ حَازِمٍ ، عَنْ قَتَادَةَ ، قَالَ : سَأَلْتُ أَنَسًا : كَيْفَ كَانَتْ قِرَاءَةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : كَانَ يَمُدُّ صَوْتَهُ مَدًّا.

“Rəvayət edilir ki, Qatədə ﵀ demişdir: “Ənəsə sual verərək dedim: “Allah Elçisinin ﷺ qiraəti necə idi?” O dedi: “Səsini uzadaraq oxuyardı”.”

Qatədə
SəhihNəsəi, 1014 (İftitah, 139)

Fəsil 83

Quranı səsinizlə gözəlləşdirin!

تَزْيِينُ الْقُرْآنِ بِالصَّوْتِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ طَلْحَةَ بْنِ مُصَرِّفٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْسَجَةَ ، عَنِ الْبَرَاءِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : زَيِّنُوا الْقُرْآنَ بِأَصْوَاتِكُمْ.

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Quranı səsinizlə gözəlləşdirin!””

əl-Bəra
SəhihNəsəi, 1015 (İftitah, 140)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنِي طَلْحَةُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْسَجَةَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : زَيِّنُوا الْقُرْآنَ بِأَصْوَاتِكُمْ ، قَالَ ابْنُ عَوْسَجَةَ : كُنْتُ نَسِيتُ هَذِهِ : زَيِّنُوا الْقُرْآنَ حَتَّى ذَكَّرَنِيهِ الضَّحَّاكُ بْنُ مُزَاحِمٍ.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Quranı səsinizlə gözəlləşdirin!” İbn Avsəcə dedi: “Quranı gözəlləşdirin”- hədisini unutmuşdum, əd-Dahhək ibn Muzahim bunu mənə xatırlatdı”.”

əl-Bəra ibn Azib
SəhihNəsəi, 1016 (İftitah, 141)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ زُنْبُورٍ الْمَكِّيُّ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي حَازِمٍ ، عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ أَنَّهُ ، سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَا أَذِنَ اللَّهُ لِشَيْءٍ مَا أَذِنَ لِنَبِيٍّ حَسَنِ الصَّوْتِ يَتَغَنَّى بِالْقُرْآنِ يَجْهَرُ بِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Allah Quranı gözəl səslə oxuyan peyğəmbəri dinlədiyi kimi heç nəyi dinləmir”.”

Əbu Hureyra
SəhihNəsəi, 1017 (İftitah, 142)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا أَذِنَ اللَّهُ عَزَّ وَجَلَّ لِشَيْءٍ يَعْنِي أَذَنَهُ لِنَبِيٍّ يَتَغَنَّى بِالْقُرْآنِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Allah ﷿ Quran oxuyan peyğəmbəri dinlədiyi kimi, heç nəyi dinləmir”.”

Əbu Hureyra
SəhihNəsəi, 1018 (İftitah, 143)

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، أَنَّ ابْنَ شِهَابٍ أَخْبَرَهُ ، أَنَّ أَبَا سَلَمَةَ أَخْبَرَهُ ، أَنَّ أَبَا هُرَيْرَةَ حَدَّثَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعَ قِرَاءَةَ أَبِي مُوسَى ، فَقَالَ : لَقَدْ أُوتِيَ مِزْمَارًا مِنْ مَزَامِيرِ آلِ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Əbu Musanın (Quran) oxumasını eşidib dedi: “Sənə Davud ﵇ ailəsinə verilən bir səs verilmişdir”.”

Əbu Hureyra
SəhihNəsəi, 1019 (İftitah, 144)

أَخْبَرَنَا عَبْدُ الْجَبَّارِ بْنُ الْعَلاَءِ بْنِ عَبْدِ الْجَبَّارِ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : سَمِعَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِرَاءَةَ أَبِي مُوسَى ، فَقَالَ : لَقَدْ أُوتِيَ هَذَا مِنْ مَزَامِيرِ آلِ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ Əbu Musanın (Quran) oxumasını eşidib dedi: “Buna Davud ﵇ ailəsinə verilən gözəl bir səs verilmişdir”.”

Aişə
SəhihNəsəi, 1020 (İftitah, 145)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : سَمِعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِرَاءَةَ أَبِي مُوسَى فَقَالَ : لَقَدْ أُوتِيَ هَذَا مِزْمَارًا مِنْ مَزَامِيرِ آلِ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ Əbu Musanın (Quran) oxumasını eşidib dedi: “Sənə Davud ﵇ ailəsinə verilən gözəl bir səs verilmişdir”.”

Aişə
SəhihNəsəi, 1021 (İftitah, 146)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ اللهِ بْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ يَعْلَى بْنِ مَمْلَكٍ ، أَنَّهُ سَأَلَ أُمَّ سَلَمَةَ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَصَلاَتِهِ ، قَالَتْ : مَا لَكُمْ وَصَلاَتَهُ ، ثُمَّ نَعَتَتْ قِرَاءَتَهُ فَإِذَا هِيَ تَنْعَتُ قِرَاءَةً مُفَسَّرَةً حَرْفًا حَرْفًا.

“Rəvayət edilir ki, Yalə ibn Məmlək ﵀ Ummu Sələmədən Allah Elçisinin ﷺ namazı haqda soruşdu. Ummu Sələmə dedi: “Siz onun namazını neynirsiz...”. Sonra Allah Elçisinin ﷺ qiraətinin aydın şəkildə və hərfbəhərf olduğunu bildirdi.”

Yalə ibn Məmlək
ZəifNəsəi, 1022 (İftitah, 147)

Fəsil 84

Rukuda təkbir etmək

بَابُ التَّكْبِيرِ لِلرُّكُوعِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ يُونُسَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، أَنَّ أَبَا هُرَيْرَةَ حِينَ اسْتَخْلَفَهُ مَرْوَانُ عَلَى الْمَدِينَةِ كَانَ إِذَا قَامَ إِلَى الصَّلاَةِ الْمَكْتُوبَةِ كَبَّرَ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ ، فَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرَّكْعَةِ قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَهْوِي سَاجِدًا ، ثُمَّ يُكَبِّرُ حِينَ يَقُومُ مِنَ الثِّنْتَيْنِ ، بَعْدَ التَّشَهُّدِ يَفْعَلُ مِثْلَ ذَلِكَ حَتَّى يَقْضِيَ صَلاَتَهُ ، فَإِذَا قَضَى صَلاَتَهُ وَسَلَّمَ أَقْبَلَ عَلَى أَهْلِ الْمَسْجِدِ فَقَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ إِنِّي لأَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ rəvayət edir ki, Mərvan Əbu Hureyranı Mədinəyə vali təyin etmişdi. O, fərz namazına başladıqda təkbir edər, sonra təkbir edib rukuya gedər, başını rukudan qaldırdıqda belə deyərdi: “Allah Ona həmd edəni eşitdi! Ey Rəbbimiz, Sənə həmd olsun!” Sonra səcdə etmək istədikdə təkbir edər, təşəhhüddən sonra (üçüncü rükətə) qalxdıqda yenə təkbir edərdi. Namazını bitirənə qədər belə edərdi. Sonra namazda salam verər və məscid əhlinə tərəf çevrilib belə deyərdi: “Canım Əlində Olana and olsun! Mən namazı Allah Elçisinin ﷺ namazı kimi qıldım”.”

Əbu Sələmə ibn Abdur-Rahmən
SəhihNəsəi, 1023 (İftitah, 148)

Fəsil 85

Rukuya getdikdə əllərin qulaqlara qədər qaldırılması

رَفْعُ الْيَدَيْنِ لِلرُّكُوعِ حِذَاءَ فُرُوعِ الأُذُنَيْنِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا إِسْمَعِيلُ ، عَنْ سَعِيدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ نَصْرِ بْنِ عَاصِمٍ اللَّيْثِيِّ ، عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْفَعُ يَدَيْهِ إِذَا كَبَّرَ ، وَإِذَا رَكَعَ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ حَتَّى بَلَغَتَا فُرُوعَ أُذُنَيْهِ.

“Rəvayət edilir ki, Malik ibn əl-Huveyris ﵁ demişdir: “Mən Allah Elçisini ﷺ (namaza başlayarkən) təkbir etdikdə, rukuya getdikdə və rukudan qalxdıqda əllərini qulaqlarına qədər qaldıran gördüm”.”

Malik ibn əl-Huveyris
SəhihNəsəi, 1024 (İftitah, 149)

Fəsil 86

Rukuda əllərin çiyin nahiyəsinə qədər qaldırılması

بَابُ رَفْعِ الْيَدَيْنِ لِلرُّكُوعِ حِذَاءَ الْمَنْكِبَيْنِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا افْتَتَحَ الصَّلاَةَ يَرْفَعُ يَدَيْهِ حَتَّى يُحَاذِيَ مَنْكِبَيْهِ ، وَإِذَا رَكَعَ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ.

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisini ﷺ namaza başladıqda, ruku etdikdə və rukudan dikəldikdə əllərini çiyin nahiyəsinə qədər qaldıran gördüm”.”

Səlim atasından
SəhihNəsəi, 1025 (İftitah, 150)

Fəsil 87

Bunun tərk edilməsi

تَرْكُ ذَلِكَ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ سُفْيَانَ ، عَنْ عَاصِمِ بْنِ كُلَيْبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ قَالَ : أَلاَ أُخْبِرُكُمْ بِصَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : فَقَامَ فَرَفَعَ يَدَيْهِ أَوَّلَ مَرَّةٍ ثُمَّ لَمْ يُعِدْ.

“Rəvayət edilir ki, Abdullah ﵁: “Sizə Allah Elçisinin ﷺ namazı haqda xəbər verimmi?”- dedi və qalxıb yalnız namaza başladıqda əllərini qaldırdı, sonra bunu etmədi.”

Abdullah
SəhihNəsəi, 1026 (İftitah, 151)

Fəsil 88

Rukuda qaməti düz tutmaq

إِقَامَةُ الصُّلْبِ فِي الرُّكُوعِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا الْفُضَيْلُ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ ، عَنْ أَبِي مَعْمَرٍ ، عَنْ أَبِي مَسْعُودٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تُجْزِئُ صَلاَةٌ لاَ يُقِيمُ الرَّجُلُ فِيهَا صُلْبَهُ فِي الرُّكُوعِ وَالسُّجُودِ.

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ruku və səcdələrində qamətini düzəltməyən adamın namazının əvəzi verilməz”.”

Əbu Məsud
SəhihNəsəi, 1027 (İftitah, 152)

Fəsil 89

Rukuda bədəni düz tutmaq

الاِعْتِدَالُ فِي الرُّكُوعِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، وَحَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : اعْتَدِلُوا فِي الرُّكُوعِ وَالسُّجُودِ ، وَلاَ يَبْسُطْ أَحَدُكُمْ ذِرَاعَيْهِ كَالْكَلْبِ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Rukuda və səcdələrdə bədəninizi düz tutun. Heç biriniz (səcdədə) qollarını it kimi uzatmasın”. Müvəffəqiyyət Allahdandır! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”

Ənəs
SəhihNəsəi, 1028 (İftitah, 153)