Namaza başlamaq kitabı

Məğrib namazında müfəssəl surələrdən qısa olanları oxumaq

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْحَارِثِ ، عَنِ الضَّحَّاكِ بْنُ عُثْمَانَ ، عَنْ بُكَيْرِ بْنُ عَبْدِ اللهِ بْنِ الأَشَجِّ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : مَا صَلَّيْتُ وَرَاءَ أَحَدٍ أَشْبَهَ صَلاَةً بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ فُلاَنٍ - فَصَلَّيْنَا وَرَاءَ ذَلِكَ الإِنْسَانِ وَكَانَ يُطِيلُ الأُولَيَيْنِ مِنَ الظُّهْرِ ، وَيُخَفِّفُ فِي الأُخْرَيَيْنِ ، وَيُخَفِّفُ فِي الْعَصْرِ ، وَيَقْرَأُ فِي الْمَغْرِبِ بِقِصَارِ الْمُفَصَّلِ ، وَيَقْرَأُ فِي الْعِشَاء بِالشَّمْسِ وَضُحَاهَا وَأَشْبَاهِهَا ، وَيَقْرَأُ فِي الصُّبْحِ بِسُورَتَيْنِ طَوِيلَتَيْنِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ namazına ən çox filankəsin namazının oxşadığını gördüm. Biz o insanın arxasında namaz qıldıq. O, Zöhr namazının ilk iki rükətini uzadar, sonrakı iki rükəti isə qısa edərdi. Əsr namazını da qısa qıldırardı. Məğrib namazında qısa müfəssəl surələri oxuyardı. İşa namazında “əş-Şəms” və ona oxşar surələr oxuyardı. Sübh namazında isə iki uzun surə oxuyardı”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 983 (İftitah, 108)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı