Namaza başlamaq kitabı

Quranda olanları cəm etmək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنُ الزُّبَيْرِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنُ عَبْدٍ الْقَارِيِّ ، قَالَ : سَمِعْتُ عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ : سَمِعْتُ هِشَامَ بْنِ حَكِيمٍ يَقْرَأُ سُورَةَ الْفُرْقَانِ عَلَى غَيْرِ مَا أَقْرَؤُهَا عَلَيْهِ ، وَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَقْرَأَنِيهَا فَكِدْتُ أَنْ أَعْجَلَ عَلَيْهِ ، ثُمَّ أَمْهَلْتُهُ حَتَّى انْصَرَفَ ، ثُمَّ لَبَّبْتُهُ بِرِدَائِهِ ، فَجِئْتُ بِهِ إِلَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ : يَا رَسُولِ اللَّهُ ، إِنِّي سَمِعْتُ هَذَا يَقْرَأُ سُورَةَ الْفُرْقَانِ عَلَى غَيْرِ مَا أَقْرَأْتَنِيهَا ، فَقَالَ لَهُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْرَأْ . فَقَرَأَ الْقِرَاءَةَ الَّتِي سَمِعْتُهُ يَقْرَأُ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هَكَذَا أُنْزِلَتْ . ثُمَّ قَالَ لِيَ : اقْرَأْ . فَقَرَأْتُ فَقَالَ : هَكَذَا أُنْزِلَتْ إِنَّ هَذَا الْقُرْآنَ أُنْزِلَ عَلَى سَبْعَةِ أَحْرُفٍ ، فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنْهُ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Hişam ibn Həkimin “əl-Furqan” surəsini Allah Elçisinin ﷺ mənə öyrətdiyi oxunuşdan fərqli şəkildə oxuduğunu eşitdim. Az qaldı ki, üstünə gedəcəkdim, amma namazı bitirənə qədər gözlədim. Sonra onu paltarından tutub özümə çəkdim və Allah Elçisinin ﷺ yanına getdik. Mən dedim: “Ey Allahın Elçisi, bunun “əl-Furqan” surəsini sənin mənə öyrətdiyin oxunuşdan fərqli şəkildə oxuduğunu eşitdim”. Allah Elçisi ﷺ ona: “Oxu!” dedi. O da ondan eşitdiyim şəkildə oxudu. Allah Elçisi ﷺ dedi: “Bu (surə) belə nazil olmuşdur”. Sonra mənə: “Oxu!” dedi. Mən də oxudum. O dedi: “Bu (surə) belə də nazil olmuşdur. Bu Quran yeddi hərf (qiraət, oxunuş, ləhcə) üzərində nazil olmuşdur. Sizə asan olanını oxuyun”.”

Ömər ibn əl-Xattab
Səhih

İstinad

Nəsəi, 937 (İftitah, 62)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı