Namaza başlamaq kitabı

Quranda olanları cəm etmək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ هِشَامِ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ الْحَارِثَ بْنُ هِشَامِ سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ يَأْتِيكَ الْوَحْيُ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَحْيَانًا يَأْتِينِي فِي مِثْلِ صَلْصَلَةِ الْجَرَسِ وَهُوَ أَشَدُّهُ عَلَيَّ فَيَفْصِمُ عَنِّي ، وَقَدْ وَعَيْتُ مَا قَالَ ، وَأَحْيَانًا يَتَمَثَّلُ لِي الْمَلَكُ رَجُلاً فَيُكَلِّمُنِي فَأَعِي مَا يَقُولُ قَالَتْ عَائِشَةُ : وَلَقَدْ رَأَيْتُهُ يَنْزِلُ عَلَيْهِ فِي الْيَوْمِ الشَّدِيدِ الْبَرْدِ فَيَفْصِمُ عَنْهُ وَإِنَّ جَبِينَهُ لَيَتَفَصَّدُ عَرَقًا.

“Aişə ﵂ rəvayət edir ki, Haris ibn Hişəm Allah Elçisindən ﷺ soruşdu: “Vəhy sənə necə gəlir?” Allah Elçisi ﷺ buyurdu: “Vəhy hərdən mənə zınqırov səsi kimi gəlir. Bu da mənə ən ağır olandır. Məndən bu hal çıxıb getdikdə artıq, mən mələyin mənə dediklərini yadda saxlayıram. Vəhy hərdən mənə mələk olan bir kişinin misalında gəlir. (Bu kişi) mənimlə danışır və mən də onun dediklərini yadda saxlayıram”. Aişə dedi: “Mən Allah Elçisinə ﷺ çox soyuq bir gündə vəhyin nazil olmasını görmüşdüm. Bu hal ondan çıxıb getdikdə onun alnından tər axırdı”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 934 (İftitah, 59)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı