Namaza başlamaq kitabı

Axırıncı namaz olan İşa namazında “əş-Şəms” surəsini oxumaq

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : صَلَّى مُعَاذُ بْنُ جَبَلٍ لأَصْحَابِهِ الْعِشَاء ، فَطَوَّلَ عَلَيْهِمْ فَانْصَرَفَ رَجُلٌ مِنَّا فَأُخْبِرَ مُعَاذُ عَنْهُ ، فَقَالَ : إِنَّهُ مُنَافِقٌ ، فَلَمَّا بَلَغَ ذَلِكَ الرَّجُلَ دَخَلَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ بِمَا قَالَ مُعَاذٌ ، فَقَالَ لَهُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَتُرِيدُ أَنْ تَكُونَ فَتَّانًا يَا مُعَاذٌ ؟ إِذَا أَمَمْتَ النَّاسَ فَاقْرَأْ بِالشَّمْسِ وَضُحَاهَا وَسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى وَاللَّيْلِ إِذَا يَغْشَى وَاقْرَأْ بِاسْمِ رَبِّكَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz ibn Cəbəl dostları ilə birlikdə İşa namazını qıldı və namazı uzatdı. Bir nəfər namazdan çıxıb getdi və bu məsələ Muaza xəbər verildi. Muaz dedi: “O, münafiqdir!” Bu söz o kişiyə çatdıqda Peyğəmbərin ﷺ yanına gəlib Muazın dediklərini ona xəbər verdi. Peyğəmbər ﷺ Muaza dedi: “Sən fitnəkar olmaq istəyirsən, ey Muaz?! İnsanlara (namazda) imamlıq etdikdə “And olsun günəşə və onun saçdığı şəfəqə” (“əş-Şəms” surəsini), “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsini), “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!” (“əl-Leyl” surəsini) və “Rəbbinin adı ilə oxu!” (“əl-Aləq” surəsini) oxu!””

Cabir
Səhih

İstinad

Nəsəi, 998 (İftitah, 123)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı