Zöhr namazının ilk iki rükətində olan qiraət
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبَانُ بْنُ يَزِيدَ ، عَنْ يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدُ اللهِ بْنُ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِي الظُّهْرِ وَالْعَصْرِ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ بِأُمِّ الْقُرْآنِ وَسُورَتَيْنِ ، وَفِي الأُخْرَيَيْنِ بِأُمِّ الْقُرْآنِ ، وَكَانَ يُسْمِعُنَا الآيَةَ أَحْيَانًا وَكَانَ يُطِيلُ أَوَّلَ رَكْعَةٍ مِنْ صَلاَةِ الظُّهْرِ.
“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Zöhr və Əsr namazlarının ilk iki rükətində “əl-Fatihə” və iki surə, axırıncı rükətlərdə isə yalnız “əl-Fatihə” surəsini oxuyardı. Hərdən ayələri bizə eşitdirər və Zöhr namazının birinci rükətini uzun edərdi”.”
İstinad
Nəsəi, 977 (İftitah, 102)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı