Namaza başlamaq kitabı

Allahın ﷿ “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl” (əl-İsra, 110) kəlamı

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ جَعْفَرِ بْنُ إِيَاسٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْفَعُ صَوْتَهُ بِالْقُرْآنِ ، وَكَانَ الْمُشْرِكُونَ إِذَا سَمِعُوا صَوْتَهُ سَبُّوا الْقُرْآنَ وَمَنْ جَاءَ بِهِ ، فَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْفِضُ صَوْتَهُ بِالْقُرْآنِ مَا كَانَ يَسْمَعُهُ أَصْحَابُهُ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً}.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Quran oxuyarkən səsini ucaldar, müşriklər də onun səsini eşitdikdə Quranı və onunla gələni söyərdilər. Ona görə Peyğəmbər ﷺ Quran oxuduqda səsini alçaldar və səhabələr onu eşitməzdilər. Allah ﷿ da bu ayəni nazil etdi: “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut”. (əl-İsra, 110)”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 1012 (İftitah, 137)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı