Zöhr namazının birinci rükətində qiyamı uzatmaq
أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنْ سَعِيدِ بْنُ عَبْدِ الْعَزِيزِ ، عَنْ عَطِيَّةَ بْنِ قَيْسٍ ، عَنْ قَزَعَةَ ، عَنْ أَبِي سَعِيدِ الْخُدْرِيِّ ، قَالَ : لَقَدْ كَانَتْ صَلاَةُ الظُّهْرِ تُقَامُ ، فَيَذْهَبُ الذَّاهِبُ إِلَى الْبَقِيعِ فَيَقْضِي حَاجَتَهُ ، ثُمَّ يَتَوَضَّأُ ، ثُمَّ يَجِيءُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الرَّكْعَةِ الأُولَى يُطَوِّلُهَا.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Zöhr namazı qılındıqda bir nəfər təbii ehtiyacını ödəmək üçün Bəqi (qəbiristanlığına) tərəf gedər, sonra dəstəmaz alar və qayıdardı. Bu zaman Allah Elçisi ﷺ birinci rükətdə olar və rükəti uzadardı”.”
İstinad
Nəsəi, 973 (İftitah, 98)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı