Qurandan heç nə bilməyən (namazda bunu) nə ilə əvəz edə bilər?
أَخْبَرَنَا يُوسُفُ بْنُ عِيسَى ، وَمَحْمُودُ بْنُ غَيْلاَنَ ، عَنِ الْفَضْلِ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ ، عَنْ إِبْرَاهِيمَ السَّكْسَكِيِّ ، عَنْ ابْنِ أَبِي أَوْفَى قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : إِنِّي لاَ أَسْتَطِيعُ أَنْ آخُذَ شَيْئًا مِنَ الْقُرْآنِ فَعَلِّمْنِي شَيْئًا يُجْزِئُنِي مِنَ الْقُرْآنِ . فَقَالَ : قُلْ : سُبْحَانَ اللَّهُ ، وَالْحَمْدُ لِلَّهِ ، وَلاَ إِلَهَ إِلاَّ اللهِ ، وَاللَّهُ أَكْبَرُ ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ.
“Rəvayət edilir ki, İbn Əbu Əufə ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mən Qurandan bir şey yadda saxlaya bilmirəm. Mənə (namazda) Qurandan olanları əvəz edəcək bir şey öyrət”. Allah Elçisi ﷺ dedi: “De: “Allah pak və müqəddəsdir! Həmd Allahadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Allah ən Böyükdür! Qüdrət və güc yalnız Allahdadır!””
İstinad
Nəsəi, 924 (İftitah, 49)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı