Namaza başlamaq kitabı

Qiyamı və qiraəti (oxunuşu) yüngülləşdirmək

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا الْعَطَّافُ بْنُ خَالِدٍ ، عَنْ زَيْدِ بْنُ أَسْلَمَ قَالَ : دَخَلْنَا عَلَى أَنَسِ بْنِ مَالِكٍ فَقَالَ : صَلَّيْتُمْ ؟ قُلْنَا : نَعَمْ . قَالَ : يَا جَارِيَةُ هَلُمِّي لِي وَضُوءًا ، مَا صَلَّيْتُ وَرَاءَ إِمَامٍ أَشْبَهَ صَلاَةً بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِمَامِكُمْ هَذَا قَالَ زَيْدٌ : وَكَانَ عُمَرُ بْنُ عَبْدِ الْعَزِيزِ يُتِمُّ الرُّكُوعَ وَالسُّجُودَ ، وَيُخَفِّفُ الْقِيَامَ وَالْقُعُودَ.

“Rəvayət edilir ki, Zeyd ibn Əsləm ﵀ demişdir: “Biz Ənəs ibn Malikin yanına gəldik. O dedi: “Siz namaz qıldınızmı?” Biz: “Bəli”- dedik. O dedi: “Ey cariyə, mənə dəstəmaz almaq üçün su gətir. Mən sizin bu imamınızın namazı kimi Allah Elçisinin ﷺ namazına ən çox oxşayan başqa bir imamın arxasında namaz qılmamışam”. Zeyd dedi: “Ömər ibn Abdul-Əziz namaz qılanda rukunu və səcdəni tam edər, qiyamı və oturuşu isə yüngülləşdirərdi”.”

Zeyd ibn Əsləm
Səhih

İstinad

Nəsəi, 981 (İftitah, 106)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı