Namaza başlamaq kitabı

Sübh namazının sünnəsinin rükətlərində olan qiraət

أَخْبَرَنِي عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ الْفَزَارِيُّ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ حَكِيمٍ قَالَ : أَخْبَرَنِي سَعِيدُ بْنُ يَسَارٍ ، أَنَّ ابْنَ عَبَّاسٍ أَخْبَرَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي رَكْعَتَيِ الْفَجْرِ فِي الأُولَى مِنْهُمَا الآيَةَ الَّتِي فِي الْبَقَرَةِ : {قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا} إِلَى آخِرِ الآيَةَ وَفِي الأُخْرَى {آمَنَّا بِاللَّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ}.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Sübh namazının sünnəsinin birinci rükətində “əl-Bəqərə” surəsindən olan ayəni “Deyin: “Biz Allaha, bizə nazil olana...“ (əl-Bəqərə, 136) sonuna kimi, ikinci rükətində isə “Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!” (Ali-İmran, 52) ayəsini oxudu.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 944 (İftitah, 69)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı