Bir rükətdə iki surə oxumaq
أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ رَجَاءٍ قَالَ : أَنْبَأَنَا إِسْرَائِيلُ ، عَنْ أَبِي حَصِينٍ ، عَنْ يَحْيَى بْنُ وَثَّابٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَبْدُ اللهِ وَأَتَاهُ رَجُلٌ فَقَالَ : إِنِّي قَرَأْتُ اللَّيْلَةَ الْمُفَصَّلَ فِي رَكْعَةٍ . فَقَالَ : هَذًّا كَهَذِّ الشِّعْرِ ، لَكِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ النَّظَائِرَ عِشْرِينَ سُورَةً مِنَ الْمُفَصَّلَ مِنْ آلِ حم.
“Abdullah ﵁ rəvayət edir ki, bir kişi onun yanına gəlib dedi: “Mən gecə vaxtı bir rükətdə müfəssəl surələrdən birini oxudum”. Abdullah dedi: “Yəqin sən surələri şeir oxunulan kimi tələm-tələsik oxumusan. Allah Elçisi ﷺ müfəssəl surələrdən “Hə. Mim!” ilə başlayan oxşar iyirmi surəni bir rükətdə oxuyardı”.”
İstinad
Nəsəi, 1006 (İftitah, 131)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı