Namaza başlamaq kitabı

“Muavvizəteyni” (“əl-Fələq” və “ən-Nəs” surələrini) oxumağın fəziləti

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ بَيَانٍ ، عَنْ قَيْسٍ ، عَنْ عُقْبَةَ بْنُ عَامِرٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : آيَاتٌ أُنْزِلَتْ عَلَيَّ اللَّيْلَةَ لَمْ يُرَ مِثْلُهُنَّ قَطُّ قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ ، وَقُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu gecə mənə misli görünməyən ayələr nazil oldu. (Bunlar): “De: “Pənah aparıram Sübhün Rəbbinə” (“əl-Fələq”) və “De: “Pənah aparıram insanların Rəbbinə” (“ən-Nəs” surələridir)”.”

Uqbə ibn Amir
Səhih

İstinad

Nəsəi, 954 (İftitah, 79)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı