Zöhr namazında olan qiraət
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ شُجَاعٍ الْمَرُّوذِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو عُبَيْدَةَ ، عَنْ عَبْدِ اللهِ بْنُ عُبَيْدٍ قَالَ : سَمِعْتُ أَبَا بَكْرِ بْنِ النَّضْرِ قَالَ : كُنَّا بِالطَّفِّ عِنْدَ أَنَسٍ فَصَلَّى بِهِمُ الظُّهْرَ ، فَلَمَّا فَرَغَ قَالَ : إِنِّي صَلَّيْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ فَقَرَأَ لَنَا بِهَاتَيْنِ السُّورَتَيْنِ فِي الرَّكْعَتَيْنِ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَهَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ.
“Rəvayət edilir ki, Əbu Bəkr ibn ən-Nadr ﵀ demişdir: “Biz “Taff” adlı yerdə Ənəsin yanında idik. O, oradakılara Zöhr namazını qıldırdı. Namazı bitirdikdən sonra belə dedi: “Mən Allah Elçisi ﷺ ilə birlikdə Zöhr namazını qılmışdım. O, bizə ilk iki rükətdə iki surəni “əl-Ə'lə” və “əl-Ğaşiyə” surələrini oxumuşdu”.”
İstinad
Nəsəi, 972 (İftitah, 97)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı