Namaza başlamaq kitabı

“Muavvizəteyni” (“əl-Fələq” və “ən-Nəs” surələrini) oxumağın fəziləti

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ أَبِي عِمْرَانَ أَسْلَمَ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ : اتَّبَعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ رَاكِبٌ فَوَضَعْتُ يَدِي عَلَى قَدَمِهِ فَقُلْتُ : أَقْرِئْنِي يَا رَسُولَ اللهِ سُورَةَ هُودٍ ، وَسُورَةَ يُوسُفَ . فَقَالَ : لَنْ تَقْرَأَ شَيْئًا أَبْلَغَ عِنْدَ اللهِ مِنْ قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ ، وَقُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Allah Elçisi ﷺ minikdə olarkən onun arxası ilə getdim və əlimi onun ayağının üstünə qoyub dedim: “Ey Allahın Elçisi, mənə “Hud” və “Yusuf” surələrini öyrət!” O dedi: “Sən Allah dərgahında “De: “Pənah aparıram sübhün Rəbbinə!” və “De: “Pənah aparıram insanların Rəbbinə!” (“əl-Fələq” və “ən-Nəs” surələrindən) daha üstününü öyrənə bilməzsən!””

Uqbə ibn Amir
Səhih

İstinad

Nəsəi, 953 (İftitah, 78)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı