Quranda olanları cəm etmək
أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيٍّ قَالَ : أَنْبَأَنَا عَبْدُ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ ابْنِ مَخْرَمَةَ ، أَنَّ عُمَرَ بْنُ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : سَمِعْتُ هِشَامَ بْنَ حَكِيمِ بْنَ حِزَامٍ يَقْرَأُ سُورَةَ الْفُرْقَانِ ، فَقَرَأَ فِيهَا حُرُوفًا لَمْ يَكُنْ نَبِيُّ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَقْرَأَنِيهَا ، قُلْتُ : مَنْ أَقْرَأَكَ هَذِهِ السُّورَةَ ؟ قَالَ : رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . قُلْتُ : كَذَبْتَ . مَا هَكَذَا أَقْرَأَكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَخَذْتُ بِيَدِهِ أَقُودُهُ إِلَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولِ اللَّهُ ، إِنَّكَ أَقْرَأْتَنِي سُورَةَ الْفُرْقَانِ ، وَإِنِّي سَمِعْتُ هَذَا يَقْرَأُ فِيهَا حُرُوفًا لَمْ تَكُنْ أَقْرَأْتَنِيهَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْرَأْ يَا هِشَامُ . فَقَرَأَ كَمَا كَانَ يَقْرَأُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هَكَذَا أُنْزِلَتْ . ثُمَّ قَالَ اقْرَأْ يَا عُمَرُ . فَقَرَأْتُ فَقَالَ : هَكَذَا أُنْزِلَتْ . ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الْقُرْآنَ أُنْزِلَ عَلَى سَبْعَةِ أَحْرُفٍ.
“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Hişam ibn Həkim ibn Hizəmin “əl-Furqan” surəsini oxuduğunu eşitdim. O oxuduqda Allahın Peyğəmbərindən ﷺ eşitmədiyim hərflərlə oxuyurdu. Mən ona dedim: “Bu surəni belə oxumağı sənə kim öyrədib?” O dedi: “Allah Elçisi ﷺ!” Mən dedim: “Yalan deyirsən! Allah Elçisi ﷺ bunu sənə oxumayıb”. Mən onun əlindən tutub Allah Elçisinin ﷺ yanına apardım və dedim: “Ey Allahın Elçisi! Həqiqətən, sən mənə “əl-Furqan” surəsini oxumuşdun. Amma bunun oxunuşunda sənin oxumadığın hərflərlə oxuduğunu eşitdim”. Allah Elçisi ﷺ dedi: “Ey Hişəm, oxu!” O da əvvəlki kimi oxudu. Allah Elçisi ﷺ dedi: “Bu (surə) belə nazil olub”. Sonra dedi: “Oxu, ey Ömər!” Mən də oxudum. O dedi: “Bu (surə) belə nazil olub”. Sonra Allah Elçisi ﷺ dedi: “Həqiqətən, Quran yeddi hərf (qiraət, oxunuş, ləhcə) üzrə nazil edilmişdir”.”
İstinad
Nəsəi, 936 (İftitah, 61)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı