Qiyamı və qiraəti (oxunuşu) yüngülləşdirmək
أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ ، عَنِ الضَّحَّاكِ بْنُ عُثْمَانَ ، عَنْ بُكَيْرِ بْنِ عَبْدِ اللهِ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : مَا صَلَّيْتُ وَرَاءَ أَحَدٍ أَشْبَهَ صَلاَةً بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ فُلاَنٍ - قَالَ سُلَيْمَانَ - كَانَ يُطِيلُ الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنَ الظُّهْرِ ، وَيُخَفِّفُ الأُخْرَيَيْنِ ، وَيُخَفِّفُ الْعَصْرَ ، وَيَقْرَأُ فِي الْمَغْرِبِ بِقِصَارِ الْمُفَصَّلِ ، وَيَقْرَأُ فِي الْعِشَاء بِوَسَطِ الْمُفَصَّلِ ، وَيَقْرَأُ فِي الصُّبْحِ بِطُوَلِ الْمُفَصَّلِ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ namazına ən çox oxşayan namaz kimi filankəsin namazını gördüm”. Hədisin ravilərindən biri Süleyman dedi: “Həmin adam Zöhr namazının ilk iki rükətini uzadar, axırıncı iki rükətini qısaldardı. Əsr namazını yüngül (qısa) qılardı. Məğrib namazında müfəssəl surələrdən qısalarını, İşada müfəssəl surələrdən orta uzunluqda olanlarını, Sübhdə isə müfəssəl surələrdən uzun olanlarını oxuyardı”.”
İstinad
Nəsəi, 982 (İftitah, 107)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı