Quranda olanları cəm etmək
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ غُنْدَرٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ مُجَاهِدٍ ، عَنِ ابْنِ أَبِي لَيْلَى ، عَنْ أَبِي بْنِ كَعْبٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ عِنْدَ أَضَاةِ بَنِي غِفَارٍ ، فَأَتَاهُ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ فَقَالَ : إِنَّ اللَّهُ عَزَّ وَجَلَّ يَأْمُرُكَ أَنَّ تُقْرِئَ أُمَّتَكَ الْقُرْآنَ عَلَى حَرْفٍ . قَالَ : أَسْأَلُ اللَّهَ مُعَافَاتَهُ وَمَغْفِرَتَهُ ، وَإِنَّ أُمَّتِي لاَ تُطِيقُ ذَلِكَ. ثُمَّ أَتَاهُ الثَّانِيَةَ فَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَأْمُرُكَ أَنْ تُقْرِئَ أُمَّتَكَ الْقُرْآنَ عَلَى حَرْفَيْنِ . قَالَ : أَسْأَلُ اللَّهَ مُعَافَاتَهُ وَمَغْفِرَتَهُ ، وَإِنَّ أُمَّتِي لاَ تُطِيقُ ذَلِكَ . ثُمَّ جَاءَهُ الثَّالِثَةَ فَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَأْمُرُكَ أَنْ تُقْرِئَ أُمَّتَكَ الْقُرْآنَ عَلَى ثَلاَثَةِ أَحْرُفٍ . فَقَالَ : أَسْأَلُ اللَّهَ مُعَافَاتَهُ وَمَغْفِرَتَهُ ، وَإِنَّ أُمَّتِي لاَ تُطِيقُ ذَلِكَ . ثُمَّ جَاءَهُ الرَّابِعَةَ فَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَأْمُرُكَ أَنْ تُقْرِئَ أُمَّتَكَ الْقُرْآنَ عَلَى سَبْعَةِ أَحْرُفٍ ، فَأَيُّمَا حَرْفٍ قَرَؤُوا عَلَيْهِ فَقَدْ أَصَابُوا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا الْحَدِيثُ خُولِفَ فِيهِ الْحَكَمُ ، خَالَفَهُ مَنْصُورُ بْنُ الْمُعْتَمِرِ ، رَوَاهُ عَنْ مُجَاهِدٍ ، عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ مُرْسَلاً
“Ubey ibn Kəb ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Bəni Ğifar tayfasının yanında idi. Bu zaman Cəbrail ﵇ gəlib dedi: “Həqiqətən, Allah ﷿ sənə əmr edir ki, ümmətinə Quranı bir ləhcə ilə oxuyasan”. Peyğəmbər ﷺ dedi: “Allahdan salamatlıq və bağışlanma istəyirəm. Ümmətimin buna gücü çatmayacaq”. Sonra ikinci dəfə gəlib dedi: “Həqiqətən, Allah ﷿ sənə əmr edir ki, ümmətinə Quranı iki ləhcə ilə oxuyasan”. Peyğəmbər ﷺ dedi: “Allahdan salamatlıq və bağışlanma istəyirəm. Ümmətimin buna gücü çatmayacaq”. Sonra üçüncü dəfə gəlib dedi: “Həqiqətən, Allah ﷿ sənə əmr edir ki, ümmətinə Quranı üç ləhcə ilə oxuyasan”. Peyğəmbər ﷺ dedi: “Allahdan salamatlıq və bağışlanma istəyirəm. Ümmətimin buna gücü çatmayacaq”. Sonra dördüncü dəfə gəlib dedi: “Həqiqətən, Allah ﷿ sənə əmr edir ki, ümmətinə Quranı yeddi ləhcə ilə oxuyasan. Hansı ləhcə ilə oxusalar, düz oxumuş olarlar”.”
İstinad
Nəsəi, 939 (İftitah, 64)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı