Allahın ﷿ “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl” (əl-İsra, 110) kəlamı
أَخْبَرَنَا أَحْمَدُ بْنُ مَنِيعٍ ، وَيَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ قَالاَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا أَبُو بِشْرٍ جَعْفَرُ بْنُ أَبِي وَحْشِيَّةَ وَهُوَ ابْنُ إِيَاسٍ ، عَنْ سَعِيدِ بْنُ جُبَيْرٍ ، عَنْ ابْنُ عَبَّاسٍ فِي قَوْلِهِ عَزَّ وَجَلَّ : {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا} قَالَ : نَزَلَتْ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُخْتَفٍ بِمَكَّةَ ، فَكَانَ إِذَا صَلَّى بِأَصْحَابِهِ رَفَعَ صَوْتَهُ وَقَالَ ابْنُ مَنِيعٍ : يَجْهَرُ بِالْقُرْآنِ ، وَكَانَ الْمُشْرِكُونَ إِذَا سَمِعُوا صَوْتَهُ سَبُّوا الْقُرْآنَ وَمَنْ أَنْزَلَهُ وَمَنْ جَاءَ بِهِ ، فَقَالَ اللَّهُ عَزَّ وَجَلَّ لِنَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ} : أَيْ بِقِرَاءَتِكَ فَيَسْمَعَ الْمُشْرِكُونَ فَيَسُبُّوا الْقُرْآنَ {وَلاَ تُخَافِتْ بِهَا} : عَنْ أَصْحَابِكَ فَلاَ يَسْمَعُوا {وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً}
“Rəvayət edilir ki, İbn Abbas ﵄ Allahın ﷿ “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl...” (əl-İsra, 110) kəlamı haqda belə demişdir: “Bu ayə Allah Elçisi ﷺ Məkkədə ikən dəvəti gizli şəkildə etdikdə nazil oldu. Allah Elçisi ﷺ namaz qıldıqda səsini qaldırardı”. Hədisin ravilərindən biri İbn Məni' dedi: “Yəni Quranı səslə oxuyardı”. Müşriklər də bunu eşitdikdə Quranı, onu nazil edəni və onunla gələni söyərdilər. Allah ﷿ Öz Peyğəmbərinə ﷺ buyurdu: “Namazını nə uca səslə...”, yəni müşriklər sənin qiraətini eşidib Quranı söyərlər, “nə də pıçıltı ilə qıl...”- səhabələr sənin səsini eşitməyə bilərlər. “Bunların arasında orta bir yol tut” (əl-İsra, 110).”
İstinad
Nəsəi, 1011 (İftitah, 136)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı