Quranda olanları cəm etmək
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ مُوسَى بْنِ أَبِي عَائِشَةَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، فِي قَوْلِهِ عَزَّ وَجَلَّ : {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ} قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَالِجُ مِنَ التَّنْزِيلِ شِدَّةً وَكَانَ يُحَرِّكُ شَفَتَيْهِ ، قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ} قَالَ : جَمْعَهُ فِي صَدْرِكَ ، ثُمَّ تَقْرَؤُهُ . {فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ} قَالَ : فَاسْتَمِعْ لَهُ وَأَنْصِتْ . فَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَتَاهُ جِبْرِيلُ اسْتَمَعَ فَإِذَا انْطَلَقَ قَرَأَهُ كَمَا أَقْرَأَهُ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ Allahın ﷿ “Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. (əl-Qiyamə, 16-17) bu ayələri haqda demişdir: “Peyğəmbər ﷺ Quran nazil olanda dodağını tələsik tərpədirdi. Allah ﷿ buyurdu: “Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. (əl-Qiyamə, 16-17). O buyurdu: “Biz onu sənin qəlbində cəm edərik, sonra onu oxuyarsan: “Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə”. (əl-Qiyamə, 18). O dedi: “Ona qulaq as və sus!” Cəbrail Allah Elçisinin ﷺ yanına gələndə Cəbrailə qulaq asardı. O getdikdə onun oxuduğu kimi oxuyardı”.”
İstinad
Nəsəi, 935 (İftitah, 60)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı